olan səhv etmək hüququ problemidir. Administrasiyanın diskresion
səlahiyyətləri məsələsi indi dünyanın bütün ölkələrinin idarəetmə
praktikasında ən mühüm məsələlərdən biridir.
Bu problem müəyyən çərçivədə Fransa praktikasında da meydana
çıxmışdır. Dövlət Şurası qiymətləndirmədə açıq-aşkar yanlışlıq anlayışını
tətbiq etmişdir.^* Administrasiya verdiyi qiymətdə səhv edə bilər, lakin
onun açıq-aşkar etdiyi səhv, yəni eyni zamanda həm ciddi, həm də göz
qabağında olan səhv kimi qiymətləndirilir.
Mənəvi nöqteyi-nəzərdən hakimiyyətdən sui-istifadə halları
məntiq baxımından açıq-aşkar səhvə yol verməklə eyni şeydir.
Administrasiya öz səlahiyyətlərini həyata keçirmək hüququna malikdir,
lakin onun səhvlərə yol vermək hüququ yoxdur (hərçənd burada nə
mənalı, nə də mənasız olduğu sualı meydana çıxa bilər). Hər halda
hazırda diskresion səlahiyyətlərin həyata keçirilməsi üçün dördüncü
məhdudiyyət mövcuddur ki, bu da qiymətləndirmənin açıq-aşkar səhv
anlayışında ifadə olunmasıdır.
Məhkəmə praktikası tədricən diskresion hüququn bütün hallarına
şamil edilməyə başlamışdır. Həmin hüququn həyata keçirilməsinin ən
əyani formalarından biri xarici nəşrlərə senzura qoyulması məsələsinə aid
edilmişdir.25
Artıq bir neçə ildir ki, Dövlət Şurası diskresion səlahiyyətlərin
həyata keçirilməsinə öz nəzarətini gücləndirmək üçün
iki əlavə vasitədən
- direktiv göstərişlər nəzəriyyəsindən və adekvat məsariflər prinsipindən
istifadə edir.
Diskresion fərdi qərarlar qəbul edə bilən hakimiyyət orqanları
bəzən hüququn tətbiqi zamanı şəraiti və əsas götürəcəkləri siyasi xətti də
müəyyənləşdirirlər. Dövlət Şurası Fransanın torpaq krediti işinə dair 11
dekabr, 1970-ci il tarixli qərarında bu üsulun qanunauyğunluğunu qəbul
etdi. Lakin tezliklə «direktiv» verildikdə, yaxud «oriyentasiya norması»
bəyənildikdə idarəetmə orqanı sonralar, haqq qazandırıla bilən ekstremal
hallar istisna olmaqla, onlan əsas götürməyə borcludur. Mülahizəyə görə,
hüququn reallaşdıniması zamanı fərdi qərarlarla əlaqədar məhkəmə
nəzarəti iki baxımdan həyata keçirilir: direktivin özünün əsaslandırılmış
olması baxımından (çünki onun administrasiya tərəfindən tətbiq edilən
qanunun məqsədlərinə uyğun olub-olmadığını yoxlamaq vacibdir) və
direktivin fərdi şəkildə yerinə yetirilməsi baxımından, o cümlədən,
ümumi qaydalardan
yol verilmiş
Dostları ilə paylaş: