Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə59/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   55   56   57   58   59   60   61   62   ...   113
IX
 FƏSIL
 
İDARƏETMƏ PROSEDURUNUN TƏNZİMLƏNMƏSİ 
§ 1. tdaraetmd prosedurlarının tənzimhnmasinin anlayışı, 
salahiyyathri, vazifabri, hakimiyyət qərarlarının icra qaydası 
İdarəetmə orqanı öz səlahiyyətləri çərçivəsində aktlar qəbul edir 
və verilmiş normativ aktların əsasında konkret işlərin görülməsi nəzərdə 
tutulur. 
Bir sıra ölkələrdə olduğu kimi, Fransada da idarəetmə orqanları 
tərəfindən  verilən  normativ  aktların icrasını  təmin  etmək  məqsədilə  bir 
sıra  prosedurlar  nəzərdə  tutulur,  yəni  icraat  adlandırılan  inzi- 
bati-prosessual hüquq normaları ilə tənzimlənən tədbirlər həyata keçirilir. 
Fransada  müasir  dövrdə  bu  normalar  bir  tərəfdən  xüsusi 
qanunlarla, digər tərəfdən məhkəmə praktikasında müdafiə hüququ kimi 
ümumi hüquq prinsipləri formasında pərakəndə şəkildə həyata keçirilir. 
Lakin  həmin  normativ  aktlar  dağınıq  halda  olsa  da,  onların  məcmusu 
vahid  tam  şəkildə  praktikada  istifadə  olunur.  İdarəetmə  orqanları  öz 
fəaliyyətlərini  həyata  keçirən  zaman  idarəetmə  orqanlarının  verdikləri 
qərarlar əsasında səlahiyyətlərini, hüquq və vəzifələrini, qarşıya qoyulan 
vəzifələrini müəyyənləşdirirlər. 
Administrasiya  tərəfindən  verilən  aktlar  öz  məzmununa  görə 
səciyyələnir və bir-birindən xeyli fərqlənən iki elementə malikdir. 
Burada söhbət bir tərəfdən administrasiyanın fəaliyyət sahəsində 
idarəetmə səlahiyyətlərindən, digər tərəfdən isə administrasiya daxilində 
səlahiyyətlərin bölüşdürülməsindən gedir. 
Dövlət  idarəetmə  aparatının  fəaliyyət  sahəsi  üç  əsas  mövqeyi 
məhdudlaşdırmışdır. 
Birincisi,  qanunvericilik  hakimiyyətinə  münasibətdə  qanunun 
fəaliyyət sahəsi mövcuddur. Hal-hazırda o, Fransa konstitusiya aktlarında 
dəqiqləşdirilmişdir.  Bu  zaman  idarəetmə  orqanları  həmin  sahəyə 
müdaxilə edə bilməz. 
İkincisi, məhkəmə hakimiyyəti orqanlarının işinə müdaxilə edilə 
bilməz,  çünki  məhkəmə  instansiyalarının,  inzibati  tribunaların  öz 
fəaliyyət  sahələri,  qanunları  müəyyən  edilmişdir  və  həmin  qanunlar 
çərçivəsində onlar öz fəaliyyətlərini həyata keçirirlər. 
Müvafiq qərar Dövlət Şurası tərəfindən Rozan Jirarm işi üzrə 
141 


31 may, 1957-ci il tarixdə qəbul edilmişdir. 
Nəhayət,  dövlət  administrasiyası  xüsusi  şəxslərin  fəaliyyət 
dairəsinə, 
0
  cümlədən  hər  hansı  bir  assosiasiyanın  və  yaxud  həmkarlar 
ittifaqının daxili fəaliyyətinə müdaxilə etmək hüququna malik deyildir. 
Dövlət idarəetmə orqanı daxilində səlahiyyətlərin bölüşdürülməsi 
daxili  səlahiyyəti  sərt  formada  bölüşdürən  və  müəyyən  edən  prinsiplə 
tənzimlənir; bu prinsipə əsasən ümumi hakimiyyətin reallaşdırılması ilə 
bağlı vəzifələrin bütün forması fəaliyyətin müəyyən növünə uyğun gəlir
Dövlət  idarəetmə  orqanlarının  səlahiyyətinin  həyata  keçirilməsi 
qaydası parlamentarilər tərəfindən müəyən edilir, yəni idarəetmə orqanı 
səlahiyyətə  müəyyən  vaxt  ərzində  malik  olur  və  həmin  orqan  öz 
funksiyalarının icrasına başlamazdan əvvəl və yaxud həmin funksiyaların 
icrasını başa çatdırdıqban sonra qərarlar qəbul edilə bilməz. 
Səlahiyyətlər  həm  də  məkan  baxımından  bölüşdürülür.  Misal 
üçün,  Val-de-Mam  departamentinin  Respublika  komissarının  Paris 
şəhəri  ərazisində  tətbiq  edilməli  olan  qərarları  Paris  şəhəri  ərazisində 
qəbul edilə bilməz. 
İlk  növbədə  bütün  idarəetmə  bölməsi  iyerarxiyası  üzrə 
səlahiyyətlərin  iyerarxiya  baxımından  bölgüsünü  müəyyən  edirlər.  Hər 
bir orqan öz iyerarxiyası səviyyəsində müəyyən səlahiyyətə malikdir və 
bütün  qalan  səlahiyyətlər  istisna  olmaqla,  yalnız  həmin  səlahiyyətləri 
həyata keçirə bilərlər. Aşağı orqan tərəfindən yuxarı orqanın səlahiyyət 
dairəsinə  müdaxilə  edilməsi  halları  az  olmur,  lakin  qanun  buna  yol 
vermir.  Ancaq  daha  artıq  diqqəti  cəlb  edən  odur  ki,  yuxarı  orqanın 
müvafiq  hüquqi  fəaliyyətləri  olmadan  aşağı  orqanın  səlahiyyətləri 
çərçivəsinə müdaxilə edilə bilməz. 
Bunun əsas səbəbləri aşağıdakılardır. Əvvələn, idarəetmə orqanı 
öz  səlahiyj'ətlərini  həyata  keçirməkdə  maneə  ilə  qarşılaşa  bilər,  misal 
üçün, rəhbər işçi xəstə olduğundan müvəqqəti olaraq işə çıxmır, yaxud 
məzuniyyətdədir.  Bu  halda  onun  vəzifələrini  icra  etmək  üçün  başqa 
vəzifəli şəxs tərəfindən rəhbər işçinin əvəz edilməsinə imkan yaranır. 
Daha  mühüm  bir  imkanı,  yəni  səlahiyyətlərin  həvalə  olunması 
imkanını  da  qeyd  etmək  lazımdır.  Hər  bir  idarəetmə  orqanı  öz 
səlahiyyətləri çərçivəsində ona tabe olan digər orqana əlavə səlahiyyətlər 
həvalə edə bilər, bunun üçün müvafiq akt olmalıdır; bu qanunla və yaxud 
dekretlə  rəsmiləşdirilməlidir.  Digər  tərəfdən  aktda  onların  hüquqları 
dəqiq  olaraq  müəyyən  edilməlidir.  Bu  halda  idarəetmə  orqanı  özünün 
bütün səlahiyyətlərindən azad edilir, onlar digər orqanın ixti 
142 


yarına verilir, bu zaman o, orqana öz səlahiyyətlərinin yalnız bir hissəsini 
həvalə edə bilər. 
Nəhayət,  səlahiyyətlərin  təkrarən  kiməsə  həvalə  edilməsi 
qanunsuzdur;  həvalə  edilmə  nəticəsində  səlahiyyətlər  əldə  etmiş 
idarəetmə  orqanı  öz  növbəsində  bunları  digər  orqana  həvalə  etmək 
hüququna malik deyildir. 
Buna  görə  də  idarəetmədə  vahidliyin  daha  yaxşı  təmin 
olunmasına  və  idarəetmə  fəaliyyətinin  daha  yaxşı  əlaqələndirilməsinə 
imkan  verən  səlahiyyətlərin  təmərküzləşdirilməsi  ilə  idarəetmədə 
çevikliyin  artmasına  və  idarəetmə  qərarlarının  qəbul  edilməsinin 
nəticəsində  vətəndaşların  daha  geniş  iştirakına  şərait  yaradılır  - 
səlahiyyətlərin həvalə edilməsi praktikası arasında tarazlığa nail olmaq və 
yaxud bunlardan hansını seçmək məsələsi daim ortaya çıxır. 
Prosedur idarəetmə qərarının qəbul olunmasından əvvəl meydana 
gələn  prosesdir;  inzibati  hüquqda  bu  prosedur  idarəetmə  elmində 
qərarların  qəbul  edilməsi  prosesi  adlandırılan  anlayışa  uyğun  gəlir. 
Həmin  prosedurların  problemləri  və  tarazlıq  axtarışları  həmişə  diqqət 
mərkəzində olmuşdur. 
Prosessual  normalar  mühüm  əhəmiyyətə  malikdir  və  onlara 
etinasız yanaşmaq olmaz, çünki onlar həmişə nailiyyətlərə nail olmaqda 
vətəndaşların  hüquqlarının  təminatçısıdır.  XIX  əsr  alman  hüquqşünası 
İerinq ilk dəfə olaraq qeyd etmişdir ki, proseslər insan azadlığının əkiz 
bacısıdır;  prosessual  normalar  maddi  hüququn  normalarının  da 
reallaşdırılması  üçün  təminat  yaradır.  Lakin  həddən  artıq  prosessual 
normalar  yaratmaq  da  lazım  deyildir,  bu,  qərarlar  qəbul  edilməsi 
prosesini sonsuzluğa gətirib çıxara bilər. 
Fransa  hüquq  sistemində  son  dərəcə  çoxsaylı  olan  prosessual 
normalar  arasında  2  kateqoriya  əsas  götürülür:  müdafiə  hüququnun 
reallaşdırılması  formalanndan  birini  təşkil  edən  münaqişəli  (mübahisə) 
proses  haqqında  olan  normalar  və  konsultativ  prosedurları  təmin  edən 
normalar  (çünki  hazırda  idarəetmə  orqanı  qərarı  qəbul  etməzdən  əvvəl 
çox zaman digər orqanlarla, adətən, kollegial və yaxud məşvərətçi kimi 
çıxış  edən  orqanlarla  birlikdə  komissiyalar,  şuralar  və  komitələrlə 
məsləhətləşmələr aparılır). Belə hallarda dövlət qulluqçuları özləri iştirak 
etdikləri  təqdirdə  məsləhətləşmələr  yolu  idarəetmə  sistemində  ən  yaxşı 
əlaqələndirməni  təmin  edən  vasitə  olur.  Deməli,  konsultativ  orqanlar 
özləri  vətəndaşlardan  komplektləşdirildiyi  zaman  məsləhətləşmədə 
iştirak edirlər. Məsləhətləşmələrin keçirilməsi qaydasını, onların hüquqi 
nəticələrini  və  kollegial  orqanların  fəaliyyət  göstərmələri  şərtlərini 
tənzimləyən müəyyən sayda normalar işlənib hazırlanmışdır. 
143 


Prosessual  normaların  nəzərdən  keçirilməsini  6aşa  çatdırmaq 
üçün  idarəçilik  fəaliyyətini  müəyyən  edən  və  idarəetmədə  ədliyyə 
orqanlarının fəaliyyətlərinə xas olan üç məqamı qeyd etmək vacibdir. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin