Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


Dövlət Şurasının Sen-Priye-la-Plen kommunasmm işinə dair 22 noyabr, 1946-jı il



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə90/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   86   87   88   89   90   91   92   93   ...   113
Dövlət Şurasının Sen-Priye-la-Plen kommunasmm işinə dair 22 noyabr, 1946-jı il 
tarixli qeran. 
179 


yanğının söndürülməsində iştirak edənlər zərər çəkə bilərlər. Bu zaman 
onların ödənc tələb etməyə tam əsasları vardır. 
Qanunlardan  və  qanun  aktlarından  irəli  gələn  məsuliyyətlər  və 
belə  məsuliyyət  zamanı  təhlükəli  fəaliyyət  kateqoriyalarından  istifadə 
olunması yolverilməzdir, qanunvericiliklə müəyyən edilmiş fəaliyyət isə 
öz-özlüyündə təhlükəli deyildir. 
Qanunvericilik  aktları  və  qanuni  qərarlar  əslində  təqsirli  məsu- 
liyət doğurmur, lakin hər halda bunlar öz təsiri ilə kimlərəsə zərər vura 
biləcəyi halda, onlar da ayrı-ayrı hallarda və müəyyən şəraitlərdə ödənc 
almaq hüququna malikdirlər. 
Məsuliyyətin  yaranması  halları  -  üç  əsas  faktdan  ibarətdir; 
qanunun  özünün,  beynəlxalq  müqavilənin  və  qanuni  qərarın 
fəaliyyətindən. 
Qanun  mahiyyət  etibarilə  təsirli  məsuliyyət  doğurur,  çünki 
iradənin milli səviyyədə ifadə edilməsi qüsurlu ola bilməz. 
Ona  görə  də  ilk  vaxtlar  və  uzun  müddət  ərzində  belə  nəticəyə 
gəlirdilər  ki,  qanunvericilik  fəaliyyəti  dövlətin  məsuliyyətini  doğura 
bilməz. La Florett cəmiyyətinin işinə dair məhkəmə qərarı ilə müəyyən 
edilmişdir ki, vətəndaşa zərər vurulduqda, vətəndaş təqsirsiz məsuliyyət 
əsasında zərərin ödənilməsini tələb etmək hüququna malikdir. 
Beynəlxalq  müqavilələr  əsasında  radioelektrik  enerjisinin  Baş 
şirkətinin  işində  müharibədən  sonra  alman  təzminatlar  haqqında 
müttəfıqlərarası  müqavilə  müharibədən  əvvəl  Paris  Radiostansiyasını 
istismar edən cəmiyyətə vurulmuş zərər barədə idi. Cəmiyyət belə hesab 
edirdi  ki,  həmin  müqavilə  əsasında  onlar  adi  şəraitdə  ala  biləcəyi 
ödəncdən məhrum edilmişlər. Bununla əlaqədar olaraq Dövlət Şurası 30 
mart, 1966-cı il tarixli qərarında bu cür hallar üçün təqsirsiz məsuliyyətin 
meydana  çıxmasını  potensial  imkan  prinsipi  kimi  irəli  sürdü,  lakin 
verilmiş iddia rədd edildi. 
Beləliklə,  təqsirsiz  məsuliyyət  dairəsi  prinsipcə  hökumət 
aktlarının fəaliyyətinə şamil edildi. 
Qanuni idarəetmə qərarları - məhkəmə nəzarəti rejiminə tabe olan 
idarəetmə qərarlarıdır. Əgər reqlamentar və yaxud fərdi qərarlar qanuni 
hesab  edilmişdirsə,  burada  onlar  təqsir  doğurmur.  Bununla  belə,  təqsir 
olmadığı  təqdirdə,  vətəndaşların  ümumi  vəzifələri  qarşısında 
bərabərliyindən  irəli  gələn  səbəblərə  görə  müdiriyyətin  məsuliyyəti 
meydana çıxır. 
Dövlət  Şurasının  Qavarni  kommunasmm  işinə  dair  22  fevral, 
1963-cü il tarixli qərarı, məsuliyyəti doğuran reqlamentar akt kimi. 
180 


buna tipik  misal oldu. Kommunaya iki yol ilə getmək olardı. Hərəkətin 
səmərəli təşkili üçün mer qərara almışdı ki, iki yoldan biri arabalar üçün, 
digəri  isə  piyadalar  üçün  nəzərdə  tutulsun.  Poçt  daşıyıcılarından  biri 
suvenirlər satan köşkü yollardan birinin kənarında yerləşdirmişdi, həmin 
yol  isə  araba  yolu  idi;  arabaçıların  dayanmağa  nə  vaxtları  vardı,  nə  də 
həvəsləri  və  bu  səbəbdən  ticarətçi  iflasa  uğradı.  Merin  aktı  qanuni  idi, 
çünki  yoldan  istifadə  olunmasının  təhlükəsizliyini  təmin  edirdi.  Lakin 
belə hesab edildi ki, ticarətçi merin bu hərəkətindən zərər çəkən yeganə 
şəxsdir, hər halda ödənc almaq hüququna malikdir. 
Fərdi  qərarlarda,  o  cümlədən  məhkəmə  qərarının  icrası  zamanı 
ümumi  hakimiyyət  tərəfindən  kömək  göstərilməsi  ilə  əlaqədar  olaraq 
analoji  hallara  praktikada  tez-tez  rast  gəlinir.  Kirayənişinin  mənzildən 
çıxarılması barədə məhkəmə qərarı qəbul edilməsinə nail olan ev sahibi 
sonra polis komissarına müraciət edir. Kirayənişin mənzili könüllü olaraq 
boşaltmadığına  görə  onun  evdən  məcburi  qaydada  çıxarılması  barədə 
polis  komissarı  qərar  qəbul  edir,  daha  doğrusu  məhkəmə  qərarını  icra 
edir. 
Dövlət Şurası Kunteanın işinə dair 30 noyabr, 1923-cü il tarixli 
qərarını qəbul etdikdə belə hesab etdi ki, əgər məhkəmə qərarının icrası 
ictimai asayişin ciddi surətdə pozulması təhlükəsini törədə bilərsə, polis 
hakimiyyəti belə köməkdən qanuna əsaslanaraq imtina edə bilər. Sosial 
güzəştlərə malik olan şəxslərdən, məcburi qaydada köçürülməsi ictimai 
iğtişaşa təhlükə yarada bilən azgəlirli, çoxuşaqlı ailələrdən söhbət getdiyi 
təqdirdə  adamlann  mənzillərdən  çıxarılması  zamanı  məhkəmə 
praktikasından istifadə edilir. 
Belə hallarda hesab edilir ki, polis orqanları yardım göstərməkdən 
imtina  etmək  hüququna  malikdir.  Bu  onunla  əsaslandırılır  ki,  mənzilin 
boşaldılması  zamanı  ev  sahibi  üçün  zərərli  nəticələr  baş  verə  bilər. 
Göstərilən  hallarda  mənzil  kirayəsini  ödəmək  iqtidarında  olmayan 
kirayənişinlə əlaqədar mənzil kirayəsini və digər zərərləri ödəmək yükünü 
dövlət öz üzərinə götürür. Dağılma təhlükəsi altında olan binadan əhalinin 
köçürülməsi zamanı ailələri təcili məskunlaşdırmaq üçün, başqa mənzilin 
müsadirəsi haqqında merin sərəncam verməsinə baxmayaraq, bu məsələ 
barədə məhkəmə praktikası ilə tədbir görülür. Bu zaman nəzərə alınır ki, 
müvafiq ailələrin küçədə qalmamasından ötrü mer mənzil müsadirə etmək 
hüququna malik olmuşdur. Onun polis səlahiyyətləri ilə əlaqədar olaraq 
bu müsadirə qanuni hesab edi 
181 


lir.  Lakin  bu  müsadirədən zərər  çəkmiş  mənzil  sahibi  isə  məsuliyyətin 
yaranmasına görə ödənc almaq hüququna malikdir.^ı 
Administrasiya qeyri-qanuni tikinti sahibini məhkəməyə vermək 
hüququna malik olduğuna baxmayaraq, buna əməl edilmədiyi halda buna 
oxşar qərar da qəbul etmişdi. Lakin tikinti sahibi texniki səhvə yol verdiyi 
üçün qonşusuna zərər vurmasına görə cərimə olun- 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin