56
təmin edən ( havanı hərəkətə gətirən, pərlər və filtrlər) hissədən
ibarət olur.Bu zaman kamera daxilindəki konsentrasiya kimyəvi
üsulla təyin edilməlidir.
Buxar və qaz şəklində olan maddələrlə xırda laborator
heyvanlarının zəhərlədilməsi üçün 100 litrlik həcmli Pravdin
kameralarından istifadə edilə bilər
(şək. 1)
Əgər maddə uçucu deyilsə, onda adi qablardan istifadə
edilə bilər. Heyvanların dezinteqrasiya aerozolları ilə
zəhərlədilməsi
üçün
Boyarçuk
və
yaxud
Latuşkina
kameralarından istifadə edilir. Zəhərlədilmə zamanı havanı
qarışdıran ventilyatorlu hermetik kameralardan istifadə
edilməlidir.
Kondensasiya aerozolları
ilə zəhərlədilməsi üçün havanın
qarışdırılması üçün ventilyatorlu istənilən hermetik kameradan
istifadə edilə bilər.
Fibrogen təsirə malik olan aerozolların təsirini öyrənmək üçün
zəhərlədilmə zamanı intratraxeal metoddan istifadə etməklə,
yenə də tozlanmada istifadə olunan kameralardan istifadə
edilir
.
Dostları ilə paylaş: