Bu işdə «mövcud olmamaq» və yaxud «mənasızlıq» nəzəriyyəsi
məhkəmə praktikasına aid bir çox nəzəriyyələr kimi izlənilən mənadadır,
Dövlət Şurası çox zaman empirik məhkəmə praktikasına malik olur, bu
da özünü onun «məhkəmə praktikası sahəsindəki xəttində» əks etdirir. O,
müəyyən məqsədə çatmağa cəhd göstərərək, məqsədə nail olmaq üçün
həm hüquqi nəzəriyyəyə müraciət edir, həm də müvafiq hüquqi motivlərə
əsaslanaraq qərar qəbul edir. «Mənasızlıq» nəzəriyyəsi cəncəl xarakter
kəsb edən və adi vəziyyətlərdə mürur-müd- dət keçdiyinə görə qarşısının
alınması mümkün olmayan qanunsuz- luğu dəf etmək hüququna
malikdir. Beləliklə, bu nəzəriyyə məhkəmə hakimiyyətinin özü üçün çox
təsirli vasitədir və o, bu vasitədən fövqəladə vəziyyətlərdə istifadə edir.
Aktın mövcud olmaması və yaxud mənasız elan edilməsini
müəyyən etdikdə bu zaman ağır sanksiyalarla yanaşı, zəiflədilmiş
sanksiyalar rejimi də tətbiq edilə bilər və onlardan şikayət verilə bilməz.
İcra hakimiyyəti tərəfindən qəbul edilmiş qərarlar qanunçuluq rejiminə
tabe olsa da, qanunsuz olan, lakin onun qanunsuzluğu məhkəmə
qaydasında müəyyənləşdirilə bilməyən aktlardandır.
Dostları ilə paylaş: