Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə68/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   64   65   66   67   68   69   70   71   ...   113
Ləğ-yetmənin  nəticələri.
  Prinsipcə  belə  nəticələrin  böyük  əhəmiyyəti 
vardır, 
çünki 
aktın 
fəaliyyətinin 
administrasiya 
tərəfindən 
dayandırılmasından  və  ya  məhkəmə  tərəfindən  onun  ləğvindən  söhbət 
getməsindən asılı olmayaraq, belə aktlar heç vaxt mövcud olmamış hesab 
edilir və tamamilə, qəti olaraq onun geriyə təsir qüvvəsi olmur. 
Belə  hallarda  çox  zaman  obyektiv  və  subyektiv  xarakterli 
çətinliklər meydana çıxır. 
Obyektiv  çətinliklərə  gəldikdə  isə  Marli-le-Ruada  çoxmərtəbəli 
binaların  tikintisinə  verilmiş  icazənin  Dövlət  Şurası  tərəfindən  ləğv 
edilməsi ilə əlaqədar olaraq iki binanın tikintisinə verilmiş icazələrin ləğv 
edilməsini  göstərmək  olar:  bir  bina  tam  tikilib  qurtarmış,  lakin 
sökülməmişdir, digərinin isə yalnız bünövrəsi qoyulmuş, bundan sonra 
tikinti tamamilə dayandırılmışdır. 
Mülahizələr əsas götürülərək qətiyyətlə etiraf edilməlidir ki, ləğv 
edilmiş işlərin geriyə təsir qüvvəsi yoxdur. 
Subyektiv  çətinliklərə  gəlincə,  söhbət  o  subyektlərdən  gedir  ki, 
administrasiya  ləğvetmə  haqqında  tələbi  yerinə  yetirə  biləcəyi  halda, 
bunu siyasi və yaxud praktik mülahizələrə görə qəsdən etmir. 
Bir  sıra  hallarda  aktların  ləğv  edilməsi  hər  cür  maneələrə  rast 
gəlir,  ona  görə  də  nəticəsiz  qalır;  bəzən  isə  administrasiya  onu  başqa 
formada  bərpa  edir,  yaxud  görülmüş  işi  nəyin  bahasına  olur-olsun 
qanuniləşdirməyə çalışaraq, onu rəsmi qaydada normativ şəklə salır. 
Sonuncu  halda  hökumət  məhkəmə  hakimiyyətini  inandırmağa 
çalışır ki, belə hallar bir növ parlamentin nüfuzuna xələl gətirir. Hökumət 
isə  parlamentdən  xahiş  edir  ki,  həmin  aktı  qanuni  qüvvədə  saxlasın. 
Klassik  ingilis  nəzəriyyəsində  qeyd  olunur  ki,  parlament  kişini  qadına 
çevirməkdən başqa hər şey edə bilər. Fransız variantında demək olmaz ki, 
parlament hər şeyə qadirdir, lakin o cümlədən o da qeyri-qanuni aktlara 
müvafiq qüvvə verməklə onları qanuni akta çevirə bilər. 
Bəzi  hallarda  belə  praktikalar  dövlət  büdcəsi  ilə  əlaqədar  olan 
tələsik,  təcili,  hazırhqsız  olaraq  müzakirə  edilir,  nəticədə  isə  qanunsuz 
qərar qəbul olunur. 
Parlament qanunsuz aktların qanuni qüvvəyə minməsi barədə 
150 


xahişnamələrə qarşı çıxmağa cəhd göstərir və belə hallarda parlamentdə 
əksəriyyət qərarlar rədd edilir. Məhkəmə hakimiyyəti də buna eyni cür 
yanaşmış,  o  cümlədən  aktın  qanuni  qüvvəyə  minməsinin  pərdəli 
formasını  -  sənədin  yenidən  rəsmiləşdirilməsinin  parlamentin  nəzərinə 
çatdırılmasım  qanunauyğun  hal  kimi  qəbul  etmişdir.  Buna  görə  də 
Konstitusiya  Şurası  özünün  22  iyul,  1980-ci  il  tarixli  qərarında  bu  cür 
praktikanın  həyata  keçirilməsinə  məhdudiyyətlər  müəyyənləşdirmişdir. 
Bu hallarda aktın ləğv edilməsindən nəticə çıxarmadığına görə hakmiyyət 
orqanları cərimə ödəməyi administrasiyaya bir vəzifə olaraq tapşırır. 
Digər  vasitə  məhkəmənin  müdaxiləsi  ilə  başa  çatır.  Hakimlər 
uzun  müddət  özlərinin  ləğv  etdikləri  aktların  nəticələrinə  tam  laqeyd 
yanaşırdılar. 1963-cü ildə qəbul olunmuş dekretə əsasən Dövlət Şurasının 
orqanı  olan  hesabat-tədqiqat  komissiyası,  akt  icra  edilmədiyi  halda 
administrasiyaya təsir göstərmək hüququna malikdir. Aktın ləğv edilməsi 
və  idarəetmə  orqanının  bu  barədə  mövqeləri  haqqında  faktları 
aşkarlamaqla həmin komissiya bu sahədə daha irəli yerlərdə olmuşdur. 
1973-cü  ildə  hesabat-tədqiqat  komissiyası  öz  fəaliyyəti  haqqında 
hesabatları dərc etdirir, aktların məhkəmə qaydasında ləğv edilməsindən 
nəticə  çıxarmayan  idarəetmə  orqanları  həmin  hesabatlar  çərçivəsində 
müəyyən dərəcədə rüsvay edilmişdir. Öz təsir forması etibarilə maliyyə 
sahəsində  sui-istifadə  halları  ilə  əlaqədar  qəbul  edilən  sanksiya  barədə 
hesablayıcı  palatanın  məruzələrində  onlara  xəbərdarlıq  edilir.  Digər 
tərəfdən,  qanunsuz  aktın  məhkəmə  qaydasında  ləğv  edilməsi  barədə 
məlumatlarda  ləğv  olunmuş  akt  haqqında  qeyd  edilir  və  bununla  da 
vətəndaşlar  qanunsuz  aktın  ləğvi  barədə  mətbuatdan  məlumat  əldə 
edirlər. Buna görə də 1974-cü ilin əvvəlindən etibarən «Rəsmi xəbərlər» 
də dərc olnunan aktlarla əlaqədar bu cür qayda müəyyənləşdirilmişdir. 
Nəhayət, 16 iyul, 1980-ci il tarixli qanuna əsasən, Dövlət Şurası 
«inzibati  məhkəmə  tərəfindən  qəbul  edilmiş  qərar  icra  oldunmadığı 
halda»  ümumi  hüquq  üzrə  hüquqi şəxslərə  qarşı  məcburetmə  tədbirləri 
tətbiq etməklə, gündəlik pensiyalar müəyyən etmək hüququ qazanmışdır. 
Söhbət  mövcud  olmayan  aktlarda  qanunçuluqla  əlaqədar  olaraq 
müstəsna  hallarda  tətbiq  edilən  sanksiyalardan  gedir.  Aktın  mövcud 
olmaması anlayışında maddi və hüquqi cəhətləri bir-birinə qarışdırmaq 
məqsədə müvafiq hesab edilmir. Maddi mənada mövcud olmamaq yalnız 
aktın həqiqətən qəbul edilib və ya edilməməsi məsələsinə toxunur. Nəticə 
etibarilə bu, arxiv materialları ilə yoxlanılır və yaxud başqa yollarla sübut 
edilir. 
151 


Lakin bizi aktın hansı dərəcədə hüquqi mənada mövcud olmaması 
maraqlandırır. Söhbət o aktdan gedir ki, əslində o, artıq qəbul edilmişdir, 
lakin  onun  qeyri-qanuniliyi  o  dərəcədədir  ki,  onun  etibarsız  hesab 
edilməsi  kifayət  deyil,  ümumiyyətlə,  onun  mövcud  olmaması  lazımdır. 
Bu nəzəriyyə yalnız məhkəmə praktikasına əsaslanır: belə aktların tətbiq 
rejimini və onun şamil edilmə dairəsini məhz məhkəmə müəyyənləşdirir. 
Mövcud  olmayan  və  etibarsız  sayılan  aktlar  arasındakı  fərq  ilk 
baxışda formal fərqdir. Dövlət Şurası aktı qanunsuz sayıb onu ləğv etmək 
əvəzinə mövcud olmamış hesab edir. Aktda qeyd edilir ki, «etibarsızdır 
və nəticəsi yoxdur», yaxud o, «etibarsızdır və heç vaxt olmamışdır». Bu o 
deməkdir ki, Dövlət Şurası aktı nəinki mənasız hesab edir, həm də ondan 
istifadə  edilməsini  əsassız  sayır,  yəni  mövcud  olmayan  akt  kimi  hesab 
edir. 
Digər tərəfdən, göstərilən bu anlayışlar arasında mahiyyətcə fərq 
vardır.  Təbii  ki,  «mövcud  olmayan  akt»  anlayışı  hüquqi  mənada  tam 
uğurlu  deyil,  çünki  mövcud  olmayan  aktlar  hər  halda  mövcud  olur. 
Deməli,  onların  olmamasının  müəyyən  dərəcədə  hüquqi  mənada 
aydınlaşdırılması  məqsədə müvafiqdir.  Belə  müəyyənləşdirməni  sadəcə 
olaraq, etibarsız hesab etmək səmərəli olardı. Mövcud olmayan aktın (bir 
dəfə  tətbiq  edilən  aktlar  da  daxil  olmaqla)  qanunsuz  olmasına  görə 
istənilən vaxt və istənilən səbəbdən ona istinad etmək olar: administrasiya 
bunların  icrasından  istədiyi  vaxt  da  boyun  qaçıra  bilər,  belə  hallarda 
şikayətlər  məhkəməyə  istənilən  vaxt  verilə  bilər.  Başqa  sözlə,  mövcud 
olmayan  aktlar,  məqsədlərindən  asılı  olmayaraq,  hüquqi  normalar 
yaratmayan aktlar hesab edilir. 
Beləliklə,  məhkəmə  orqanları  mövcud  olmayan  aktlar 
məsələsində  tərəzinin  gözünü  qanuni  vəziyyətləri  qanunsuzluğun 
qarşısının alınmasına tərəf əyirlər. 
Mənasız  və  mövcud  olmayan  aktların  siyahısı  məhkəmə 
instansiyaları  tərəfindən  müəyyən  edilməyən  formada  hazırlanmışdır. 
Rejimin  nə  qədər  dəqiq  müəyyənləşdirildiyi,  təsnifatın  özünün  nə 
dərəcədə  qeyri-dəqiq  olduğu  aşağıda  göstərilənlərlə  nümayiş  etdirilir: 
təhlil  üçün  qulluqçulara  aid  edilən  iki  əsas  nəzərdə  tutulan  tədbirləri 
götürək. Sonra isə vəzifəyə formal şəkildə təyinat verək. Bu tədbirlərin 
nəticəsində o, həmin vəzifəni tutmur və müvafiq funksiyaları icra edir. 
Əgər  o,  qanunsuz  aktlara  əsasən  belə  vəzifəni  tutarsa  və  funksiyalannı 
icra edərsə, bununla o, cinayət törətmiş olur. 
Fransada  qulluqçular  üçün  son  yaş  həddi  məhdudlaşdırılmışdır; 
vəzifəli  şəxs  özunun  son  yaş  həddinə  çatdığı  gün  öz  funksiyalarının 
icrasını dayandırmalıdır. Belə olduğu hallarda administrasiya 
152 


onun  işdə  qalıb  işləməsini  münasib  sayarsa,  onda  administrasiya  və 
məmur arasında xüsusi razılaşma əldə edilir, məmur işdə qalır, öz xidməti 
vəzifələrinin  icrasını  davam  etdirir,  çünki  müdiriyyət  onun  iş 
keyfiyyətlərini  nəzərə  alaraq  xidmətdə  saxlayır.  Lakin  bu  halda  qəbul 
edilən qərarın motivlərindən asılı olmayaraq, qərar özü mövcud olmayan 
akt hesab edilir. 
Bu cür tədbirlər nəinki qanunsuzdur, həm də mənasızdır, ona görə 
ki, bunlar məmur üçün heç bir hüquqi məna kəsb etmir. 
İcra hüququ ilə əlaqədar olaraq administrasiyanın özbaşınalığı iki 
formada müşahidə edilir. Birincisi, aktın maddi mənada icrasından ibarət 
özbaşınalıq və ikincisi isə aktın tərtib edilməsinə aid edilən özbaşınalıq. 
İdarəetmə  qərarları  mülkiyyət  hüququnu  pozduqda,  yaxud  əsas 
azadlıqlara  toxunduqda  və  bu  zaman  inzibati  hakimiyyətlə  heç  bir 
qarşılıqlı əlaqəsi olmadıqda, həmin qərar özbaşınalıq xarakteri daşıyır: o, 
eyni zamanda mövcud olmayan akt hesab edilir, aktın mənasızlığı faktı 
isə istər inzibati məhkəmə, istərsə də ümumi məhkəmələr tərəfindən ləğv 
edilir.
 
Məhkəmə  səlahiyyətlərinin  ciddi  şəkildə  pozulması  ondan 
ibarətdir  ki,  hakimlər  öz  üstün  hüquqlarının  və  səlahiyyətlərinin 
müdafiəsinə, o cümlədən icra hakimiyyətinin qəsdlərindən qorunmasına 
həmişə  diqqətli  olurlar.  Bunları  daha  səmərəli  şəkildə  icra  etmək  üçün 
məhkəmə  hakimiyyəti,  bəzi  hallarda  aktlann  mənasızlığı  nəzəriyyəsini 
tətbiq edir. 
Mənasızlıq motivlərinə görə aktlardan şikayət verilməsi qaydası 
və  onların  ləğv  olunması  proseduru,  yalnız  məhkəmənin  hüquqları 
çərçivəsində tətbiq 
edilir.34
 
Rozan-Jirardın  işində  söhbət,  Qvadelupadakı  Mul  kommuna- 
smda keçirilmiş bələdiyyə seçkilərindən gedirdi. Həmin seçkilər zamanı 
bəzi  münaqişələr  olmuş,  nəticədə  isə  bələdiyyə  seçkilərində 
kommunistlər  qalib  gəlmişdilər.  Seçkilərin  gedişində  baş  vermiş 
münaqişələrə istinad edən, əslində isə onların nəticələrindən narazılığını 
bildirən prefekt, öz qərarı ilə bu nəticələri ləğv etmişdi. Dövlət Şurası isə 
müəyyən  etdi  ki,  prefektin  məsələyə  müdaxiləsi  mənasız  akt  kimi 
qiymətləndirilməlidir. Dövlət Şurası belə hesab etdi ki, idarəetmə orqanı 
seçkilər üzrə komissiyanın səlahiyyətlərindən istifadə etmiş, nəticədə isə 
mövcud olmayan akt qəbul etmişdir. Ona görə də o, aktın özünü «etibarsız 
və mövcud olmamış» akt hesab etmişdir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin