75
şüşəsininəasiya etməklə, onun yerli qıcıqlandırıcı
və yaxud
ştativdə şaquli və yaxud maili vəziyyətdə bərkidilir.Yuvacığa və
ya evciyə maili vəziyyət vermək lazımdır ki, ehtiyac olarsa onu
aşağı üfiqi vəziyyətə gətirmək mümkün olsun.
Müayinə olunan məhlul sınaq şüşəsinə tökülür, sınaq
şüşəsi isə ştativə bərkidilir.Hər bir heyvan üçün ayrıca tıxac
nəzərdə tutulur ki, onun üzərindən deşik açmaqla , heyvanın
quyruğunun uzunluğunun 2/3 hissəsi müayinə olunan məhlulun
içərisinə daxil olsun.Heyvan yerləşdirilən evciklə sınaq şüşəsi
arasındakı məsafənin dəqiq düzgün seçilməsinə diqqət yetirmək
lazımdır.Əgər
maddə uçucu xassəyə malikdirsə, heyvanın
tənəffüs yolları vasitəsilə zəhərlənməsindən qorumaq üçün
təcrübə sorucu şkaf altında yerləşdirilir.Bu zaman heyvanın başı
xaricdə olmalıdır.Sınaq şüşəsi özü isə temperaturu 28-30
0
C olan
su hamamında yerləşdirilir.Əgər kimyəvi birləşmə bərk
maddədirsə, onu əvvəlcədən suda, yağda və yaxud emulsiyada
həll etmək lazımdır. Həlledici kimi su, spirt, aseton bitki yağları,
donuz piyi, lanolindən
də istifadə edilə bilər
Bu məqsədlə təcrübə və kontrol qrupu da daxil olmaqla,
hər qrupa 6-dan az olmayaraq heyvan daxil edilir. Heyvanın
quyruğunun 2/3 hissəsi müayinə olunan məhlulunun içərisinə
buraxılır və ətrafı diqqətlə hermetikləşdirilir. Bu metod maddənin
toksiki təsirini dəqiq təyin etməyə imkan verməsə də, kimyəvi
birləşmənin dəridən daxil olmasını təyin etmək üçün yararlıdır.
Hermetikləşdirmədə məqsəd ondan ibarətdir ki, mayenin
buxarları heyvanın tənəffüs havasına daxil olmasın ( şək. 4). Bu
zaman ekspozisiya müddəti bir neçə dəqiqədən 4saata
qədər
uzana bilər.Maddənin dəridən daxil olmasının ən yaxşı göstəricisi
mayenin içərisində olan quyruğun dəri səthində qan ləkələrinin
və yaxud qansızma əlamətlərinin aşkar edilməsi ola bilər.Lakin
bunu həmişə müşahidə etmək mümkün olmur.Hər şeydən əvvəl
intoksikasiyanın kliniki şəklini müşahidə etməklə, ilkin
vəziyyətə nisbətən dəyişikliyin aşkar edilməsidir.
76
Müayinə olunan kimyəvi birləşmə yüksək toksiki təsirə
malik olmaqla yanaşı, dəridən asanlıqla sorularsa , ağ siçanlarda
ölüm hadisəsi də baş verə bilər.Siçanlar üçün ekspozisiya
müddəti 2 saat, digər iri heyvanlar üçün 4 saatdır.Eksperimentdən
sonra sınaq şüşəsindən heyvanın
quyruğu azad edilərək,
ıçərisində isti su olan sınaq şüşəsinə daxil edilir, yaxalanır, sonra
sabunlu su ilə yuyulur, pambıqla silinib, təmizlənir.Bir çox
kimyəvi
maddələrin
toksiki olmasını nəzərə alaraq,
eksperimentator mütləq rezin əlcəklərdən istifadə etməlidir.
Bəzi maddələrin dəridən daxil olması zamanı sinir
sisteminin qıcıqlanması nəticəsində heyvanın davranış
reaksiyalarında
dəyişikliyin
aşkar
edilməsinə
diqqət
yetirilməlidir.
İntoksikasiya simptomlarının olmaması zamanı birdəfəlik
olmaqla 10 gün müddətində hər gün applikasiya edilir.
Təcrübədən sonra 3 həftə müddətində heyvan üzərində müşahidə
aparılır. Əgər ilkin təcrübədə dəri-rezorbtiv təsir aşkar olunarsa,
onda miqdarca qiymətləndirmə aparılır.
Heyvan fiksə olunur,
diqqətlə tükdən təmizlənmiş dəri səthi (siçovullarda qarın
nahiyyəsində 2x2 sm ölçüdə, dovşanlarda onurğanın yan
tərəfində ölçüsü 4-5 sm sahədə maddə dozalaşdırılmış miqdarda
bədənin hər kq çəkisinə və 1sm
2
dəri səthinə öyrənilən kimyəvi
maddə yaxılır. Dəri-rezorbtiv təsirin qiymətləndirilməsi üçün
aşağıdakı kriteriyalardan istifadə edilir:
təsir həddi dozası, DL
50
,
toksiki təsir zonası.
Dostları ilə paylaş: