FƏSIL __________________ MƏSULİYYƏT PRİNSİPİ § 1. ümumi məsuliyyət rejimi anluyışı və təqsirə görə məsuliyyət Ümumi tərifi. Məsuliyyət anlayışı təkcə inzibati hüquq
münasibətlərinə xas deyildir. O, xüsusi hüququn da çox mühüm bir
bölməsini təşkil edir. Hər iki halda hüquqi məsuliyyət o vaxt yaranır ki,
idarəetmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində başqasına ziyan
vurulsun. Vurulmuş belə zərəri ödəmək onun vəzifəsidir.
Təkamülü. İnzibati hüquq münasibətləri dairəsində məsuliyyət
anlayışında nəzərə çarpan təkamül baş vermişdir.
Məsuliyyət prinsipinin tədricən bərqərar olması nəticəsində ilk
vaxtlarda dövlət öz fəaliyyətinə görə bu prinsip üzrə məsuliyyət
daşımırdı. Sonradan tədricən məsuliyyət prinsipinin bərqərar
edilm.əsində keçid dövrü baş verdi.
Bu təkamül yuxanda haqqında danışılan qanunçuluq prinsipinin
keçdiyi yolu - yəni şəxsi mülahizə prinsipindən biri olmaqla bütün
səviyyələrdə qanunçuluğun tələblərinə riayət edilməsi yolunu keçmişdir.
Eyni ilə qulluqçular arasında məsuliyyətin olmaması qaydası öz yerini
administrasiyanın məsuliyyəti prinsipinə verdi. Məsuliyyətin olmaması
qaydası hələ qədim dövrlərdə də ifadə olunmuşdu; «Kral pis fikrə düşə
bilməz». Bu forma Fransa inqilabmadək saxlanmışdı. Buna baxmayaraq
bir sıra istisnalar da mövcud idi; kral cərimələri bağışlaya da bilərdi,
lakin bu onun vəzifəsinə daxil deyildi, artıq dövlətlə xüsusi şəxslər
arasında bağlanmış müqavilələrə əsaslanan müqavilə məsuliyyətinin
bəzi formaları öz təşəkkülünü tapmağa başladı.