Xidmətlə əlaqədar təqsir.
Onun tərifi 1877-ci ildə hökumət komissarı
Laferpyer tərəfindən verilmişdir; bu, xidməti vəzifələrin yerinə
yetirilməsi ilə bağlı olan təqsirdir, çünki zərər vuranın işi (hərəkəti)
ünvansızdır və həmin işin yerinə yetirilməsini təqsirkar olan şəxsə
idarəetmə orqanının rəhbəri həvalə
etmişdir.^^
Münaqişələr üzrə Tribunalın Lomonnye-Karryolun işinə dair 5 may, 1877-ji il tarixli
qəran.
165
Bu müddəadan faktiki olaraq iki nəticə çıxarma'q olar: xidmət
zamanı yaranan təqsir və xidməti funksiyaların yerinə yetirilməsi ilə
bağlı yaranan təqsir.
Xidməti təqsir məmurlar tərəfindən yol yerilmiş təqsirdir; bu,
fərdiləşdirilməsi mümkün olmayan təqsirdir; ona yol vermiş fiziki şəxsi
müəyyənləşdirmək qeyri-mümkün olur. Belə hal müasir iri təşkilatların,
o cümlədən dövlət administrasiyasının fəaliyyəti zamanı yara
nır.
Baş nazirin və nazirlərdən bir neçəsinin imzası olan qanunsuz
dekret qəbul olunduğu halda, bu zaman təqsirkar kim ola bilər - baş nazir,
yoxsa nazirlər? Axı, əslində dekreti məmurlar hazırlayırlar ki, onların da
sayı bəzən çox olur və onlar müxtəlif xidmətlərdə qulluq edirlər. Deməli,
belə vəziyyətdə qanunsuz hərəkətin kim tərəfindən başlanması, kimin
səhv etməsi məsələsinin həlli olduqca çətinləşir. Hələ üstləik, əgər dekret
kollegial orqanların rəyləri əsasında qəbul edilmişdirsə, onda təqsirin
müəyyən edilməsi daha çətin olur.
Qanunsuz hərəkəti Dövlət Şurası (bunu da tam istisna etmək
olmaz) kollegial orqan da edə bilər. Elə buna görə də məsuliyyəti bütöv
kollektivlər daşıyırlar.
Xidmətlə bağlı olan təqsir, sözün əsl mənasında vəzifə
funksiyasının yerinə yetirilməsi ilə bağlı təqsir sayılır; həm də təqsirin bu
iki növü mövcud olmayan xidmətlə bağlı təqsiri əmələ gətirir.
Xidmətlə bağlı təqsir konkret məmurun hərəkətləri nəticəsində
baş verir, lakin bu təqsirə xidmət çərçivəsində yol verildiyindən, o,
məmurun şəxsi məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. Çünki bu
təqsir müəyyən orqan tərəfindən törədilən qanunsuz hərəkətin nəticəsi
kimi meydana çıxdığından xidmət məsuliyyətinə aid edilir. Kiçik
kommunanın meri bələdiyyə idarəsində öz katibini vəzifədən qanunsuz
kənarlaşdırarkən bu zaman xidmətlə bağlı təqsirə yol verir. Bu, xidmətlə
bağlı təqsir sayılır. Məmurun yalan vəd verməsi, onun və yaxud nazirin
özünün hər hansı vətəndaşa düzgün olmayan məlumat verməsi də eyni
hal sayılır. Əgər məmur xüsusi şəxsə şəhərsalma haqqında sənəd və
məlumat verirsə və həmin sənədlərdə səhv məlumatlar toplanmışdırsa
onda belə halda təqsirkan müəyyənləşdirmək çətin olmasına
baxmayaraq, xidmətlə bağlı təqsir sayılır.
Beləliklə, xidmətlə bağlı səhvlər müxtəlif hallarda baş verə bilər,
lakin onu törədən şəxsin düzgün müəyyən edilməsi və məsuliyyətə cəlb
edilməsi vacibdir.
Beləliklə, ümumi hakimiyyətin məsuliyyətinə dair orijinal və
mühüm nəzəriyyələrdən biri də birgə təqsir nəzəriyyəsidir. Həqiqətən
166
də bir çox hallarda hər iki anlayış uzlaşır, çünki onların hər biri xidməti
vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan təqsirdir.
XX əsrin birinci yarısında, zərərçəkənə vurulan zərər üçün cərimə
ödənilməsi məsələsi üzrə məhkəmə praktikası əsasında konsepsiya işlənib
hazırlanmışdı, 1951-ci ildə həmin konsepsiya administrasiya və onun
qulluqçuları arasında yaranmış münasibətlərdə özünü göstərdi ki,
zərərçəkənə ödənilən cərimə miqdarından asılı olmayaraq, zərərin
ödənilməsi təmin edilməlidir.
Administrasiyanın zərərçəkənlə münasibətlərinin alternativ
variantları - ümumi təqsirin mümkünlüyü və eyni bir təqsirə görə birgə
məsuliyyətin daşınması bir-birindən fərqləndirilməlidir.
Ümumi təqsir - bu ən sadə mülahizədir. Eyni bir vəziyyətdə
vurulan zərər təqsirin iki növünü yaradır. Əgər zərər iki müxtəlif hərəkət
əsasında vurulmuşdursa, bunlardan biri fərdi təqsir, digəri isə xidmət üzrə
təqsir hesab edilir.
Zərərçəkən bu halda öz mülahizələrinə görə ya xidməti vəzifələrin
icrası ilə bağlı təqsir üçün xidmətdən, yaxud şəxsi xarakterli qanunazidd
hərəkətlər törətmiş qulluqçudan şikayət edə bilər. Birinci halda məhkəmə
tərəfindən bütün məsuliyyət növləri aydınlaşdırılır, qulluqçunun üzərinə
qoyulacaq zərərin miqdarına işə baxan inzibati məhkəmədə baxılmalıdır.
Əgər zərərçəkən qulluqçulardan şikayət verməyi üstün tutursa, onda
ümumi mülki məhkəmə qarşısında iddia qaldırılır, təqsirkarlar törətdikləri
qanunazidd hərəkətlərə görə mühakimə edilir.
Ümumi xidmət təqsirinin ən geniş yayılmış variantı nəzarət
funksiyalarının həyata keçirilməsində yol verilən xətalardır. Bu o hallarda
olur ki, qulluqçuların xidməti vəzifələrinin icrası üzərində nəzarət
zəiflədiyinə görə nəticədə onlar başqa şəxsə zərər vururlar. Beləliklə,
nəzarətin lazımi qaydada olmaması sonu zərər vurmaqla nəticələnən fərdi
təqsirin baş verməsinə gətirib çıxarır. Məsələn, hərbi hissədə qulluq edən
əsgərlər özlərini tam nəzarətsiz hiss edərək mülki paltar geyib gecə
özbaşına şəhərə qaçmış və taksi sürücüsünü öldürüb onun pulunu
mənimsəmişlər. Nəzarətsiz qalan əsgərlər həmin cinayət hadisəsinin
törədilməsinə səbəb olmuş, həm də sürücünün bir günlük qazancını
götürməklə onun ailə üzvlərinə zərər vurmuşlar.
Bu əməllərə görə cinayətkarlar müxtəlif müddətlərə həbs cəzasına
məhkum olmuş, habelə taksi sürücüsünün ailəsinə vurulmuş zərəri
ödəmək şərti ilə onlar mülki-hüquqi məsuliyyətə cəlb edilmişdilər. Lakin
onlar həbsdə olduqlarına görə zərəri ödəmək imkanları olmadığından
həlak olanın ailə üzvləri dövlət qarşısında iddia qaldıraraq
167
qeyd etmişdilər ki, əgər əsgərlər ciddi nəzarət altında olsaydılar, onda qətl
hadisəsi baş verməzdi. Təbiidir ki, qazancını oğurlamaq məqsədilə taksi
sürücüsünün öldürülməsi fərdi təqsirə aid tipik haldır. Lakin bu təqsirə
yalnız lazımi nəzarətin olmaması nəticəsində yol verilmişdi ki, bu da
öz-özlüyündə xidmətlə bağlı təqsir deməkdir. Dövlət Şurası Oksellinin
cinayət işində iştirakçıların işinə dair 13 dekabr, 1963-cü il tarixli
qərannda həmin əsasla zərərçəkənə dövlət hesabından cərimə ödənilməsi
barədə qərar qəbul etmişdir.
Birgə məsuliyyət eyni bir hərəkətlə həm xidməti vəzifələrin icrası
ilə bağlı təqsir, həm də fərdi təqsir nəticəsində baş verir.
Birgə məsuliyyət nəzəriyyəsi Lemonnyenin işi ilə əlaqədar çıxış
edən hökumət komissan Leon Blümün nəticələrində sistemləşdirilmişdi.
Hadisə yerli səviyyədə keçirilən bayram tədbirinə aid idi; bayram tədbiri
zamanı attraksionların biri çayda hərəkət edən hədəflərə atəş açmaq üçün
nəzərdə tutulmuşdu. Lakin gülləatanların naşılığı üzündən güllələr çayın
o biri sahilində olan adamların yan-yörəsindən vıyıldayıb keçirdi. Əhali
tərəfindən merə ünvanlanmış xəbərdarlıqlara baxmayaraq, mer
tərəfindən heç bir ehtiyat tədbiri görülməmiş, nəticədə isə bir neçə nəfər
yaralanmışdı. Hökumət komissarının fikrincə, merin hərəkətində fərdi
təqsir öz ifadəsini tapmışdı, lakin hər halda o, xidməti vəzifələrin icrası
ilə bağlı təqsirə yol vermişdi. Deməli, eyni bir hərəkətə görə, yəni
laqeydliyə, lazımi ehtiyat tədbirləri görməməyinə görə, mer eyni
zamanda ümumi mülki hüquq qaydası üzrə ümumi məhkəmədə və
vəzifəli şəxs kimi, xidməti vəzifələrin icrası ilə bağlı təqsirə görə inzibati
məhkəmədə məsuliyyətə cəlb edildi. Leon Blüm bu hadisə ilə əlaqədar
aşağıdakı məşhur ifadəni işlətmişdi: «Əgər fərdi təqsirə xidmət şəraitində
və yaxud vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar yol verilmişdirsə,
onda zərərçəkən təqsirkarı ancaq xidmət zamanı vəzifələrini yerinə
yetirərkən təqsiri olmaqda suçlandıra bilər».
Beləliklə, göstərilən misalda eyni bir hərəkət fərdi təqsir və
xidməti vəzifələrinə laqeyd münasibət bəsləməsi nəticəsində baş
vermişdir. Məhkəmə praktikası bu cür işlərə baxmaqla öz xidmət
sahəsində böyük təkamül yolu keçmişdir. Məhkəmələr açıq-aşkar fərdi
təqsir olan təqsiri müəyyənləşdirmək üçün ixtiyarlarında olan bütün
vasitələrdən istifadə edirdilər. Sonralar xidmətdənkənar təqsir də
xidmətlə bağlı təqsir kimi hesab edildi. Məsələn, asayişi qoruyan polis
işçisi sərxoş vəziyyətdə vətəndaşlarla mübahisəyə girərək, nəticədə tabel
silahı ilə onlardan birini yaralamışdır. Deməli, söhbət fərdi təqsirdən
gedirdi, lakin burada da belə bir nəticəyə gəlmək olar ki, baş vermiş
168
hadisə xidmətlə bağlı idi, çünki polis nəfərinə asayişin qorunmasını təmin
etmək funksiyası həvalə edilmişdir.'*^
Ümumi təqsir nəzəriyyəsinə əsaslanan məhkəmə praktikası
zərərçəkənlər üçün olduqca sərfəli bir hal kimi qiymətləndirilir. Bu,
praktikada onların zərər çəkmələrinə görə cərimə almalarına böyük
etibarlılıq imkanı yaratdı, çünki bir çox hallarda qulluqçular, xüsusilə də
hərbi qulluqçular vurulan zərərə görə xeyli məbləğ təşkil edən cəriməni
ödəmək imkanına malik olmurlar.
Təbii olaraq belə hallarda bir sıra tədbirlər nəzərdə tutulur ki,
zərərçəkən eyni bir zərərə görə eyni vaxtda iki ödənc ala bilməsin.
Məhkəmə praktikasında yeridilən belə xətt qulluqçular üçün də
əlverişlidir, çünki onların saysız-hesabsız hərəkətləri nəticəsində vurulan
ziyanı özləri ödəməli olduğu halda, bu ziyanları dövlət ödəyirdi.
Beləliklə, bu şəraitdə qulluqçulann fərdi məsuliyyəti məsələsinə
çox nadir hallarda toxunulurdu, çünki zərərçəkənlər administrasiyaya
qarşı iddia qaldırmağa üstünlük verirdilər. Bir sıra alimlər tərəfindən
tənqidi fikirlər söylənildikdən sonra ümumi təqsir nəzəriyyəsi 1951-ci
ildə administrasiyanın kollektivinin daxili münasibətlərinə də şamil
edilməyə başladı.
Administrasiyanın öz qulluqçuları ilə münasibətləri ondan
ibarətdir ki, Dövlət Şurası ilk vaxtlar belə hesab edirdi ki, məhkəmə
qərarına əsasən zərərçəkənə cərimə ödəməyə borclu olan administrasiya
bütün cərimə məbləğini bir qulluqçudan (hətta o, fərdi təqsir olan hərəkət
etdikdə belə) tuta bilməz.“*5 Bu məhkəmə praktikası Dövlət Şurasının
Delvilin və Larüelin işlərinə dair 26 iyul, 1951-ci il tarixli qərarı ilə rədd
edildi və tamamilə dəyişdirildi.
Hər iki işdə söhbət yol-nəqliyyat hadisələrindən gedirdi. Bu
işlərdə iki fakt müşahidə edilir; ümumi təqsiri və birgə məsuliyyəti
müəyyənləşdirmək.
- Delvilin işində hərbi yük maşınının sürücüsünün təqsiri üzündən
baş verən yol-nəqliyyat hadisəsinə iki fakt səbəb olmuşdur: bu,
öz-özlüyündə xidməti vəzifələrin icrası zamanı yol verilən təqsirdir;
sürücü özü isə sərxoş vəziyyətdə olmuşdu - bu, fərdi təqsirdir. Yol verdiyi
fərdi təqsirə görə ümumi məhkəmə tərəfindən ittiham olunmuş sürücü
dövlətə qarşı iddia qaldırdı. Dövlət Şurası onun məsuliy-
Dostları ilə paylaş: |