«həqiqi qulluqda olan məmur hər il məzuniyyətə çıxmaq hüququna
malikdir». Bu o deməkdir ki, administrasiyanın məmura belə məzuniyyət
verməklə əlaqədar sərt səlahiyyəti vardır^o.
Dövlət qulluqçularının həmin ümumi statusuna uyğun olaraq,
«dövlət qulluqçusunun dosyesi şəxsin dövlət idarəetmə orqanları
sistemindəki vəziyyətinə aid bütün materialları əhatə etməlidir».
Sərt səlahiyyət təsbit edilməsinin üçüncü üsulu felin əslində əmr
formasını nəzərdə tutan xəbər formasından və yaxud gələcək zaman
şəklindən istifadə olunmasıdır. Misal üçün, əgər mətndə «hərbi hazırlıq
kursu keçən qulluqçu bütün təlim dövrü üçün əmək haqqı ödənilməklə
məzuniyyətə göndərilir», - deyilirsə, bu o deməkdir ki, məzuniyyət
verilməsi məcburidir. Yaxud, «ezamiyyətə göndərilmə xidməti ehtiyaca
görə ola bilər» şəklində məhdudlaşdırıcı formul işlədilə bilər. Bu o
deməkdir ki, başqa hallarda ezamiyyətə yol verilə bilməz və səlahiyyət bu
mənada sərt olur.
Əksinə, əgər diskresion səlahiyyət barədə fikir bildirilmək
istənilirsə, onda «edə bilmək» feli işlədilir. Hər dəfə aktda deyilirsə ki,
şəxs nəyi isə əldə edə bilər, administrasiya isə qərara ala bilər, bu, sərbəst
mülahizə dairəsini göstərir.
Lakin həqiqətdə bir səlahiyyət dairəsini digərindən ayırmaq asan
deyildir, çünki lüğət fondumuz qətilik baxımından bütün variantları
lazımınca əhatə etmir və qanunvericidən heç də həmişə düzgün istifadə
etməyi bacarmırlar. Buna görə də çox zaman aktları şərh etmək, yaxud bu
və ya digər məsələ ilə əlaqədar dəqiqləşdirmək vəzifəsi məhkəmələrin
öhdəsinə düşür.
İdarəetmə səlahiyyətlərinin həcminin və xarakterinin hüquqi
cəhətdən qiymətləndirilməsi həmişə qanunvericilik və məhkəmə
orqanlarının daimi diqqət və qarşılıqlı əməkdaşlıq obyekti olmuşdur; sərt
səlahiyyətin sərhədlərini və sərbəst mülahizə çərçivələrini, eləcə də
qanunçuluqla məqsədəuyğunluq arasında ayrıca xəttini məhkəmə
praktikası ilə tamamlanmış qanunvericilik müəyyənləşdirir.
Azərbaycan Respublikasının inzibati hüququnda hüquq normaları
insanların davranışına fəal təsir göstərmək və ictimai münasibətləri
tənzimləmək üçün qəbul edilir. Hüquq normaları insanların davranışına,
onların iradəsinə və şüuruna təsir edir. Hüquqi tənzimləmə sahəsində
insanlar hüquq normalanmn tələblərinə uyğun olaraq davranırlar.
Vətəndaşların davranışı, ümumi və fərdi maraqları ictimai inkişafın
tələblərinə uyğunlaşdırılır. Hüquq normalarının realizəsi onlann
tələblərinin insanların davranışında təcəssüm edilməsidir.
Dostları ilə paylaş: