Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə66/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   62   63   64   65   66   67   68   69   ...   113
Aktın lə$v edilməsi aavdası.
 Aktın ləğv edilməsi haqqında əsaslı qərar 
çıxarılmalıdır, çünki ləğvetmə avtomatik qaydada baş vermir. Belə qərarı 
ancaq administrasiya özü və yaxud məhkəmə çıxara bilər. 
Aktın  fəaliyyətinə  inzibati  qaydada  xitam  verilməsi.
  Aktın  ləğv  edilməsi 
barədə  qərar  administrasiya  tərəfindən  qəbul  olunduqdan  sonra  onun 
fəaliyyətinə xitam verilir. Bu, aktın fəaliyyətinə administrasiyanın iradəsi 
ilə son qoyulması deməkdir. Bununla əlaqədar iki metoddan istifadə edilə 
bilər:  akta  xitam  verilir  və  yaxud  o,  ləğv  edilir.  Texniki  dildə  «ləğv 
edilmə»  termini  aktın  daha  çox  məhkəmə  qaydasında  ləğv  edilməsi 
zamanı tətbiq edilir. 
Bir-birinə  əks  olan  iki  halda  qanunvericilik  tələbinə  əməl 
olunmaqla yanaşı, nəticədə sabitlik də əldə edilir. Əgər məmur vəzifəyə 
qanunsuz təyin edilmişdirsə və bu, yalnız 20 ildən sonra aşkar edilərsə, 
onun inzibati qulluqdan azad edilməsi ədalətsiz və qeyri-düzgün olar 
148 


dı; çünki o, özünə hüquq qazanmış, xidməti işdə də mövqe tutmuşdur; bu 
baxımdan  onun  mövqeyini  sonsuzluğadək  sual  altında  qoymaq  olmaz. 
Buna görə də Dövlət Şurası Kaşenin işinə dair qərarında həmin iki tələb 
arasında kompromis variantına əl atdı. 
Əgər  hər  hansı  bir  akt  qanunsuz  normativ  aktdırsa  (çox  zaman 
fərdi aktlar belə olur), onun fəaliyyəti yalnız məhkəmə qaydasında şikayət 
verilməsi  ilə  həll  edilir.  Bu  zaman  aktın  qüvvəsi  onun  dərc  edildiyi  və 
yaxud  haqqında  məlumat  verildiyi  gündən  etibarən  iki  aylıq  müddət 
ərzində  dayandınla  bilər.  Bu,  məmurun  vəzifəyə  təyin  edilməsinə, 
tikintiyə  icazə  verilməsinə  və  yaxud  hər  hansı  güzəştlərin  müəy- 
yənləşdirilməsinə də aiddir. 
Əksinə,  qanunsuz  akt  dəfələrlə  öz  təsir  gücünə  malikdirsə,  o, 
istənilən vaxt ləğv oluna bilər. Dövlət Şurası öz məhkəmə praktikası ilə 
hüquqi 
normalara 
uyğun 
olmayan 
aktların 
siyahısını 
müəyyənləşdirmişdir.  Bunlar  misal  üçün,  reqlamentar  aktları  və 
qulluqçuların  maaşının  miqdarını  müəyyən  edən  maliyyə  xarakterli 
qərarlar ola bilər. 
Lazımi  şərait  olduqda,  yəni  qəbul  edilən  akt  qanunsuz  hüquq 
normalarına uyğun olmayan akt deyilsə, yaxud belə akt olsa da belə ondan 
şikayət  verilməsi  müddəti  keçmişdirsə,  bu  zaman  həmin  aktın  ləğv 
olunması administrasiyadan tələb edilə bilər və yaxud da administrasiya 
bunu öz təşəbbüsü ilə də ləğv edə bilər. Əgər administrasiya öz qarşısına 
məqsəd  qoymuşdursa,  o  aktı  ləğv  etmək  onun  borcudur  -  bu,  sərt 
səlahiyyət haqlı hesab edilir. 
Lakin  çox  zaman  administrasiya  psixoloji  və  yaxud  siyasi 
səbəblər üzündən öz səhvini etiraf etməyə tərəddüd edir, qulluqçularının 
qanunsuz hərəkətə yol verdiyini təsdiqləmək istəmir. Belə hallarda aktın 
ləğvinə nail olmaq üçün məhkəməyə müraciət edilməlidir. Bu, qanunsuz 
aktların  məhkəmə  qaydasında  ləğv  edilməsinin  ən  geniş  yayılmış 
üsuludur. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin