Məhkəmə aktları. Bəzən idarəetmə aktları məhkəmə orqanlarında,
ixtisaslaşdırılmış məhkəmələr tərəfindən həyata keçirilir. Bu, həmçinin,
kollegial orqanlann qəbul etdikləri sanksiyalara da aiddir. Bu halda çox
mühüm rəsmiyyətçilik təzahürlərinə riayət edilir. Məhkəmə orqanları
normativ aktlarda olan və yaxud məhkəmə praktikası ilə işlənib
hazırlanmış bir sıra ümumi prosessual normalar əsasında fəaliyyət
göstərirlər, o cümlədən bütün hallarda məhkəmə əsaslı qərarların
verilməsinə borcludur. Bütün məhkəmələr üçün qərarları əsaslandırmaq
vəzifəsi Fransa inqilabının tələblərindən irəli gəlirdi və bu günə kimi
qüvvədədir.
Beləliklə, adi qanunçuluq adlandırıla bilən anlayış məzmunca
aktların mahiyyətcə və formaca, olduqca mürəkkəb, çoxsaylı müxtəlif
normalar kompleksindən ibarətdir. Bu normal idarəetmə qərarlarının
məhkəmə nəzarəti altında həyata keçirilməsi əsaslı olur.
Məhz belə müstəsna hallar üçün əvvəlcə məhkəmə, sonra isə
qanunvericilik hakimiyyəti konstitusiyanın bir sıra müddəalarında əks
etdirilmiş müstəsna qanunçuluq sistemini nəzərdə tutmuşdur. Söhbət
siyasi vəziyyətin kəskinləşdiyi vaxtlarda administrasiyanın fövqəladə
səlahiyyətlərindən və müstəsna qanunvericilikdən gedir.