Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə87/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   83   84   85   86   87   88   89   90   ...   113
İştirakçılar
  -  konkret  işin  yerinə  yetirilməsində  əməyi  olan 
memarlar, sahibkarlar və xüsusən müəssisələrin, yaxud ümumi (ictimai) 
kollektivlərin özlərinin fəhlələri olan şəxslərdir. 
Onlar  üçün  məsuliyyət  müstəsna  hallarda  təqsirin  mövcudluğu 
şəraitində  yaranır.  Misal  üçün,  1971-ci  ildə  bir  fəhlənin  işi  üzrə  qərar 
qəbul  edilir.  Həmin  fəhlə  dəmir  yolları  Milli  Cəmiyyətinin  elektrik 
dirəklərini  rəngləyən  zaman  xəttə  elektrik  cərəyanı  müəyyən  edilmiş 
vaxtdan tez buraxılması nəticəsində həlak olmuşdur. Dəmir yolları Milli 
Cəmiyyətinin  təqsiri  üzündən  bu  ağır  hadisə  baş  verdiyinə  görə 
cəmiyyətin rəhbərləri məsuliyyətə cəlb olunmuşlar. 
İstifadəçilər - bunlar qurğudan istifadə edən və ondan faydalanan 
şəxslərdir. Məhz elə bunun sayəsində də onlar iştirakçılara nisbətən daha 
əlverişli  vəziyyətdə  olurlar,  lakin  üçüncü  şəxslərə  nisbətən  onlar  az 
əlverişli vəziyyətlə təmin edilirlər. 
İstifadəçi  -  ictimai  binadan  istifadə  edən  vətəndaşlar,  tarixi 
abidəyə  baxan  şəxslər,  opera  teatrının  tamaşaçıları,  limandakı  gəminin 
kapitanı  hesab  olunurlar.  Lakin  məhkəmə  praktikasında  daha  tez-tez 
hadisələrlə  üzləşən  istifadəçi  ictimai  yolun  istifadəçisi  olan  avtomobil 
sürücüsü, velosipedçi və yaxud piyadadır. İctimai işlərlə bağlı zərərlərin 
olması  ilə  bağlı  məsələlər  üzrə  işlərə  inzibati  ədliyyə  orqanları 
istifadəçilərin  xeyli  hissəsini  bu  kateqoriya  əsasında  məsuliyyətə  cəlb 
etmişlər. 
Doğrudan  da,  demək  olar  ki,  hər  gün  şose  yollarında  piyadalar 
çala-çuxurlara  düşür,  daş-kəsəyə  ilişir,  xəndəklərə  yıxılırlar,  avtomobil 
sürücüləri isə bu yolda, yaxud yolun çınqıl tökülmüş hissəsində maşını 
döndərmək  istədikdə  maşın  sürüşür,  nəticədə  isə  qəzaya  uğrayır.  Belə 
hallarda  dövlətin,  departamentin  və  ya  kommunanın  təqsiri  üzündən 
hadisə baş verir. Lakin bu mülahizəni hüquqi cəhətdən aydınlaşdırmaq 
düzgün deyildir, çünki əslində söhbət risk nəzəriyyəsinin xüsusi halından 
- yolun qeyri-normal vəziyyətdə saxlanmasından gedir. 
Doğrudan da, əgər ümumi (ictimai) kollektivə tapşırılan iş düzgün 
yerinə yetirilməmişdirsə, yaxud yol lazımi vəziyyətdə salınmamışdırsa, 
maneələr  olan  yerlərdə  nişan  qoyulmamışdırsa,  əgər  xəndək  pis 
doldurulmuşdursa və yaxud yolun buz bağlamasının qarşısını almaq üçün 
ehtiyat  tədbirləri  görülməmişdirsə,  həmin  kollektivin  üzvləri  qanun 
qarşısında  məsuliyyət  daşıyırlar.  Dövlət  Şurası  ictimai  yolun 
istifadəçilərinə aid olub, yol hadisələri zamanı və belə halları nəzərə al 
175 


maqla məhkəmə praktikasında bu məsələlərə dair bir neçə qərar işləyib 
hazırlamışdır.  O,  adi  şəraitlərdə  istifadəçilərin  qabaqcadan  görməli 
olduqları  təhlükəni  görmədiklərini  nəzərə  almaqla  qabaqcadan  heç  bir 
tədbir görmədiklərinə görə baş verən yol-nəqliyyat hadisələrinin sayının 
artmasından narahatlığını bildirmişdi. 
Obyektin  lazımi  vəziyyətdə  saxlanılmaması  anlayışı  təhlükə 
ideyasından daha artıq dərəcədə təqsir ideyası ilə əlaqədardır; lakin hər 
halda təqsir olmadan məsuliyyət ola bilməz. Təqsirin mövcudluğu təsdiq 
edilərsə, onda cərimə ödənilməsi tələbi yaranır və zərərçəkən sü- butetmə 
yükünün  ağırlığını  bütünlüklə  özü  çəkməlidir;  ona  zərər  vurulduğunu, 
administrasiyanın təqsirli hərəkətini və ya hərəkətsizliyə yol vermədiyini 
və  nəhayət,  təqsirlə  vurulmuş  zərər  arasında  səbəb  əlaqəsi  olduğunu 
sübuta  yetirməlidir.  Yolun  lazımi  vəziyyətdə  saxlan-  mamasına  görə 
məsuliyyət  halını  sübut  etmək  üçün  zərərçəkən  yalnız  iki  faktı  sübut 
etməlidir  -  zərər  vurulmasını  və  qurğu  (tikili)  ilə  zərər  arasında  səbəb 
əlaqəsinin mövcudluğunu əsaslandırmalıdır. 
Dövlət Şurası və inzibati məhkəmə, ümumiyyətlə bir tərəfdən yol 
xidmətlərinin, digər tərəfdən isə ictimai yolların istifadəçilərinin hüquq 
və  vəzifələrini  müəyyənləşdirməyə  borcludurlar;  deməli,  məhkəmə 
praktikası  şose  yollarında  təhlükəsizliyin  təmin  edilməsi  siyasətinin 
tərkib hissəsi hesab edilir. 
Üçüncü  şəxslərə  zərər  vurulmuş  olduğu  halda,  təhlükə 
nəzəriyyəsinin  tam  tətbiqi  məsələsi  ortaya  çıxır.  Üçüncü  şəxslər  o 
şəxslərdir  ki,  qurğudan  (tikilidən)  hər  hansı  şəkildə  istifadə  etmir  və 
yaxud  mənfəət  əldə  etmirlər.  Üçüncü  şəxslər  qurğu  (tikili)  və  zərər 
arasında səbəb əlaqəsi meydana çıxdığı andan etibarən zərərə görə cərimə 
ödəməlidirlər,  bu  zaman  administrasiya  heç  bir  təqsirə  yol  vermədiyini 
bildirməklə özünü məsuliyyətdən azad edə bilməz. 
Üçüncü  şəxs  qonşu  da  ola  bilər.  Buna  misal  Dövlət  Şurasının 
böyük rus müğənnisi Şalyapinin dul qadınının işinə dair 3 may, 1963- cü 
il  tarixli  qərarı  ola  bilər.  Qadının  Eylo  avenyusündə  olan  evi  elektrik 
yarımstansiyasının  qonşuluğunda  yerləşdiyi  üçün  onun  səsi  evin 
sakinlərinə  dinclik  vermirdi.  Buna  görə  «Elektrisite  de  Frans»  lazımi 
ehtiyat  tədbirləri  görməməsinə  baxmayaraq  Dövlət  Şurası  onu 
məsuliyyətə cəlb etməmiş, qonşuları narahat etməyə görə müqəssir tərəfi 
cərimə etməklə qərar qəbul etmişdir. 
Üçüncü  şəxslərlə  əlaqədar məhkəmə  praktikasının  inkişafı  üçün 
obyektiv  əsas  işlərin  və  qurğuların  (tikililərin)  iri  miqyaslı  olmasıdır. 
Yollar, bəndlər və yaxud limanlar kimi iri qurğular xüsusi şəxslərə bəzən 
ağır nəticəli zərər vurduqlarından onların sahibləri (yəni dövlət 
176 


orqanları) vurulmuş ziyana görə imkan daxilində ödənc ödəməlidirlər. 
Təhlükə doğuran fəaliyyət və yaxud vəziyyətlər zamanı vurulan 
zərərə  gəldikdə burada da inzibati fəaliyyətlə əlaqədar yaranan təhlükə 
ideyası meydana çıxır. 
Renyo - Derozyenin işində Paris ətrafındakı bir qala istehkamında 
böyük miqdarda partlayıcı maddə yığılıb saxlanmasından söhbət gedirdi. 
Gözlənilə bilən hadisə baş vermiş, həmin maddə partlamışdı. Partlayış o 
qədər güclü olmuşdur ki, istehkamın ətrafında onlarca adam həlak olmuş 
və xeyli miqdarda evlər dağılmışdır. Buna görə Dövlət Şurası özünün 28 
mart, 1919-cu il tarixli qərarında müəyyən etmişdi ki, bu hadisədə hərbi 
administrasiyanın  təqsiri  olmamışdır,  çünki  o,  lazımi  ehtiyat  tədbirləri 
əvvəlcədən  görmüşdü  və  oraya  toplanılan  partlayıcı  maddələrin  çoxlu 
miqdarda  olmasına  baxmayaraq  bu  partlayıcı  maddələr  müharibə 
dövrünün  tələbləri  üçün  yığılmışdır.  Lakin  Dövlət  Şurası  onu  da 
müəyyən  etdi  ki,  bu  qədər  partlayıcı  maddələrin  bir  yerdə 
toplanmasından  irəli  gələn  risk  ehtimalı  ilə  əlaqədar  olaraq 
zərərçəkənlərə cərimə ödənilməlidir. 
Dövlət  Şurasının  Lekontun  və  Daraminin  işi  üzrə  24  iyun, 
1949-cu  il  tarixli  qərarında  söhbət  polis  agentləri  tərəfindən  tabel 
silahdan istifadə olunmasından gedirdi. Əgər xidməti vəzifələrini yerinə 
yetirərkən polis agentinin tətbiq etdiyi silahla hər hansı şəxs yaralanmış 
və yaxud öldürülmüşsə, bu təhlükə dövlətin məsuliyyəti sayılır. Əgər bu 
işdə ağır təqsir nəzəriyyəsi əsas götürülməli olsaydı, onda zərərçəkənlər 
nadir hallarda ödənc alardılar. Buna görə onların mənafeyi naminə risk 
nəzəriyyəsi silahdan təhlükəli şəraitdə istifadə edilməsini nəzərdə tutur. 
Lakin  bunu  məhkəmə  praktikasında  tam  qənaətbəxş  hesab  etmədilər, 
çünki onun tətbiqi olduqca mürəkkəb şəraitdə baş vermişdir. Doğrudan 
da  əvvəlcə  müəyyənləşdirilməlidir  ki,  ekstremal  vəziyyət  yaradan 
təhlükəli silah nə olan şeydir. İndiyədək Dövlət Şurası bütün odlu silah 
növlərini təhlükəli  hesab edir, lakin gözyaşardıcı qaz qumbaralarını bu 
cür  qiymətləndirmirdi,  lakin  1968-ci  ildə  törədilmiş  hadisələr  zamanı 
həmin silahın vurduğu zərər nəzərə alınmaqla fikir yürüdüldüsə də, bu 
fikir  az  ağlabatan  oldu.  Bundan  başqa  Dövlət  Şurası  zərərçəkənlərin 
kateqoriyalarından asılı olaraq baş vermiş hadisələrə fərq qoyurdu. Əgər 
zərərçəkən məhz küçədə təqib olunan cani, yaxud yolda maneə yaradılan 
məqamda  həbsdən  gizlənən  şəxsdirsə,  yaxud  da  nümayişçidirsə,  onda 
risk  nəzəriyyəsi  deyil,  sadə  təqsir  nəzəriyyəsi  fəaliyyət  göstərir.  Ağır 
təqsirin mövcudluğu zamanı əgər silahdan söhbət gedərsə, o həmin andan 
etibarən qeydə alınır. 
177 


Beləliklə,  zərərçəkən  yalnız  üçüncü  şəxs  kimi  atılan  güllədən  zərər 
çəkmiş olduqda risk nəzəriyyəsi tətbiq edilir. 
Məhkəmə  praktikası  ruhi  xəstəxanalarda  müalicə  olunanlara  da 
şamil  edilir.  Orada  xəstələrə  maksimum  azadlıq  verilməlidir  ki,  onlar 
həbsxanada  olmalarını  hiss  etməsinlər.  Lakin  bu  azadlıq  olduqca 
təhlükəlidir,  həmin  xəstəxananın  mühafizəçiləri  və  tibb  bacıları,  orada 
olan  digər  xəstələr  və  üçüncü  şəxslər  üçün  qorxulu  hesab  edilir.  Yəni 
xəstə qaça bilər, sonra isə ruhi vəziyyətdə olduğuna görə cinayət hadisəsi 
törədə bilər. Bu barədə Dövlət Şurası Mozel departamentinin işinə dair 13 
iyul,  1967-ci  il  tarixli  qərannda  belə  halda  olan  risk  üçün  məsuliyyətin 
mövcudluğunu bəyan etdi. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin