Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Heyvanların işgörmə qabiliyyətinin öyrənilməsi



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.5.4. Heyvanların işgörmə qabiliyyətinin öyrənilməsi 
metodları 
Məlumdur ki, ətraf mühitin qeyri-qənaətbəxş amillərinin 
təsiri altında əzələnin işgörmə qabiliyyəti azalır. 
Heyvanları işə cəlb etmək üçün müxtəlif üsullara əl atılır, 
bunlar çoxdur:məsələn heyvanın şaquli asılmış çubuqdan 
tutmağa cəhd edilməsi, döşəmə vasitəsi ilə yuvacığa elektrik 
cərayanı verməklə heyvanın hərəkətlərinin izlənməsi; tənzif
kəmərlə bağlanmış heyvanın dartılması və ona göstərilən
müqavimətə qarşı reaksiyasını və s.göstərmək olar.Bundan əlavə 
heyvanların işgörmə qabiliyyətini qiymətləndirmək üçün istifadə 
olunan ən geniş yayılmış üsullardan biri, heyvanlara təcrübədə 
dozalaşdırımış iş verməyə imkan verən cihazdan (Tretban)


73 
istifadə etməklə, ağ siçanlar və siçovullar üçün nəzərdə tutulmuş 
qaçış yoludur. 
Bu cihaz heyvanın müəyyən vaxt ərzində məlum məsafəni 
dəqiq qət etməyə imkan verir.Beləliklə, təcrübənin aparılması 
üçün daimi şərait yaradılır və alınmış nəticələri müqayisə etmək 
mümkün olur..Qaçış yolu uyğun olaraq müxtəlif növ 
heyvanlardan:ağ siçanlar, siçovullar, dəniz donuzları, dovşanlar, 
pişiklər, itlər və meymunlar üçün istifadə edilir. Bu məqsədlə 
Sankpeterburq əmək gigiyenası və peşə xəstəlikləri institutunun 
əməkdaşları tərəfindən ağ siçanlar və siçovullar üçün nəzərdə 
tutulmuş qaçış yolu cihazı təklif edilmışdir.Qaçış yolunun 
uzunluğu 67sm olan brezent lentdən ibarət olub, mühərrik vasitəsi 
ilə iki diyircək üzərində fırlanır. 
Konusvari ötürücü vasitəsilə lentin hərəkət surəti 9-23 
m/dəq həddində dəyişdirmək mümkündür. Təcrübəyə qədər 
lentin hərəkət surəti müəyyələşdirilir, sonra bir şöbədə zəhərləmə 
qutusu, digərində isə kontrol heyvanı yerləşdirilir.Bu zaman eyni 
vaxtda mühərrik işə salınmaqla, həm də heyvanların qaçmağa 
başladıqları vaxt qeyd edilir.Qaçışın dayanması vaxtı heyvanlar 
arxa divardakı qutuya atılır və bu zaman heyvanlar hərəkət edə 
bilmirlər. Siçanların qaçma vaxtı yaşdan asılı olaraq 10 - 20 
dəqiqəyə.qədər təddüd edir. 
Heyvanların işqabiliyyətini öyrənmək üçün istifadə edilən ən 
sadə üsullardan biri də xüsusi apparatura tələb etməyən , 
heyvanların suda üzmə qabiliyyəti metodudur.Heyvanların 
üzməsi dinamiki əzələ işi modelini yratmaq üçün istifadə edilir. 
Bu metod dozalaşdırılmaqla funksional sınaq apararkən 
tam yorğunluğun başverməsini qiymətləndirməyə imkan 
verir.Uzun müddət üzmə zamanı inkişaf edən yorğunluq 
nəticəsində 
heyvan 
suyun 
üzündə 
qala 
bilmir 
və 
batır.Siçovulların üzmə vaxtı (250 dəq. qədər)uzana bilər. Vaxtı 
uzatmaq üçün suda üzmə vaxtı onların qyruğundan heyvanın 
çəkisinin 5%-i qədər yük asılır. 


74 
Təcrübənin aparılması qaydası aşağıdakı kimidir.Eyni 
çəkiyə malik olan zəhərlənmiş və kontrol qrupa daxil olan 
siçanların quyruğundan yük asılmaqla, heyvanlar temperaturu 29-
30
0
C olan suya- akvariuma buraxılır və üzməyə başlama vaxtı 
qeyd edilir. 
Birinci suda üzməyi davam etdirə bilməyən və yaxud 
yorğunluqdan suyun dibinə batma təhlükəsi olan heyvanın üzmə 
vaxtı qeyd edilir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin