Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə103/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   99   100   101   102   103   104   105   106   ...   113
XI
 FƏSIL
 
DEMONTOLOGIYA 
§ 1. Demontologiyanın vdzifshri və məqsədi 
«Demontologiya»  sözünə  nə  hüquqi  aktlarda  nə  də  məhkəmə 
praktikasında  rast  gəlinir.  Onu  hüquqi  mənada  azad  peşə  adamlarının 
bilikləri ilə əlaqədar olaraq həvəslə işlədirlər. Tibbi demontologiya (bəlkə 
də  bu  termin  elə  həmin  peşədən  doğmuşdur),  memarların  və  yaxud 
ekspertiza-hesabdarlıq  işçilərinin  demontologiyası  mövcuddur;  bu  söz 
altında  dövlət  qulluqçulannm  hüquq  və  vəzifələrinin  bütün  məcmusu 
başa düşülərsə, belə hesab etmək olar ki, onların da de-  montologiyası 
mövcuddur.  Dövlət  qulluqçulannm  yeni  ümumi  statusu  haqqında 
müddəalar 13 iyul, 1983-cü il tarixli qanunun əsasını təşkil edirdi. Status 
barədə ənənəvi hüquqları təsbit edib genişləndirməklə bunlara yenilərini 
əlavə edir, müvafiq vəzifələri sadalayır və bu müddəaları qanunvericilik 
göstərişləri  dərəcəsinə  qaldırırlar.  Lakin  onların  həlli  bir  çox  cəhətdən 
məhkəmə praktikasından asılı olan bütün problemləri əhatə etmirdi. 
Çoxsaylı vəzifələr vardır. Bunların bəziləri, misal üçün, namusla 
və vicdanla öz vəzifələrini yerinə yetirirdilər, o cümlədən onlara bir neçə 
yerdə  işləmək  qadağan  edilir,  itaət  etmək,  sirri  qorumaq,  məlumat 
vermək, müstəqilliyi təmin etmək vəzifələri də onlara həvalə edilmirdi. 
Bir  neçə  yerdə  işləməyin  qadağan  edilməsinin  mahiyyəti  ondan 
ibarətdir  ki,  vətəndaş  dövlət  qulluqçusu  kimi  ona  həvalə  edilmiş 
vəzifələri layiqincə yerinə yetirsin. Bu, öz ifadəsini onda tapır ki, dövlət 
qulluqçusu özünün bütün iş vaxtını xidməti fəaliyyətə həsr etsin. Bu əsas 
vəzifənin hüquqi ifadəsi - eyni vaxtda bir neçə yerdə işləməyin qadağan 
edilməsidir. 
Göstərilən prinsipə əsasən, dövlət qulluqçusu başqa yerdə işləmək 
hüququna malik deyildir. Hətta Fransada bu qanunçuluq prinsipi, dövlət 
qulluqçularının  aldıqları  əmək  haqqı  onu  təmin  etmədikdə  belə,  başqa 
işdə işləməyi onlara qadağan edir. 
Qulluqçuların  itaət  etmək  vəzifələri  hələ  ierarxik  tabeçilik 
prinsipinə  çox  geniş  şəkildə  əsaslanan  bir  sistemdə  olmaqla, 
qulluqçuların  öz  müdiriyyətinə  hökmən  itaət  etməsini  nəzərdə  tutur. 
Lakin  bəzi  hallarda  belə  itaətlər  problemlər  də  yarada  bilər.  Məsələn, 
Nürnberq  prosesində  nasist  məmurları,  polis  əməkdaşları  və  hərbi 
qulluqçularla 
210 


əlaqədar yaranan problemləri xatırlayaq. Həmin şəxslər kütləvi qırğın və 
işgəncə  törətdikləri  zaman  verilən  əmrlərə  tabe  olmaq  (itaət  etmək) 
vəzifəsini qarşıya qoyurdular. 
Beləliklə,  söhbət  həmin  vəzifənin  hüdudlarından  gedirdi.  Yəni 
müdiriyyət tərəfindən verilən əmrlərə, göstərişlərə, silahlı qüvvələr üçün 
köhnə  nizamnamədə  deyildiyi  kimi,  «tərəddüd  və  narazılıq  etmədən» 
kor-koranə əmrlərə tabe olmaq məsələsi ortaya çıxır. 
Bu  məsələyə  Dövlət  Şurası  Lannyerin  işinə  dair  10  noyabr, 
1944-cü  il  tarixli  qərannda  cavab  vermişdir.  Dövlət  Şurası 
müəyyənləşdirmişdir ki, qulluqçu hətta qeyri-qanuni sərəncama da tabe 
olmağa  borcludur,  bu  şərtlə  ki,  həmin  sərəncam  eyni  zamanda  aşkar 
surətdə qanunsuz olmaqla və öz xarakterinə görə ictimai asayişin, yaxud 
ümumi  xidmətlərin  fəaliyyətini  poza  biləcək  sərəncam  olmasın.  Başqa 
sözlə,  qulluqçunun  itaət  etmək  vəzifəsindən  azad  olması  üçün  iki  şərt 
vacibdir:  birinci  şərt  ondan  ibarətdir  ki,  sərəncam  sadəcə  olaraq, 
qeyri-qanuni  və  qanunazidd  olmalıdır,  onun  qeyri-qanuniliyi  aşkar 
şəkildə  olmalıdır  (bu  şərt  ona  görə  zəruridir  ki,  qulluqçu  daim  bir  növ 
senzor  kimi  çıxış  etməsin,  yuxan  pilləli  rəislərin  sərəncamlarının 
qanunauyğunluğu  barədə  mühakimə  yürütməsin);  digər  tərəfdən  isə 
qeyri-qanunilikdən başqa, verilən sərəncamın özündə ictimai asayişi poza 
bilən, yaxud xidmətlərin normal fəaliyyətinə əngəl törədə bilən cəhətlər 
mövcud olsun. 
Yuxarıda  qeyd  edilən  şərtlər  hazırda  Almaniya  qulluqçularının 
statusunda  öz  əksini  tapmışdır.  Nasizmin  acınacaqlı  təcrübəsini  nəzərə 
almaqla  Almaniya  qulluqçulanmn  statusu  məsələsini  onların  rəisləri 
yazılı  formada  müzakirə  edərək  qərara  gəldilər  ki,  verilən  sərəncamın 
qeyri-qanuni  olması  şübhə  yaradarsa,  onda  onun  öz  yazılı  təsdiqini 
tapması üçün yazılı sənədlərdə müvafiq müddəalar nəzərdə tutulsun. 
Dövlət Şurası Tuzelqin işinə dair 3 may, 1961-ci il tarixli mühüm 
qərar  qəbul  etmişdir  ki,  bu  da  qulluqçuların  vəzifələrinin  məh- 
dudlaşdırılmasına gətirib çıxartmışdır. Həmin iş barədə geniş danışmağa 
dəyər, çünki o, çox parlaq və əyani şəkildə göstərir ki, itaətkarlıq hallarına 
son  qoyulsun,  bəzi  hallarda  isə  qulluqçular  barəsində  cinayət  işləri 
başlanılsın. Bir çox rəislər qeyri-qanuni əmrlər verdiklərinə və bu əmrlər 
nəticəsində  xeyli  cinayət  hadisələri  törədildiyinə  görə  cinayət 
məsuliyyətinə cəlb edilmişlər. 
Lannyerin işi üzrə məhkəmə praktikası 13 iyul, 1983-cü il tarixli 
qanunun  28-ci  maddəsində  aşağıdakı  şəkildə  kodifikasiya  edilmişdir: 
«Hər bir qulluqçu, verilmiş sərəncamın qeyri-qanuni olduğu və ic 
211 


timai  mənafelərə  ciddi  ziyan  vura  biləcəyi  hallar  istisna  olmaqla,  öz 
rəisinin göstərişlərinə əməl etməyə borcludur». 
Qulluqçuların  sirri  qorumaq  vəzifəsi,  prinsipi  dövlət 
qulluqçularının  ümumi  və  digər  statuslarında  xüsusi  olaraq  nəzərdə 
tutulur. 
Fransa  Cinayət  Məcəlləsinin  378-ci  maddəsində  göstərildiyi 
kimi,  qulluqçular,  eləcə  də  digər  vətəndaşlar  peşə  sirrini  qorumağa 
borcludurlar. Həmin maddədə deyilir ki, vəzifələrini yerinə yetirdikləri 
zaman  onlara  məlum  olan  məxfiliyi  pozan  şəxslərə  qarşı  ciddi  cəza 
tədbirləri görməlidirlər. Bu maddə, misal üçün həkimlik sirrini qorumağa 
borclu  olan  həkimlərə  münasibətdə  də  tətbiq  edilir.  Qulluqçular  üçün 
peşə sirlərinə dair başqa misallar da mövcuddur. 
Misal  üçün,  vergi  sirrinin  qorunub  saxlanması:  vergi  idarəsinin 
qulluqçuları  sərəncamlanndakı  materiallarla  bağlı  sirri  qorumağa 
borcludurlar.  Təbiidir  ki,  hərbi  sirr,  milli  müdafiə  sirləri  vətəndaşlar, 
xüsusilə hərbi qulluqçular və dövlət qulluqçuları tərəfindən qorunmalıdır. 
Dövlət  qulluqçularının  ümumi  statusunda  qeyd  edilir  ki,  onlar 
xidməti sirri qorumağa borcludurlar: peşə sirrindən fərqli olaraq dövlət 
sirrini açmağa görə onlar cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Lakin 
bəzi hallarda isə intizam sanksiyası da tətbiq edilə bilər. 
Qulluqçuya  xidmət  xarakterli  sirləri,  faktları  başqa  yerlərdə 
açıqlamaq səlahiyyəti verilmir. 
Tamamilə aydındır ki, qulluqçular üçün müəyyənləşdirilmiş sirri 
qorumaq vəzifəsi idarəetmə aparatını ictimaiyyətin nəzarətində saxlamaq 
cəhdi  ilə  bağlı  deyildir.  Qulluqçunun  müxtəlif  tədqiqat  layihələri 
mövcuddur,  bunlardan  birinin  qəbul  edilməsi,  digərindən  isə  imtina 
olunması səbəbləri və s. barədə sirri başqalarına vermək onlara qadağan 
edilir. Qulluqçular özləri məlumat yaymağa görə narahat olurlar, misal 
üçün,  əgər  avtomobil  yolu  çəkilməsi  layihəsi  meşələrin  qırılmasına, 
korlanmasına  səbəb  ola  biləcəyinə  görə  müqavimətlərlə  qarşılaşırsa, 
layihəni  hazırlamış  qulluqçular  onu  açıq  şəkildə  müdafiə  edə  bilməz, 
çünki bu, xidmət sirrini yaymaq demək olardı. 
Qulluqçuların  sirri  qorumaq  vəzifəsinin  qanunla  müəyyən 
edilməsi  nəticəsində  ictimaiyyətin  apardığı  aşkarlıq  uğrunda  hərəkat 
idarəetmə  orqanlarının  materialları  ilə  tanışlıq  üçün  vətəndaşlara  geniş 
imkanlar yaratdı və buna dair bir sıra qanunlar qəbul edildi. Bunlardan 6 
yanvar,  1978-ci  il,  17  iyul,  1988-ci  il  və  3  yanvar,  1979-cu  il  tarixli 
qanunları  misal  göstərmək  olar.  Dövlət  qulluqçularının  yeni  ümumi 
statusuna bir sıra vəzifələrin icrası zamanı bəzi peşə sirlərini və xidməti 
sirləri qorumaq vəzifə borcu kimi əlavə edildi. 13 iyul. 
212 


1983-cü  il  tarixli  qanunun  26  və  27-ci  maddələri  də  ilk  dəfə  olaraq 
qulluqçular  tərəfindən  verilən  məlumatların  ictimaiyyətin  tələbini 
ödəməməsi  normativ  akt  şəklində  təsdiq  edildi.  Bundan  sonra  hər  şey 
cəmiyyətin  məlumatlandırılmasına  yönəldi  və  bunun  nəticəsində  daha 
artıq  aşkarlığa  nail  olundu.  Bu  isə  idarəetmə  orqanlarının  vətəndaşlara 
açıqlama  vermələri  sahəsində  geniş  siyasi  iradənin  açıq  şəkildə  ifadə 
olunmasına gətirib çıxardı. 
Göstərilən 
müddəalar 
dövlət 
müstəqilliyinin 
qorunub 
saxlanmasına heç bir maneə törətmirdi, əksinə, əhali hər şeydən xəbərdar 
olurdu və idarəetmədə fəal iştirak edirdi. Bu da qulluqçunun vəzifələrinə, 
səlahiyyətlərinə, fəaliyyətinə kütlə tərəfindən müntəzəm nəzarətin həyata 
keçirilməsinə  gətirib  çıxardı.  Məsələn,  vergi  idarəsinin  qulluqçusu 
vergiyə  cəlb  etdiyi  şirkətlərdə  şəxsi  mənfəət  əldə  edilməsində  maraqlı 
olmalıdır. Eyni zamanda, banklara nəzarəti həyata keçirən qulluqçuların 
nəzarət  etdikləri  banklarda  bu  cür  mənafeləri  olmalıdır  və  i.a.  13  iyul, 
1983-cü il tarixli qanunda deyilir ki, banklar öz tabeçiliyində və nəzarəti 
altında  olan  qulluqçuların  işə  keçmə  müddətlərini  müəyyənləşdirir  və 
onların öz xidməti sahələrindən digər xidmət sahələrinə keçməsi müddəti 
5 il müəyyən edilir. 
Lakin  bu  müddətlər  həmişə  tətbiq  olunmur.  Məsələn,  1946-cı  il 
qanununda olduğu kimi, dövlət qulluqçularının statusu haqqında 1959-cu 
il tarixli qanunun 55-ci maddəsi də nəzərdə tutulur ki, xüsusi sahibkarlıq 
fəaliyyəti  ilə  məşğul  olmaq  istəyən  dövlət  qulluqçuları  öz  vəzifələrinin 
icrasını dayandırmalıdırlar. Lakin bu barədə müvafiq normativ akt qəbul 
edilmədiyindən o, həyata keçirilmədi. 
Bu problem hələ də tam həll olunmamış qalmaqdadır. 
Şəxsi həyatda qulluqçular qarşısında xidmətdənkənar  və  onların 
şəxsi  həyatı  ilə  əlaqədar  mənəvi  meyarlar  baxımından  irəli  sürülən 
tələblər də mövcuddur. 
Əlbəttə,  müdiriyyət  qulluqçunun  şəxsi  həyatı  barədə  yaranmış 
sərhədi  keçməməlidir;  qulluqçu  öz  işini  qurtarıb  xidməti  yerindən 
çıxdıqdan sonra prinsip və qanun çərçivəsi daxilində öz istədiyi kimi azad 
hərəkət etməlidir. Lakin belə hesab edilir ki, onlar tərəfindən edilən bəzi 
hərəkətlər  söz-söhbətlərin  yaranmasına  səbəb  ola  bilər,  ona  görə  də 
əxlaqazidd  davranışa,  xüsusən  də  ədəbsizliyinə  görə  administrasiyanın 
nüfuzuna və qulluqçuların hörmətinə mənfi təsir göstərə bilər. 
Bu  məsələnin  nə  qədər  incə  olduğunu  aşağıdakı  misalla  sübut 
etmək olar. Kiçik əyalət kəndində müəllim məhəbbət ucbatından içkiyə 
meyil göstərdi. O, yaxşı müəllim idi, dərslərini yaxşı keçirdi və 
213 


içki ilə əlaqədar olması onun hörmətinə zərbə vurdu. 
Azərbaycan  Respublikasının  inzibati  hüququnda  da  dövlət 
qulluqçularının hüquqi statusu müəyyən edilmişdir. 
Bütün dövlət qulluqçuları hüququn subyektləri sayılırlar və aydın 
məsələdir  ki,  onların  müəyyən  hüquq  və  vəzifələri  mövcuddur;  ilk 
növbədə  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  təsbit  edilmiş 
insan və vətəndaş hüquq və azadlıqları; başqa normativ-hüquqi aktlarla 
müəyyən edilmiş hüquq və vəzifələr. Eyni zamanda, dövlət qulluqçusu 
dövlət vəzifəsini tutduğu andan o, xüsusi dövlət-qulluq münasibətlərinin 
subyekti  olur;  bu  zaman  xüsusi  hüquq  və  vəzifələr  yaranır  və  bunların 
yerinə yetirilməsinə görə onun üzərinə məsuliyyət qoyulur. 
Dövlət  qulluqçuları  vəzifə  borclarım  yerinə  yetirərkən 
Azərbaycan  Respublikası  Konstitusiyasını  və  qanunlarını  əldə  rəhbər 
tuturlar. 
Bununla  yanaşı,  dövlət  qulluqçularına  verilən  hüquq  və 
vəzifələrin iki qrupa ayrılması zəruridir: 
■ 
dövlət qulluqçularının ümumi hüquq və vəzifələri; 
■ 
tutduğu  vəzifənin  səlahiyyətlərini  müəyyən  edən  hüquq  və 
vəzifələr. 
Dövlət qulluqçulanmn əsas hüquq və vəzifələri «Dövlət qulluğu 
haqqında» Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır. 
Dövlət qulluqçusunun əsas vəzifələrinə aiddir: 
■ 
qanunvericiliyi  və  dövlət  orqanlarının  qəbul  etdikləri  başqa 
normativ-hüquqi aktlan həyata keçirmək; 
■ 
rəhbərlərin  öz  səlahiyyəti  hüdudunda  verdikləri  əmrləri, 
sərəncamları və göstərişləri yerinə yetirmək; 
■ 
dövlət  orqanında  müəyyən  edilmiş  qulluq  reqlamentinə  riayət 
etmək; 
■ 
başqa  dövlət  qulluqçularının  işini  çətinləşdirən,  yaxud  işlədiyi 
dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək; 
■ 
vətəndaşların, müəssisə, idarə və müraciətlərinə vaxtında baxmaq 
və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etmək; 
■ 
lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş 
görmək; 
■ 
dövlət  sirrini  və  qanunla  mühafizə  edilən  digər  sirri  həmişə,  o 
cümlədən işdən çıxdıqdan, istefaya və ya pensiyaya getdikdən sonra da 
saxlamaq; 
■ 
vəzifə borcunun yerinə yetirilməsi vaxtı vətəndaşların şəxsi hə 
214 


yatı, şərəfi və ləyaqəti ilə bağlı daxil olan məlumatları gizli saxlamaq və 
qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  edilməklə,  belə  məlumatların 
verilməsini tələb etməmək; 
•  qulluq  etdiyi  orqanın  rəhbərinə  hər  il  öz  gəlirləri  və  əmlak  vəziyyəti 
haqqında  maliyyə  hesabatı  vermək,  orada  əlavə  gəlirlərin  mənbəyini, 
növünü və məbləğini göstərmək; 
■ 
qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti 
olaraq  başqa  yaşayış  yerinə  köçmək,  başqa  yerdə  işləmək  və  ya  başqa 
vəzifələri icra etmək; 
■ 
qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və 
əqli  qabiliyyətinin  və  ya  tapşırılan  funksiyaların  icrasına  yararlı 
olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək; 
■ 
qulluq etikası normalarına əməl etmək. 
Dövlət qulluqçusunun əsas hüquqlarına aiddir: 
■ 
vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai 
birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada 
lazımi informasiya və ya materiallar tələb etmək və almaq; 
■ 
dövlət qulluqçusunu işə götürmək və işdən azad etmək hüququna 
malik olan şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini 
və onların icrası üçün şərait yaradılmasını tələb etmək; 
■ 
dövlət maaşı almaq; 
■ 
ixtisasının  artması  və  qulluq  vəzifələrinin  yerinə  yetirilməsinə 
münasibəti  nəzərə  alınmaqla  qulluqda  irəli  çəkilmək  və  ya  dövlət 
maaşının məbləğinin artıniması iddiasında olmaq; 
■ 
elmi  və  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmaq,  işlədiyi  dövlət 
orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul 
olmaq; 
■ 
əmanətlərdən  (depozitlərdən),  qiymətli  kağızlardan,  rentadan  və 
icarədən gəlir götürmək; 
■ 
ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməsi 
əsas olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının 
şəxsi işə tikilməsini tələb etmək; 
■ 
şərəf  və  ləyaqətinə  xələl  gətirən  məlumatları  təkzib  etmək  üçün 
xidməti təhqiqat aparılmasını tələb etmək; 
■ 
müvafiq  orqanlarda  və  məhkəmədə  öz  qanuni  hüquqlarının 
.mənafeyini müdafiə etmək; 
■ 
həmkarlar ittifaqında birləşmək; 
■ 
işlədiyi  dövlət  orqanının  rəhbərindən  aldığı  icrası  məcburi  olan 
göstərişin və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçu 
215 


sunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin'yazılı şəkildə ona 
verilməsini tələb etmək; 
■ 
qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmayıbsa  və  bu,  dövlət 
qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai 
birliklərə üzv olmaq; 
■ 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına 
təhsil  almaq  və  müvafiq  təlim  keçmək,  habelə  təhsil  məqsədilə 
məzuniyyət almaq; 
■ 
qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 
məzuniyyətlər  (sosial  məzuniyjotlər,  özünün  və  ya  ailə  üzvlərinin 
müalicəsi  ilə  əlaqədar  və  elmi  məzuniyyətlər),  özünün  və  ya  ailə 
üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq. 
Tutduğu vəzifənin səlahiyyətlərini müəyyən edən xüsusi hüquq və 
vəzifələr  dövlət  orqanının  vəzifə  və  funksiyalanndan  törəyir  və  onun 
səlahiyyətlərini  ifadə  edir.  Xüsusi  hüquq  və  vəzifələr  qanunlarda  və 
normativ-hüquqi  aktlarda  (nizamnamələrdə,  əsasnamələrdə,  vəzifə 
təlimatlarında  və  digər  normativ-hüquqi  aktlarda)  əks  edilib.  Belə  ki, 
polis  əməkdaşının  hüquq  və  vəzifələri  «Polis  haqqında»  Azərbaycan 
Respublikası  Qanununun  13-27-ci  maddələrində  təsbit  edilib.  Polisin 
tutduğu  vəzifəyə  aid  edilən  hüquq  və  vəzifələr  digər  normativ-hüquqi 
aktlarda müəyyən edilir, Məsələn: PPX əməkdaşının hüquq və vəzifələri 
PPX haqqında Nizamnamə ilə müəyyən edilmişdir. 
Azərbaycan  Respublikasında  dövlət  qulluğunun  növlərə 
bölünməsi 
Azərbaycan 
Respublikasının 
dövlət 
qulluğundan, 
hakimiyyətlərin 
bölgüsü 
prinsipindən, 
dövlət 
fəaliyyətinin 
istiqamətlərindən irəli gəlir. 
Bu  nöqteyi-nəzərdən  dövlət  qulluğunun  aşağıdakı  növləri 
mövcuddur: 
■ 
icra hakimiyyəti orqanlarında dövlət qulluğu; 
■ 
qanunvericilik  hakimiyyəti  orqanlarının  aparatlannda  dövlət 
qulluğu; 
■ 
məhkəmə hakimiyyət orqanlanmn aparatlarında dövlət qulluğu. 
Azərbaycan Respublikasının «Dövlət qulluğu haqqında» 21 iyul, 
2000-ci  il  tarixli  Qanununun  14-cü  maddəsində  dövlət  qulluqçusunun 
anlayışı verilmişdir. 
Dövlət  orqanlarının  ştat  cədvəlində  vəzifələrin  adları  həmin 
orqanın fəaliyyətinin profilini əks etdirməlidir. 
Dövlət  qulluğu  vəzifələri  həmin  vəzifələrin  funksiyalarının 
məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından 
216 


asılı olaraq siyasi, inzibati və yardımçı vəzifələrə bölünür. 
«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa 
əsasən, dövlət orqanlarında dövlət qulluqçularına vəzifədə qulluq stajına 
görə əlavə haqqın ödənilməsi şərtləri müəyyən edilir. 
Dövlət qulluqçusuna intizam tənbehi verilərkən qanunvericiliyin 
tələblərinə  görə  öz  hüquqlarının  pozulduğunu  aşkar  edərsə,  bu  barədə 
dövlət qulluğunu idarəetmə orqanlarına müraciət edə bilər. 
Dövlət  qulluqçusuna  həvalə  edilən  vəzifənin  yerinə  yetirilmə- 
məsi  və  ya  lazımi  şəkildə  yerinə  yetirilməməsi,  həmçinin  müəyyən 
edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa hal nəzərdə 
tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 
Dövlət  qulluqçusuna  aşağıdakı  intizam  tənbeh  tədbirləri  tətbiq 
oluna bilər: 
■ 
töhmət; 
■ 
bir  il  müddətinədək  vəzifə  maaşının  5  faizindən  30  faizinədək 
azaldılması; 
■ 
həmin  dərəcədən  olan,  lakin  vəzifə  maaşı  aşağı  olan  işə 
keçirilməsi; 
■ 
daha aşağı dərəcəli işə keçirilməsi; 
■ 
ixtisas dərəcəsinin aşağı keçirilməsi; 
■ 
ixtisas dərəcəsindən məhrum edilməsi; 
■ 
dövlət qulluğundan azad edilməsi. 
Tətbiq edilmiş intizam tənbeh tədbirlərinin ləğv edilməsi üçün 7 
gün ərzində yuxarı dövlət qulluğunu idarəetmə orqanına şikayət vermək 
olar.  Bu  zaman  intizam  tənbeh  tədbiri  10  gün  ərzində  həmin  orqan 
tərəfindən ya ləğv olunmalı ya da qüvvədə saxlanmalıdır. 
Çıxarılmış intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası 
bu  müddəaları  nəzərə  almaqla  Azərbaycan  Respublikasının  müvafiq 
qanunvericilik,  yerli  məhkəmə  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 
edilir. 
Dövlət qulluqçuları qanunvericiliklə müəyyən edilmiş hallarda və 
qaydada inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb edilə bilərlər. 
Dövlət öz qulluqçuları tərəfindən və onlann təqsiri üzündən dəymiş zərər 
üçün  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  maddi  məsuliyyət 
daşıyır.  Zərərin  əvəzi  tam  həcmdə  dövlət  büdcəsinin  vəsaiti  hesabına 
ödənilir. 
Azərbaycan  Respublikası  Prezidentinin  3  sentyabr,  2001-ci  il 
tarixli  571  saylı  fərmanı  ilə  siyasi  vəzifələr  tutan  dövlət  qulluqçuları 
qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada vəzifədən çıxarıla 
bilərlər. 
217 


dir. 
Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdeh- 
Fransa 
inzibati 
hüququndan  fərqli  olaraq,  Azərbaycan 
Respublikasında dövlət qulluqçularının attestasiyası keçirilir. İnzibati və 
yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu beş ildə bir dəfədən 
çox  olmayaraq,  attestasiyadan  keçirilməlidir.  Attestasiya  kollegial, 
obyektiv  surətdə  müstəqil  mütəxəssislərin  cəlb  edilməsi  ilə  keçirilir. 
Attestasiya  Komissiyasının  tərkibini  və  attestasiyanın  nəticələrinə  dair 
işləri müvafiq dövlət qulluğunu idarəetmə orqanı təsdiq edir. Attestasiya 
Komissiyasının  qarşısında  dövlət  qulluqçusunun  tutduğu  vəzifəyə 
uyğunluğunun yoxlanılması və ya azad edilməsi məqsədi qoyulur. 
Attestasiya  zamanı  dövlət  qulluqçusunun  peşəkarlıq,  işgüzarlıq 
və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun 
gəlib-gəlmədiyi barədə nəticə çıxarılır. 
218 



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin