Fransanın xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri. Söhbət
olduqca çoxsaylı aktlardan, fransız vətəndaşının xaricdə diplomatik
müdafiəsindən, Fransa xarici hakimiyyət orqanları tərəfindən xarici
radiostansiyaların verilişlərinin susdurulmasmdan (misal üçün.
Münaqişələr üzrə Tribunal belə aktların qanunauyğunluğu barədə qərar
qəbul etmişdir) və yaxud beynəlxalq müqavilələrdən, məsələn, Əlcəzairin
müstəqilliyi üçün müqəddimə olmuş Evian müqa- vilələrmin37
bağlanmasına dair aktlardan gedirdi.
Burada qanun üstünlük təşkil edir, ona görə ki, Fransa beynəlxalq
danışıqlarda və yaxud beynəlxalq münasibətlərdə tək çıxış etmir, onun
xarici partnyorları vardır və ona görə də Fransanın xarici part- nyorlarla
diplomatik münasibətləri ilə bağlı hallar məhkəmə hakimiyyətlərinin
nəzarəti altına alma bilməz.