Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


Dövlət Şurasının Lözye xəstəxana mərkəzinin işinə dair 11 iyun, 1981-ji il tarixli



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə96/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   92   93   94   95   96   97   98   99   ...   113
Dövlət Şurasının Lözye xəstəxana mərkəzinin işinə dair 11 iyun, 1981-ji il tarixli 
qərarı. 
191 


orqanına  həvalə  edilmiş  bütün  cərimə  məbləğini  məhz'  kassadan 
alacaqdır. Bu, müasir praktikada olduqca mühüm əhəmiyyət kəsb edən 
yeni  elementdir.  Lakin  1973-cü  il  qanunu  ilə  bu  sistemin 
fəaliyyət-nəticələri  xeyli  zəifləmişdir,  çünki  müəyyən  edilmişdir  ki, 
sosial sığorta kassalan fiziki və mənəvi xarakter daşıyır. 
Xarici  paritetlər  problemi  dövlət  idarəetmə  heyətinin  və  xüsusi 
bölmənin,  yaxud  xüsusi  ictimai  müəssisələrin  qulluqçularının  əmək 
haqlannm nisbətində öz ifadəsini tapır. 
Qeyd edilmişdi ki, ümumi (ictimai) və yaxud xüsusi müəssisələrin 
qulluqçuları  bərabər  əməyə  görə  dövlət  administrasiyasının  qul- 
luqçulanndan daha yüksək əmək haqqı alır; 1955-ci ildə ümumi (ictimai) 
bölmə  daxilində  dövlət  administrasiyası  qulluqçuları  və  müəssisələrin 
qulluqçuları  üçün  əmək  haqları  miqdannın  uyğunlaşdırılması  prinsipi 
müəyyən  edilmişdi;  lakin  belə  uyğunlaşdırma  heç  vaxt  tam  həyata 
keçirilməmişdir.  Demək  olar  ki,  ümumi  (ictimai)  müəssisələrin 
qulluqçulan həmişə dövlət administrasiyası qulluqçulanndan daha yüksək 
maaş  alır  və  eyni  zamanda,  xüsusi  müəssisələrin  qulluqçula-  nna  da 
ümumi (ictimai) müəssisələrin qulluqçularına nisbətən daha yaxşı haqq 
ödənilir. 
Lakin bu müddəanı başqa bir fikirlə tamamlamaq lazımdır: daim 
yeni bir ümumi müəssisədə və yaxud eyni bir idarəetmə aparatında eyni 
vəzifədə işləyən qulluqçunun əmək haqqı idarəetmə aparatında işlədiyi 
dövr  ərzində  xüsusi  müəssisədəkinə  nisbətən  daha  çox  artır.  Əmək 
haqqının  hərəkət  dinamikası  çarpazlaşır.  Adətən  xüsusi  bölmədə  əmək 
haqqı ilk mərhələdə nisbətən daha yaxşı ödənilir. Lakin xüsusi bölmədə 
əlaqədar  şəxsin  məvacibinin  dəyişmə  xətti  ümumi  bölmədə  məvacibin 
artma  xəttindən  aşağıdır,  bunun  nəticəsində  müəyyən  bir  məqamda  bu 
xətlər  çarpazlaşır  və  əmək  fəaliyyətinin  sonunda  bütün  əvvəlki  şərtlər 
daxilində  ümumi  bölmə  qulluqçusunun  məvacibi,  əlbəttə  ki,  xüsusi 
bölmə qulluqçusu ilə müqayisədə daha yüksək olacaqdır. 
Eyni bir işin yerinə yetirilməsi zamanı zahiri bərabərlik problemi 
daha  kəskin  şəkildə  ortaya  çıxır.  İdarəetmə  aparatmdakı  maki-  naçı  ilə 
xüsusi bölmənin makinaçısı arasında peşə baxımından fərq yoxdur. Bu, 
keçmiş Fransa Radio Verilişləri və Televiziya İdarəsində «Avropa-1» və 
yaxud  RTX  stansiyalanmn  kütləvi  proqramlannda  tamamilə  eyni  işi 
yerinə  yetirən  operator,  səsyazma  texniki  peşələri  ilə  əlaqədar  böyük 
problemlər  yaratmışdı.  İnformatika  sahəsində  açıq-  aşkar  çatışmayan 
mütəxəssislərin  əməyinin  ödənilməsində  də  vəziyyət  belə  idi.  Burada 
müdiriyyət onunla əlaqədar olaraq çox çətin vəziy- 
192 


yətə düşür ki, eyni əmək müqabilində onun təklif etdiyi məvacib xüsusi 
bölmə çərçivəsində müvafiq əməyə görə verilən məvacibdən xeyli aşağı 
idi. 
Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, ümumi bölmədə 
əməyə  görə  haqq  qanunla  və  qanun  aktları  ilə  ciddi  və  qəti  surətdə 
müəyyənləşdirilir,  halbuki  xüsusi  bölmədə  əməyə  görə  haqq  tələb  və 
təklif  qanununun  təsirindən  asılıdır.  Əgər  xüsusi  bölmədə  müəyyən 
məqamda  bəzi  peşələr  üzrə  mütəxəssis,  misal  üçün,  informatika 
mütəxəssisləri  çatışmazlığı  müşahidə  edilərsə,  onların  əmək  haqqı 
artırılacaq,  ümumi  bölmədə  isə  əmək  haqqı  dondurulmuş  vəziyyətdə 
qalacaq  və  bu  səbəbdən  həmin  bölmə  özünə  lazım  olan  mütəxəssisləri 
toplaya bilməyəcəkdir. 
Bu  cür  geridəqalma  rəhbər  kadrlarla  əlaqədar  xüsusilə  nəzərə 
çarpır:  «İsti  yeri  tutmaq»  ənənəsi,  yəni  yüksək  səviyyəli  məmurların 
ümumi  müəssisələrdə  və  xüsusi  bölmənin  müəssisələrində  işə  keçməsi 
təzahürü bununla izah olunur. 
Məhz əməyə görə məvacib miqdarı müəyyənləşdirilməsində sərt 
münasibətə gəlincə daha artıq dərəcədə qeyri-normal və hüdudsuz miqyas 
alan  bu  münasibəti  aradan  qaldırmaq  üçün  indi  əlavə  haqq  ödənilməsi 
praktikası geniş yayılmağa başlamışdır. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin