AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 1,26 Mb.
səhifə8/28
tarix25.11.2016
ölçüsü1,26 Mb.
#37
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Çapığın sağlam inkişafı üçün birləşmə və parçalanma eyni tarazılıqda olmalıdır. Əgər parçalanma birləşmədən çox olarsa, çapıq yumşaq və az davamlı olacaq, birləşmə parçalanmadan çox olarsa, hipertrofik çapıq və ya kelloid inkişaf edər. Qeyd etmək lazımdır ki, çapıq nə qədər möhkəm olsa da, əvvəlki toxuma qədər davamlı və qüvvətli olmur.

Bir məsələni də qeyd etmək lazımdır ki, yaranın sağalması fazaları ardıcıl görsənmir, onlar bir-birindən fərqli şəkildə inkişaf etmir və sağalma dövrü özünü sanki eyni zamanda bütün fazaların olması kimi göstərir.

Xroniki yara. Kəskin yaralardan əlavə xronikləşmiş inadkar yaralarda mövcuddur. Təyziq yaraları (yataq yaraları), venoz durğunluq yaraları, arteriya çatışmazlığı yaraları, xroniki infeksion və radiasion yaralanması, çapıq xətti üzərində inkişaf edən çapıq yarası kimi misal çəkilən bu yaraların üzəri əsasən fibrotik olur. Əsasən, yığılma və az damarlanma müşahidə olunur. Yaranın müalicəsi üçün əsas amilin aradan qaldırılması başlıca şərtdir. Yara sağalması üçün yaxşı şərait yaratdıqdan sonra fibrotik qat cərrahi yolla götürülür, qalın bir dəri loskutu ilə örtmək ən yaxşı üsuldur. Radiasiya yaralarında köçürüləcək loskutun radiasiyaya məruz qalmayan nahiyədən götürülməsi məqsədəuyğundur.

Təyziq yaraları. Əvvəllər yataq yaraları adlandırılan bu tip yaralar yataq və ya gipsin içində qalan immobilizasiya nəticəsində yaranan bir ağırlaşmadır. Bunlar toxuma qidalanmasının uzun müddət pozulması nəticəsində baş verir.

Xəstəxanada əmələ gəlmiş yaralar, əsasən, xəstəyə qulluğun zəif olmasından irəli gəlir. Müalicə çox vaxt çətin və uzunmüddətlidir. Birinci mərhələdə yara nahiyəsi təzyiqdən azad edilməli və xəstənin ideal mobilizasiyası təmin edilməlidir. Daha sonra ölü toxumalar və infeksiya mənbəyi mexaniki yolla və ya sarğılarla yaradan uzaqlaşdırılır. Bütün səthin canlı qranulyasiya toxuması ilə örtülməsi təmin olunur. Gələcəkdə yara loskutla bərpa olunur.

Yaranın sağalmasına təsir edən amillər:


  1. Qidalanma pozğunluqları - normalda az və orta dərəcədə olan qidalanma pozğunluqları yaranın sağalmasına əhəmiyyətli bir təsir etməsə də, ancaq aktiv qidalanma pozğuluğu yaranın sağalmasını gecikdirməsi danılmazdır. Qidalanma pozğunluqları anemiya, hipovolemiya, dehidratasiya, kəskin çəki itirmə nəticəsində baş verə blər. Bunlardan başqa hipo- və avitaminozlar (məsələn, yara sağalmasında önəmli maddələrdən biri askorbin turşusudur, həmçinin sümük bərpasında D vitamini, dəri bərpasında A vitamini lazımlı olduğu qeyd edilməlidir), eləcə də mineral mübadilənin pozğunluqları (məsələn, sink çatışmazlığı) da yara sağalmasını gecikdirir.

  2. Diabet. Hipo- və hiperqlikemiya yaralanmadan sonrakı ilk həftə ərzində yaranın sağalmasına böyük təhlükə yaradır. Ancaq yaxşı kontrol edilən diabetiklər də toxmalarında qidalanma normaldısa, yara sağalması istənilən qaydada gedəcəkdir.

  3. Hərarət. Bədən hərarətinin normal sərhədləri daxilində tempratur nisbətən çox olan nahiyələrdə yara daha tez sağalır (məsələn, ətrafların periferik hissələrində yara sağalması nisbətən gec olur.

  4. Kortikosteroidlər - sağalmanı gecikdirir.

  5. İnfeksiya - kobud çapığa səbəb olur.

  6. Lokal qidalanma pozğunluğu - sağalmanı gecikdirir.


Yaraların cərrahi işlənməsi və müalicəsi


Normal halda yaralar öz-özünə sağalmasına baxmayaraq, iltihab, fibroplaziya, büzüşmə, epitelizasiya və böyük qüsurların problemləri ilə mübarizədə məhdudiyyətlər vardır. Daha kiçik və təmiz yaralarda belə, spontan sağalmada meydana gələn çapıq optimal olmaya bilər. Qəzadan və əməliyyatdan sonrakı yarası olan xəstənin təbii müqavimətini artırmaq və toxumanın anatomik xüsusiyyətlərinə mümkün qədər yaxın bərpa etmək və yarada olan gərginliyi azaltmaq həkimin borcudur. Həkim yaranın bərpası zamanı yaranı daha pis və ya çapığı deformasiyalaşmış vəziyyətə gətirməməlidir. Cərrahi kəsiklərdə yara kənarları, çapıq toxuması və fibroplaziyanın miqdarı minimum olmalıdır. Kəsik aparılmış dərialtı toxuma, derma və epiteli bir-birinə daha çox yaxınlaşdırılır. Bununla birlikdə hər bir tikiş iltihab yaradabiləcək yad cisim kimi fikirləşilməlidir. Nə qədər çox tikiş materialı istifadə olunursa, nə qədər çox düyün vurulursa o qədər çox toxuma zədələnməsi, iltihab, fibroplaziya meydana çıxır. Bu səbəbdən xüsusilə, saplar yarada qalacaqsa, kiçik ölçülü saplardan az istifadə olunmalıdır. Bəzi yeni sintetik adsorbsiya olunan sapların ketqutdan daha az iltihab yaratmaq xüsusiyyəti vardır. Unutmaq olmaz ki, tikiş xətti öz-özlüyündə bir yaradır. Sarğı qoymaq da yara sağalması prossesinə uyğun olaraq aparılmalıdır. Sarğı yaranın daxilində və qreftin altında maye toplanmasının qarşısını alacaq dərəcədə bir təzyiqlə aparılmalıdır.

Dəri itkisi. Bütün yaralar bilavasitə qapanma ilə bərpa edilə bilməz. Əgər bir yara sərbəst sağalırsa, iltihabi cavab, fibroplaziya, epitelin regenerasiyası (ancaq yara kənarlarından) və büzüşmə ilə sona çatır. Xüsusilə, büzüşmə açıq toxuma qüsurlarında vacib bir səbəbdir, amma həmişə xoşagələn deyil, açıq toxuma qüsurlarında dəri itkisi dəri köçürmə ilə müalicə olunur. Dəri loskutu və fleblər istifadə olunaraq bu defektlər bərpa edilir.


Sümüyün regenerasiyası. Yumşaq toxuma yaralanmalarında çapığın formalaşmasından fərqli olaraq sümükdə məhdudiyyətli bir regenerasiya qabiliyyəti vardır. Bir sınığın bərpasında, təzə sümük forması embrionoloji inkişaf və böyüməyə oxşar şəkildə olur. Kəllə əsasının və üz sümüklərinin membranoz sümükləri istisna olmaqla digər sümüklərdə regenerasiya ossifikasiya ilə inkişaf edir və bərpa edilir.


Sümük regenerasiyasında 3 növ hüceyrə - osteositler, osteoblastlar və osteoklastlar iştirak edir. Osteositlər fibroblastlardan inkişaf edir və sümük hüceyrələrində heç bir funksiyaya malik deyil. Osteoblastlar isə osteositlərin aktiv sümük hüceyrələrini yaradan forması olub, sümük matrikslərində lakuna deyilən yerdə yerləşir. Osteoklastlar böyük multinuklear hüceyrələr olub, sümüyün parçalanmasını və absorbsiyasını təmin edirlər.

Sümüyün səthinə yaxın osteogenetik hüceyrələr, əsasən, osteoblastlara çevrilir və kollagen matriks əmələ gətirir. Bu, həmin sümüyə kalsifikasiya ola bilir. Qidalanması normal olmayan yara nahiyəsində osteogenetik hüceyrələr qığırdaq forması əmələ gətirir. Diferensasiya olunmayan hüceyrələrin sümük və qığırdaq əmələ gətirməsi üçün daxilində bir neçə faktorların - oksigen təyziqi, pH, kompressiyanın dərəcəsi və gərilmə faktorunun olması vacibdir.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin