Dövlət Şurasının dul qadın Tyeların işinə dair 24 mart, 1976-jı il tarixli qərarı.
173
gətirib çıxarır, ya da onun qarşısına qoyulan fəaliyyətin geniş miqyaslı
olması ilə əlaqədar olaraq qeyri-normal zərərin vurulmasına səbəb olur.
Belə hallarda həmin zərərin ödənilməsi həmin şəxsin üzərinə qoyulursa,
bu zərərin ödənilməsi qeyri-qanuni hesab edilir.
Təqsirsiz məsuliyyət nəzəriyyəsi tarazlıq amili olub, idarəetmə
xarakterli münasibətlərdə gərginliyi azaldır.
Xüsusi hüquqda da təqsirsiz məsuliyyət mövcuddur, lakin burada
o, məhdud çərçivədədir, çünki məhkəmə praktikasına yalnız qanunda
nəzərdə tutulduğu halda əməl edilir. İstehsalatda işləyən fəhlə və ya hər
hansı bir şəxs zədələnərsə, o anda administrasiya məsuliyyət daşıyır və
qanuna görə hətta sahibkarın təqsiri olmadıqda belə öz muzdlu işçisi
qarşısında məsuliyyət daşımalıdır.
Bu cür normaların qiymətləndirilməsində inzibati ədliyyə daha
sərbəstdir. Qanunla nəzərdə tutulmadığı halda inzibati hakimlər təqsirli
olmayan şəraitdə məsuliyyətin yaranmasını nəzərdə tuturlar; ümumi
mülki hüquqdakı məsuliyyətlə müqayisədə inzibati məsuliyyətin
orijinallığı, spesifikliyi, müstəqilliyi məhz təqsirsiz məsuliyyətin
yaranması şəraitində daha yaxşı təzahür edir.
İnzibati məsuliyyət əsasən ictimai işlərdə fəaliyyətin təhlükəli
növləri ilə vurulmuş zərərləri, ümumi xidmətlərin əməkdaşlanna vurulan
zərəri, nəhayət, qanunların və hüquqi aktların icrası nəticəsində yaranan
məsuliyyəti əhatə edir.
Bu adi ümumi ifadə eyni zamanda müəyyən işlərin görülməsini
tikililərin (qurğuların) aparılması ilə bağlayır. Məsələn, yol tikintisi və
artıq işi başa çatmış yol ilə bağlı olan vurulmuş zərərin əmələ gəlməsi.
Söhbət çoxdan təşəkkül tapmış və klassik nümunəyə malik olmuş
məhkəmə praktikasından gedir. Təqsirsiz məsuliyyət inzibati ədliyyə
praktikasının ən mühüm işlərindən biridir. İnzibati məhkəmələr və
Dövlət Şurası hər il yüzlərlə bu cür işləri icraata götürürlər. İctimai işlərin
görülməsi nəticəsində yaranan zərərdən əziyyət çəkən və ya əziyyətlərə
məruz qalan adamların çoxunda bu, təəccüb doğurur.
Bu nəzəriyyə eyni zamanda tikilinin (qurğunun) sahibi
adlandırılan ümumi (ictimai) kollektivə, milli obyektlərə, dövlətə və
ayrı-ayrı sahibkarlara münasibətdə də tətbiq olunur. Sonuncu halda
söhbət müstəsna olaraq çətin və ağır işlərlə əlaqədar olur və bu zaman
xüsusi şəxsin məsuliyyəti inzibati hüquq dairəsində yaranır, bunun
normaları nəticəsində meydana çıxan mübahisələr inzibati ədliyyə
çərçivəsində həll edilir.
İctimai işlərlə bağlı zərər vurulması nəzəriyyəsinə gəlincə, burada
zərərin xarakterindən və zərərçəkənlərin kateqoriyasından asılı
174
olaraq məsuliyyət rejimi müəyyən edilir. Bununla əlaqədar olaraq
iştirakçılar, istifadəçilər və üçüncü şəxslər biri digərindən fərqlənirlər.
Dostları ilə paylaş: |