Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə106/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   102   103   104   105   106   107   108   109   ...   113
Azadlıq prinsipi.
 Bu prinsip Fransa hüququ üçün spesifikdir. Fransız 
qulluqçusu  dünyanın  ən  azad  qulluqçularından  biridir.  O,  xarici  və  o 
cümlədən  Almaniya  həmkarlarına  nisbətən  daha  geniş  siyasi  azadlığa 
malikdir.  Siyasi  hüquqların  əsasını  nonnativ  aktlar  təşkil  edir.  Belə 
aktlardan  biri  insan  və  vətəndaş  hüquqlarının  Bəyannaməsi  olmuşdur. 
Bəyannaməyə 
uyğun 
olaraq 
bütün 
vətəndaşların 
onların 
məziyyətlərindən  və  qabiliyyətlərindən  irəli  gələn  məhdudiyyətlərdən 
başqa, hər hansı məhdudiyyət olmadan ictimai vəzifələrə keçmək üçün 
yolu açıqdır; bu, o deməkdir ki, siyasi baxışlara əsaslanan ayrı- seçkilik 
xətti  yeridilmir.  Konstitusiyanın  preambulasmda  yazıldığı  kimi,  nəinki 
qulluqçular,  hətta  muzdlu  əməklə  məşğul  olan  bütün  şəxslərə,  bütün 
zəhmətkeşlərə münasibətdə bu prinsip tətbiq edilir. 
Bu  prinsip  dövlət  qulluqçularının  ümumi  statusunda  və  onun 
əsasında qəbul edilmiş bütün statuslarda əks etdirilmişdir. O, 1946-cı il 
qanununun  16-cı  maddəsində,  habelə  1959-cu  il  ordonansmın  13-cü 
maddəsində  öz  əksini  tapmışdır.  Həmin  hüquqi  aktlarda  qulluqçuların 
əqidə  və  baxışları  azadlığı  qəbul  olunmuş,  göstərilmişdir  ki,  onların 
dosyelərində siyasi və fəlsəfi baxışlarını və dini əqidələrini yada sa 
220 


lan heç nə yoxdur. İşdə buna necə əməl edilməsi artıq başqa məsələdir. 
Lakin  qulluqçu  sübut  etsə  ki,  onun  dosyesində  siyasi  əqidələri  barədə 
qeydlər vardır, onda o, həmin qeydin istisna edilməsində təkid edə bilər və 
zəruri halda ona cərimə ödənilməsini tələb etmək hüququna malikdir. 
Həmin  norma  13  iyul,  1983-cü  il  tarixli  qanunun  18-ci 
maddəsində  də  təkrar  edilmişdir.  Qanunun,  bundan  başqa,  6-cı 
maddəsində  də  qulluqçulara  əqidə  azadlığı  təminatı  verən  prinsip 
bilavasitə təsbit edilmişdir. 
Məhkəmə  praktikası  siyasi  motivlərə  əsaslanan  hər  hansı  ayrı- 
seçkiliyi qadağan edən prinsipi dəfələrlə müəyyənləşdirmişdir. 
Dövlət  Şurasının  Barelin  işinə  dair  28  may,  1954-cü  il  tarixli 
qərarı ümumi xidmətə daxilolma zamanı belə ayrı-seçkilik qoyulmasını 
qadağan etmiş, 1 oktyabr, 1954-cü il tarixdə isə Dövlət Şurası Qiyin işinə 
dair qərar qəbul etmişdi. Söhbət akademiya inspektorundan, yəni Yuxan 
Marna  departamentinin  çox  yüksək  rütbəli  qulluqçusundan  gedirdi.  O, 
eyni  zamanda,  kommunist-bələdiyyə  müşaviri  idi.  Onu  xidmətdən 
kənarlaşdırmış və belə hesab etmişdilər ki, eyni bir departamentdə həm 
müxalifət  partiyasının  nümayəndəsi  olmaq,  həm  akademiya  inspektoru, 
həm də bələdiyyə müşaviri olmaq qanunsuzdur. Dövlət Şurası bu qərarın 
siyasi  ayrı-seçkilik  əlaməti  olduğunu  müəyyənləşdirərək  onu  ləğv  etdi. 
Dövlət  Şurası  həmçinin,  məhkəmə  praktikasında  şəxsi  dosyedə  xüsusi 
qeydlərlə  əlaqədar  olaraq  hüquqi  aktlara,  o  cümlədən  Dövlət  Şurasının 
Frişmanın işinə dair 8 iyun, 1962-ci il tarixli qərarına bəzi dəyişikliklər 
etdi. Frişman YƏK-nin və. kommunist partiyasının rəhbərlərindən biri idi. 
Həmin  dövrdə  o,  mətbuat,  telefon  və  teleqraf  İşçiləri  Federasiyasına 
rəhbərlik edirdi və bu qisimdə Almaniya Poçt İşçiləri Həmkarlar İttifaqı 
ilə  müqavilə  imzalamışdı;  müqavilədə  hökumətin  siyasəti,  o  cümlədən 
Atlantika  sazişi  ilə  əlaqədar  siyasət  tənqid  olunurdu.  Bunun  əsasında 
Frişmana  qarşı sanksiya  tətbiq edilmişdi;  onun  Dövlət  Şurasına  verdiyi 
şikayətdə göstərdiyi dəlillərdən biri şəxsi dosyesində siyasi baxışlarının 
xatırladılması ilə əlaqədar idi. Dövlət Şurası şikayətə cavabında bildirdi 
ki,  bu  hallarda  həmin  fakt  qeyri-qanuni  olmamışdır,  çünki  onun  siyasi 
baxışları  geniş  şəkildə  məlumdur  və  deməli,  dosyesində  belə  qeydin 
olub-olmaması onun əqidəsini və baxışlarını, administrasiyanın ona qarşı 
münasibətini əsla dəyişə bilməzdi. 
Baxışlar və əqidələr azadlığının məzmunu - bu, birinci növbədə, 
vicdan  azadlığıdır,  yəni  qulluqçunun  qəlbən  istədiyi  baxışları  əsas 
götürmək hüququna malik olması azadlıqlandır. 
221 


Siyasi partiya üzvlüyünə daxil olmaq və həmin partiyada rəhbər 
vəzifələr  tutmaq  onun  öz  azadlığıdır  (anqlosakson  ölkələrində 
qulluqçular  partiyalarda  rəhbər  vəzifələr  tutmaq  hüququna  malik 
deyildirlər). 
Nəhayət,  bu,  yenə  də  anqlosakson  ölkələrindən  fərqli  olaraq, 
seçkilərdə  öz  namizədliyini  irəli  sürmək  azadlığıdır  və  bu,  olduqca 
əlverişli sistem şəraitində həyata keçirilir: qulluqçu öz vəzifəsini seçkilər 
gününədək saxlayır, əgər o, məğlubiyyətə uğrayırsa, öz vəzifəsini itirmir, 
əgər seçilirsə, ona parlament mandatı verməkdən imtina etdikləri gündən 
etibarən  öz  vəzifəsinə  qayıtmaq  hüququ  ilə  parlamentdə  fəaliyyət 
göstərmək üçün ezam olunur. 
Əksinə,  digər  ölkələrdə,  misal  üçün,  İngiltərədə  qulluqçu 
seçkilərdə namizəd kimi çıxış etməzdən əvvəl istefa verməlidir, yəni o, 
bu halda qulluqçu vəzifəsini itirir və deputat yeri tutmamaq təhlükəsi ilə 
qarşılaşır. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin