2.5.7. Kimyəvi maddələrin sensibilizə edici təsirinin
müayinəsi.
İstehsalat otaqları havasında yeni birləşmələr üçün yol
verilən konsentrasiyaların (YVK) işlənilib hazırlanmasında
78
kimyəvi birləşmənin allergik xassələri, eksperiment şəraitində
maddənin fiziki-kimyəvi xassəsi və struktur quruluşu nəzərə
alınaraq heyvanlar üzərində sınaqdan keçirilir.(E.A.Yevleva,
1962; E.N.Levina, L.P.Sirkunov, 1962-1966;N.İ.Şumskaya,
1961;Borek və b..1965;Malten, 1965 və b.) Xarici ölkələrdə
kimyəvi maddələrin dəriyə sensibilizəedici təsiri könüllü insanlar
üzərində öyrənilir(Lea və b., 1958;Hine və b., 1958;Gauef, 1957
və b.).
Nəzərə almaq lazımdır ki, laborator heyvanları üzərində
alınmış nəticələr sırf qabaqlayıcı məlumatlardan ibarət olub və
onun insanlar üzərində öyrənilməsi tələb olunur. .Belə ki,
insanların dərisinin reaktivliyi təbii olaraq heyvanlardan xeyli
fərqlənir.Bir çox peşə xəstəliklərinin klinika və patogenezinin
ətraflı öyrənilməsi zamanı onun allergik xassəsinə üstünlük
verilir və onun eksperimental yolla ətraflı öyrənilməsi tövsiyə
olunur.
Kimyəvi
birləşmələrin
sensibilizəedici
xassəsinin
öyrənlməsində ən vacb tələblərdən biri müvafiq laborator
heyvanların seçilməsidir.Əksər eksperimentatorlar maddənin
allergik təsirinin öyrənilməsi üçün ən münasib heyvan olaraq
dəniz donuzlarına üstünlük verirl
.
Bir sıra müəlliflər belə təcrübələrin qoyulmasında təkcə
dəniz donuzlarından deyil, dovşanlardan da istifadə olunmasını
düzgün hesab edirlər.Toksikoloji təcrübələrdə ən çox istifadə
olunan ağ siçovullar üzəridə kimyəvi maddələrin allergik
xassəsinin öyrənilməsi haqqında məlumatlara ədəbiyyatda çox az
rast gəlinir.Ancaq müəllif P.N.Krapivintseva (1936) qeyd edir ki,
ağ siçovullar üzərində dinitroxlorbenzolun sensibilizəedici
təsirinin
olmasını
müşahidə
etmişdir.Digər
müəllif
L.A.Zilber(1958) bu qənaətdədir ki, bu növdən olan heyvanlar
allerqoloji müayinələr üçün tamamilə yaramır.Lakin bəzi
müəlliflər siçovullar üzərində zülal allergenlərinə qarşı
anafilaktik şok aldıqlarını qeyd edirlər.(Hochwald, Raskemann
1946 və b.).Beləliklə, ədəbiyyatda ağ siçovullar üzərində kimyəvi
79
maddələrin sensibilizəedci təsirinin ğyrənilməsi üzrə məlumatlar
toplanmaqdadır. Praktik olaraq, kimyəvi birləşmənin allergik
xassəsinin öyrənilməsi üzrə eksperimentin qoyulması zamanı ilk
növbədə onun qıcıqlandırıcı təsirinin aşkar edilməsi 6-10 dəniz
donuzları və 3-5 dovşanlar qzərində öyrənilr.Müxtəlif növ
heyvanlar üzərində eksperimentin qoyulması növ həssaslığının
öyrənilməsinə imkan verir.Bunun üçün 0, 2-1q sınaqdan keçirilən
məhsulu müxtəlif dərəcədə durultmaqla, ayrı-ayrı az
konsentrasiyaını heyvanın dərisi üzərinə-dəniz donuzlarında
1x1sm, dovşanlarda isə 2x2 sm sahəyə sürtməklə öyrənilir.Maddə
bərabər şəkildə dəriyə yaxılır və şüşə çubuqla yüngülcə
silinir.Heyvan 2-4 saat müddətində lövhəyə fiksə olunmuş
şəkildə və yaxud fərdi evcikdə (qəfəsdə) qalır.Sonra maddə tənzif
tamponla silinir, təmizlənir, lazım gəldikdə isti su və sabunla
yuyulur.Kontrol heyvanda sınaqdan keçirilən maddə əvəzinə hər
hansı inert-zərərsiz maddə yaxılır və eyni qayda ilə sonda
yuyulub əmizlənir.İnert maddə olaraq, su və bitki yağından
istifadə edilə bilər.Toz şəkilli kimyəvi maddələri təbii olaraq sarğı
vasitəsilə təsbit etməklə və yaxud vazelin və ya lanolinlə
qarışdırıb pasta və ya maz halına salmaqla heyvanın dərisinə
applikasiya olunur.Təcrübə heyvanları üzərində müşahidə 3
sutka ərzində aparılır.Əgər maddənin qıcıqlanlandırıcı təsiri aşkar
edilmirsə, durulaşdırılmış maddənin özü heyvanın dərisinə
yaxılaraq onun allergik effekti qiymətləndirilir.Bu zaman ilkin
qıcıqlandırıcı təsir aşkar olunarsa sonrakı təcrübələrdə
sensibilizəedici təsirin öyrənilməsinə əvvəl durulaşdırılmış
konsentrasiyalardan başlamaq lazımdır.
Sənaye toksikologiyasında ən geniş yayılmış metod
öyrənilən məhsulun dəriyə applikasiya olunması metodudur ki,
burada maddənin fiziki-kimyəvi xassəsi digər metodların
seçilməsinə imkan vermir.Dəriyə applikasiya etmə metodunun
müsbət cəhəti odur ki , burada maddənin orqanizmə təsiri təbii
şəraitə uyğun şəkildə qiymətləndirilmiş olur.Mənfi cəhəti ondan
ibarətdir ki, maddəni bir başa dəri daxilinə öyrnilməsinə
80
nisbətən, reaksiyası müddətinin çox olması və heyvanın
uzunmüddətli fiksə olunmuş şəkildə saxlanmasıdır.
Kimyəvi maddənin sensibilizasiya müddəti onun allergik
xassəsindən və öyrənilmə üsulundan (dəriüstü və ya
dəridaxili).Allergenin
stimulyator qarışığı ilə dəridaxili
yeridlməsi zamanı adətən birdəfəlik, maksimum dörddəfəlik
inyeksiya sensibilizasiynın törədilməsi üçün adətən kifayət
edir(məs.berillium,
neosalvarsan,
propion
anhidridi,
dinitroxlorbenzol birləmələri).
Dəriüstü sensiblizasiya zamanı dərinin maddə ilə
birdəfəlik təması çox nadir hallarda (əgər güclü allergen olarsa)
sensibilizasiyanın inkişafına gətirib çıxara bilər.Ona görə
öyrənilən məhsul heyvanın eyni nahiyəsinə təkrar olaraq 4-30
dəfəyə qədər sürtülür.Bundan başqa kimyəvi agentin dəriyə
təkrar sürtülməsi zamanı heyvanlarda təmas dermatozlarının
əmələ gəlməsini inkar etmək olmaz.Bu heyvanların dərisində bir
qayda olaraq hiperimiya, ödem, dəri səthlərinin çatları, dəridə
qanaxmaların və soyulmaların əmələ gəlməsi ilə xarakterizə
olunur.Belə
hallarda
gələcəkdə
maddənin
sürtülməsi
dayandırılmalıdır.
Sensibilizasiyanın aşkar edilməsi nəzərdə tutulan
allergenin dəri ilə ilk təmasından 10-14 gün keçdikdən sonra
aparılır.Maddə yerli effekt törətmədikdə onun təsiri 20-30 gün
davam
edir.Təcrübələr
əsasında
təkrar
applikasiyalar
qurtardıqdan sonra dəri ilə təmas dozası – yol verilən səviyyə
(YVS) müəyyənləşdirilir.
Dəri allergik testləri yuxarıda qeyd edilmiş qabaqcadan
sensibilizasiya xüsusiyyətinin öyrənilməsi üsulları ilə və yaxud
yaxşı
məlum
olan
kompress
metodu
ilə
qoyula
bilər.Sensibilizəedici doza və onun durulaşdırılmış (titr qarışıqları
1:2, 1:5, 1:10, 1:50, 1:100 və daha çox, 1:250-1:500)məhlul
qarışığı, sensibilizasiya reaksiyası alınmış heyvanların əks
yanlarına və kontrol heyvanlarına sürtülür.Kontrol olaraq intakt
81
heyvanlar və sınaqdan keçirilən allergenin durulaşdırılmlş
məhlulu ilə təkrar təması olan heyvanlar götürülür.
Hər iki qrup təcrübə heyvanlarına uyğun şəraitə görə fiksə
edilməlidir.Dərinin seqmentar reaktivliyini nəzərə alaraq tövsiyə
olunan müxtəlif titrlər ardıcıl olaraq maksimal sınaq
konsentrasiyasından başlamaqla quyruqdan baş istiqaməti üzrə
dəri sahələrinə sürtülür.Maddənin titrləri sürtülmüş dəri
sahələrinə müşahidə 30 dəqiqədən sonra (tez tipli reaksiyanın
aşkar olunması); təkrar 24-48-72 saatdan sonra (gecikmiş tipli
hiperhəssas əlamətlərin aşkar olunması) aparılır.Sensiblizasiya
inkişaf edərsə , bu özünü qızartılar, ödem, xırda qaşınan dəri
soyulmaları şəklində göstərir. Güclü allergenlər dəri sahəsində
alovlanma reaksiyası törədirlər.Belə müşahidələr qeyd olunur ki,
alovlanma reaksiyası bəzən kimyəvi maddə ilə təması olmayan
heyvanların bel nayihəsinə simmetrik olan dəri sahəsində baş
verir. Dəri reaksiyasının “balla”qiymətləndirilməsi münasib
hesab
edilməklə,
alınan məlumatları statistik olaraq,
qiymətləndirmək daha asandır.
Hazır ki müayinəni o vaxt aparmaq lazımdır ki, kimyəvi
maddənin təsiri məlum olan allergenlərin təsiri ilə oxşar olur.Belə
maddələrin molekulunda yüksək reaktivli radikalların (amin,
diamin, imin, epoksi və b.)olması zamanı heyvanlarda dolayısı
yolla allergiyanın (eozinofiliya, trombositopeniya, leykopeniya,
plazmalaşma, fərqli qamma qlobulinemiya və b.)aşkar olunması
və toksikoloji eksperimentin aparılması zamanı, həmçinin
istehsalatla əlaqədar xəstələnmə siqnallarının (məs.dermatitlər,
ekzema, bronxial astma, rinitlər və b.)olması kimi məlumatlar
olur.Bu zaman birincili qiymətləndirmə O.Q.Alekseyeva və
A.İ.Petkeviç metodu ilə aparılır.Metoda əsasən 40 mkq öyrənilən
maddə 0, 02 ml həlledicidə həll edilməklə, tuberkulin şprisi ilə
dəniz donuzlarının qulağının xarici səthinə birdəfəlik yeridilir.
Kontroll qrupa isə həmin qayda üzrə 0, 02 ml (izotonik natrium
xlorid məhlulu, yaxud zəif-spirt, turşu, qələvi
məhlulları)yeridilir. Heyvanlarda allergiyanın aşkar edilməsi dəri
82
sınağı aparmaqla 11-ci sutkada təyin edilir.Testləmə üçün gözlə
görünən 24 saatdan sonra reaksiya törətməyən maddənin
maksimal konsentrasiyasından istifadə edilir, maddə – 10 və 100
dəfə durulaşdırıldıqdan sonra istifadə edilə bilər. Dəridə damcı
sınağını qoymaq üçün ölçüsü 1, 5x1, 5 sm olan dəri səthi tükdən
təmizlənmiş “pəncərədən” – dəri səthindən istifadə si 5 ballı şkala
ilə aparılır: gözlə görünən reaksiya olmadıqda – 0; bütün sahə
üzrə və yaxud onun əhatəsində ocaq şəkilli eritema olduqda – 1;
ocaq şəkilli axan eritema və yaxud tamamilə yayılmış zəif çəhrayı
eritema olduqda – 2; açıq çəhrayı göyərmiş eritema olduqda -3;
dəridə infiltrativ eritema olduqda -4; xeyli infiltrasiyalı açıq
eritema, ocaq şəkilli hemorragiya və yaxud dərinin soyuması
aşkar edilərsə - 5 balla qiymətləndirilir.
Allergik reaksiyaları aşkar etmək üçün öyrənilən maddə
dəniz donuzlarının dərisi ilə təmas yaratmaq üçün 5-6 heyvandan
istifadə edilir.
Sensibilizasiya
üçün
təkrar
aplikasiya
zamanı
“qıcıqlandırıcı dermatit” törətməyən maksimal konsentrasiya
seçilir. Maddə 20 gün müddətində dəriyə sürtülür. 1-ci testləmə
5 gündən sonra aparılır və bu zaman allergiya aşkar olunarsa,
sonra maddənin öyrənilməsi(dəriyə yaxılması) dayandırılır.
Dostları ilə paylaş: |