Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə80/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   76   77   78   79   80   81   82   83   ...   113
Xidmətlə əlaqədar təqsir.
  Onun tərifi  1877-ci  ildə hökumət  komissarı 
Laferpyer  tərəfindən  verilmişdir;  bu,  xidməti  vəzifələrin  yerinə 
yetirilməsi  ilə  bağlı  olan  təqsirdir,  çünki  zərər  vuranın  işi  (hərəkəti) 
ünvansızdır  və  həmin  işin  yerinə  yetirilməsini  təqsirkar  olan  şəxsə 
idarəetmə orqanının rəhbəri həvalə 
etmişdir.^^
 
Münaqişələr üzrə Tribunalın Lomonnye-Karryolun işinə dair 5 may, 1877-ji il tarixli 
qəran. 
165 


Bu  müddəadan  faktiki  olaraq  iki  nəticə  çıxarma'q  olar:  xidmət 
zamanı  yaranan  təqsir  və  xidməti  funksiyaların  yerinə  yetirilməsi  ilə 
bağlı yaranan təqsir. 
Xidməti  təqsir  məmurlar  tərəfindən  yol  yerilmiş  təqsirdir;  bu, 
fərdiləşdirilməsi mümkün olmayan təqsirdir; ona yol vermiş fiziki şəxsi 
müəyyənləşdirmək qeyri-mümkün olur. Belə hal müasir iri təşkilatların, 
o cümlədən dövlət administrasiyasının fəaliyyəti zamanı yara 
nır. 
Baş  nazirin  və  nazirlərdən  bir  neçəsinin  imzası  olan  qanunsuz 
dekret qəbul olunduğu halda, bu zaman təqsirkar kim ola bilər - baş nazir, 
yoxsa nazirlər? Axı, əslində dekreti məmurlar hazırlayırlar ki, onların da 
sayı bəzən çox olur və onlar müxtəlif xidmətlərdə qulluq edirlər. Deməli, 
belə  vəziyyətdə  qanunsuz  hərəkətin  kim  tərəfindən  başlanması,  kimin 
səhv etməsi məsələsinin həlli olduqca çətinləşir. Hələ üstləik, əgər dekret 
kollegial  orqanların  rəyləri  əsasında  qəbul  edilmişdirsə,  onda  təqsirin 
müəyyən edilməsi daha çətin olur. 
Qanunsuz  hərəkəti  Dövlət  Şurası  (bunu  da  tam  istisna  etmək 
olmaz) kollegial orqan da edə bilər. Elə buna görə də məsuliyyəti bütöv 
kollektivlər daşıyırlar. 
Xidmətlə  bağlı  olan  təqsir,  sözün  əsl  mənasında  vəzifə 
funksiyasının yerinə yetirilməsi ilə bağlı təqsir sayılır; həm də təqsirin bu 
iki növü mövcud olmayan xidmətlə bağlı təqsiri əmələ gətirir. 
Xidmətlə  bağlı  təqsir  konkret  məmurun  hərəkətləri  nəticəsində 
baş  verir,  lakin  bu  təqsirə  xidmət  çərçivəsində  yol  verildiyindən,  o, 
məmurun şəxsi məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Çünki bu 
təqsir  müəyyən  orqan  tərəfindən  törədilən  qanunsuz  hərəkətin  nəticəsi 
kimi  meydana  çıxdığından  xidmət  məsuliyyətinə  aid  edilir.  Kiçik 
kommunanın meri bələdiyyə idarəsində öz katibini vəzifədən qanunsuz 
kənarlaşdırarkən bu zaman xidmətlə bağlı təqsirə yol verir. Bu, xidmətlə 
bağlı təqsir sayılır. Məmurun yalan vəd verməsi, onun və yaxud nazirin 
özünün hər hansı vətəndaşa düzgün olmayan məlumat verməsi də eyni 
hal  sayılır.  Əgər  məmur  xüsusi  şəxsə  şəhərsalma  haqqında  sənəd  və 
məlumat  verirsə  və  həmin  sənədlərdə  səhv  məlumatlar  toplanmışdırsa 
onda  belə  halda  təqsirkan  müəyyənləşdirmək  çətin  olmasına 
baxmayaraq, xidmətlə bağlı təqsir sayılır. 
Beləliklə, xidmətlə bağlı səhvlər müxtəlif hallarda baş verə bilər, 
lakin onu törədən şəxsin düzgün müəyyən edilməsi və məsuliyyətə cəlb 
edilməsi vacibdir. 
Beləliklə,  ümumi  hakimiyyətin  məsuliyyətinə  dair  orijinal  və 
mühüm nəzəriyyələrdən biri də birgə təqsir nəzəriyyəsidir. Həqiqətən 
166 


də bir çox hallarda hər iki anlayış uzlaşır, çünki onların hər biri xidməti 
vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan təqsirdir. 
XX əsrin birinci yarısında, zərərçəkənə vurulan zərər üçün cərimə 
ödənilməsi məsələsi üzrə məhkəmə praktikası əsasında konsepsiya işlənib 
hazırlanmışdı,  1951-ci  ildə  həmin  konsepsiya  administrasiya  və  onun 
qulluqçuları  arasında  yaranmış  münasibətlərdə  özünü  göstərdi  ki, 
zərərçəkənə  ödənilən  cərimə  miqdarından  asılı  olmayaraq,  zərərin 
ödənilməsi təmin edilməlidir. 
Administrasiyanın  zərərçəkənlə  münasibətlərinin  alternativ 
variantları - ümumi təqsirin mümkünlüyü və eyni bir təqsirə görə birgə 
məsuliyyətin daşınması bir-birindən fərqləndirilməlidir. 
Ümumi  təqsir  -  bu  ən  sadə  mülahizədir.  Eyni  bir  vəziyyətdə 
vurulan zərər təqsirin iki növünü yaradır. Əgər zərər iki müxtəlif hərəkət 
əsasında vurulmuşdursa, bunlardan biri fərdi təqsir, digəri isə xidmət üzrə 
təqsir hesab edilir. 
Zərərçəkən bu halda öz mülahizələrinə görə ya xidməti vəzifələrin 
icrası ilə bağlı təqsir üçün xidmətdən, yaxud şəxsi xarakterli qanunazidd 
hərəkətlər törətmiş qulluqçudan şikayət edə bilər. Birinci halda məhkəmə 
tərəfindən bütün məsuliyyət növləri aydınlaşdırılır, qulluqçunun üzərinə 
qoyulacaq zərərin miqdarına işə baxan inzibati məhkəmədə baxılmalıdır. 
Əgər  zərərçəkən  qulluqçulardan  şikayət  verməyi  üstün  tutursa,  onda 
ümumi mülki məhkəmə qarşısında iddia qaldırılır, təqsirkarlar törətdikləri 
qanunazidd hərəkətlərə görə mühakimə edilir. 
Ümumi  xidmət  təqsirinin  ən  geniş  yayılmış  variantı  nəzarət 
funksiyalarının həyata keçirilməsində yol verilən xətalardır. Bu o hallarda 
olur  ki,  qulluqçuların  xidməti  vəzifələrinin  icrası  üzərində  nəzarət 
zəiflədiyinə  görə  nəticədə  onlar  başqa  şəxsə  zərər  vururlar.  Beləliklə, 
nəzarətin lazımi qaydada olmaması sonu zərər vurmaqla nəticələnən fərdi 
təqsirin baş verməsinə gətirib çıxarır. Məsələn, hərbi hissədə qulluq edən 
əsgərlər  özlərini  tam  nəzarətsiz  hiss  edərək  mülki  paltar  geyib  gecə 
özbaşına  şəhərə  qaçmış  və  taksi  sürücüsünü  öldürüb  onun  pulunu 
mənimsəmişlər.  Nəzarətsiz  qalan  əsgərlər  həmin  cinayət  hadisəsinin 
törədilməsinə  səbəb  olmuş,  həm  də  sürücünün  bir  günlük  qazancını 
götürməklə onun ailə üzvlərinə zərər vurmuşlar. 
Bu əməllərə görə cinayətkarlar müxtəlif müddətlərə həbs cəzasına 
məhkum  olmuş,  habelə  taksi  sürücüsünün  ailəsinə  vurulmuş  zərəri 
ödəmək şərti ilə onlar mülki-hüquqi məsuliyyətə cəlb edilmişdilər. Lakin 
onlar  həbsdə  olduqlarına  görə  zərəri  ödəmək  imkanları  olmadığından 
həlak olanın ailə üzvləri dövlət qarşısında iddia qaldıraraq 
167 


qeyd etmişdilər ki, əgər əsgərlər ciddi nəzarət altında olsaydılar, onda qətl 
hadisəsi baş verməzdi. Təbiidir ki, qazancını oğurlamaq məqsədilə taksi 
sürücüsünün öldürülməsi fərdi təqsirə aid tipik haldır. Lakin bu təqsirə 
yalnız  lazımi  nəzarətin  olmaması  nəticəsində  yol  verilmişdi  ki,  bu  da 
öz-özlüyündə  xidmətlə  bağlı  təqsir  deməkdir.  Dövlət  Şurası  Oksellinin 
cinayət  işində  iştirakçıların  işinə  dair  13  dekabr,  1963-cü  il  tarixli 
qərannda həmin əsasla zərərçəkənə dövlət hesabından cərimə ödənilməsi 
barədə qərar qəbul etmişdir. 
Birgə məsuliyyət eyni bir hərəkətlə həm xidməti vəzifələrin icrası 
ilə bağlı təqsir, həm də fərdi təqsir nəticəsində baş verir. 
Birgə məsuliyyət nəzəriyyəsi Lemonnyenin işi ilə əlaqədar çıxış 
edən hökumət komissan Leon Blümün nəticələrində sistemləşdirilmişdi. 
Hadisə yerli səviyyədə keçirilən bayram tədbirinə aid idi; bayram tədbiri 
zamanı attraksionların biri çayda hərəkət edən hədəflərə atəş açmaq üçün 
nəzərdə tutulmuşdu. Lakin gülləatanların naşılığı üzündən güllələr çayın 
o biri sahilində olan adamların yan-yörəsindən vıyıldayıb keçirdi. Əhali 
tərəfindən  merə  ünvanlanmış  xəbərdarlıqlara  baxmayaraq,  mer 
tərəfindən heç bir ehtiyat tədbiri görülməmiş, nəticədə isə bir neçə nəfər 
yaralanmışdı.  Hökumət  komissarının  fikrincə,  merin  hərəkətində  fərdi 
təqsir öz ifadəsini tapmışdı, lakin hər halda o, xidməti vəzifələrin icrası 
ilə  bağlı  təqsirə  yol  vermişdi.  Deməli,  eyni  bir  hərəkətə  görə,  yəni 
laqeydliyə,  lazımi  ehtiyat  tədbirləri  görməməyinə  görə,  mer  eyni 
zamanda  ümumi  mülki  hüquq  qaydası  üzrə  ümumi  məhkəmədə  və 
vəzifəli şəxs kimi, xidməti vəzifələrin icrası ilə bağlı təqsirə görə inzibati 
məhkəmədə məsuliyyətə cəlb edildi. Leon Blüm bu hadisə ilə əlaqədar 
aşağıdakı məşhur ifadəni işlətmişdi: «Əgər fərdi təqsirə xidmət şəraitində 
və  yaxud  vəzifə  səlahiyyətlərinin  icrası  ilə  əlaqədar  yol  verilmişdirsə, 
onda  zərərçəkən  təqsirkarı  ancaq  xidmət  zamanı  vəzifələrini  yerinə 
yetirərkən təqsiri olmaqda suçlandıra bilər». 
Beləliklə,  göstərilən  misalda  eyni  bir  hərəkət  fərdi  təqsir  və 
xidməti  vəzifələrinə  laqeyd  münasibət  bəsləməsi  nəticəsində  baş 
vermişdir.  Məhkəmə  praktikası  bu  cür  işlərə  baxmaqla  öz  xidmət 
sahəsində böyük təkamül yolu keçmişdir. Məhkəmələr açıq-aşkar fərdi 
təqsir  olan  təqsiri  müəyyənləşdirmək  üçün  ixtiyarlarında  olan  bütün 
vasitələrdən  istifadə  edirdilər.  Sonralar  xidmətdənkənar  təqsir  də 
xidmətlə bağlı təqsir kimi hesab edildi. Məsələn, asayişi qoruyan polis 
işçisi sərxoş vəziyyətdə vətəndaşlarla mübahisəyə girərək, nəticədə tabel 
silahı  ilə  onlardan  birini  yaralamışdır.  Deməli,  söhbət  fərdi  təqsirdən 
gedirdi, lakin burada da belə bir nəticəyə gəlmək olar ki, baş vermiş 
168 


hadisə xidmətlə bağlı idi, çünki polis nəfərinə asayişin qorunmasını təmin 
etmək funksiyası həvalə edilmişdir.'*^ 
Ümumi  təqsir  nəzəriyyəsinə  əsaslanan  məhkəmə  praktikası 
zərərçəkənlər  üçün  olduqca  sərfəli  bir  hal  kimi  qiymətləndirilir.  Bu, 
praktikada  onların  zərər  çəkmələrinə  görə  cərimə  almalarına  böyük 
etibarlılıq imkanı yaratdı, çünki bir çox hallarda qulluqçular, xüsusilə də 
hərbi qulluqçular vurulan zərərə görə xeyli məbləğ təşkil edən cəriməni 
ödəmək imkanına malik olmurlar. 
Təbii  olaraq  belə  hallarda  bir  sıra  tədbirlər  nəzərdə  tutulur  ki, 
zərərçəkən eyni bir zərərə görə eyni vaxtda iki ödənc ala bilməsin. 
Məhkəmə  praktikasında  yeridilən  belə  xətt  qulluqçular  üçün  də 
əlverişlidir, çünki onların saysız-hesabsız hərəkətləri nəticəsində vurulan 
ziyanı özləri ödəməli olduğu halda, bu ziyanları dövlət ödəyirdi. 
Beləliklə, bu şəraitdə qulluqçulann fərdi məsuliyyəti məsələsinə 
çox  nadir  hallarda  toxunulurdu,  çünki  zərərçəkənlər  administrasiyaya 
qarşı  iddia  qaldırmağa  üstünlük  verirdilər.  Bir  sıra  alimlər  tərəfindən 
tənqidi  fikirlər  söylənildikdən  sonra  ümumi  təqsir  nəzəriyyəsi  1951-ci 
ildə  administrasiyanın  kollektivinin  daxili  münasibətlərinə  də  şamil 
edilməyə başladı. 
Administrasiyanın  öz  qulluqçuları  ilə  münasibətləri  ondan 
ibarətdir  ki,  Dövlət  Şurası  ilk  vaxtlar  belə  hesab  edirdi  ki,  məhkəmə 
qərarına əsasən zərərçəkənə cərimə ödəməyə borclu olan administrasiya 
bütün cərimə məbləğini bir qulluqçudan (hətta o, fərdi təqsir olan hərəkət 
etdikdə belə) tuta bilməz.“*5 Bu məhkəmə praktikası Dövlət Şurasının 
Delvilin və Larüelin işlərinə dair 26 iyul, 1951-ci il tarixli qərarı ilə rədd 
edildi və tamamilə dəyişdirildi. 
Hər  iki  işdə  söhbət  yol-nəqliyyat  hadisələrindən  gedirdi.  Bu 
işlərdə  iki  fakt  müşahidə  edilir;  ümumi  təqsiri  və  birgə  məsuliyyəti 
müəyyənləşdirmək. 
- Delvilin işində hərbi yük maşınının sürücüsünün təqsiri üzündən 
baş  verən  yol-nəqliyyat  hadisəsinə  iki  fakt  səbəb  olmuşdur:  bu, 
öz-özlüyündə  xidməti  vəzifələrin  icrası  zamanı  yol  verilən  təqsirdir; 
sürücü özü isə sərxoş vəziyyətdə olmuşdu - bu, fərdi təqsirdir. Yol verdiyi 
fərdi  təqsirə  görə  ümumi  məhkəmə  tərəfindən  ittiham  olunmuş  sürücü 
dövlətə qarşı iddia qaldırdı. Dövlət Şurası onun məsuliy- 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin