ikincisi, xatırlanılan əlavə ödənclərə qanunvericilikdə əvvəldən
nəzərdə tutulmamış digər ödənc formaları da əlavə edilmişdir; belə
ödənclər əslində çox zaman gizli xarakter daşıyır. Mütəxəssislər dövlət
qulluqçularının spesifik kateqoriyasını təşkil edirlər; onlar məvacibi
dövlətdən alırlar, lakin tikinti dəyərinin müəyyən faizi onların nəfmə
ayrılmaq şərti ilə podrat işlərini yerinə yetirmək hüququna da malikdirlər.
Həmin ayırmaların miqdarı bəzi hallarda onların məvaciblərini ikiqat
artıra bilər.
Digər tərəfdən, elə əlavə ödənclər verilməyə başlanmışdır ki,
bunlar çox zaman gizli xarakterli ən müxtəlif təbiətli, müxtəlif təyinatlı
olur, həm də müvafiq məsariflər maddəsi üzrə sənədləşdirilir.
Üçüncüsü, ümumi xarakterli ödənclər müəyənləşdirilmişdir ki,
bunların hər hansı şərt olmadan əsas maaşa sadəcə əlavə olduğu heç kəs
üçün sirr deyildir. Hüquqi aktda axırıncı iş yeri üzrə ümumi məvacibin 80
faizi qədər pensiya almaq mümkün olduğu göstərilməsinə baxmayaraq,
əslində çox zaman pensiya maaşın 50 faizinə qədər hesablanır, çünki
pensiya miqdarı müəyyənləşdirilən əməyə görə verilmiş ümumi haqqın
xeyli hissəsi əlavə haqq mahiyyəti daşıdığından hesaba alınmır.
Əlavə ödənclər sistemi idarəetmə korpusları arasında rəqabət
yaradır, çünki hər bir əməkdaşın ayrılıqda hansı ödəncləri aldığı bilin
mir.
Vəziyyətə aydınlıq gətirməyə və pensiya qanunvericiliyində
qayda yaratmağa çalışan hökumət aşağıdakı tədbirləri gördü. O, əlavə
ödənclərin qeyri-mümkün olmuş kodifıkasiyasmdan imtina etdi və dövlət
qulluqçularının yeni ümumi statusuna belə bir müddəa daxil edilməsi ilə
kifayətləndi ki, dövlət qulluqçularının əməyinə görə verilən haqq
«məvacibi, güzəran üçün əlavə ödənci, ailə üzvləri üçün məvacib əlavə
ödənci, habelə qanunvericilikdə və qanun aktlarında müəyyənləşdirilmiş
digər ödənişləri» əhatə edir. Sonra hökumət əlavə ödənclər və mükafatlar
haqqında məruzə hazırlanmasına dair sərəncam verdi, həmin məruzə
siyasi, inzibati və maliyyə orqanlarının nəzərinə çatdırıldı. Bununla belə,
hazırkı şəraitdə məmurların real vəziyyəti tarif cədvəlinə heç də uyğun
gəlmir, çünki yüksək rütbəli məmurlar üçün əlavələr formasında
ödənclərin miqdarı daha yüksəkdir.
Beləliklə, ümumi xidmət sahəsi, əmək haqqı ilə əlaqədar sərt
rejimi - hər cür ödənclərlə qismən
yüngülləşdirilən bu rejimi,
görünür ki,
hələ uzun müddət ərzində saxlayacaqlar.
Dövlət qulluqçularına edilən sosial güzəştlər haqqında az şey
demək olar. Çünki dövlət qulluqçularının rejimi öz imtiyazlı xarakte
194
rini itirmişdir. Əvvəllər dövlət qulluqçuları xüsusi bölmənin
qulluqçularına nisbətən daha artıq sosial (misal üçün, məzuniyyət və
pensiyalar sahəsində) güzəştlərə malik idilər. Lakin hazırda hər iki rejim -
dövlət-hüquqi və xüsusi-hüquqi rejimlər bir-birinə xeyli yaxınlaşmış və
bunların arasındakı fərqlər silinmişdir.
Xüsusi bölmənin qulluqçularında olduğu kimi, dövlət
qulluqçularına da illik məzuniyyət, xəstəliyə, doğuma və uşağa qulluq
etməyə görə məzuniyyətlər verilir, lakin bunların şərtləri daha əlverişli
olur. Onlara həmçinin xüsusi sosial təminat rejimi də şamil edilir ki, bu da
ümumi rejimin əsasıdır. Dövlət qulluqçusunun müəyyən üstünlüyü
saxlansa belə, bunlar indi xüsusi imtiyaz xarakteri daşımırlar.
Dostları ilə paylaş: