Cədvəl 2.1.
Siçanla
rın
nömrəs
i
Maddənin
konsentrasi
yası,
mq/l
Hadisənin
başvermə
müddəti, dəq
Qe
yd
Oyan
ma
Yanü
stü
vəziyy
ət
Nark
oz
Ölü
m
1
90
5
20
40
110
2
90
7
22
41
115
3
90
6
18
42
105
Yuxarıda alınan məlumatlar statistik işlənilir. Müşahidə
zamanı təcrübədə alınan bütün məlumatlar qeyd olunan forma
üzrə protokolda qeyd olunur ( cəd. 1). İmkan olarsa, siçanlar
üzərində təcrübədən sonra bir neçə gün müşahidəni davam
etdirməklə, heyvanların davranışlarındakı dəyişikliklər, hətta
heyvanın ölüm günü belə fiksasiya olunur. Alınmış nəticəni
qrafik olaraq əyani şəkildə tərtib etməklə ayrı-ayrı 2-3 kimyəvi
maddənin
toksiki xarakteristikasını müqayisəli şəkildə
qiymətləndirmək
olar.Görkəmli
toksikoloq
N.S.Pravdin
heyvanların hər hansı zəhərlə 2saatlıq ekspozisiyasından sonra 2
həftə müddətində onların müşahidə olunmasını tövsiyə edirdi.
62
2.4. Kimyəvi maddələrin eksperiment şəraitində mədə -
bağırsaq yolu ilə
orqanizmə yeridilməklə toksikliyinin təyini
Kimyəvi maddələri təmiz şəkildə , məhlul, emulsiya
vəyaxud qida ilə birlikdə, həmçinin içməli su ilə mədəyə (per os
)yeritməklə onun
öldürücü dozasının (D
L) təyin edilməsinin
xüsusi əhəmiyyəti vardır. Maddənin mədəyə daxil olması
istehsalat şəraitində zərərli maddələrin orqanizmə per os düşməsi
kimi qiymətləndirilir.Maddənin heyvanlara yeridilməsi üsulunun
seçilməsi bir çox səbəblərdən asılıdır. Tədqiqatçı və yaxud
laborant özbaşına zəhərin yeridilmə yolunun seçilməsini və
yaxud bir həlledicinin digəri ilə əvəz edilməsini dəyişdirə
bilməz.Bunun üçün 1-2 %-li nişasta gelindən üstifadə edilməsi
məqsədə uyğundur.Müayinə olunan maddə nişasta məhlulu qalığı
ilə bir cinsli kütlə aınana qədə yaxşıca qarışdırılır.
Maddənin nişasta məhlulu ilə qarışdırılma nisbəti
müayinə olunan maddənin fiziki –kimyəvi xassəsindən asılı
olaraq, 1:1-ə, 1:10-a ola bilər.
Ağız boşluğuna yeridilmə
- maddəni bir başa ağız
boşluğuna yeritmək olar. Bunun üçün zezin əlcək geyinməklə,
şprisdən, pipetkadan və s.damcıladıcı üsullardan istifadə etmək
olar. Bu zaman siçanların ağızına 2-3 damcı, siçovullara 1-1, 5
ml-ə qədər, dovşanlara 2-3 ml maye yeridilə bilər. Pişiklərlə
işləmək çətin olur , ona ğörə ki, onlar güclü müqavimət
göstərirlər. İtlərin ağzına isə kifayət qədər həcmdə maye yeritmək
olar.
Bərk kimyəvi maddələri toz şəklində bir başa heyvanların
ağzına səpmək, ağzın yan tərəfindən dodağını aralamaqla daxil
etmək olar. Müayinə olunan maddələri heyvanlara yeritmək üçün
onların əllə tutulma qaydalarını və bir sıra sınaq üsullarını bilmək
lazımdır.Məsələn: siçanları sol əlin baş və göstərici barmaqları ilə
boynunun ardından dərisindən tutmaq lazımdır. Bu zaman
heyvan ağzını açır ki, bu da lazım olan maddəni yeritməyə imkan
verir.
63
Sıçovullarla da siçanlar kimi rəftar edilir., lakin bəzən
bükmək üçün müəyyən parça materiallarından istifadə edilir.
Dovşanların ağzına müayinə olunan maddəni onların
saxlandığı qəfəsdə yeritmək olar.
Mədəyə yeridilmə
-maddəni bir başa mədəyə yeritmək
üçün siçanlara və siçovullara aid müxtəlif ölçülü metallik və şüşə
, iri heyvanlarda isə rezin zondlardan istifadə edilir.Yeridilmə
texnikası siçanlarda və siçovullarda eynidir. Bu zaman siçanı sol
əllə şaquli vəziyyətdə tutmaq lazımdır.Zond ağız boşluğuna üfiqi
istiqamətdə- udlağa qədər , sonra zond aşağıya çevirməklə ,
yemək borusuna arxa divarı ilə mədəyə yeridilir.Zond
yeridildilərkən güc tətbiq etmək olmaz, ona görəki , siçanlarda
və siçovullarda yemək borusu asanca deşilə bilər.Əgər ağızda qan
görünərsə, bu o deməkdir ki, zond düzgün yeridilməmişdir.Bu
adətən heyvanın ölümünə səbəb olur.
Dəniz donuzlarına da müayinə olunan kimyəvi birləşməni
siçanlar, sişovullara və dovşanlarda olduğu kimi zond vasitəsi ilə
yeritmək olar. Lakin bu zaman zondun diametri kiçik olmalıdır.
Əgər dovşanlara da maddəni yeritmək lazım gələrsə , onu
eksperiment heyvanları üçün nəzərdə tutulmuş, xüsusi lövhəyə
bağlamaq laım gəlir.Dovşanların (həmçinin itlər və
pişiklərdə)mədəsinə maddəni yeritmək lazım gələrsə, kateter
kimi rezin zonddan istifadə edilir. Heyvanın zondu dişləməməsi
üçün
heyvanın
ağzına
ağızgenişləndirici
qoyulur.Ağızgenişləndirici
ağacdan
və
yaxud
metal
materialdandan düzəldilə bilər.
Öldürücü dozalar (DL)
ayrı-ayrı qrup laborator
heyvanları üzərində təyin edilir (ağsiçanlar, siçovullar, dəniz
donuzları, ev dovşanları və s.)Ən çox kiçik laborator
heyvanlarından
ağ
siçanlar
və
siçovullar
istifadə
edilir.Heyvanların mədəsinə yeridiləcək maddənin miqdarı
qabaqcadan hesablanmalıdır. Maddə mədəyə yeridilərkən nəzərə
almaq lazımdır ki, ağ siçanlar ümün birdəfəlik doza 0, 5 ml-dən,
siçovullar üçün isə 5, 0 ml-dən çox olmamalıdır. Ək halda ,
64
mədənin həddən artıq genişlənməsi nəticəsində heyvan ölə
bilər.Toksikoloji təcrübələr aparəlarkən bir sıra əsas qaydalar
mütləq gözlənilməlidir.Məs.maddə mədəyə mütləq acqarına
yeridilməlidir.
Yemləndirilmiş heyvanın mədəsinə maddə yeritdikdə,
mədənin möhtəviyyatı mədənin neytrallaşdırılması və başqa
yollarla sorulmağa imkan verməz. Doza təyin edilərkən hər bir
təcrübə
qrupunda
olan
heyvanın
sayı
10-dan
az
olmamalıdır.Heyvanlar mütləq sağlam olmalı və maddə
yeridilməzdən qabaq çəkilməlidir.Yeridiləcək maddə heyvanın
1kq çəkisinə görə hesablanır. Maddə mədəyə xüsusi zondlar
vasitəsilə yeridilir.Zondun ucu kütləşdirilmiş diametri 1mmə
qədər olan inyeksiya iynələrindən ibarətdir. İynənin heyvanın
ağız və qida borusundandan asan keçməsi üçün uyğun əyriliyi
olmalıdır.
Maddəni heyvana yeritmək üçün adi şprisə müəyyən
miqdar (0, 2 ml) maddə məhlulu götürülür. Ağ siçan və ya siçovul
arxası ovucun içinə doğru alınmaq şərtilə sol əllə götürülür və sağ
əllə fiziki qüvvə tətbiq etmədən maddə heyvanın mədəsinə
yeridilir.Zondun mədəyə daxil olmasını eksperimentator hiss
etməlidir.(boşluğa düşmə hissiyyatı olur). Şübhəsiz ki, zondun
mədəyə yridilməsində müyyən vərdiş olmalıdır.Əks halda zond
mədəyə deyil, traxeyaya və ya ağciyərə daxil olarsa və yaxud qida
borusuna düşərsə , o zaman heyvan maddənin təsirindən deyil,
asfiksiyadan və ya qanaxmadan ölə bilər.
Heyvanın mədəsinə hər hansı maddə yerilərkən mədə
əvvəlcədən qida qlıqlarından azad edilməlidir.Ona görə də bəzi
heyvanlara bütün gecə ərzində , siçanlara isə 4 saat qalana qədər
yem verilmir.Hər bir heyvana müəyyən miqdada maye vermək
olar.Mayenin miqdarı heyvanın mədəsinin tutumundan
asılıdırAyrı-ayrı heyvanların mədəsinə birdəfəlik yeridilən
mayenin maksimal tutumu cədvəldə verilmişdir (cəd.2.2).
Dostları ilə paylaş: |