Zərər anlayışı. Mülki hüquqa yaxşı məlum olan bu məsələnin
inzibati hüquqla xüsusi orijinal fərqləri yoxdur və əslində bunlar zəruri də
deyildir.
Zərər zərərçəkənə dəyir. Vətəndaşın və yaxud administrasiyanın
günahı üzündən zərərçəkənlər arasında fərq qoymaq üçün heç bir əsas
yoxdur. Əslində isə belə fərqlər mövcuddur, çünki məhkəmə qərarlarını
eyni məhkəmələr qəbul etmirlər və onların sübut-dəlilləri heç də həmişə
eyni olmur. Buna görə də, məsələn, yol-nəqliyyat hadisələri haqqında
1957-ci il qanununda anlayışların eyniləşdirilməsi üçün bəzi tədbirlər
görülmüşdür. Əvvəllər xüsusi şəxslərə məxsus avtonəqliyyat
vasitələrinin toqquşmasından zərər çəkən adamlar dövlət idarəetmə
orqanına məxsus avtomobildən zərər çəkənlərə nisbətən daha böyük
miqdarda cərimə alırdrırlar. Qanunvericilik belə qeyri-bərabərliyin
əsassızlığını qət edərək, mübahisəni mülki məhkəmələrin praktikasında
işlənmiş prinsiplərin xeyrinə unifıkasiya etdi.
Hazırda həm cərimə ödənilməli olan zərərin xarakterini
müəyyənləşdirmək baxımından, həm də iddia tələblərində göstərilən
məbləğlərin qiymətləndirilməsi baxımından praktikanın iki növünün -
mülki hüquqi və inzibati növünün bərabərləşdirilməsi meyli nəzərə
çarpır.