Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


Dövlət Şurasınm Spirin işinə dair 9 iyun, 1978-ji il tarixli qərarı



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə75/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   71   72   73   74   75   76   77   78   ...   113
Dövlət Şurasınm Spirin işinə dair 9 iyun, 1978-ji il tarixli qərarı. 
158 


Azərbaycan Respublikası inzibati hüququnda idarəetmə dedikdə, 
ictimai əhəmiyyət kəsb edən məqsədlərə nail olmaq üçün həyata keçirilən 
hərəkətlər  məcmusu  (daha geniş  mənada  idarəetmə  nəyinsə  və  kiminsə 
üzərində rəhbərlik etməkdir) başa düşülür. 
İdarəetmə  funksiyalarını  həyata  keçirən  zaman  administrasiya 
onun  üzərinə  qoyulan  xüsusi  funksiyaları  da  həyata  keçirir.  Xüsusi 
funksiyalar  dedikdə,  idarəetmə  prosesinin  məqsədindən  və  onun 
qarşısında  duran  vəzifələrdən.  asılı  olaraq  müəyyən  edilən  funksiyalar 
başa düşülür. 
İdarəetmə funksiyalarından biri də təminedici funksiyadır. 
Təminedici funksiyalar dedikdə idarəetmə prosesinin məqsədinə 
nail  olmaq  və  idarəetmə  prosesinin  qarşısında  duran  vəzifələrin  yerinə 
yetirilməsi  üçün  görülən  maddi-texniki  əməliyyat  məcmusu  nəzərdə 
tutulur.  İdarəetmə  zamanı  xüsusi  və  təminedici  funksiyalardan  əlavə, 
ümumi funksiyaları da idarəetmə orqanları həyata keçirirlər. 
Ümumi  funksiyalar  -  hər  bir  idarəetmə  prosesinə  bütövlükdə  və 
onun ayrı-ayrı mərhələlərinə aid olan funksiyalardır. 
Sosial idarəetmənin iki əsas növü mövcuddur: dövlət idarəetməsi 
və qeyri-dövlət idarəetməsi. 
Dövlət idarəetməsi dedikdə dövlət hakimiyyəti xarakteri daşıyan 
xüsusi  səlahiyyətli  subyektlərin  təşkilatçılıq  fəaliyyəti  başa  düşülür  və 
onun həyata keçirilməsi prosesi dövlət funksiyalarının yerinə yetirilməsi 
ilə  xarakterizə  olunur.  Dövlət  idarəetməsinin  subyektlərinin  növləri 
vardır, onlar Azərbaycan Respublikasının inzibati hüququnda geniş şərh 
edilmişdir.  Eyni  zamanda  burada  dövlət  idarəetməsinin  əsas 
xüsusiyyətləri, prinsipləri, metodları və idarəetmənin formaları da geniş 
şəkildə əks etdirilmişdir. 
Qeyri-dövlət  idarəetməsini  sosial  idarəetmənin  digər  növləri, 
qeyri-dövlət 
orqanları  həyata  keçirirlər.  Buraya  aiddir;  yerli 
özünüidarəetmə  orqanları;  dini  qurumlar,  qeyri-hökumət  təşkilatları 
(ictimai  birliklərin  və  fondların  idarəetmə  orqanları);  fərdi  təşkilatların 
idarəetmə orqanları və s. 
Dövlət  idarəetməsinin  obyektləri  -  dövlət  hakimiyyət  orqanlan- 
nın aparatları, idarə, müəssisə və təşkilatların əməkdaşlarının kollektivləri 
və vətəndaşlardır. 
Qeyri-dövlət idarəetməsinin obyektləri - müvafiq idarə, müəssisə 
və təşkilatlann əməkdaşlarının kollektivləri və vətəndaşlardır. 
159 


 ___________________ X

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin