Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


§ 2. Etibarsız aktlar vd qanunsuz aktların



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə64/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   60   61   62   63   64   65   66   67   ...   113
§ 2. Etibarsız aktlar vd qanunsuz aktların 
hğv edilməsi qaydaları 
Aktın  etibarsız  hesab  edilməsi  üçün  onun  ləğv  edilməsi  barədə 
məhkəmə qaydasında şikayət verilir. 
Sadəcə olaraq, qeyri-qanuni akt kimi qiymətləndirilən hər hansı 
bir idarəetmə aktı etibarsız hesab edilir. 
Belə  aktlar  adətən  səlahiyyəti  olmayan  orqan  tərəfindən  qəbul 
edilir  və  yaxud  qanuna  zidd  olan  digər  qeyri-qanuni  aktlara  da  aiddir. 
Belə  halda  aktın  etibarsızlığı  məlum  olduqda  onun  tətbiq  olunması 
dayandırılır və ya ləğv edilir. 
146 


Belə  aktların  tətbiq  edilməməsi  qaydaları  konstitusiyaya  uyğun 
olaraq,  nəzarət  sistemlərində  yoxlanılan  üsuldur.  Misal  üçün,  ABŞ  Ali 
Məhkəməsi belə hərəkət etmək hüququna malik olduqda o təsdiq edir ki, 
verilmiş qanun kostitusiyaya ziddir. Bu zaman o, qanunu formal olaraq 
ləğv  etmir,  lakin  onun  tətbiqindən  imtina  edir.  Aktların  konstitusiyaya 
zidd olması əsasları üzrə bu cür istisna edilməsi qaydası Fransada mövcud 
deyildir, çünki Konstitusiya Şurası öz nəzarətini iddia icraatı qaydasında 
həyata keçirir və aktların konstitusiyaya müvafiq olub-olmaması məsələsi 
inzibati  ədliyyənin  yurisdiksiyasına  daxildir.  Bunun  müqabilində 
Fransada  aktların  qeyri-qanuniliyi  ilə  əlaqədar  onların  tətbiqinə  qarşı 
etirazlar da mövcuddur. 
Misal  üçün,  idarəetmə  orqanı  tərəfindən  reqlament  qəbul 
edilmişdir,  o  qeyri-qanunidir,  lakin  hələ  öz  qüvvəsini  saxlayır.  Onun 
tətbiqindən  iki  yol  ilə  imtina  etmək  olar:  ya  idarəetmə  orqanının  özü 
verilmiş  qanunsuz  aktın  tətbiq  edilməsi  nəticəsində  hüquq  pozuntusuna 
səbəb ola biləcəyini hiss edərək, həmin aktın tətbiq edilməsini dayandırır 
və  yaxud  da  idarəetmə  orqanı  həmin  aktın  tətbiq  edilməsini  məcburi 
sayarsa, onda onun ləğv edilməsi barədə tələbnamə ilə mülki məhkəməyə, 
cinayət işləri üzrə və ya inzibati məhkəməyə müraciət olunur. 
Cinayət hüququ sahəsində yuxarıda haqqında danışılan iş - Bordo 
Benendəki  milli  bazar  haqqında  iş  üzrə  olmuşdur.  İdarəetmə  orqanı  öz 
müəyyən 
zona 
hüdudlarında 
ayrı-ayrı 
ticarət 
nöqtələrinin 
yerləşdirilməsinə  qadağa  qoymuşdu.  Ticarətçilər  qadağanı  pozmuş  və 
cinayət  təqibinə  məruz  qalmışdılar.  Onlar  dektretin  qanunsuz  olduğuna 
əsaslanaraq  bu  barədə  qoyulan  sanksiyalardan  şikayət  vermiş  və 
Kassasiya  Məhkəməsi  onların  iddiasını  təmin  etmişdir.  Deməli,  onlar 
məsuliyyətdən  azad  edilmişdilər,  çünki  qanunsuz  dekret  əsasında  hər 
hansı cəza tətbiq edilə bilməz. Dekret isə hələ də öz qüvvəsində qalmaqda, 
fəaliyyət göstərməkdədir, lakin cinayət hüquq nəticələri baxımından o, öz 
qüvvəsini itirmiş hesab olunur. 
Əksinə,  cinayət işləri  üzrə məhkəmələr  hüquq  pozuntusuna dair 
aktların  qanunsuzluğuna  istinad  etməklə  hər  hansı  işə  bəraət  qazandıra 
bilməz.32 Avranş və Demare ov zamanı hüquq pozuntusu törətdiklərinə 
görə  hər  ikisi  məhkəməyə  cəlb  edilmişdi.  Onlar  öz  hərəkətlərini  ferma 
torpaqlarında fermerin ailə üzvlərinin ov etməsinə icazə verən prefektura 
aktına əsasən həyata keçirmişlər. Münaqişələr üzrə Tribunal müəyyən etdi 
ki, cinayət işlərinə baxan məhkəmə bu aktı qa- 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin