yətini iki hissəyə böldü: məsuliyyətin yarısını bu işdə iştirakı
olmayanlarla, ikinci yarısını isə sürücünün sərxoş vəziyyətdə olması ilə
əlaqələndirdi; beləliklə, cərimə ödəmək yükü təqsirli qulluqçu ilə
administrasiya arasında bölüşdürüldü.
Laürelin işində eyni bir hərəkətə görə birgə məsuliyyətdən söhbət
gedirdi. Hərbi avtomobilin sürücüsü maşını öz şəxsi məqsədləri üçün
istifadə edərkən yol-nəqliyyat hadisəsi törətmişdi. Bilavasitə zərəri
doğuran yeganə hərəkət sürücünün avtomobili idarə etməsi ilə bağlı təqsir
idi. Bu o mənada fərdi təqsir idi ki, sürücü xidməti vəzifə başında
olmamış, hətta xidməti avtomaşından qanunsuz istifadə etmişdir.
Bununla belə, hər halda bu təqsir sürücünün üzərində lazımi nəzarətin
olmaması üzündən baş vermişdir. Məhkəmənin qərarına əsasən
zərərçəkənə vurulmuş ziyanı ödəməyə borclu olan dövlət sürücüyə qarşı
iddia irəli sürdü. Dövlət Şurası da reqress iddiası olduqda sürücünün
hərəkətini zərərçəkənə dövlət tərəfindən vurulmuş ziyan kimi
qiymətləndirmiş və bu zərərin dövlət tərəfindən ödənməli olduğu barədə
hökm çıxartmışdır.
Birgə məsuliyyət nəzəriyyəsinin yeni qaydada tətbiqinə dair bu
misalla əlaqədar iki faktı qeyd etmək olar. Əvvələn, belə işlər inzibati
məhkəmələrə aiddir. Dövlət və zərərçəkən arasında mübahisə bəzən
yol-nəqliyyat hadisələri ilə əlaqədar ümumi məhkəmələrə də aid edilə
bilər. Lakin dövlət və onun qulluqçusu arasında mübahisəyə
administrasiya üçün daxili mübahisə kimi baxılır ki, bu da ilk törədilmiş
hərəkətlərdən asılı olmayaraq, inzibati məhkəməyə aiddir. İkincisi,
xidmətlə əlaqədar təqsir və fərdi təqsir anlayışları öz mənasına görə bir
qədər dəyişmişdir, o cümlədən fərdi təqsir intizam qaydasıdır. Laürelin
işində hərbi qulluqçunun nəqliyyat vasitəsini idarə etməsi zamanı
törətdiyi hüquq pozuntusundan daha çox onun xidməti maşından
qanunsuz istifadə etməsi təqsir sayılmışdı. Beləliklə, tamamilə eyni
olmayan fərdi təqsir sürücünün zərərçəkənə münasibəti və dövlətə
münasibəti baxımından məhkəmə məsuliyyətinə səbəb olmuşdu; birinci
halda avtomaşının idarə edilməsi qaydalarının pozulması ilə bağlı
təqsirdən söhbət gedirsə, ikinci hal intizam qəbahəti kimi
qiymətləndirilərək, qanun aktının pozulmasına səbəb olmuşdur.
Məhkəmə praktikasında belə xəttin yeridilməsi dövlətə və ictimai
kollektivlərə imkan verir ki, öz qulluqçularının bir növ toxunulmaz silkə
çevrilməməsi üçün iddianı daha tez-tez onlara qarşı yönəltsinlər. Lakin
bütün hallarda baş vermiş hüquq pozuntusunun səbəbləri
müəyyənləşdirilməlidir.
Məhkəmə praktikasında bu yeni istiqamət heç də
intensiv inki
170
şaf etmirdi və hökumət komissarı Kan analoji işlərdən birinə dair
çıxardığı nəticələrdə məsuliyyətin qulluqçular üzərinə ötürülməsi
praktikasının sinfi məhkəmə praktikası xarakteri ala biləcəyindən
narahatlığını bildirmişdi.“'^ Həqiqətən müəyyən edilmişdir ki, dövlətin bu
yol ilə əleyhinə iddia irəli sürdüyü şəxslər, çox zaman hərbi qulluqçular,
əsasən sıravi heyət, yaxud aşağı rütbəlilər, nadir hallarda isə general
olurlar və bu axırıncılar hər halda xidməti avtonəqliyyatdan öz şəxsi
məqsədləri üçün istifadə edirlər.
Özbaşınalıq imkanı onunla bağlıdır ki, administrasiya, intizam
sahəsində olduğu kimi, öz şəxsi heyətinə qarşı iddia irəli sürməyə borclu
deyildir. Bu cəhətdən o, diskresion səlahiyyətə malikdir və həmin
səlahiyyətdən vəziyyətdən asılı olaraq istifadə edir. Elə olur ki, eyni
təqsirə yol vermiş iki qulluqçunun biri məhkəməyə cəlb edilir, digərinə
qarşı isə xidmət rəhbərlərinin onun barəsində verdikləri xasiy-
yətnamədən asılı olaraq barəsində tədbir görülmür. Bəlkə də məhz bu
təhlükə administrasiyanı Laürelin və Delvilin işləri üzrə məhkəmə
praktikasının ona verdiyi yeni vasitədən çox nadir hallarda istifadə etməyə
səbəb olmuşdur.
Təqsiri təfsir olunmasından asılı olaraq fərqləndirmə öz kökləri ilə
Roma hüququna gedib çıxır; bu, xüsusi huquqda da mövcuddur və oradan
da inzibati hüquqa keçirilmişdir.
Administrasiyanın məsuliyət daşıması üçün, adətən, sadə təqsir də
kifayətdir. Bunu bəzən yüngül təqsir də adlandırırlar. Lakin ayrı- ayrı
hallarda inzibati məhkəmə təfsir olunmuş, törədilən hadisənin ağır təqsiri
olmasını əsas götürür.
Xidməti borcun yerinə yetirilməsi ağır çətinliklərlə bağlı
olduğuna görə və yaxud qanun hər hansı şəkildə inzibati məsuliyyəti
prinsipcə istisna
etdiyi hallarda, məsuliyyətin meydana çıxması üçün ağır
təqsirin mövcudluğu sübuta yetirilməlidir.
Dostları ilə paylaş: