Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə91/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   87   88   89   90   91   92   93   94   ...   113
muşdur.5^
 
Təqsirsiz məsuliyyətin yaranması halları get-gedə daha müxtəlif 
formalarda  olurdu.  Qanunvericiliyin  tələbləri  sahəsində  məsuliyyət 
halları da nisbətən azalırdı, 1938-ci ildən sonra cəmi iki və ya üç belə hal 
olmuşdur.  Diplomatik  müqavilələrin  fəaliyyət  dairəsində  zərərin 
ödənilməsi  barədə  hələ  bir  dənə  də  olsun  qərar  qəbul  edilməmişdir. 
Əksinə olaraq, qanuni idarəetmə qərarları ilə, xüsusilə də fərdi qərarlarla 
əlaqədar təqsirsiz məsuliyyət halları praktikada olduqca çoxdur. 
Məsuliyyətin  yaranması  şərtlərinin  əsasını  qanunvericilik  təşkil 
edir,  məhkəmə,  adətən,  öz  qərarlarını  əsaslandırmaq  məqsədilə  onu 
pərdələyir.  Qanunverici  hər  cür  cəriməni  istisna  etmək  niyyətində 
olmasına görə o, xüsusi mənafelərə toxunan qanun qəbul edir və cərimə 
ödənilməsinə gəldikdə, təqsir olmadığı təqdirdə məsuliyyət baxımından, 
bu, məhkəmə praktikası üçün əsas ola bilməz. 
Qanunvericilik belə niyyəti aşkar formada da ifadə edə və nəzərdə 
tuta  bilər,  ikinci  halda  isə  bu  niyyət  məhkəmə  tərəfindən 
müəyyənləşdirilir.  O  cümlədən  məhkəmə  bu  halda  iki  imkanı  əsas 
götürür;  həmin  imkanlar  çərçivəsində  belə  qənaətə  gəlinir  ki, 
qanunvericiliyin  tələbi  pozulduğuna  görə  cərimə  ödənilməsi  təmin 
edilməsin. 
Birinci qrup hallar təhlükəli sayılmaqla, amoral xüsusi fəaliyyətə 
aiddir.  Məsələn,  1914-cü  ildə  müharibə  zamanı  qanunla  xüsusilə 
təhlükəli  sayılan  spirtli  içkilərin  istehsalı  və  satışı  qadağan  edilmişdi; 
istehsalçılar isə həmin qanunla onlara vurulmuş zərərə görə ödənc almağa 
nail ola bilməmişdilər. Belə bir fakt təəccüb doğurmur ki, İkinci dünya 
müharibəsindən sonra fahişəxanalarm bağlanması haqqında 1946-cı ildə 
qanunun  qəbul  edilməsi  və  həmçinin  zərərə  görə  kompensasiya 
ödənilməsindən  imtina  edilməsi  ilə  əlaqədar  da  analoji  qərar  tətbiq 
olunmuşdu. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin