Xidməti yerdəyişmə
üfüqi mobillik eyni bir korpus daxilində • eyni
vəzifədə (bəzən yaşayış yerini dəyişməklə) bir işdən başqasına keçilməsi
ilə əlaqədə olur. Bu daxili mobillik çoxştatlı idarəetmə korpuslarında
geniş tətbiq olunur; milli təhsil sistemi də belə səciyyələnir: lisey
müəllimi ilkin korpus çərçivəsindəki vəzifəsində qalmaqla həmin liseydə
bir sinifdən digərinə, eyni bir şəhərdə bir liseydən digərinə və yaxud bir
şəhərdən başqasına keçə bilər. Poçt və rabitə işçiləri idarəetmə
korpuslarında xeyli daxili mobillik müşahidə olunur ki, bu da bir çox
hallarda çətinliklər yarada bilər, çünki burada xidmətin tələblərini və
müştərilərin ehtiyaclarını nəzərə almaq vacibdir. Məsələn, məlumdur ki,
cənub rayonlarında poçt qulluqçularının sayı həddindən artıqdır və
müvafiq vəzifələrin tutulması üçün lazımi üstünlüklər sisteminin təşkil
edilməsi məqsədəmüvafiq hesab edilir.
Xidməti yerdəyişmələr əksər hallarda əlaqədar şəxslərin razılığı
ilə edilir, lakin qulluqçular halında isə ehtiyac olduqda yerdəyişməyə yol
verilir. Misal üçün, qulluqçu ona tapşırılmış işin öhdəsindən gələ
195
bilmədyi hallarda, onun başqa yerə keçirilməsi münasib sayıldıqda
qulluqçunun xidməti yerləri, dəyişdirilə bilər. Polis və ordu
korpuslarında kütləvi qaydada bir vəzifədən digər vəzifəyə keçirilmə baş
verir ki, bu da tamamilə qanunauyğundur.
Xidmət üzrə irəliçəkilmə - qulluqçu eyni bir korpus daxilində,
bəzən həm də eyni vəzifədə qalmaqla özünün bütün xidməti karyerası
müddətində iyerarxiya pillələri ilə irəliləyir, bu da onun öz maddi
vəziyyətini yaxşılaşdırmasına imkan yaradır. Xidməti irəliçəkilmələr
dərəcələr və kateqoriyalar üzrə həyata keçirilə bilər.
Dərəcələr üzrə irəliçəkilmə əsasən uzun müddət etdiyi xidmət
nəzərə alınmaqla həyata keçirilir. Qulluqçu 18 aydan 2 ilədək müddət
keçdikdə məvacib indekslərinin iyerarxik pilləkənində bir pillə irəli
addım atır, lakin bu zaman müəyyənləşdirilmiş müddətlərə düzəlişlər
edilə bilər. Başqa sözlə, attestasiya zamanı ən yaxşı qiymətlər almış
qulluqçular xidmət üzrə daha sürətlə irəliləyirlər. Lakin prinsipcə bütün
qulluqçular xidmət üzrə gec və ya tez irəliləyişə nail olacaqlar, çünki
irəliçəkilmə hüquqi prinsipi onların statusu ilə təsbit edilmişdir.
Əksinə, kateqoriyalar üzrə irəliçəkilmə (bu, bəzən xidmət
dərəcəsi üzrə irəliçəkilmə adlandırılır) prinsipcə seçmə qaydada, bəzən
isə müsabiqə əsasında həyata keçirlir: qulluqçunun belə irəliçəkilmə
qaydasına qarşı hər hansı iddia irəli sürməyə heç kəsin hüquqi səlahiyyəti
yoxdur. O, bəzən bütün xidmət müddəti ərzində kateqoriya üzrə irəli
çəkilsə də, öz yerində xidmət apara da bilər. Lakin bu çox nadir hallarda
olur. Kateqoriyanın yüksəldilməsi, eyni zamanda, həm məvacib, həm də
vəzifədə irəliyə çəkilmə ilə nəticələnir.
Dərəcələr və kateqoriyalar üzrə irəliləyiş zamanı qulluqçunun
xidməti karyerası nəzərə alınır.
İrəliçəkilmə seçmə qaydasında həyata keçirilir, buna görə də
müəyyən meyarlara əməl olunmalı və ehtiyatla hərəkət edilməlidir. Bu
zaman uzunmüddətli iş stajı, xidmətlər və i.a. kimi meyarlar nəzərə
alınmaqla ən yaxşı əməkdaşlar aynlıb seçilməlidir. Narazılıqlar olmasın
deyə, xidmət üzrə irəliçəkilmə cədvəl ilə müəyyənləşdirilir və bu, bütün
dövlət idarəetmə orqanlarında qəbul edilmiş bir qaydadır.
Bu qayda bir neçə mərhələyə bölünür: xidmət üzrə irəliçəkilmə
məsələlərini həll etmək səlahiyyəti olan orqan, əvvəlcə bir sıra təkliflər
irəli sürür. Onun mülki qulluqçulara aid təklifləri administrasiyadan və
ştat heyətindən bərabər sayda olmaqla təşkil edilən tərkibdə fəaliyyət
göstərən paritet komissiyasının müzakirəsinə verilir. Paritet komissiyası
namizədin xidmətləri barədə rəyini bildirməklə, qulluqçuların dərəcələr
üzrə bölünməsinin müəyyən qaydasına riyaət etməklə.
196
xidməti siyahını hazırlamalıdır. Buna müvafiq olaraq administrasiya
siyahıya daxil edilmiş şəxslərin xidmət üzrə irəli çəkilməsini müəyyən
etməlidir. Bəzən bu məqsədlə seçmə komissiya yaradılır və namizədi bu
və ya digər vəzifəyə təyin etməzdən əvvəl onun biliyi yoxlanılır.
Xidmət üzrə irəliçəkilmə cədvəlinə daxiletmə inzibati orqanın
mülahizəsindən asılıdır, paritet komissiyası isə bu barədə yalnız öz rəyini
verir. Qulluqçu xidmət üzrə irəliçəkilmə cədvəlinə bir neçə il dalbadal
daxil edilə bilər, lakin boş vəzifələr olmadığından bundan istifadə edə
bilməz.
Xidmət üzrə irəliçəkilmə attestasiya ilə bağlıdır. Hər bir mülki və
yaxud hərbi qulluqçu xidmət etdiyi rəis tərəfindən hər il qiymətləndirilir;
bu qiymət iki elementdən - bal qiymətindən və xasiyyətnamə- dən
ibarətdir.
Qiymətləndirmə məlumatlarının bildirilməsi və bu məlumatlara
yenidən baxılması çox mürəkkəb prosedur ilə əlaqədardır; adətən,
əlaqədar şəxsə geniş xasiyyətnamə deyil, balla qiymət verilir, lakin bəzi
hallarda qiymətə yenidən baxılması tələb edilə bilər. Məlumdur ki, dövlət
qulluqçularının bal qiymətləri çox böyük hədləri əhatə edir - 17 pis qiymət
deməkdir və əgər bir neçə il ərzində 18-18,5 qiymətə keçmək mümkün
olursa, bu, xidmət üzrə gələcək irəliçəkilməyə inam yarada bilər.
Attestasiya, demək olar ki, avtomatik sürətdə növbəti rütbə və ya
dərəcə verilməsi üçün verilmiş təqdimatla nəticələnir, habelə xidmət üzrə
irəliçəkilmə sahəsində sonrakı tədbirlərin əsası qoyulur.
Xarici mobillik - bu, qulluqçunun karyerasına başladığı idarəetmə
korpusunun mobilliyidir. Kadr xidməti siyasəti sistemi ölkələrində, misal
üçün Fransada, Almaniyada, İngiltərədə bundan nadir hallarda istifadə
olunur. Əksinə, ABŞ kimi ölkələrdə xarici mobillik çox inkişaf etmişdir.
Xarici mobilliyin iki dərəcəsini fərqləndirmək yerinə düşərdi: vahid tam
olmaq etibarilə idarəetmə aparatı çərçivəsində mobillik və həmin aparat
hüdudlarından kənarda mobillik.
İdarəetmə aparatı çərçivəsində xarici mobillik hər şeydən əvvəl
qulluqçuların bəzi kateqoriyaları üçün, məsələn, müsabiqə üzrə aparılan
seçmə yolu ilə korpusları dəyişdirmə qaydası tətbiq edilir. Tamamilə
aydındır ki. Milli inzibati məktəbi bitirdikdən sonra əvvəlki, xidmətə
başladığı korpusa deyil, digər korpusa qəbul edilən qulluqçu bununla
xarici mobillik formasında fəaliyyət göstərir; o, bir idarəetmə
korpusundan çıxaraq, müsabiqə yolu ilə və yaxud məktəb mərhələsini
keçərək digər korpusa daxil olur.
Sosial nərdivanla yüksəlməklə korpusun dəyişdirilməsi ancaq
197
peşə qulluqçulanmn attestatları əsasmda reallaşdırılır. Həmin attestatlar
mülki administrasiya aparatında vəzifəyə təyin edilmə zamanı tərtib
olunur. Belə əməkdaşlar üçün ümumi bölmədə müəyyən sayda vəzifələr
müəyyənləşdirilir və onlar bu yolla başqa idarəetmə korpusuna keçə
bilirlər.
Xarici mobillyin digər forması - eyni səlahiyyətə malik olmaqla
bir korpusdan digərinə göndərilmə yolu ilə həyata keçirilir. Misal üçün,
Dövlət Şurasının üzvü idarəetmə aparatına və yaxud prefektura
korpusuna rəhbər vəzifəyə göndərilə bilər. On minlərlə qulluqçuya şamil
edilən bu qayda olduqca mürəkkəbdir. Bu ona görə mürəkkəbdir ki,
aralarında münaqişə baş verməsin deyə əvvəlcədən hər iki tərəfin razılığı
alınır.
Bəzi vaxtlar xarici mobillyin bu formasının yolları məcburi
qaydada həyata keçirilirdi. 1964-cü il islahatına görə, milli inzibati
məktəbin məzunları olan dövlət qulluqçularının bəzi ali vəzifələrə təyin
olunmasına yalnız onlar mütləq müəyyən rəhbər və iş stajı qazandıqdan
sonra icazə verilə bilərdi. Bu halla aşağıdakı qaydaya riayət edilirdi.
Misal üçün, xidmət direktorunun və ya rəisinin müavini vəzifəsinə yalnız
öz korpusundan və özünün ilk xidmət yerindən kənarda hər hansı rəhbər
vəzifədə iki il işləmiş olan mülki administrasiya rəhbərləri qəbul oluna
bilərdilər. Bu, «sınaqdan çıxarma adlandırılan üsuldur. Nəticədə, milli
inzibati məktəbi bitirmiş qulluqçulann müəyyən qismi onlar üçün ehtiyat
saxlanmış yerləri tuta bilmək üçün aralıq rəhbər vəzifə axtarmalı olurlar.
13 iyul, 1983-cü il tarixli qanunun qəbul edilməsi ilə yeni addım
atılır: qanunun 14-cü maddəsinə uyğun olaraq mobillik ayrı-ayrı hallarda
yalnız vəzifə yox, həm də dövlət və idarəetmə bölmələrinin qulluqçuları
üçün hüququn «əsas təminat»ıdır. Bu təminat yeni ümumi statusun tətbiqi
haqqında aktlarda reallaşdırılmışdır.
Dövlət idarəetmə aparatı hüdudlarından kənarda xarici mobillik
iki hüquqi formada ifadə oluna bilər.
Birinci formada qulluqçu başqa inzibati vəzifələrə, məsələn,
parlamentdə və yaxud hökumət aparatında xidmətə göndərilir.
Parlamentə seçilmiş qulluqçular eyni zamanda həm deputat, həm də
qulluqçu ola bilməzlər. Eynilə də onları beynəlxalq təşkilata - BMT-yə və
yaxud YUNESKO-ya, ümumi müəssisəyə, hətta ictimai faydalı
fəaliyyətlə məşğul olan hesab edilən bəzi xüsusi müəssisələrə də işə
göndərmək olar.
Əgər dövlət idarəetmə aparatı hüdudlarından kənarda xarici
mobillik sözün əsl mənasında xüsusi müəssisəyə keçmək məqsədini
198
daşıyırsa, onda başqa qayda - ehtiyata daxil etmə qaydası tətbiq olunur.
Lakin bu vəziyyət sonsuzluğadək davam edə bilməz; sonra qulluqçu ya
idarəetmə aparatına işə qayıdır, ya da qəti olaraq onu tərk etməklə xüsusi
sahibkarlıq sahəsində qulluğa keçir.
Mobilliyin bu formaları beynəlxalq təşkilata və yaxud xüsusi
müəssisəyə də işə keçmək üçün real imkanı olan (bu isə o qədər də tez-tez
olmur) az bir qisim qulluqçuları əhatə edir.
Dostları ilə paylaş: |