müəyyənləşdirilən məbləğdə cərimə almalıdır. Əgər cərimə renta
şəklində verilərsə, pul vahidinin sonradan qiymətdən düşməsini ödəmək
üçün indeksləşdirilməlidir.^-'*
Maddi zərərə gəlincə, qərara alınmışdır ki, onun dəyərinin
təminatı qərarın qəbul edildiyi gün üçün deyil, cərimənin ödənilməsinə
başlandığı gündən müəyyənləşdirilsin. Əgər cərimənin ödənilməsi
hüququ, maliyyə və yaxud maddi səbəblərə görə gecikdirilirsə, zərər
vurulan günlə cərimənin ödənildiyi gün, daha dəqiq cərimə ödənilməsi
mümkün olan gün arasındakı dövrdə qiymətlərin artması mütləq nəzərə
alınmalıdır.
Cərimə ödənilməsi tələbli məhkəmə iddialarına aid üç məsələ
praktik cəhətdən mühüm məsələlərdir.
Kreditorun müəyyən edilməsi. Cərimə, adətən, zərərçəkənə
ödənilməlidir, lakin nəzəri cəhətdən güman edilən cavabdehin arxasında
sığorta şirkətinin simasında real cavabdeh dura bilər, çünki o, artıq
zərərçəkənə zərər üçün əvəz ödəmişdir.
Bundan başqa, məhkəmə prosesində cavabdehlərin digər kate-
qoriyası-həm xüsusi, həm də inzibati hüquqda çox mühüm rol oynayan
sosial sığorta kassaları da meydana çıxmışdır.
Həqiqətən də söhbət bədən xəsarətlərindən getdikdə
(məhkəmələrdə belə işlərə çox tez-tez baxılır) zərərçəkənlərin
əksəriyyətinin sığortalanmış olduğu məlum olur; bu zaman onların ya
müalicə və dərmanlar üçün çəkilən xərclərinin natural ifadədə əvəzi
şəklində, ya əmək qabiliyyətinin itirilməsi və yaxud azalması zamanı
ödənilən renta şəklində, ya da ailə başçısı öldüyü təqdirdə dul qadına və
uşaqlara pensiyalar şəklində sosial sığorta müavinətlərindən istifadə
edirlər.
Qanunla müəyyənləşdirilmişdir ki, sosial sığorta kassası həmin
məbləğlərin ödənilməsi hesabına «təqsirli üçüncü şəxs»dən - inzibati
hüquqda ümumi kollektivdən vəsait tələb edə bilər. Lakin qanun
həmçinin müəyyən etmişdir ki, məsuliyyət daşıyan üçüncü şəxs cəriməni
iki dəfə - bir dəfə zərərçəkənə, ikinci dəfə isə kassaya ödəməməlidir.
Deməli, əvvəlcə zərərçəkənə dəymiş zərər üçün ödəniləsi cərimənin
ümumi məbləği müəyyənləşdirilməlidir, sonra kassa həmin məbləğdən
əvvəlcə özü ödədiyi məbləği tutur. Bu ödənclər çox zaman bərabər, bəzən
isə cərimənin ümumi miqdarından çox olur, nəticə etibarilə zərərçəkən
ödənilməsi məhkəmə qərarına əsasən dövlət idarəetmə
Dostları ilə paylaş: