küçələrdə asayişi qoruyaraq polis fəaliyyətini həyata keçirməklə bağlı
olsun və ya fəaliyyət yanğınlara qarşı mübarizədə iştirak edən
yanğınsöndürənlərlə əlaqədar olsun.
Bu iki halda belə hesab edilir ki, küçə iğtişaşları və sürətlə yayılan
yanğın zamanı dərhal və həmişə lazımınca düşünülmüş qərarlar qəbul
edilməsi çətinlik törədir. Elə buna görə də hər hansı bir çatışmazlıqlara
yol verilə bilər, çünki xidmət üzrə fəaliyyət məsuliyyətlə nəticələnmir.
Məhz bununla əlaqədar xidmət üzrə yaranan məsuliyyət ağır təqsir hesab
edilir.
Təbabət.
Belə hesab edilir ki, tibb sənəti çətin sənətdir və hətta ən
yaxşı həkim də ya diaqnoz qoyduğu, ya da müalicə apardığı zaman səhvə
yol verə bilər. Buna görə də həkim öz fəaliyyətində tam müstəqil
olduğundan diaqnoz qoymaq və müalicə ilə bağlı olaraq, tam sərbəst
hərəkət etməlidir. Xəstəxana şəraitində yol verilən təqsirə o, cavab
vermir.
Bu qayda yalnız sırf tibbi xarakterli təqsirlə əlaqədar tətbiq edilir.
Əksinə, əgər xəstəxana xidmətinin təşkilindən, yaxud bu xidmətin
fəaliyyətindən, ya da yardımçı tibb heyətinin, tibb bacılarının işindən
söhbət gedirsə, bu halda xidməti məsuliyyətə istinad etmək üçün sadəcə
təqsirlinin olması kifayətdir.
Nəzarət etmək həmişə iş görməkdən çətindir, çünki nəzarətçi
əvvəlcədən işin mahiyyətini bilməkdə maraqlı olmalıdır. Buna görə də
belə hesab edilir ki, əgər nəzarət edilən orqan qanunsuz hərəkətə yol
vermirşsə, onda bu barədə nəzarətin aparılması həvalə olunan orqan da
apardığı qanunsuz nəzarətə görə məsuliyyətə cəlb edilə bilər. Təbiidir, bu
o halda baş verir ki, həmin orqan ya bilavasitə zərərçəkənə, yaxud nəzarət
altındakı orqana münasibətdə ağır təqsirə yol vermiş olsun. Belə olduqda,
sonuncu da öz növbəsində nəzarətçinin qanunsuz əməllər törətməsinə
maneçilik törətməyə borclu olduğuna istinad edərək, ona qarşı iddia irəli
sürülür.
Məhkəmə praktikasında dövlət tərəfindən yardımçı ümumi
(ictimai) kollektivlər, misal üçün, sosial təminat kassaları'*'^ və xüsusi
fəaliyyət, o cümlədən bankların fəaliyyəti“** üzərində həyata keçirilən
nəzarətlə əlaqədar belə hadisələrə rast olunur. Misal üçün, əmanətçilərin
çox asanca etibar etdikləri bank iflasa uğrayır və onların pullarını
qaytarmaq iqtidarında olmur, bu zaman
əmanətçilər banklara nə-
Dostları ilə paylaş: