Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


inzibati  məsuliyyətin  şamil  edilməsi



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə78/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   74   75   76   77   78   79   80   81   ...   113
inzibati  məsuliyyətin  şamil  edilməsi.
  Administrasiyanın  məsuliyyətinin 
şamil edilməsi baxımından ən mühüm mərhələ Dövlət Şurasının Tomaso 
Qrekonun işinə dair 10 fevral, 1905-ci il tarixli çıxardığı qərarı olmuşdur. 
Həmin  qərarda  qeyd  olunurdu  ki,  dövlətin  məsuliyyəti  barəsində  hətta 
əvvəllər  mövcud  olmuş  qanunun  geriyə  təsir  qüvvəsi  şamil  edilmişdir. 
Həmin  qanun  müddəalarına  rəğmən  asayişin  qorunub  saxlanması 
sahəsindəki  tədbirlər  zamanı  çəkilən  artıq  xərclərə  görə  də  məsuliyyət 
müəyyən edilmişdir. 
Yaxın  vaxtlaradək  dövlətin  ədalət  məhkəməsi  funksiyalarını 
həyata  keçirərkən  məsuliyyət  daşımadığı  yalnız  güman  edilirdi.  Polisin 
fəaliyyətinə görə dövlətin məsuliyyəti çoxdan müəyyən edilmiş olsa da, 
bu  məsuliyyət  uzun  müddət  ədliyyə  orqanlarına  şamil  edilmirdi,  çünki 
«məhkəmə  səhv  edə  bilməz»  prinsipi  üstünlük  təşkil edirdi.  Bu  prinsip 
istər  ümumi  məhkəmələrə,  istərsə  də  inzibati  ədliyyəyə  münasibətdə 
qüvvədə  idi  və  yalnız  məhkəmə  aktlannm  özünə  aid  edilirdi.  Lakin 
tezliklə  həmin  prinsipə  qarşı  etirazlar  başlandı,  ona  görə  ki,  heç  kəs 
səhvlərdən  sığorta  edilməmişdi,  hakimlərin  səhvləri  isə  öz  nəticələrinə 
görə (xüsusən cinayət işlərinə baxılarkən) vətəndaşlar arasında təhlükəyə 
səbəb  olurdu.  Ədalət  mühakiməsi  peşəkar  hakim  olmayan  şəxslər 
tərəfindən qərar qəbul edilən zaman səhvlərə yol verirdi. 
Bu sahədə təkamül cinayət hüququ üzrə ayn-ayn qanunların qəbul 
edilməsi ilə başlandı. Əvvəlcə 1895-ci il qanunu meydana çıxdı; həmin 
qanun  məhkəmənin  səhv  etdiyi  hallarda  zərərçəkənə  qanunsuz  ziyan 
vurularsa,  onda  zərərçəkən  ona  vurulmuş  ziyanı  tələb  etmək  hüququna 
malik  idi.  Lakin  bu  qanundan  çox  nadir  hallarda  istifadə  edilirdi. 
Sonradan 1933-cü il qanunu meydana çıxdı; məhkəmə məmurlarına qarşı 
xüsusi ittiham irəli sürülməsi üzündən bu qanunun tətbiqi yolunda bir sıra 
çətinliklər  yaranırdı.  Nəhayət,  bir  müddətdən  sonra  iki  qanun  qəbul 
edilmişdir  ki,  bunlardan  birincisi  17  iyul,  1970-ci  il  tarixli  qanun 
olmuşdur. Bu qanuna görə, qanunsuz olaraq müvəqqəti həbslə əlaqədar 
olan işlərdə müstəsna hallar kimi cəza cərimə ilə əvəz edilə bilər. İkincisi 
isə  5  iyul,  1972-ci  il  tarixli  qanunla  müəyyənləşdirilir.  Qanuna  əsasən, 
hakimlər  ədalət  mühakiməsinin  keyfiyyətsiz  aparılması  nəticəsində 
vətəndaşlara  vurulmuş  zərəri  yalnız  ayrı-ayrı  müstəsna  əsaslar  üzrə 
ödəməyə  borcludurlar.  Bu  qədər  məhdudlaşdırıcı  şərtlər  nəzərdə  tutan 
həmin qanunların qanunvericiliyin və məhkəmə praktikasının inkişafına 
geniş imkan yaradacağını və bəzi başqa ölkələrdə olduğu kimi, ədliyyə 
orqanlarının onlar üçün səciyyəvi olan tam məsuliyyətsizlik imtiyazından 
azad edilməsinə gətirib çıxaracağını təsəvvür etmək çətin idi. 
161 


lə istehlakçı arasında bağlanan müqavilədir. Kvazidelikt məsuliyyət hər 
cür şəraitdə meydana gəlmir, yalnız o hallarda yaranır ki, tərəflər arasında 
müqavilə  olmur,  zərərçəkən  özü  isə  zərərvuranla  aralarında  müqavilə 
bağlamırlar.  Bu,  Fransa  Mülki  Məcəlləsinin  1382-ci  və  sonrakı 
maddələrinin  mənasına  görə  «müqavilədənkənar  münasibətlərdə 
meydana çıxarsa, onun təəhhüdləri» hesab edilir. 
İnzibati  hüquqda  müqavilədənkənar  münasibətlər  üç  əsas 
kateqoriya  ilə  fərqləndirilir.  Birincisi,  şəxsi  heyətlə  münasibətlər 
müqavilə əsasında təşkil olunur və idarəetmə xidmətlərində azlıq təşkil 
edən  agentlərlə  yanaşı,  qalan  agentlərin  xeyli  hissəsi  reqlamentlərin 
müqavilədənkənar  tənzimləməsinin  təsiri  altına  düşür  və  onlarla 
münasibətdə administrasiyanın məsuliyyəti kvazidelikt məsuliyyət olur. 
Bununla yanaşı, inzibati ümumi xidmətlərin istifadəçilərlə münasibətləri 
də  müqavilədənkənar  yaranır.  Nəhayət,  bütün  dövlət  xidmətlərinin 
agentlər və istifadəçilər olmayan üçüncü şəxslərlə olan münasibətləri də 
bu cür həyata keçirilir. 
Misal üçün, küçədə cinayətkarı və yaxud nümayişçini təqibet- mə 
nəticəsində  yaralanmış  polis  nəfəri  qarşısında  administrasiyanın 
məsuliyyəti  ona  görə  yaranır  ki,  administrasiya  ilə  onun  agentləri 
arasında  müqavilədənkənar  münasibətlər  mövcuddur.  Əgər  yaralanan 
cinayətkar və yaxud nümayişçi olarsa, onda inzibati hüquq münasibətləri 
dairəsinə  başqa  kateqoriya  düşür.  Onlar  polisdən  fərqli  olaraq 
administrasiya  ilə  xidməti  asılılıqla  bir-birilə  bağlı  deyillər.  Həmin 
əməliyyat  zamanı  yoldan  keçən,  təsadüfi  güllə  ilə  yaralanmış  adam 
administrasiya ilə nə onun sifarişçisi, nə də agenti kimi heç bir ümumi 
bağlılığı olmayan üçüncü şəxs qismində çıxış edir; bu qisimdə çıxış edən 
həmin  şəxs  qarşısında  da  administrasiyanın  məsuliyyəti  kvazidelikt 
məsuliyyət olacaqdır. Misal üçün, əgər məktəb yanarsa, yanğın zamanı 
zərər  çəkmiş  müəllimlər,  agentlər,  şagirdlər,  istifadəçilər  və  qonşular 
hadisədə üçüncü şəxs qismində tanınırlar. 
Müqavilə  məsuliyyətləri  müxtəlif  formalarda  meydana  çıxır, 
mahiyyətcə  o,  bağlanmış  müqavilələrdəki  şəraitdən  və  bir  sıra  ümumi 
normalardakı göstərişlərdən asılıdır. 
Kvazidelikt 
məsuliyyəti, 
adətən, 
ümumi 
hakimiyyətin 
məsuliyyəti  kimi  səciyyələndirirlər.  Bu  zaman  onlar  ünvansız  formada 
tətbiq  edilən  və  məhkəmə  praktikası  ilə  dəqiqləşdirilən  ümumi  hüquq 
rejimi və məhkəmə praktikası əsasında, yaxud qanunvericilik qaydasında 
ümumi qaydalardan istisnalar müəyyənləşdirildiyi xüsusi hallarda tətbiq 
edilən spesifik rejimlərlə fərqlənirlər. 
İnzibati hüquq münasibətlərində ümumi rejim eyni zamanda 
163 


həm  mühüm,  həm  də  burada  inzibati  hüququn  xüsusiyyətləri  və 
spesifikliyi aydın təzahür edildiyindən daha özünəməxsusdur. Buradaca 
qeyd  etmək  lazımdır  ki,  bu  rejim  xüsusi  hüquqda  da  (əvvəlcə  ümumi 
mülki  ədliyyə  praktikasından  götürülmüş  misallar  olsa  belə)  dərin  iz 
buraxmışdır. 
Ümumi məsuliyyət rejimində məsuliyyətin meydana çıxmasının 
əsaslarını və zərərin ödənilməsi qaydasını ayrıca qeyd etmək vacibdir. 
Administrasiyanın  məsuliyyətinin  hansı  şəraitlərdə  meydana 
çıxması  sualına  cavab  birmənalı  deyildir.  Əgər  bu,  ümumi  xidmət 
sahəsinin  fəaliyyəti  zamanı  yaranarsa,  onda  administrasiyanın 
məsuliyyəti o vaxt meydana çıxır ki, o, xidmət üzrə səhvlərə yol vermiş 
olsun və onun bu səhvləri özündə təqsirli məsuliyyət yaradır. Lakin həll 
olunmuş bir sıra hallarda da məsuliyyət təqsirsiz də meydana çıxa bilər. 
Təqsir anlayışının məsuliyyəti əksər normativ qanunlar əsasında 
yaranır.  Bu  anlayış  normativ  qanunların  sanksiyasının  ideyasına  uyğun 
gəlir: təqsirli şəxs həmin təqsirin nəticəsinə görə məsuliyyət daşıyır. Bura 
aiddir: mülki-hüquqi sanksiyalar və cinayət-hüquqi məsuliyyətlər, yaxud 
intizam məsuliyyəti tədbirləri. Bu sanksiya həmçinin zərərin ödənilməsi 
ideyasına uyğundur: təqsir nəticəsində vurulmuş zərər ödənilməlidir ki, 
zərərçəkən onun nəticələrindən əziyyətə düşməsin. 
İnzibati hüquqda bu problemin həlli yolları, hüquqi şəxslər olan 
idarəetmə  orqanlan  və  həmin  orqanlar  daxilində  xidməti  funksiyalarını 
həyata  keçirən  fiziki  şəxslər  arasında  fərq  qoyulması  məsələsi  qanunla 
müəyyən edilir. 
Hüquqi şəxslər kateqoriyasına dövlət, ərazi idarəetmə bölmələri, 
ümumi xidmət funksiyalarını həyata keçirən dövlət təsisatları və xüsusi 
təşkilatlar daxildirlər. Onlar qulluqçulardan və yaxud seçkili şəxslərdən, 
siyasi xadimlərdən, yuxanda qeyd olunan vəzifələr üzrə nazirlərdən ibarət 
ola bilərlər; onlar fəaliyyət göstərir, qərarlar qəbul edirlər və bəzi hallarda 
öz fəaliyyətlərini icra edərkən ayn-ayrı şəxslərə zərər yetirə bilərlər. 
Burada  belə  bir  sual  meydana  çıxır  ki,  həmin  zərəri  kim 
ödəməlidir? Bunu şəxsən qulluqçu, nazir, mer, prefektmi, yoxsa bu və ya 
digər qulluqçunun, yaxud nazirin təmsil etdiyi hüquqi şəxsmi etməlidir? 
Bu problem xidməti vəzifələrin yerinə yetirilməsi ilə bağlı təqsir və şəxsi 
təqsir arasında əsas fərqin müəyyənləşdirilməsi yolu ilə həll edilməlidir. 
164 



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin