87
Zərərli təsir göstərə bilən
bütün kimyəvi maddələr
toksikoloji cəhətdən qiymətləndirilməlidir. Belə maddələrin
tamamilə əhatə olunması istehsalatın həcmindən, işçilərin
miqdarından, maddənin toksiklik və
təhlükəlilik dərəcəsindən
asılıdır. Beləliklə, kimyəvi birləşmələrin toksiki-
gigiyenik
cəhətdən qiymətləndirilməsi xəbərdaredici sanitariya nəzarətinin
ən vacib həlqələrindən biridir. Elmi cəhətdən əsaslandırılmış
gigiyenik normativlər - YVK və TTTS mütləq qaydada dövlət
səviyyəsində
təsdiq
olunur
və
sənaye
obyektlərinin
layihələşdirilməsi zamanı zamanı
və cari sanitariya nəzarəti
prosesində geniş istifadə olunur. YVK dövlət standartı kimi
DÜST-ə daxil edilir.
Yol
verilən
konsentrasiya
(YVK)
– elə bir
konsentrasiyadır ki, hər gün (istirahət günlərindən başqa) 8
saatlıq iş günü və yaxud başqa müddətdə, həftədə 40 saatdan çox
olmayaraq onunla əlaqədar işləyərkən bütün iş stajı ərzində
işçilərin özlərində və onların gələcək
nəsillərində belə heç bir
xəsətlik halı və yaxud sağlamlıq vəziyyətlərində müasir müayinə
üsulları ilə aşkar edilə bilən kənaraçıxmalar aşkar olunmur.
Kimyəvi texnologiyaların geniş totbiq olunması, bir çox
kimyəvi birləşmələrin ümumi kütlə həcminin sürətlə artması
insan sağlamlığına təsir göstərməklə onlar üçün təhlükə təşkil
edir . Kimyalaşmanın mənfi təsirlərinin aradan qaldırılması
məqsədilə profilaktik tədbirlər sistemi yaradılmışdır ki,
onlar
arasında ən başlıcası kimyəvi maddələrin və onların
kompozisiyalarının toksikoloji cəhətdən qiymətləndirilməsidir
ki, bu da istehsalatda tətbiq ediləcək birləşmələrin əvvəlcədən
seçilməsini, onların istehsalat mühitlərində yol verilən
səviyyələrinin
məhdudlaşdırılmasını
(gigiyenik
reqlamentləşdirilməsini) özündə birləşdirir.
Ölkəmizdə səhiyyənin profilaktik istiqamətinin bu
yöndə
tətbiqi kimyəvi birləşmələrin toksikilik və təhlükəlilik
dərəcəsinin vaxtılnda qiymətləndirilməsindən ( toksikometriya )
ibarətdir . Bu məqsədlə iri Gigiyena və Epidemiologiya
88
Mərkəzlərində bütün toksikoloji eksperimental müayinələri
aparmağa imkan verən toksikoloji laboratoriyalar yaradılmışdır .
Toksikoloji
laboratoriyaların
başlıca
vəzifəsi
kimyəvi
birləşmələri toksikoloji cəhətdən qiymətləndirməklə (ekspertizə)
təxmini təhlükəsiz təsir səviyyəsinin əsaslandırılmasıdır.
Kimyəvi birləşmələrin işçi havasi zonasında gigiyenik
reqlamentləşdirilməsinin nəzəri və metodika məsələlərini
gigiyena ixtisaslı ElmiTədqiqat Institutlarında, elmi istehsalat
birliklərində təşkil olunmuş sahə laboratoriyaları yerinə yetirir .
Toksikometriya ayrı - ayrı kimyəvi zəhərlərin miqdarca
toksikiliyini və təhlükəsizliyini qiymətləndirməyə
imkan verən
müayinə metodlarının ümumi məsələlərini özündə birləşdirir.
Toksikometrik müayinələr məqsədlərindən asılı olaraq müxtəlif
cür aparılsa da, gigiyenik reglamentasiyanın metodik qaydaları ,
şəraitin nəticələrinin gigiyenik qiymətləndirilməsi vahid formada
aparılmalıdır . Beləliklə metodik yanaşmalara əməl olunması
həkim - gigiyenistin fəaliyyətində mütləq şərtdir .
Kimyəvi birləşmələrin toksikometriyası özündə böyük
həcmli müayinələri birləşdirir ki , onlardan ən vacib olanı
öldürücü nəticənin müəyyənləşdirilməsi ,
kumulyativ xassənin
miqdarca aşkar edilməsi , dəri qıcıqlandırıcı, rezorbtiv ,
sensibilizə edici təsirin , həmçinin maddələrin orqanizmə xroniki
təsiri şəraitində uzaq effektlərin aşkar edilməsidir .
Kimyəvi
birləşmələrin
alınması
barədə
yeni
texnologiyaların işlənib hazırlanmasından başlayaraq , onun
toksikoloji cəhətdən erkən öyrənilməsi ilə yanaşı vaxtında
gigiyenik tövsiyələrin də verilməsi
təhlükəsiz əmək şəraitinin
yaradılmasında yüksək effektivliyi təmin etmiş olur . Bununla
əlaqədar olaraq əmək gigiyenası üzrə yeni texnologiyanın
mərhələlərinin qiymətləndirilməsində əmək gigiyenası həkiminin
rolu və fövqəladə məsuliyyəti barədə aşağıdakı cədvəldə 2.2-də
verilmişdir .
Dostları ilə paylaş: