kimi, ödənc hüququ doğurur. Lakin məsuliyyət prinsipi qanuni əsaslarla
yarandığı halda, zərər iki cəhətdən səciyyələnməlidir; o öz miqdarına
(ölçüsünə) görə qeyri-adi olmalı və zərərçəkən üçün spesifik nəticələr
doğurmalıdır.
Zərərin qeyri-adiliyi bundan ibarətdir ki, o, xüsusi mahiyyət
daşımalıdır, belə halda ödənc tələb etmək hüququ qəbul ediləcəkdir.
Qavarnidə poçt açıqcaları satıcısı mer tərəfindən görülmüş tədbir
nəticəsində tam iflasa məruz qalmışdı və yalnız buna görə o, ödənc
almağa ümid edə bilərdi; əgər o öz əmtəə dövriyyəsinin sadəcə olaraq
əhəmiyyətsiz dərəcədə azaldığını vaxtında bildirmiş olsaydı, onda heç bir
ödənc almayacaqdı.
Zərərin spesifikliyi bundan ibarətdir ki, o, əhalinin geniş
təbəqələrinə, hətta bütün millətə deyil, yalnız ayrıca bir vətəndaşa, yaxud
vətəndaşların kiçik bir qrupuna aid olmalıdır. Radio-elektrik enerjisi Baş
şirkətinin işində bu ideya təsbit olunmuşdur: zərərlərin ödənilməsi
tələbini rədd etmək üçün Dövlət Şurası Fransa vətəndaşlarının çoxsaylı
kateqoriyaları üçün ödənc hüququnun məhdudlaşdırılması haqqında
təzminat müqavilələri bağlamaq məsələsini irəli sürdü.
Ümumi hakimiyyətin məsuliyyətindən istifadə mexanizminin
prinsipi belədir. Burada daha iki halı qeyd etmək olar. Əvvələn, bu
mexanizm məhkəmə praktikasının, o cümlədən onun təqsirsiz
məsuliyyətə aid edilən hissəsinin məhsulu kimi təşəkkül tapmışdır. Bu
mexanizmi işləyib hazırlayarkən
məhkəmələr, bir-birinə
əks tələblər irəli
sürməklə tarazlığı təmin etməyə çalışırdılar: yəni məhkəmələr bir
tərəfdən dövlət vəsaitlərinə qənaət edilməsi tələblərini nəzərə alır (bu
tələblər nəticə etibarilə vergiverənlərin mənafelərinin müdafiə
olunmasını rəhbər tutur, çünki cərimə ödəmələri hansı yolla olursa-olsun,
verilməlidir, əgər cərimənin ödənilməsi ümumi kollektivə həvalə
olunursa, onların vasitəsilə bu tənbehə vergiverənlər məruz qalırlar),
digər tərəfdən, ədalətlilik mülahizələrini rəhbər tutaraq, zərərçəkənə
dəymiş zərərin maksimum dərəcədə ödənilməsini təmin etməyə cəhd
göstərirdilər. Bunun nəticəsində olduqca güzəştli qərarlar verilir və daimi
təkamül prosesinə məruz qalan qeyri-sabit tarazlıq təşəkkül tapır.
183