Cədvəl 2.4.
Zərərli maddələrin xarakter meyarlarından asılı
olaraq tətbiq edilməsi üçün, onların təhlükəlilik sinfi
Təhlükəlilik
meyarları
Təhlükəlilik sinfi
1-ci
2-ci
3-cü
4-cü
Zərərli maddənin işçi
zonası havasındakı
YVK, mq/m
3
0, 1-dən
az
0, 1-1,
0
1, 1-10,
0
10, 0
çox
Mədəyə yeritməklə
orta öldürücü doza
mq/kq
15-dən
az
15-50
151-
5000
5000-
dən
çox
Dəriyə
sürtməklə
orta öldürücü doza
mq/kq
100-dən
az
100-
150
501-
2500
2500-
dən
çox
Havada
orta
öldürücü
konsentrasiya mq/m
3
500-dən
az
500-
5000
5001-
50000
50000-
dən
çox
İZƏ
300- dən
çox
300-
30
29-3
3-dən
az
Kəskin təsir zonası
6-dan az 6-18
18, 1-
54
54-
dən
çox
Xroniki təsir zonası
10- dən
çox
10-5
4, 9-2, 5 2, 5 –
dən az
2.8. İşçi zonası havasında zərərli maddələrin
miqdarının gigiyenik tənzimlənməsi.
Zərərli təsir göstərə bilən bütün kimyəvi maddələr
toksikoloji cəhətdən qiymətləndirilməlidir.Belə maddələrin
tamamilə əhatə olunması istehsalatın həcmindən, işçilərin
miqdarından vəmaddələrin toksiklik və təhlükəlilik dərəcəsindən
asılıdır.Beləliklə, kimyəvi birləşmələrin toksiko-gigiyenik
cəhətdən qiymətləndirilməsi xəbərdaredici sanitariya nəzarətinin
ən vacib həlqələrindən biridir.Elmi cəhətdən əsaslandırılmış
101
gigiyenik normativlər YVK və TTTS-mütləq qaydada dövlət
səviyyəsində
təsdiq
olunur
və
sənaye
obyektlərinin
layihələşdirilməsi zamanı , cari sanitariya nəzarəti prosesində
geniş istifadə olunur.YVK dövlət standartı kimi DÜST-ə daxil
edilir.
YVK –elə bir konsentrasiyadır ki, gündəlik (istirahət
günlərindən başqa) 8saatlıq iş günü müddətində və bütün iş stajı
ərzində həftədə 40 saatdan çox olmamaqla, onun təsiri şəratində
işçilərin özlərinin və onların gələcək nəsiillərinin sağlamlıq
vəziyyətində müasir müayinə üsulları ilə aşkar oluna biləcək heç
bir kənara çıxmalar və patoloji hallar aşkar edilməsin.
Bununla belə, maddənin YVK səviyyəsində təsiri zamanı
hiperhəssas
şəxslərin sağlamlıq vəziyyətində müəyyən
pozuntular aşkar edilə bilər.
TTTS , YVK-dan fərqli olaraq müvəqqəti normativ
sənədidir, o, 2 ildən sonra eksperimental yolla başa çatdırılmış
YVK –ilə əvəz edilməlidir.
Yeni kimyəvi birləşmələrin və kompozisiyaların tətbiq
olunma miqyasını nəzərə alaraq, bir tərəfdən onun çətinliyi -yəni
toksiko-gigiyenik müayinələrin uzun vaxt tələb etməsi və bahalı
olması, digər tərəfdən istehsalatın müxtəlif mərhələlərində tətbiq
edilməsi tələb olunan zərərli maddələrin işçi zonası havasında
YVK və TTTS-in əsaslandırılmasına üzrə müayinələrin
aparılması meyarları işlənilib, hazırlanmışdır ki , bunlara uyğun
olaraq aşağıdakı birləşmələr üçün YVK-nın işlənib, hazırlanması
tələb olunmur:
-İşçi zonası havasına
buxar və aerozol şəklində düşə bilən
maddələr də fiziki-kimyəvi xassələrinə görə istisnalıq təşkil edir;
-İşçi zonası havasında maye buxarları işçi havası zonasına
daxil olduqda , normal şəraitdə onlar CL
50
və DL
50
göstəricilərinə
görə 4-cü təhlükəlilik sinfinə aid edilir, (DÜST-üzrə təsnifat
12.1.07-76), bu şərtlə ki , buraxılan məhsul il ərzində 1000 kq-
dan çox olmamaqla, onunla təmasda olanların sayı 10 nəfərdən
102
çox olmasın.Göstərilən qaydalar uzaq təsir effektləri törətməsinə
görə potensial təhlükəli maddələr üşün nəzərdə tutulmur.
YVK-nın tezləşdirilmiş qaydada əsaslandırılmasına-
mədəyə yeridilərkən DL
50
göstəricisinə görə uçucu olmayan toz
şəkilli birləşmələrin 4-cü sinfə-az toksiki və az təhlükəli (DÜST
12.1.007- 76) maddələr kimi, yaxud siçovulların qarın boşluğuna
10 mq/m
3
dozada yeridərkən onların ölümünə səbəb olmur
.
Belə
hallarda YVK 10 mq/m
3
(IV sinif təhlükəli) təyin edilir və
gələcəkdə onun toksikliyi üzrə müayinə olunması nəzərdə
tutulmur.
Toksiko-gigiyenik müayinələrin tam həcmdə aparılması
o, kimyəvi birləşmələr üçün nəzərdə tutulur ki, onlar təcrübədə
geniş tətbiq olunması cəhətdən perspektivli olmaqla,
öyrənilməmiş və yaxud az öyrənilmiş birləşmələr sinfinə aid
olsun, uzaq təsirinə və geri dönməyən effektlərinə görə təhlükəli
hesab olunsun.
Kimyəvi maddələrin gigiyenik cəhətdən tənzimlənməsi tam
proqram üzrə bir neçə mərhələdə aparılır.
1.
Toksikoloji ekspertiza elmi müayinələr və laborotor
qaydaların tərtib edilməsi zamanı aparılır.Ekspertizanın
proqramına aşağıdakı bəndlər daxil olur:maddənin kəskin
toksiklik parametrlərinin nə daxilə düşdükdə təhlükəlilik sinfinin
(DL50) təyin edilməsi; inhalyasion təsir zamanı doydurucu
toksiklik konsentrasiyasının qiymətləndirilməsi (CL
50,
CL
100
,
CL
100
, CL
0
);kumulyativ xassənin, dəri-rezorbtiv , dəriyə və
qıcıqlandırıcı təsirinin təsirinin qiymətləndirilməsi;kəskin
öldürücü zəhərlənmənin kliniki şəklinin yazılışı;cins və növ
fərqinin təyini.
Kanserogen və mutagen təsirli yeni sinif nümayəndələrinə
aid olan maddələrin mutagen aktivliyi analogiya üzrə ekspress
metodlarla öyrənilməlidir.Potensial allergenlərin sensiblizəedici
xassəsini öyrənmək lazımdır.
2.
YVK (TTTS) -ə aid gigiyenik qaydaların tənzimlənməsi
təcrübə və hesablama metodlarının köməyi ilə təcrübə və
103
yarımsənaye istehsalı mərhələsində, texnoloji qaydalar və texniki
şərtlərin işlənilib , hazırlanması həyata keçirilir.Bu mərhələdə
yuxarıda sadalanan toksikometriya parametrləri ilə yanaşı,
zədələnməsi üstünlük təşkil edən orqan və sistemlər haqqında
məlumatlar toplanmalı və( normativə( DÜST 12.1.007-76
)əsasən təhlükəlilik sinfi təyin edilməlidir.
TTTS hesablama yolu ilə təyin olunur:
* maddənin toksikometrik parametrlərinə əsasən;
* inter- və ekstrapolyasiyanın köməyi ilə bir sıra birləşmələrin
kimyəvi quruluşuna, fiziki- kimyəvi xassəsinə , bioloji təsir
xüsusiyyətinə, yaxınlığına və oxşarlığına görə .
Hal hazırda rəsmi olaraq 50-yə yaxın hesablama metodu
istifadə olunması üçün tövsiyə edilmişdir.
Zərərli maddələrin işçi zonası havasında təxmini təhlükəsiz
təsir səviyyəsinin (TTTS) təyini üzrə metodik göstəriş tövsiyə
olunmuşdur.TTTS YVK-ya yaxın olan eksperimental yolla
əsaslandırılmış bir normativ olub, toksiklik parametrlərindən
istifadə edilməklə, onu hesablamaq mümkündür. Alınan
nəticənin daha etibarlı olması üçün bir neçə bərabərlikdən istifadə
etməklə hesablamanın aparılması tövsiyyə olunur.Belə halda
TTTS-in orta qiymətini hesablamaq üçün orta həndəsi loqarifmik
bərabərliklərdən istifadə olunması əlverişli sayılır.Müxtəlif
quruluşlu üzvi kimyəvi maddələrin TTTS-nin qiymətini splayn-
modellinin köməyi ilə qeyri xətti cəm asılılığının qiymət
göstəricisilərinin cəmi ilə (toksikometriya, fiziki –kimyəvi xassə
parametrləri) hesablamaq olar. Bunun üçün kəskin toksiklik
parametrlərindən (CL
50
, DL
50
, LİM ac), fiziki –kimyavi
göstəricillərdən (ərimə temperaturu, qaynama temperaturu,
molekulyar kütlə, dielektrik keçiriciliyi, ərimə əmsalı və səthi
gərginlik)istifadə edilir.Misal üçün:
A.
aşağıda verilən bir neçə bərabərlik təklif olunur:
TTTS = 0, 5 x lq LİM ac + 0, 49 lq CL
50
- 0, 83
,
TTTS = 0, 49 x lqDL
50
+ 0, 63 lq LİM ac -2, 29.
104
B. İşçi zonası havasında aerozol və yaxud onların buxarları
şəklində olan üzvi maddələr üzrə TTTS-in hesablanması üçün:
TTTS = 0, 63 lq DL
50
- 1, 75 + f
burada: f- in qiyməti həddıindən yüksək kumulyativ maddələr
üçün 1, 194 , yüksək kumulyativ üçün 0, 811 , orta kumulyativ
üçün -0, 786-dır.
C .Qeyri üzvi qazlar və buxarlar üçün :
TTTS = 2, 52 x CL
50
(mq/i).
D. Aerozol oksidləri və başqa az həllolunan metal
birləşmələri üçün :
TTTS = 0, 85 x lq DL
50
(mA/kq)-3, 0 + lq M –lq N;
TTTS = 0, 664 x lq DL
50
(mq/kq ) -1, 59 ,
burada: DL
50
(mA/kq) = DL
50
(mq/kq ): M x N ;
M- molekulyar kütlə; N-metal molekulundakı atomların sayı.
E. Həll olunan metal duzları üçün:
TTTS= 0, 7 x lgLim
ac
- 0, 85;
TTTS= 0, 29xlg DL
50
+ 0, 48xlgLim
ac
- 1, 24.
3. Tam toksikoloji
qiymətləndirmə
istehsalatın
layihələşdirilməsi və yarım zavod sınağı mərhələsində aparılır.
Bu mərhələdə kəskin və yarımkəskin toksiklik parametrlərinin
təyin edilməsi ilə yanaşı ümumi toksiki hədd, lazım olduqda-
spesifik təsir və ehtiyatlılıq əmsalı elmi cəhətdən əsaslandırılır.
YVK –nın əsaslandırlmasından başqa intoksikasiyanın
patogenezi öyrənilir, mümkün ola bilən peşə xəstəliklərinin
erkən diaqnostikası və müalicəsinin meyarları işlənilib,
hazırlanır. Eksperimental təcrübələrlə yanaşı, əmək şəraitinin
qiymətləndirilməsi üçün, istehsalatda ayrı-ayrı sahələr qzrə
tədqiqatla yerinə yetirilir və imkan daxilində işçilərin sağlamlıq
vəziyyəti öyrənilir.
4.
Maddənin geniş tətbiqindən (zavod istehsalatında)
sonra YVK-nın kliniki-gigiyenik tətbiqi (5 ildən çox olmayaraq)
həyata keçirilir. Maddənin YVK-nın yoxlanmasının, uzaq
effektlər törədə bilən (konserogen təsir, orqanizmin
105
qocalmasının sürətlənməsi) və b. təsirləri zəhərlə təmasın
başlanmasından 10-20 il keçdikdən sonra yoxlama aparılır.
Qüvvədə olan YVK düzəlişi o hallarda baş verir ki,
işçilərin sağlamlıq vəziyyətlərində və yaxud onların
törəmələrində kənara çıxma əlamətləri aşkar edildikdə,
(baxmayaraq zərərli maddənin konsentrasiyası YVK səviyyəsini
ötüb keçmir) bu şərtlə ki, dəri vasitəsilə intoksikasiyası istisna
edilmir.
Bəzi hallarda YVK-nın kliniki-gigiyenik yoxlanması
(lazım gəldikdə eksperimentdə yeni faktorların aşkar edilməsinin
maddənin toksiki təsir hədd konsentrasiyasına (LİMac) yaxın və
yaxud YVK səviyyəsində toksiki təsirin olmasını sübut edən
faktlar aşkar olunduqda) ortaya çıxır.
Gigigyenik müayinələrin aparılması prosesində texnoloji
proses müfəssəl öyrənilir və tətbiq olunan avadanlıqlar, işçi
zonası havası analiz edilir və yanaşı istehsalat faktorları ilə -
zərərli maddələrlə işçilərin uzun müdətli təması, işçilərin oeşələri
üzrə fərdi mühafizə vasitələrindən istifadə etməsi nəzərə
alınmaqla fizioloji-gigiyenik qiymətləndirilməsi aparılır (iş
gününün xronometrajı və əməyin ağırlıq və gərginlik dərəcəsi və
b. ).
İşçilərin sağlamlıq vəziyyətində dəyişiklikləri müəyyən
etmək məqsədilə istehsalat şəraitində konkret zərərli maddənin
təsirini kliniki-statistik müayinələrlə əlaqələndirməklə: kimyəvi
birləşmələrin təsirinə məruz qalmış işçilərin peşə zəhərələnmləri
hadisələri ( xəstələnmələr) ; dövrü tibbi müayinələrin
nəticələrinin analizi, müvəqqəti əmək qabiliyyətini itirməklə
xəstələnmələrin dərin tibbi müayinələrinin nəticələrinin və ölüm
hadisələrinin öyrənilməsi. Lazım gəldikdə işçilərin poliklinikada
və stasionar şəraitdə xüsusi məqsədə uyğun tibbi müayinələrin
aparılması.
Dostları ilə paylaş: |