§ 3. Hökumət aktları, nəzarətdən çıxan daxili xarakterli aktlar və qanunsuz hərəkətlərlə vurulmuş ziyanın ödənilməsi qaydası Bu aktlar qanunvericilik aktları ilə reqlamentar aktlar arasında
aralıq mövqeyi tutur. Bunları qanunvericilik aktlan ilə yaxınlaşdıran odur
ki, onlardan inzibati ədliyyə çərçivəsində şikayət verilə bilməz,
reqlamentar aktlarla bunların oxşarlığı ondan ibarətdir ki, hər ikisi icra
hakimiyyəti tərəfindən qəbul edilən qanun aktlarıdır.
Həmin kateqoriyadan olan aktların əlamətləri əvvəlcə müəyyən
edilmiş, ifadə olunmuş məqsəd baxımından əlaqələndirilir. Əgər aktın
əsasını XIX əsrdə «sövqedici siyasi səbəb» adlandırılan aktlar təşkil
edirdisə, o, hökumət aktı hesab edilirdi.
Dövlət Şurasının 1975-ci il tarixli qərarında deyilirdi ki, əgər
aktın əsasında siyasi xarakterli səbəb durursa, ona görə həmin aktdan
şikayət verilməsi barədə danışmağa dəyməz o, sadəcə olaraq qanunsuz
hesab edilir.
Beləliklə, siyasi xarakterli sövqedici səbəblər nəzəriyyəsi də
aradan götürülmüş, lakin buna baxmayaraq, siyahısı inzibati ədliyyə
çərçivəsində hazırlanmış olan hökumət aktlan kateqoriyasının özü ləğv
edilməmişdi. Hökumət aktları kateqoriyasının ayrılması iki meyara
əsaslanır. Birincisi, həmin kateqoriyaya ümumi konstitusion
hakimiyyətlər arasındakı münasibətlərlə bağlı olan daxili qanunvericilik
akt-
154
lari, digər tərəfdən isə Fransa dövlətinin xarici dövlətlərlə və yaxud
beynəlxalq təşkilatlarla münasibətlərinə dair beynəlxalq əhəmiyyətli
aklar aid edilir.