93
Lim
ch
.
İnteqr
Uzaq effektlər həddi
*
Lim
ch. Sp.
Təhlükəsizlik
təsir səviyyəsi
(TTTS ; YVK,
YBK və b.)
Ehtiyatlılıq əmsalı
𝐼 =
LİM ch
YVK
Qeyd*.
Hal-hazırda Uzaq effektlər həddi dedikdə
(qocalmanın sürətlənməsi, kanserogenez, mutagenez),
qanodotrop və embriotoksiki təsir nəzərdə tutulur.
CL
50
, DL
50
-orta ölüm konsentrasiyası(dozası) olub, orta
xətası və ehtimad həddi olan statistik dəyər göstəricisidir.Bununla
əlaqədar olaraq hər qrupda heyvanların sayı 6-dan az olmamaqla,
yaxşı olar ki, hər iki növ və cinsdən ibarət olsun.Yerilən
maddənin toksiklik dərəcəsi məlum olduğu kimi bir sıra
faktorlardan
asılıdır
(daxilə
yeridilən
maddənin
konsentrasiyasından və həcmindən, PH,
ətraf mühitin
temperaturundan və b.), ona görə də kimyəvi birləşmənin
orqanizmə istənilən hər bir yeridilmə üsulunda müəyyən şərtlərə
əməl edilməsi lazımdır.
Maddənin enteral yolla daxil olması zamanı toksiklik
dərəcəsini qiymətləndirmək üçün ən çox maddə mədəyə
bilavasitə metallik və yaxud plastmas zondun köməyi ilə
yeridilir.Kimyəvi birləşmə heyvanın mədəsinə yemlədikdən 3
saat
sonra yeridilir;ağ siçanlar üçün yeridilən həcm 1ml-dən,
siçovullar üçün-5 ml-dən çox olmamalıdır.Heyvanlara kimyəvi
maddə daxil edildikdən 3 saat keçdikdən sonra yem verilməlidir.
Öyrənilən birləşmə təmiz halda yeridilməlidir.Əgər bu mümkün
olmadıqda, həlledicidən istifadə edilir.
94
Yadda saxlamaq lazımdır ki, istifadə edilən həlledici
maddənin toksikliyini dəyişdirə bilər. Adətən öyrənilən maddələr
sulu həlledicilərdə, pis həll olunan birləşmələr- bitki yağlarında,
1-2%-li nişasta məhlulunda suspenziya şəklində mədəyə yeridilir.
İstifadə edilən həlledici mütləq şəkildə kontrol qrupu
heyvanlarına da yeridilməlidir.
İstehsalat şəraitində zərərli kimyəvi maddələrin tənəffüs
yollarından daxil olması (zəhərlənmələrin) peşə xəstəliklərinin
əmələ gəlməsində mühüm rol oynayır.
Laborator şəraitində inhalyasion
zəhərlənmə- statik və
dinamiki yolla aparılır. Statik üsul uçucu maddənintoksiklik
dərəcəsini təxmini qiymətləndirmək üçün , qapalı məkanda daimi
konsentrasiya yaratmaq (xüsusi kamera və yaxud eksikatorda)
məqsədilə tətbiq edilir. Siçanlar üçün ekspozisiya müddəti 2 saat,
siçovullar, dəniz donuzları, dovşanlar üçün- 4 saatdır. Bu üsulun
çatışmazlığı karbon qazının ventilyasiya olunmayan məkanda tez
toplanması, kamerada konsentrasiyanın tənzimlənməsinin çətin
olmasıdır.
Dinamiki üsul maddənin konsentrasiyanı təmin etməyə
imkan verməklə nisbi olaraq konsentrasiyanın daimi səviyyədə
saxlanılmasına və lazım olan hava mübadiləsini təmin etməyə
imkan verir.
Toksikometriya parametrlərinin
- öldürücü səviyyədə
təyin edilməsilə yanaşı, maddənin toksikliyini və təhlükəliliyini
qiymətləndirməyə, birdəfəlik daxil edilməklə növ və cins
həssaslığının təyin edilməsinə imkan verən, aşağıdakı zərərli
kəskin təsir həddi parametrlənin- inteqral (qeyri-spesifik Lim
ac
integr
) və spesifik (Lim
ac sp.
) göstəricilər üzrə təyin edilməsində
böyük tətbiqi əhəmiyyət kəsb edir.
Birdəfəlik təsir zamanı kəskin
təsir həddinin inteqral
göstəricilərdəki dəyişiklər üzrə təyin edilməsində 12 xırda
laborator heyvanlarından az olmayaraq bir konsentrasiya (doza)
üzrə təyin edilməsində bir qayda olaraq 3 konsentrasiyadan az
olmayaraq tətbiq edilir.
95
Eksperimental heyvanların funsional vəziyyətinin
qiymətləndirilməsi zəhərləmədən 4 saat sonra təcrübənin 2-ci, 4-
cü və 8-ci günü öyrənilir. Bu zaman öyrənilən göstəricinin
maksimal kənara çıxmaları nəzərə alınır. Zərərli təsir həddinin
təyin edilməsində əksər hallarda
spesifik göstəricilərin
tənzimlənməsində metodik göstəricilərə istinad olunur. Belə ki,
maddənin generativ funksiyasının öyrənilməsi zamanı “Sənaye
zəhərlərinin
generativ
funsiyaya
təsirnin
gigiyenik
normallaşdırılması üzrə təsir həddinin təyin edilməsində
ekperimental müayinə metodları”-na aid metodik tövsiyələrdən
istifadə edilir.
Kəskin təcrübələrdə alınan toksiklik parametrləri (CL50,
Lim ac integr.) kəskin və spesifik təsir zonalarının (Z ac, Zsp.)
hesablamağa imkan verir. Kəskin təsir zonası nə qədər dardırsa,
kəskin zəhərlənmə törətməsi nöqteyi nəzərdən maddə bir o qədər
təhlükəlidir. Zac birləşmənin toksiklik və təhlükəlilik dərəcəsinə
görə müəyyən sinfə (DÜST 12.1.007-76) aid edilməsində,
ehtiyatlılıq əmsalının seçilməsində və gigiyenik reqlamentin
əsaslandırılmasında nəzərə alınır.
Kimyəvi
birləşmənin
potensial
təhlükəliliyinin
qiymətləndirilməsi üçün
Dostları ilə paylaş: