Məsuliyyətdən azad edilmə. Bir sıra qanunlara əsasən, dövlət öz
qulluqçularının fəaliyyəti üçün məsuliyyət daşımır. Yəni şəxsin ümumi
xidməti fəaliyyəti dövlət üçün əhəmiyyət kəsb etmədiyinə görə onun
məsuliyyəti yaranmır və yalnız bu halda müəyyən qeyd-şərtlər mövcud
olur. Bu cür qanunvericilik iddialan fıkrimizcə düzgün deyildir, çünki
əksinə olaraq, belə bir prinsipə üstünlük verməməli dövlət vətəndaşların
fəaliyyəti üçün də məsuliyyət daşımalıdır. Qanunverici yalnız sadə təqsirə
görə məsuliyyətə cəlb edilmə hallarını istisna etməyə cəhd göstərmişdir.
Çox güman ki, bu, qanunvericinin xidməti çətinliklər barədə özünün
müəyyən təsəvvürlərə malik olması ilə bağlıdır.
Lakin hər bir halda ağır təqsirə görə məsuliyyətdən azad edilməyə
yol verilməməlidir.
Beləilklə, əgər birinci halda ağır təqsir barədə qeyd-şərtlər
məsuliyyət prinsipini qəsdən zəiflətmək üçün vasitədirsə, digər hallarda
məsuliyyətin olmamasına görə mövcud olan normalar məhdud şəkildə
şərh edilir.
Məsuliyyəti, adətən, təqsir doğurur, lakin müstəsna hallarda
məsuliyyət təqsirsiz də yarana bilər. Buna risk məsuliyyəti də deyirlər, bu
anlayış fıkrimizcə qətiyyən qənaətləndirici deyildir, çünki risk ideyası
təqsirsiz məsuliyyətin bütün motivlərini əhatə etmir.
Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı bərabərliklə bağlı
səbəblərə görə yaranan məsuliyyətlər barədə məhkəmələr bu təqsirsiz
məsuliyyətin mövcudluğuna dair izahatlar vermişlər. Söhbət
administrasiya tərəfindən ümumi mənafelər naminə xüsusi şəxsə həvalə
olunmuş təəhhüdün yerinə yetirilməməsi nəticələrinin əvəzini ödəməkdən
gedir.
Qeyd olunur ki, administrasiya sosial həyatda çox mühüm və
geniş fəaliyyətlər göstərdiyindən bu fəaliyyətlər bir çox vətəndaşlar
üzərinə ağır vəzifələr qoyur. Bu, ya işdə son dərəcə risk yaranmasına