2.7. Toksikometriyanın asas parametrləri və onların təyini metodları. Cədvəl 2.3 - də toksikometriyanın əsas parametrləri
verilmişdir . Maddələrin toksikliyinin öyrənilməsinə kəskin
təcrübələrdə öldürücü effektlərin öyrənilməsi ilə başlanır .
91
Zəhərlərin orqanizmə daxil olması tənəffüs zamanı (inhaliyasion
yol ) mədəyə yeritməklə , dəriyə və selikli qişalara sürtməklə
olur. Kimyəvi birləşmənin müqayisəli toksikiliyini öyrənmək
üçün o , qarın boşluğuna yeridilir . Təcrübələrdə heyvanlardan (
ağ siçovul - çəkisi 180 - 240q , ağ siçanlar - çəkisi 180 - 290q )
istifadə etməklə onların konsentrasiyası ( dozası ) təyin edilir .
Orta ölüm konsentrasiyası ( CL
50
) inhaliyasion yolla təsir etməklə
2 - 4saat ərzində heyvanlar zəhərləndirilir və sonrakı 14 gün
ərzində müşahidə edilir .
Təcrübə heyvanlarının 50 % - nin ölümünü törədən (
mədəyə va qarın boşluğuna birdəfəlik yeritməklə ) DL
50
dozası
təyin edilməklə , 14 gün ərzində müşahidə edilir .
* Maksimal dözüm dozası ( konsentrasiyası ) DL
0
, CL
0
təcrübə heyvanlarında ölüm törətməyən, maksimal miqdarda
zərərli maddələr yeritməklə təyin edilir .
* Mütləq ölüm dozası ( konsentrasiyası ) (DL
100
, CL
100)
- təcrübə heyvanlarının 100 % nin ölümünü törədən zərərli
maddələrin ən az miqdarına deyilir .
* Kəskin integral təsir həddi ( Lim
ac integral
) - orqanizmin
bioloji göstəriciləri üzrə tamlığı səviyyəsində fizioloji
reaksiyaların normadan kənara çıxmasını törədə bilən minimal
konsentrasiya ( doza ) tapılır .
* Kəskin seçici təsir ( spesifik ) həddi ( Lim
ac.sp.
) - bu ayrı
- ayrı orqan və sistemlərin bioloji funksiyalarında dəyişikliklər
törədə bilən minimal konsentrasiyadır ( doza ) ki , bu zaman
əmələ gələn dəyişikliklər adaptiv fizioloji reaksiyalardan kənara
çıxır .
* Xroniki ümumi toksiki təsir həddi ( LİM ch integr.)
zəhərin elə minimal konsentrasiyasıdır ki , ( doza ) onun 4 ay
müddətində həftədə 5 dəfə və gündə 4 saat müddətində təsiri
zamanı əmələ gələn dəyişikliklər fizioloji ( adaptiv )
reaksiyalardan kənara çıxmaqla gizli ( müvəqqəti kompensasiya
oluna bilən ) patologiyalar əmələ gətirə bilər .
92
Uzaq təsir effekti həddi ( LİM ch.sp.) - zəhərin elə
minimal konsentrasiyasıdır ki , (dozası ) onun orqanizmə xroniki
təsiri şəraitində əmələ gətirdiyi bioloji funksiya dəyişiklikləri
fizioloji adaptiv reaksiyalardan kənara çıxır.