Cinayət məsuliyyəti. Cinayət, hüquq pozuntusu və ya qəbahət törətmiş
dövlət qulluqçusu ümumi hüquq rejimi şəraitində müvafiq tənbeh (cəza)
tədbirlərinə cəlb edilir. Dövlət qulluqçularına bilavasitə xas olan hüquq
pozuntuları və qəbahətlər aşağıdakılardır: hədə-qorxu ilə ələ alma,
rüşvətxorluq, vəzifə mövqeyindən şəxsi qazanc əldə etmək və s. Lakin
qulluqçuların cinayət məsuliyyətinə cəlb olunmasına və eləcə də bu
məsələnin xüsusi olaraq təhqiq edilməsinə çox nadir hallarda təsadüf
edilir.
Maliyyə məsuliyyəti - qulluqçuların maliyyə məsuliyyəti böyük
praktik əhəmiyyət kəsb edir. Söhbət onların şəxsi mülkiyyətlərində olan
əmlak kütləsi üçün nə dərəcədə əlverişsiz nəticələr yarana biləcəyindən
gedir.
Nəzərə almaq lazımdır ki, maddi məsuliyyətə cəlb edilmənin bəzi
növləri bütün qulluqçular kateqoriyasına qarşı tətbiq olunur.