Azərbaycan respublikasi prezidenti yaninda döVLƏT İdarəSİNİn akademiyasi abduləli abdullayev malik səLİmov müqayiSƏLİ İNZİbati HÜquq


Qismən  və  azaldılmış  məsuliyyət



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə77/113
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#37326
1   ...   73   74   75   76   77   78   79   80   ...   113
Qismən  və  azaldılmış  məsuliyyət.
  XIX  əsrdə  olan  məsuliyyətsizlik 
prinsipi qismən və azaldılmış məsuliyyət sistemi ilə əvəz edildi. XVIII 
yüzilliyin  lap  sonlarında  qəbul  edilmiş  qanun  əsasında  görülən ictimai 
işlər zamanı və ictimai tikililər nəticəsində vurulmuş zərərlərlə əlaqədar 
olaraq bu məsuliyyət prinsipi meydana çıxdı. 
Qismən məsuliyyət ideyası isə Dövlət Şurasının Blankonun işinə 
dair  8  fevral,  1873-cü  il  tarixli  qərarında  çox  dəqiq  ifadə  olunmuşdur. 
Həmin  qərara  əsasən  dövlətin  məsuliyyəti  «nə  ümumi,  nə  də  tam» 
məsuliyyət deyildi. Bu qərarın qəbul edilməsindən sonra təkamül davam 
etdi;  dövlətin  məsuliyyət  sistemi  get-gedə  daha  geniş  dairələrə  şamil 
edildi  və  gücləndi,  bunun  da  nəticəsində  indi  idarəetmə  orqanlarının 
məsuliyyəti  xüsusi  şəxslərin  ümumi  mülki  hüquqları  üzrə 
məsuliyyətlərinin bir çox cəhətlərini üstələyir. 
160 


Dövlət  Şurası  Darmonun  işinə dair  29  dekabr,  1978-ci  il tarixli 
qərarı  ilə  müəyyən  etmişdir  ki,  qanunun  qüvvəyə  mindiyi  və  qəti 
məhkəmə  qərarından  söhbət  getdiyi  hallardan  başqa,  bütün  hallarda 
dövlətin  inzibati  ədliyyə  orqanları  cavabdehlik  daşıyır.  İndi  hətta 
məhkəmənin qərarı da (bu qərarın sonradan ləğv edilmiş olması şərti ilə 
də) onu məsuliyyətə cəlb etmək üçün əsas ola bilər. Misal üçün bankların 
fəaliyyətinə  nəzarət  komissiyaları  sonradan  ləğv  olunmuş  intizam 
xarakterli  aktlarla  əlaqədar  məsuliyyət  haqqında  bu  cür  qərarları 
çıxardırlar. 
İnzibati  hüquq  mənbələri  Mülki  Məcəllədə  əks  etdrilmiş 
məsuliyyət  haqqında  normaları  çox  zaman  məhkəmə  fəaliyyəti 
nəticələrinə əsaslanan inzibati məsuliyyət huququna qarşı qoyurlar. 
Belə  qarşıqoymanm  sxematik  xarakteri  bir  qədər  zəifləmişdir. 
Mülki  hüquq  normaları  çox  məhdud  xarakter  daşıyır  və  əsasən  Mülki 
Məcəllənin 1382 və 1384-cü maddələrində olan bir neçə sətirlə müəyyən 
edilir.  Bu  yığcam  normalar  əsasında  ümumi  məhkəmələr  olduqca 
mürəkkəb və geniş məhkəmə praktikası yaratmışlar, yəni mülki hüquqda 
məsuliyyət  təsisatı  xeyli  dərəcədə  məhkəmə  praktikasında  da  özünü 
göstərir. 
İnzibati  hüquqda  məsuliyyət  rejimi  məhkəmə  tərəfindən 
müəyyənləşdirilir,  lakin  məhkəmələr  özləri  maddi  hüquqi  normaların 
olduqca çoxşaxəli kompleksinə əsaslanırlar. 
Digər tərəfdən inzibati məsuliyyətin mənbələrini məhdud şəkildə 
şərh etmək lazım gəlmir, çünki o, çox zaman xüsusi hüquq normalarına, 
daha dəqiq desək. Mülki Məcəllənin normalarına əsaslanır. Misal üçün, 
məhkəmə praktikasına uyğun olaraq sənaye və ticarət xarakterli ümumi 
xidmətlərin məsuliyyəti xüsusi hüquq normalarının tələblərinə tabedir və 
1957-ci  il  qanununa  uyğun  olaraq  dövlət  avtonəq-  liyyat  vasitələrinin 
törətdiyi hadisələrə görə məsuliyyətin müəyyənləşdirilməsi hallarında hər 
dəfə Mülki Məcəllə normalarına müraciət edilir. 
İstər  xüsusi,  istərsə  də  ümumi  inzibati  hüquqda  müqavilə  və 
kvazidelikt məsuliyyəti arasında bir sria fərq qoyulmuşdur. 
Müqavilə  məsuliyyəti  administrasiyanın  digər  tərəflə  müqavilə 
bağlaması  zamanı  meydana  çıxır.  Bunlar  əsasən  tədarükçü  ilə sahibkar 
arasında,  qulluqçu  ilə  (idarəetmə  sistemində  təsərrüfat  müqaviləsi 
formasından  istifadə  edildiyinə  görə)  idarəetmə  orqanının  istifadəsində 
olan  müqavilə  əsas  hesab  edilir.  Sonuncu,  adətən,  sənaye  və  ticarət 
xarakterli  xidmətlərin  fəaliyyətini  səciyyələndirir.  Misal  üçün,  qaz  və 
elektrik enerjisi təchizatı haqqında müqavilə ümumi (ictimai) xidmət- 
162 



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin