Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Eksperimental heyvanlarının funksional vəziyyətinin



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə37/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.5. Eksperimental heyvanlarının funksional vəziyyətinin 
qiymətləndirilməsi metodları. 
Sənaye zəhərlərinin toksiki təsirinin öyrənilməsi zamanı 
müxtəlif müayinə metodlarının köməyi ilə sinir sistemi tərəfindən 
baş verən reaksiyalar, mübadilə prosesləri, qanda gedən 
dəyişikliklər və s. ətraflı öyrənilə bilər. Bu metodların bir çoxu 
mürəkkəb olub, çox vaxt aparmaqla, müxtəlif mürəkkəb 
aparaturalar tələb edir. Lakin onların bəziləri sadə olub, hətta 
GEM –lərdə laborotoriya şəraitində istifadə edilə bilər. Bunlar 
eksperimental müayinə metodları olub, sadə təcrübələrlə bütöv 
orqanizmin vəziyyətini xarakterizə etməyə imkan verir.
Toksikoloji 
müayinələr 
prosesində 
bütövlükdə 
orqanizmdə gedən dəyişiklikləri öyrənməyə imkan verən müasir 
metodlardan (
inteqral- qeyri spesifik
g
östəricilərdən
) və əsasən 
konkret birləşmələr üçün xarakterik olan
 spesifik
g
östəricilərdən 
istifadə etməklə, heyvanların funksional vəziyyətlərinin hərtərəfli 
qiymətlləndirilməsi aparılır. 
İnteqral göstəricilərə
bədən kütləsi, oksigen təlabatı, 
əzələnin işqabiliyyəti, davranəş reaksiyaları, immunoloji 
reaktivlik və b.aiddir.
Spesifik göstəricilərə
misal üşün nitrobirləşmələrin təsiri 
zamanı periferik qanda methemoqlobinin, qurğuşun buxarlarının
təsiri ilə əlaqədar zəhərlənmə zamanı porfirin mübadiləsinin 
pozulması aid edilə bilər.
Spesifik göstəriciləri təyin etmək üçün bir sıra hallarda 
xüsusi avadanlıqlar və çoxlu vaxt tələb olunur, ona görə də 
təcrübədə ən geniş tətbiq olunanı inteqral göstəricilərdir. 


69 
Toksikoloji eksperimentdə praktiki olaraq, heç bir halda 
sinir sisteminin funksional vəziyyəti öyrənilmədən toksikoloji 
qiymətləndirmə mümkün deyil. 
Bu məqsədlə xeyli sayda davranış metodlarından istifadə 
edilir 
ki, 
bunların
əsasında qidalandırıcı, davranış-axtarış refleksləri dayanır. 
Mürəkkəb formalı davranışın öyrnilməsinin metodoloji əasında 
funksional sistemdə baş verən tamlığın pozulması dayanır ki, bu 
da davranış aktında baş verən dəyişikliklərə və ya pozulmalara 
gətirib, çıxarır.
MMS-nin funksional vəziyyətini qiymətləndirməyə 
imkan verən ən geniş yayılmış metodlardan biri hevanlarda 
qabıqaltı 
impulsların 
toplanma 
qabiliyyətinin
qiymətləndirilməsidir (QİT). Metodun prinsipi ondan ibarətdir ki, 
xüsusi elektrodlara birləşdirilmış elektrik cərayanı gərginliyi 
impulslar şəklində heyvanın arxa ayaqlarında falanqalararasi 
əzələlərə verilərkən , ilk qıcıq əmələ gətirə bilən gərgiliyin 
səviyyəsi ölçülür, yəni impulsların toplanması elə həddə çatır ki, 
heyvan qıcığa qarşı tab gətirməyərək, ayağını çəkməklə cavab 
reaksiyası verir. 
Keyfiyətcə sadə, lakin kifayət qədər informativ 
inteqral göstərici kimi MSS-nin funksional vəziyyətini ifadə edən 
spontan hərəki aktivliyin qymətləndirilməsi vacib göstərici kimi 
istifadə olunur
.Bu göstəricini öyrənmək üçün müxtəlif növlü 
aktoqraflardan istifadə olunur ki, onlar xüsusi panellərdə 
yerləşdirilmiş heyvanın hərəki aktivliyini müəyyən vaxt ərzində 
(1- 10 dəq.) qeyd etməklə , qiymətləndirməyə imkan verir. 
Hərəki aktivliyi, hərəkətin koordinasiyasını və emosional 
reaktivliyi təyin etmək üçün “məhdud məkanda şaquli hərəki 
ativliyin təyini “metodundan istifadə edilir ki, bu metod 1dəq 
müddətində heyvanların arxa ayaqları üstünə qalxma sayı ilə 
müəyyənləşdirilir.Daha bir metod isə -“açıq meydança”(norka 
refleksinin qiymətləndirilməsi) metodudur ki, burada üfiqi 
vəziyyətdə quraşdırılmış meydançanın mərkəzində 16 bərabər 
yuvacıqlar ( deşiklər) açılmışdır. 


70 
Meydançada 
yerləşdirilmiş 
heyvanların 

dəq. 
müddətində vizual olaraq neçə dəfə dönüb deşiklərə baxmalarının 
miqdarı qeydə alınır.Bu avtomatik rejimdə də qeydə alına 
bilər.Sadalananlarla yanaşı “fırlanan konus”, ”açıq meydança “ 
və başqalarından da istifadə edilir. 
Əzələnin işqabiliyyətini qiymətləndirmək məqsədilə əsas 
inteqral göstəricilər testi yığımından: heyvan mildən və ipdən 
ayaqları ilə tutaraq , öz ağırlığını saxlaması, tretban üzərində 
qaçış, suda üzmə, yükü saxlama qabiliyyəti və s. kimi 
metodlardan istifadə edilir. Əzələnin işqabiliyyəti hər hansı 
dinamiki işin yerinə yetirilməsi zamanı-məsələn heyvanların suda 
üzməsini qiymətləndirməklə öyrənmək olar.Qiymətləndirmə 
zamanı heyvanın suya buraxılmasından onun suda batma anına 
qədər olan müddət əsas götürülür. Hazırki tədqiqatın aparılması 
zamanı müəyyən şərtlərə əməl etmək lazımdır : belə ki, suyun 
temperaturu 38-39
0
C
,
təşkil etməsi, 
heyvanın quyruğundan asılan yükün (bu heyvanın 
çəkisinin 5%-ni təşkil etməlidir) çəkisi nəzərə alınmalıdır. 
.Eksperimental müayinələrin nəticələri sistemləşdirilir və statistik 
olaraq işlənilir.

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin