DDA-
nın Venn diaqramı
AzMQS 2013-
ə əsasən, uşaqların yaşı nə qədər kiçik olarsa,
anemiya
nın rast gəlmə tezliyi bir o qədər yüksək olur, belə ki,
6-11 aylar
arasında olan uşaqlarda anemiya 39,5%, 12-23 aylar
arasında olan uşaqlarda 33,4%, 24-35 aylar arasında olan uşaqlarda
is
ə 23,8% olmuşdur.
Səkil 3-də Azərbaycanda hamilə olmayan qadınlarda anemiya,
dəmir çatışmazlığı və DDA-nın üst-üstə düşməsi göstərilmişdir.
Anemiya
24,4%
D
əmir
çatışmazlığı
15,4%
D
əmir
çatışmazlığından
yaranan anemiya
6,5%
15
Şəkil 3. Azərbaycanda hamilə olmayan qadınlarda anemiya, dəmir
çatışmazlığı və DDA-ya dair Venn diaqramı
DDA probleminin həlli yolları
Qidanın və unun zənginləşdirilməsi
UNİCEF-in mikroelementlər üzrə Təşəbbüs qrupunun gəldiyi
qənaətə görə, qidada vitamin və mineralların çatışmazlığı dünya
əhalisinin
⅓
hissəsinin sağlamlığına zərər vurur. Müalicə üçün
dərman vasitələrinin geniş seçimi, diaqnostikada yeni nailiyyətlər DDA
ilə xəstələrin sayının azalmasına səbəb olmur və bu problemin həlli
yollarının axtarılmasını tələb edir. İctimai sağlamlığın yaxşılaşdırıl-
masının ən səmərəli üsullarından biri tez-tez istifadə edilən ərzaqların
zənginləşdirilməsidir. Qidanı zənginləşdirmək və onun qida tərkibini
yaxşılaşdırmaq üçün gündəlik istifadə edilən ərzağa əsas vitamin və
minerallar
(dəmir, fol turşusu, yod, Vitamin A, B) əlavə edilməlidir.
Qidanın zənginləşdirilməsi əhalinin sağlamlığının
yaxşılaşdırılmasının təhlükəsiz və səmərəli yoludur!
Hazırda qida məhsullarının bir hissəsi texnoloji işlənmə
nəticəsində öz faydalı xüsusiyyətlərini itirir. Onların bərpasının
uyğun yolu qida məhsullarının vitamin və mikroelementlərlə
zənginləşdirilməsidir. Qidanın zənginləşdirilməsi dünya təcrübəsində
1920-
ci illərdən bəri istifadə olunur. Zənginləşdirilən əsasən duz,
buğda və qarğıdalı unları, şəkər, tərəvəz yağı və düyü kimi gündəlik
qidalar olur. Hazırda dünyanın 78 ölkəsində ən azı bir dənli bitkinin
zənginləşdirliməsi nəzərdə tutulan qanunvericilik mövcuddur. Ən
çox zənginləşdirilən qida məhsulu buğda unudur. Belə ki, 77 ölkənin
qanunvericiliyi
(o cümlədən ABŞ, Kanada, Böyük Britaniya) buğda
ununun dəmir və ya fol turşusu ilə zənginləşdirilməsini tələb edir.
Anemiya
38,2%
D
əmir
çatışmazlığı
34,1%
D
əmir
çatışmazlığından
yaranan anemiya
23,8%
16
BMT-nin
Baş Assambleyasının 2002-ci ildə verdiyi qərara əsasən,
yerli səhiyyə sistemi rəhbərləri anemiyaların azaldılmasına
yönəldilən yerli şəraitə uyğunlaşdırılmış tədbirlər kompleksinin
işlənilməsi və həyata keçirilməsinə dəstək olmalıdırlar. Bu tədbirlər
sübutlu təbabətin prinsiplərinə müvafiq olmalıdır.
Dəmir çatışmazlığı anemiya ilə müşayiət edildiyi üçün əhalinin
qanındakı dəmirin səviyyəsinin yüksəldilməsi və gələcəkdə dəmir
çatışmazlığının qarşısının alınması məqsədilə qida zənginləşdirilməsi
proqramının bir hissəsi olan buğda ununun zənginləşdirilməsi üçün
daha ciddi səylər göstərilməlidir. Dəmirin lazımi qaydada
mənimsənilməsinin (sorulmasının) təmin edilməsi üçün ÜST-nin
buğda unu ilə bağlı tövsiyələrinə əməl edilməlidir.
Mikronutrientlərlə zəngin olan qabığından təmizlənən taxıldan
hazırlanan əla və birinci növ unun zənginləşdirilməsi aparılmalıdır.
Unun zənginləşdirilməsi onun emalı zamanı itirilmiş komponentləri
bərpa edir. Zənginləşdirilmiş unun istifadəsi orqanizmə mənfi təsir
göstərmir. Unun zənginləşdirilməsinin icbari olduğu ölkələrin əhalisi
2,2 milyarddır. Ərzaqlara əlavə edilən dəmir və vitaminlərin miqdarı
dövlət qanunları ilə tənzimlənir, qablaşdırmada qeyd edilir,
istehsalçılar və dövlət nəzarət orqanları tərəfindən ciddi yoxlanılır.
Unun dəmirlə zənginləşdirilməsindən başqa DDA-nın aradan
qaldırılmasının digər yolları da vardır. Bunlar aşağıdakılardır:
Ana südü
ilə qidalanma. Ana südünün (AS) bütün
komponentlərinin tərkibi və nisbətinin körpənin mədə-bağırsaq
sisteminin funksional imkanlarına müvafiq olması, həmçinin,
fermentlərin (amilaza, lipaza, fosfataza, proteaza) və daşıyıcı
zülalların mövcudluğu AS-nın körpə tərəfindən asanlıqla
mənimsənilməsinə şərait yaradır. Süni qidalarda dəmirin
miqdarının daha yüksək olmasına baxmayaraq AS-də olan dəmir
güclü bioloji mənimsənilməsi (50-70%) ilə səciyyələnir, süni
qidaların tərkibindəki dəmir isə daha az mənimsənilir (cəmi 10%).
Dəmirlə zəngin ərzaqlarla qidalanma. Dəmirin ən yaxşı
mənbələri ətin yağsız növləri, xüsusən də qaraciyər və böyrəkdir.
Bəzi tərəvəz növləri də (məsələn, yaşıl yarpaqlı tərəvəzlər,
bişirilmiş lobya və noxud) dəmirin yaxşı mənbəyi hesab olunur.
Tərəvəzlərin tərkibində olan dəmiri daha yaxşı mənimsəmək üçün
17
eyni zamanda vitamin C ilə zəngin olan və ya turş məhsulları
(məsələn, meyvə, meyvə və tərəvəz şirələri, şirin bibər, pomidor,
qatıq və başqa qıcqırdılmış məhsullar) qəbul etmək lazımdır.
Dəmirin saplementasiyası. Qidada dəmir çatışmazlığının
qarşısını almaq üçün anemiyanın inkişafı riski olan əhali qrupu
tərəfindən
dəmir
tərkibli
vitaminlərin,
mikro
və
makroelementlərin əlavə qəbuludur.
Qidanın zənginləşdirilməsinin fayda və rentabelliyi. Dünya
Bankının məlumatlarına görə qidada vitamin və mineralların
birgə defisiti Ümumi Milli Məhsulun (ÜMM) 5% azalmasına
səbəb olur. Bu baxımdan qidanın zənginləşdirilməsi prosesi həm
də ictimai səhiyyənin gücləndirilməsinin maliyyə baxımından
sərfəli və rentabelli yolu hesab olunur. İlkin sərmayə, əsasən
vitamin, mineral və texniki avadanlığın alınması üçün tələb
olunur. Hətta xərclər bazarla tənzimləndikdən sonra belə malın
dəyərində artım təqribən 1-2% olur. Təxmini hesablamalara görə
milli səviyyədə zənginləşdirmə proqramlarının xərci əhali
sayından, zənginləşdirilən qida (buğda, duz, buğda və qarğıdalı
un
ları, şəkər və s.) və əlavə olunan vitamin və minerallardan
(
dəmir, fol turşusu, yod, vitamin A, B) asılı olaraq 250-500 min
dollar arasında dəyişir və təqribən əhalinin 2/3 hissəsini əhatə
etmiş olur. Qidanın zənginləşdirilməsi üzrə müxtəlif proqramlar
ildə orta hesabla adambaşına 0,26 dollara başa gəlir. Daha dəqiq
hesablamaya görə hər 100 min dollara 384,600-ə yaxın əhalini
müxtəlif növ zənginləşdirilmiş qida ilə təmin etmək mümkündür.
Dünya təcrübəsi göstərir ki, qidanın zənginləşdirilməsi,
qidalanma səbəbli bir sıra xəstəliklərin aradan qaldırılmasında
özünü doğruldur. Məsələn, Çində soya yağına dəmirin əlavə
olunması anemiya hallarının 1/3 hissəsinin azalmasına gətirib
çıxarmışdır. Çilidə isə buğda ununa fol turşusu əlavə edildikdən
sonra bir il ərzində onurğa kanalının tam bitişməməsi hallarına
(spina bifida) rast gəlmə 51% azalmışdır. Hindistanın Karnataka
ştatında duzun dəmirlə zənginləşdirilməsi 10 ay ərzində məktəbli
uşaqlar arasında anemiya hallarını 2 dəfə (16,8%-dən 7,7%-ə)
azaltmışdır. San-Paulu şəhərində (Braziliya) vitamin A, D və
dəmir ilə zənginləşdirilmiş südün istifadəsi nəticəsində anemiya
62,3%-
dən 26,4%-ə enmişdir.
18
Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə 2004-cü ildən
başlayaraq Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Qırğızıstan,
Tacikistan və Monqolustan) ölkələrində davamlı qida zəngin-
ləşdirilməsi proqramı həyata keçirilməyə başlanmışdır. Proqramın
tərkib hissəsi olan unun zənginləşdirilməsi nəticəsində artıq
2010-
cu ildə iştirakçı dövlətlərdə bir sıra müsbət dəyişikliklər nəzərə
çarpmışdır. Belə ki, ümumi anemiya qadınlarda 42%-dən 34%-ə,
uşaqlarda 35%-dən 22%-ə düşmüşdür. Uşaq və qadınlarda ferritinin
səviyyəsi artmış, hər ikisində dəmirin və fol turşusunun göstəriciləri
yüksəlmişdir. Ağır fol turşusu çatışmazlığı uşaqlarda 39%-dən 2%-ə,
qadınlarda 13%-dən 2%-ə enmişdir. Qidanın zənginləşdirilməsi
proqramı bir sıra xəstəliklərin qarşısını alaraq səhiyyə sisteminin
işinin bir qədər azalmasına kömək edir. Bu cür tədbirlər həm də
iqtisadi artıma öz töhfəsini verə bilir. Bəzi təxmini hesablamalara
görə dəmir və yod ilə zənginləşdirməyə xərclənən hər 1 dollar
9 dollara qədər iqtisadi fayda verə bilər.
Aşağıdakı şəkildə dünya üzrə unun zənginləşdirilməsi barədə
məlumat verir.
Şəkil 4. Dünya üzrə buğda ununun zənginləşdirilməsinə dair infoqrafika
19
Unun zənginləşdirilməsi
Yuxarıda qeyd olunduğu kimi zənginləşdirmə üçün bir çox
gündəlik qidalardan istifadə oluna bilər. Ərzaq cəmiyyətin qida
rasioununa uyğun seçilə bilər. Azərbaycanda aparılan bir sıra
tədqiqatlar göstərir ki, bir çox dünya ölkələrində olduğu kimi
ölkəmizdə də zənginləşdirilmək üçün ən uyğun qida buğda unudur.
Bu, problemin tam həlli deyil. Lakin anemiya hallarının əsasən dəmir
çatışmazlığından baş verdiyini nəzərə alsaq, bu yolla anemiya
hallarının qarşısını böyük ölçüdə almaq mümkündür.
Ümumilikdə unun zənginləşdirilməsinin bir sıra üstünlükləri
vardır:
1.
Geniş istifadə olunur və ucuz başa gəlir. Azərbaycanda əhalinin
bütün təbəqələri gündəlik olaraq çörək və un məmulatlarından
istifadə edir. Buğda ununa müəyyən miqdarda dəmirin əlavə
olunmasının ümumi adambaşına düşən xərci nisbətən az olur.
2.
Qida davranışında (vərdişlərində) minimum dəyişiklik tələb edir.
Zənginləşdirilmiş qidadan istifadə etməyə insanlarda təşəbbüs
yaratmaq üçün onları maarifləndirmək lazımdır. Lakin un artıq
onların gündəlik qida rasionunun tərkib hissəsi olduğu üçün
davranış və vərdişlərində xüsusi dəyişiklik tələb etmir.
3.
Zəginləşdirilmiş unun istehsalı, adətən, mərkəzləşmiş və
təhlükəsiz olur. Proses, adətən, iri dəyirmanlarda baş verir və
məhsul ölkənin bütün regionlarına asanlıqla paylana bilər. Dəmir
müəyyən edilmiş qaydada, az dozalarla əlavə olunmalıdır.
Zənginləşdirmə düzgün aparıldıqda unun dadına, rənginə və
görünüşünə heç bir təsir göstərmir.
4.
Unun zənginləşdirilməsi aşağı xərc tələb edən bazar
strategiyasıdır. Bir çox hallarda lazım olan texnologiya sadədir və
avada
nlıq unun üyüdülməsi prosesinə inteqrasiya olunub.
Zənginləşdirmənin texniki avadanlığı üçün tələb olunan xərc də
azdır və tərəfdaşlar tərəfindən asanlıqla qarşılana bilər.
5.
Unun zənginləşdirilməsi milli iqtisadiyyatın möhkəmlənməsinə
xidmət edir. Əhalinin sağlamlığının qorunması əmək
məhsuldarlığının artmasına səbəb olur.
6. Un üyü
dən dəyirmanlar unu zənginləşdirməklə onun key-
fiyyətinin yüksəlməsində müsbət rol oynayırlar. Belə ki, unun
20
texnoloji emalı zamanı itirilən və insan orqanizmi üçün vacib
olan maddələr (məsələn, dəmir, fol turşusu) zənginləşdirmə
nəticəsində bərpa olunur. Onlar az məsrəflə yüksək keyfiyyətli un
istehsal edə bilərlər.
Unun zənginləşdirilməsinin risk amilləri
Orqanizmdə dəmirin yığılması (izafiliyi) irsi olaraq metabolizmi
pozulmuş və bununla əlaqədar dəmir sorulması dəyişilmiş insanlarda
bir sıra daxili orqanların toxumalarının zədələnməsinə səbəb ola
bilər. Dəmirin izafiliyi ilə əlaqəli ən geniş yayılmış xəstəlik HFE
geninin
mutasiyasıdır və irsi hemoxromatoz geni ilə bağlıdır. Bundan
başqa, talassemiya, piruvatkinaza və qlükoza-6-fosfatdehidrogenaza
çatışmazlığı kimi digər hallar da dəmirin sorulması proseslərinin
pozulması ilə əlaqələndirilir.
Buna baxmayaraq, h
ematoloqlar unun zənginləşdirilməsini
məsləhət bilirlər, çünki:
1. Z
ənginləşdirmək üçün una əlavə olunan dəmirin miqdarı azdır;
2. Z
ənginləşdirilmiş undan istehsal olunan hər bir məhsulun
qablaşdırılmasında bu barədə müvafiq məlumatlar qeyd
olunacaq;
3. Talassemiya
lı xəstələr dəmirlə zəngin olan digər ərzaqlardan
istifadə edirlər (ət) və onlar dəmiri bədəndən ixrac edən dərman
vasitələri qəbul edirlər;
4. T
alassemiyalı xəstələri çox olan ölkələrdə də unu dəmirlə
zənginləşdirirlər (İtaliya).
ÜST-ni
n bu barədə yekun fikri də yuxarıda qeyd olunanları
təsdiqləyir: “Unun zənginləşdirilməsinin talassemiyalı xəstələrə
böyük mənfi təsir göstərəcəyi barədə düşünməyə heç bir səbəb
yoxdur”.
Oxşar proqramlar
1999-
cu ildə Azərbaycanda keçirilən sorğu nəticəsində yod
çatışmazlığının geniş yayılması aşkar edildikdən sonra Azərbaycan
hökuməti bu problemin həlli ilə bağlı səylərini artırdı. 2003-cü ildən
Azərbaycan Respublikasının ərazisində qida və yem məqsədləri üçün
yodlaşdırılmamış duzun idxalı, satışı və istehsalı qadağan edilmişdir.
21
Nəticədə 2006 və 2011-ci illərdə keçirilən “Demoqrafiya və
Sağlamlıq Sorğuları”nın göstəricilərinə əsasən ölkə üzrə ev
təsərrüfatlarında adekvat şəkildə yodlaşdırılmış duzdan istifadə
əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, 2006-cı ildə ölkə üzrə cəmi
53,8% olan
bu göstərici 2011-ci ildə 79,4% təşkil etmişdir.
AİB-nin yuxarıda adı çəkilən Mərkəzi Asiya proqramının tərkib
hissəsi olaraq Azərbaycanda da unun zənginləşdirilməsi pilot layihəsi
həyata keçirilmişdir. Azərbaycanda fəaliyyət göstərən altı dəyirman
layihədə iştirak etmişdir. Pilot layihənin təhlili nəticəsində məlum
o
lmuşdur ki, unun zənginləşdirilməsi çox səmərəlidir və bir il
ərzində ardıcıl qaydada zənginləşdirilmiş undan istifadə reproduktiv
yaşda olan qadınlar arasında anemiyanın səviyyəsinin
69%-
dən 50%-ə, dəmir çatışmazlığının səviyyəsinin isə
50%-
dən 20%-ə enməsinə səbəb olmuşdur. Əslində bu pilot layihə
çərçivəsində DDA-nın qarşısının alınması və unun zənginləşdirilməsi
istiqamətində UNICEF və Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi birlikdə bir sıra vacib işlər görmüşlər. Belə ki, digər dövlət
orqanları və maraqlı tərəflərin iştirakı ilə işçi qrup yaradılmış,
DDA-
nın qarşısının alınması üçün məlumat paketi hazırlanmış və
43 rayonda
paylanmış, dövlət oqranları və digər tərəfdaşların iştirakı
ilə milli seminarlar və yekun konfrans keçirilmişdir. Hətta “Dəmir
defisitli anemiyanın qarşısının alınması və buğda ununun
zənginləşdirilməsi üzrə” qanun layihəsi 2005-ci ilin oktyabrında
Milli Məclisin işçi qrupuna təqdim edilmişdir. Göründüyü kimi DDA
problemi və unun zənginləşdirilməsi dövlət üçün yeni bir mövzu
deyil.
Tərəfdaşlar
Qidanın zənginləşdirilməsi yalnız siyasi iradə ilə həll olunacaq
bir məsələ deyil. Hər hansı bir qurumun təkbaşına qidanın
zənginləşdirilməsi proqramını həyata keçirməsi qeyri-mümkündür.
Davamlı qida zənginləşdirilməsinə nail olmaq üçün əsas maraqlı
tərəflər (stakeholders) arasında strateji əməkdaşlığın qurulması çox
vacibdir. Bu dörd maraqlı tərəf aşağıdakılardır:
E
lmi icma (universitet və elmi araşdırma mərkəzləri),
D
övlət qurumları,
22
B
eynəlxalq və yerli təşkilatlar,
Q
ida sənayesi.
Bu cür əməkdaşlıq ittifaqı yalnız tərəflərin prosesdə iştirakını
təmin etmir, həm də tərəflərin bir-birilərindən faydalanaraq, davamlı
qida zənginləşdirilməsi siyasətinə gətirib çıxarır. Duzun
yodl
aşdırılması üzrə Azərbaycan da daxil olmaqla, bir çox dünya
təcrübəsi göstərir ki, prosesi uğurla başa çatdırmaq üçün tərəflər
arasında daha sıx əməkdaşlığı əks etdirən yanaşma lazımdır. Bu
əməkdaşlıq şəraitində qida sənayesinin (özəl sektor) əsas rolu
rəqabətə dözümlü qiymət müəyyən etməklə, zənginləşdirilmiş
keyfi
yyətli məhsul istehsal etmək, yaymaq və satmaqdır. İdealda
qidanın zənginləşdirilməsi:
malın qiymətini bir neçə qəpikdən çox bahalaşdırmamalı,
malın keyfiyyətinə mənfi təsir göstərməməli və
rəqabətli biznes mühitində qeyri-bərabərlik yaratmamalıdır.
İctimai sektor (elmi icma, hökumət qurumları, yerli və
beynəlxalq təşkilatlar) öz növbəsində özəl sektora qidanın
zənginləşdirməsinə kapital qoymağa lazımi şərait yaratmalıdır.
Yaradılan şərait bahalaşmış zəngin qidanın aşağı keyfiyyətli və daha
ucuz mallarla qeyri-
sağlam rəqabətini minimuma endirməlidir.
Qidanın zənginləşdirilməsində dövlətin və ictimai sektorun vacib
roluna baxmayaraq, nəticədə əhaliyə zənginləşdirilmiş qida təqdim
edəcək tərəf özəl sektordur. Buna görə qidanın zənginləşdirilməsi
ictimai və özəl sektorun müştərək imkan və məsuliyyəti kimi
qiymətləndirilməlidir.
Növbəti bölmələrdə qidanın zənginləşdirilməsinin bir elementi
olan unun zənginləşdirilməsi üçün tərəflərin üzərinə düşən
məsuliyyətdən ayrılıqda söz açılır.
Dövlət qurumları
Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı ilkin və ən
başlıca məsələ onu ölkənin siyasi gündəminə gətirmək və milli
prioritet etməkdir. Bu cür təşəbbüsün arxasında duran əsas
hərəkətverici qüvvə hökumət olmalıdır. Çünki yalnız hökumət
bununla əlaqəli qaydaları və standartları qəbul və tətbiq edə bilər.
23
Bundan başqa yalnız dövlət vergi və digər müvafiq sahələrdə
qanunları və qaydaları dəyişməklə və ya hər hansı digər müvafiq
addımlarla özəl sektorun bu prosesdə səfərbərliyinə nail ola bilər.
Unun zənginləşdirilməsi milli sağlamlıq və qida siyasətində
qoyulan məqsədlərə çatmaq yolunda məhsuldar bir imkandır. İlk
mərhələdə çəkiləcək xərclərə baxmayaraq, tədricən xərcləri bazara
ötürüb, prosesin böyük hissəsinin özəl sektor tərəfindən
maliyyələşdirilməsinə nail olmaq olar. Bundan başqa, bu yolla
uzunmüddətli prioritetdə dəmir, sink çatışmazlığı, anemiya və qeyri-
adekvat qidalanma nəticəsində yaranan xəstəliklərə dövlət tərəfindən
çəkilən xərcləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Zənginləşdirilmiş qidanın uşaqların idrak bacarıqlarına müsbət təsiri
təhsildə daha yaxşı nəticələr əldə etmələrinə gətirib çıxara bilir. Bu
da daha sağlam və təhsilli gənclik deməkdir. Bunu və müvafiq
nəzarət səviyyəsini təmin etmək üçün dövlətin əlində olan əsas alət
və vasitələr qida ilə bağlı qanunverici aktlar və ümumi qida nəzarəti
sisteminin tətbiqidir. Bu baxımdan ayrı-ayrı dövlət qurumlarının
unun zənginləşdirilməsi ilə bağlı görə biləcəyi fəaliyyətlər aşağıdakı
kimidir:
Az
ərbaycan Respublikası Prezidentinin Administrasiyası –
u
nun zənginləşdirilməsi üzrə Milli Alyans yaratmaq. Bu alyansa
səhiyyə, kənd təsərrüfatı, maliyyə, iqtisadi inkişaf, qidaya nəzarət
siyasəti həyata keçirən dövlət idarələrinin nümayəndələri, yerli və
beynəlxalq təşkilatların, donorların, QHT-lərin, elmi icmanın
nüm
ayəndələri, özəl sektorun, xüsusilə də qida sənayesinin
nümayəndələri daxil olmalıdırlar. Milli alyans və onun
nümayəndələri qidanın zənginləşdirilməsi üzrə dövlət proqramında
planlaşdırma mərhələsindən başlayaraq icra mərhələsinə kimi iştirak
etməlidirlər.
Azərbaycan Respublikasının Milli Məclisi – unun icbari
zənginləşdirilməsi ilə bağlı qanun layihəsini müzakirə çıxarmaq və
qəbul etmək.
Az
ərbaycan Respublikası Səhiyyə Nazirliyi – yerli və
beynəlxalq
standartlara
əsasən
qidaya
əlavə
olunacaq
mikronutrientlərin siyahısını və miqdarını müəyyən etməli,
standartlar hazırlamalı, unun hazırlanmış standartlara uyğun
24
zənginləşdirilməsinə nəzarət etməli (Səhiyyə Nazirliyi Respublika
Gigiyena və Epidemiologiya Mərkəzi), sağlam qidalanma və
zənginləşdirilmiş qidanın faydaları barədə əhali arasında
maarifləndirmə işi aparmalıdır (Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzi İSİM).
Az
ərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Pate
nt üzrə Dövlət Komitəsi – digər müvafiq hökümət orqanları ilə
əməkdaşlıq çərçivəsində unun zənginləşdirilməsi ilə bağlı standartlar
hazırlamaq və qəbul etmək.
Az
ərbaycan Respublikası Nazirlər Kabineti – müxtəlif dövlət
və qeyri-dövlət qurumları arasında unun zənginləşdirilməsinin həyata
keçirilməsi istiqamətində aparılan fəaliyyətləri koordinasiya etmək.
Unun zənginləşdirilməsi ilə bağlı hazırlanacaq qayda və standartları
təxirə salmadan təsdiq etmək.
Az
ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi – qida
s
ənayesinə iqtisadi və texniki dəstək göstərmək. Xüsusilə, dəyirman
sahiblərinə, xırda və orta sahibkarlara əlavə dəstək göstərmək. Bu
dəstək texniki dəstək, avadanlıqların yenilənməsi üçün güzəştli və
faizsiz kreditlərin verilməsi, zənginləşdirilmiş qidanın marketinq
strategiyalarına dair (məsələn, qablaşdırma, etiket vurma) bilik və
bacarıqların artırılması formasında ola bilər.
Az
ərbaycan Respublikası Vergilər Nazirliyi – unun
zənginləşdirilməsi ilə məşğul olacaq qida sənayesinə ən azı xərcləri
bazara tam
ötürənədək vergi güzəştləri tətbiq etmək.
Az
ərbaycan Respublikası Dövlət Gömrük Komitəsi – müvafiq
qanun qəbul edildikdən sonra ölkəyə yalnız zənginləşdirilmiş un
məhsullarının idxalını təmin etmək.
Az
ərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi –
re
gionlarda dəyirman sahiblərinə unun zənginləşdirilməsi üzrə
müvafiq texniki dəstək göstərmək.
25
Elmi icma
Əsasən universitet və elmi-tədqiqat mərkəzlərinin təmsil etdiyi
elmi icma qidanın zənginləşdirilməsində vasitəçilərdən biri rolunu
oynayır. Çox vaxt elmi icmanı təmsil edən mütəxəssislər həm özəl
sektorda, həm də dövlət sektorunda təcrübəyə malik olmuş olurlar.
Qidanın zənginləşdirilməsi proqramı zamanı bu mütəxəssislərin
məsləhətçi kimi cəlb olunmalar proqramın uğurunu artırır.
Universitet və araşdırma mərkəzləri əsasən 5 geniş istiqamətdə
qidanın zənginləşdirilməsi prosesinə öz töhfələr verə bilirlər:
Vitamin və mikronutrient çatışmazlığı üzrə zəruri tədqiqatlar,
Çatdırılma sistemləri və monitorinqin aparılması işləri üzrə
tədqiqatlar,
Qidanın zənginləşdirilməsi ehtiyacını və bu sahədə ictimai
vəkilliyi dəstəkləyəcək sosial-iqtisadi tədqiqatlar,
Unun zənginləşdirilməsi üzrə aparılmış pilot təşəbbüsləri və digər
dövlət proqramlarını təhlil etmək, çatışmazlıqları, üstün tərəfləri
müəyyən etmək, yerli şəraitə uyğunluğu araşıdırmaq, bu
istiqamətdə lazımi tövsiyələr vermək,
Əhalinin maarifləndirilməsi.
Elmi mərkəzlər yuxarıda qeyd olunan fəaliyyətlərə cəlb
olunmaqla ölkənin milli strategiyasına öz töhfələrini verirlər və
əhalinin sağlamlığında maraqlı tərəflərdən biri olduqlarını sübut
edir
lər. Bundan başqa bir araşdırma mərkəzi kimi təcrübəsini və elmi
icmada imicini
artırmış olur.
Beynəlxalq və yerli təşkilatlar
Unun zənginləşdirilməsində maraqlı tərəflərdən biri kimi çıxış
edə biləcək təşkilatları missiya və fəaliyyət tiplərinə görə ayırmaq
lazımdır. Bunlar icma səviyyəsində işləyən təşkilatlardan tutmuş,
regional, milli və beynəlxalq, elmi-texniki təşkilatlar ola bilər.
Təşkilatların fəaliyyət tipləri onların qidanın zənginləşdirilməsi
strategiyasında oynayacaqlar rolu müəyyən edir. Məsələn, daha çox
icma səviyyəsində işləyən yerli QHT-lərin rolu milli və icma
səviyyəsində sosial səfərbərlik, qidanın zənginləşdirilməsi ilə bağlı
ictimai vəkillik, proqramın hazırlanmasında və icrasında iştirak, icma
üzvlərinin və dövlət idarələri işçilərinin bacarıqlarının artırılması
26
və s. ola bilər. Bundan başqa ölkə QHT-lərini birləşdirən hər hansı
bir şəbəkə və ya alyans qidanın zənginləşdirilməsi təşəbbüsünün
beynəlxalq və milli səviyyədə vəkilliyini apara bilər. Əsasən
beynəlxalq təşkilatların təmsil etdiyi elmi-texniki təşkilatlar isə
qidanın zənginləşdirilməsi strategiyasının milli səviyyədə
formalaşmasına və onun istiqamət və komponentlərinə təsir etməyə
daha çox qadirdirlər. Bu, proqramın hazırlanmasında texniki dəstəyin
göstərilməsi, beynəlxalq ekspert təminatı, əlavə vəsaitin və
donorların cəlbi vasitəsilə baş verir. QHT və beynəlxalq təşkilatların
rolu aşağdakı kimi ümumiləşdirilə bilər:
► Unun zənginləşdirilməsinin ictimai vəkilliyi. Əsas məqsəd bunun
vacibliyi
ni vurğulayaraq, məsələni milli prioritet halına gətirmək
və qanun layihəsinin qəbuluna nail olmaqdır.
► Unun zənginləşdirilməsi üçün hökumət və özəl sektor arasında
məhsuldar və effektiv dialoqun qurulmasında vasitəçi olmaq.
► Qida sənayesi, xüsusilə dəyirmançı və çörəkbişirənlər arasında
anemiya və unun zənginləşdirilməsinə dair maarifləndirmə işi
aparmaq.
► Qidanın zənginləşdirilməsinin fayda və zəruriliyi barədə müxtəlif
seminarlar, konfranslar təşkil etmək.
► Hökumətə unun zənginləşdirilməsini milli səviyyədə həyata
keçirmək üçün texniki dəstək göstərmək.
Qida sənayesi
Özəl sektor üçün bu, ilk növbədə malın keyfiyyətini artırmaq
imkanıdır. İkincisi, bu istiqamətdə səylər şirkətlərin ictimai məsələyə
olan məsuliyyətinin sübutudur. Bu da öz növbəsində korporativ
sosial məsuliyyətin bir tərkib hissəsi hesab oluna və təqdim edilə
bilər. Təbii ki, malın neçə qəpik bahalaşması malın bazar dəyərinə
zərbə vura bilər. Zərəri minimallaşdırmaq üçün şirkətlər sosial
marketinq texnikalarından istifadə etməlidirlər.
Belə texnikalardan düzgün istifadə hətta əvvəlkinə nisbətdə satış
artımına gətirib çıxara da bilir. Şimali Amerika və Avropa
ölkələrinin belə təcrübələri buna yaxşı nümunədir. Əlavə olaraq,
qidanın zənginləşdirilməsi üçün lazım olan texniki təchizat xərcləri
əvvəl şirkətləri qorxuda bilər. Lakin bu cür məsələlərin həllində özəl
sektor dövlət dəstəyinə arxalana bilər. Əhalini zənginləşdirilmiş qida
27
ilə təmin etməklə müsbət ictimai imic yaratmaq və dövlətlə daha
yaxşı əlaqələr qurmaqla biznesə öz müsbət təsirini göstərə bilər.
Aşağıda göstərilənlər Qida sənayesinin bu prosesdə iştirakı üçün
səmərəli addımlardır:
►
Əhaliyə zənginləşdirilmiş qidanı sata bilmək üçün sosial
marketinqin
texnikalarından istifadə etmək.
►
Sosial marketinqin tərkib hissəsi olaraq bazar tədqiqatları həyata
keçirmək.
►
Unun zənginləşdirilməsinə dair milli dialoqda və Milli alyansda
fəal iştirak etmək.
►
Unun zənginləşdirilməsi üzrə dəyirmanların və çörəkbişirənlərin
müstəqil Assosiasiyasını yaratmaq. Bu, unun zənginləşdirilmə-
sinin təbliğatında, genişləndirilməsində və effektiv koordinasiya
işində mühüm rol oynayır.
Şəkil 5. İctimai və özəl sektor arasında əməkdaşlıq modeli
Nə etmək lazımdır (icradan əvvəl tövsiyələr):
1.
Qidalanma xüsusiyyətləri yaxın olan ölkələrdə (Məsələn,
Özbəkistan, Qazaxıstan) DDA ilə mübarizə məqsədi ilə istifadə
edilmiş unun zənginləşdirilməsi strategiyasının təhlili.
2.
Azərbaycanda uğurla həyata keçirilən duzun yodlaşdırılması
proqramının və 2004-2005-ci illərdə AİB-nin maliyyə dəstəyi ilə
həyata keçirilmiş unun zənginləşdirilməsi üzrə pilot layihənin
ətraflı təhlili.
3.
Unun zənginləşdirilməsi proqramının həyata keçirilməsində əsas
təşkilatların, nazirliklərin və tənzimləyici dövlət orqanlarının
Qida
sənayesi
QHT və
beynəlxalq
təşkilatlar
Universitet və
a
raşdırma
mərkəzləri
Dövlət
qurumları
Hədəf
əhali qrupu
28
(GEM, Az
ərbaycan Respublikası Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi) rolunun təyini edilməsi.
4.
Buğda ununun dəmirlə zənginləşdirilməsinin monitorinqinin və
qiymətləndirilməsinin dayanıqlı sisteminin təklif edilməsi.
5.
Əvvəldə qeyd edilən vəzifələrin yerinə yetirilməsi nəticəsində
əldə edilən məlumatlara əsasən Azərbaycanda anemiyanın
profilaktikasının təkmilləşdirilməsi üçün əsas istiqamətlərin təyin
e
dilməsi.
29
Əlavə 1
Əhalinin anemiya ilə xəstələnməsi
5
2000
2005
2007
2008
2009
2010
2011
2012
2013
2014
İlk dəfə qoyulmuş
diaqnozla qeydə
alınmış xəstələr
(
əhalinin hər 100 000
nəfərinə )
276,7 360,5 439,6 415,5 434,5 433,2 401,6 381,9 402,7 464,5
Müalicə - profilaktika
müəssisələrində
qeydiyyatda olan
xəstələrin sayı, nəfər
28 780 37 807 39 294 40 069 40 564 40 156 39 304 38 385 40 903 42 984
Müalicə - profilaktika
müəssisələrində
qeydiyyatda olan
xəstələrin sayı,
(əhalinin hər 100 000
nəfərinə)
360,0 448,3 453,7 456,5 456,9 446,6 431,1 415,6 437,1 453,8
2000-ci ild
ən 2014-cü ilədək olan Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən Əhalinin
anemiya il
ə xəstələnməsi göstəriciləri 2 dəfə artıb.
18 yaşadək uşaqların anemiya, yod, A vitamini çatışmazlığı, boyatmanın ləngiməsi və zəiflik ilə
x
əstələnməsi
5
İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstə
uşaqların sayı-cəmi, nəfər:
2010
2011
2012
2013
2014
anemiya
21 565 20 425 20 045 20 302 24 769
yod çatışmazlığı
462
240
144
176
409
A
vitamini çatışmazlığı
308
341
51
44
46
boyatmanın ləngiməsi və zəiflik
1 024
580
558
733
731
Əhalinin hər 100 000 nəfərinə:
anemiya
845,2
803,6
789,3
798,1
969,2
yod çatışmazlığı
18,1
9,4
5,7
6,9
16,0
A
vitamini çatışmazlığı
12,1
13,4
2,0
1,7
1,8
boyatmanın ləngiməsi və zəiflik
40,1
22,8
22,0
28,8
28,6
Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan
xəstə uşaqların ümumi sayından:
2010
2011
2012
2013
2014
anemiya
23 063 22 448 21 515 22 172 23 398
yod çatışmazlığı
1 041
251
149
253
517
A
vitamini çatışmazlığı
684
782
70
54
49
boyatmanın ləngiməsi və zəiflik
965
390
473
529
598
Əhalinin hər 100 000 nəfərinə:
anemiya
906,8
883,9
847,1
870,1
913,0
yod çatışmazlığı
40,9
9,9
5,9
9,9
20,2
A
vitamini çatışmazlığı
26,9
30,8
2,8
2,1
1,9
boyatmanın ləngiməsi və zəiflik
37,9
15,4
18,6
20,8
23,3
Əlavə 2
2011-ci ild
ə dünya ölkələri üzrə anemiyanın göstəriciləri
6-
59 aylıq uşaqlarda anemiya göstəriciləri
14
Ölk
ə
Hemoqlobinin qanda
konsentrasiyası
Qandakı
konsentrasiyası
110 q/l-d
ən kiçik
olanların faizi
Qandakı
konsentrasiyası
70 q/l-d
ən kiçik
olanların faizi
İctimai
saglamlığın
s
əviyyəsi
Orta
göst
ərici İnterval
Orta
göst
ərici İnterval
Orta
göst
ərici İnterval
Az
ərbaycan
114
107-121
35
16-57
0,3
0,1-1,1
Orta
Türkiy
ə
117
105-125
30
9-64
0,4
0-1,8
Orta
Qazax
ıstan
116
107-124
30
9-59
0,5
0,0-2,4
Orta
Türkm
ənistan
116
106-124
32
11-60
0,4
0,0-1,7
Orta
Ukrayna
117
107-125
27
8-56
0,2
0,0-1,3
Orta
Gürcüstan
118
107-125
26
8-59
0,4
0,0-2,1
Orta
Erm
ənistan
115
106-122
34
15-59
0,8
0,1-3,7
Orta
33
15-
49 yaşlar arası hamilə olmayan qadınlarda anemiya göstəriciləri
14
Ölk
ə
Hemoqlobinin qanda
konsentrasiyası
Qandakı
konsentrasiyası
110 q/l-d
ən kiçik
olanlar
ın faizi
Qandakı
konsentrasiyası
70 q/l-d
ən kiçik
olanların faizi
İctimai
sağlamlığın
s
əviyyəsi
Orta
n
əticə
İnterval
Orta
göst
ərici İnterval
Orta
n
əticə
İnterval
Az
ərbaycan
124
118-130
33
17-51
1,2
0,3-3,0
Orta
Türkiy
ə
127
118-135
29
10-54
1,0
0,1-3,6
Orta
Qazax
ıstan
126
119-133
30
13-51
0,9
0,1-3,1
Orta
Türkm
ənistan
125
116-133
32
13-57
1,2
0,2-3,8
Orta
Ukrayna
128
120-134
23
9-49
0,6
0,0-2,3
Orta
Gürcüstan
127
120-132
28
13-47
0,8
0,2-2,4
Orta
Erm
ənistan
127
120-133
26
12-48
0,7
0,1-2,2
Orta
15-
49 yaşlar arası hamilə qadınlarda anemiya göstəriciləri
14
Ölk
ə
Hemoqlobinin
qanda
konsentrasiyası
Qandakı
konsentrasiyası
110 q/l-d
ən kiçik
olanların faizi
Qandakı
konsentrasiyası
70 q/l-d
ən kiçik
olanların faizi
İctimai
sağlamlığın
s
əviyyəsi
Orta
göst
ərici İnterval
Orta
göst
ərici İnterval
Orta
göst
ərici İnterval
Az
ərbaycan
116
110-123
31
18-48
0,4
0,1-1,1
Orta
Türkiy
ə
118
109-127
28
12-53
0,3
0,0-1,2
Orta
Qazax
ıstan
118
11-125
27
14-48
0,3
0,0-1,1
Orta
Türkm
ənistan
117
108-125
29
13-54
0,4
0,1-1,2
Orta
Ukrayna
119
111-127
24
10-47
0,3
0,0-1,1
Orta
Erm
ənistan
118
110-125
28
14-50
0,3
0,0-0,9
Orta
Gürcüstan
119
112-125
25
13-43
0,3
0,1-0,9
Orta
15-
49 yaşlar arası ölkələr üzrə bütün qadınlarda anemiya göstəriciləri
14
Ölk
ə
Hemoqlobinin qanda
konsentrasiyası
Qandakı
konsentrasiyası
110 q/l-d
ən kiçik
olanların faizi
Qandakı
konsentrasiyası
70 q/l-d
ən kiçik
olanların faizi
İctimai
sağlamlığın
s
əviyyəsi
Otra
göst
ərici İnterval
Orta
göst
ərici İnterval
Orta
göst
ərici İnterval
Az
ərbaycan
124
118-129
33
17-50
1,1
0,3-2,9
Orta
Türkiy
ə
126
118-135
29
11-53
0,9
0,1-3,5
Orta
Qazax
ıstan
126
119-132
30
13-50
0,9
0,1-3,0
Orta
Ukrayna
128
120-134
23
9-48
0,5
0,1-2,3
Orta
Gürcüstan
126
120-132
28
13-46
0,8
0,2-2,3
Orta
Türkm
ənistan
125
116-132
32
13-56
1,2
0,2-3,7
Orta
Erm
ənistan
127
120-133
26
12-47
0,7
0,1-2,2
Orta
Əlavə 3
Az
ərbaycanda anemiya regionlar üzrə
Regionlar üzr
ə qadınlarda anemiya göstəriciləri
4
İqtisadi rayon
Hemoqlobinin s
əviyyəsi üzrə anemiya statusu
Yüngül
Orta
Ağır
H
ər hansı
anemiya
Qadınların
sayı
Bakı
40,3
9,0
0,5
49,8
2245
Abşeron
35,1
13,1
0,9
49,0
537
G
əncə-Qazax
16,3
2,1
0,2
18,7
1330
Şəki-Zaqatala
33,0
10,7
1,5
45,3
681
L
ənkəran
36,7
11,9
1,1
49,7
892
Quba-Xaçmaz
26,4
9,2
0,9
36,6
669
Aran
36,9
14,1
1,0
52,1
2125
Yuxarı-Qarabağ
35,3
16,2
1,1
52,6
258
Dağlıq Şirvan
35,5
12,3
1,5
49,3
300
Qadınlarda rayonlar üzrə hər hansı bir anemiyanın yayılması iqtisadi rayonlar üzrə fərqlidir: Gəncə-
Qazaxda 18,7%,
Yuxarı Qarabağda 52,6%. DSS-2011 və DSS-2006-nın məlumatlarının müqayisəsi
göst
ərir ki, 15-49 yaşlı qadınlarda anemiyanın yayılması son 5 il ərzində 7,4% artmışdır.
Regionlar üzr
ə uşaqlarda anemiya göstəriciləri
4
İqtisadi rayon
Hemoqlobinin s
əviyyəsi üzrə anemiya statusu
Uşaqların sayı
Yüngül
Orta
Ağır
H
ər hansı anemiya
Bakı
23,4
15,4
0,1
38,9
472
Abşeron
36,0
16,2
0,0
52,3
129
G
əncə-Qazax
21,3
7,2
0,2
28,7
347
Şəki-Zaqatala
22,0
16,5
0,0
38,5
153
L
ənkəran
22,3
27,1
1,8
51,3
214
Quba-Xaçmaz
20,1
27,1
1,7
48,9
160
Aran
23,7
27,8
0,5
52,0
496
Yu
xarı-Qarabağ
28,3
43,9
1,4
73,7
55
Dağlıq-Şirvan
23,9
29,1
0,0
53,0
79
Regional baxımdan Yuxarı Qarabağ iqtisadi rayonunda uşaqlar arasında anemiya daha çox (73,7%),
G
əncə-Qazax iqtisadi rayonunda isə daha az (28,7) yayılmışdır.
Ədəbiyyat
1.
Azərbaycan üzrə Milli Qidalanma Sorğusu (AzMQS). - BMT-nin
Uşaq Fondu (UNİCEF), Azərbaycan Respublikası Səhiyyə
Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf
Agentliyi (USAİD) və Dünya Bankı (WB). - 2013.
2.
Dəmir defisitli anemiyanın diaqnostika və malicəsi üzrə klinik
protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. - Bakı,
2009.
3.
Reproduktiv sağlamlıq sorğusu Azərbaycan, 2001 yekun hesabat
/ F. Serbanesku, L. Morris, Ş. Rəhimova, P. Stapp P. - Bakı,
2003.
4.
Demoqrafiya və Sağlamlıq Sorğusu, 2011. Səhiyyə Nazirliyi,
İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM). - Bakı, 2013.
5.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi [Elektron
resurs]. - http://www.stat.gov.az/source/healthcare/ (11.12.16)
6. Eradication of iron deficiency anemia through food fortification:
the role of the private sector / Mehansho, Haile // The Journal of
nutrition. 132.4 (2002): 831S833S.
7. Flour Fortification Initiative Nourishing smarter, stronger,
healthier lives [Electronic resource] / H. Pachon, R. Spohrer et al.
Evidence of the Effectiveness of Flour Fortification Programs on
Iron Status and Anemia: A Systematic Review // The FASEB
Journal. - 2015. - 29 (1 Supplement) p. 72-94. - Available at:
http://www.cdc.gov/immpact/projects/initiatives/flour.html
(14.01.2016).
8. Guidelines on food fortification with micronutrients / L.H. Allen,
B. De Benoist, O. Dary and R. Hurrell. - WHO. - 2006.
9. Heba Ali. Communication and Social Mobilization Strategy to
Address Iron Deficiency Anemia in Azerbaijan. - UNICEF. -
2005.
10. Musa Aijanov. National Strategy And Plan Of Action On
Elimination Of Iron Deficiency Anemia In Azerbaijan. - Unicef,
2005.
39
39
11. Project Health Children (PHC). Why food fortification
[Electronic resource]. - Available at: http://projecthealthy
children.org/why-food-fortification/ (29.01.2016).
12. Satisfying Hidden Hunger. Addressing Micronutrient
Deficiencies in Central Asia. Asian Development Bank. - 2010.
13. The Global Alliance for Improved Nutrition [Electronic resource]
Stakeholder Perception Analysis: Ten years strategy for
ereductionof vitaminan and mineral deficiencies. - 2006. -
Available at http: //www.gainhealth.org/wp-content/uploads/2014
/05/9.-Stakeholder-Perception-Analysis.-Ten-year-strategy-for-the-
reduction-of-vitamin-and-mineral-deficiencies.pdf (21.01.2016).
14. The global prevalence of anaemia in 2011. - WHO. - Geneva, 2015.
15. Wheat flour fortification with iron for reducing anaemia and
improving iron status in populations / M.S. Field, B.J. Burford
and L.M. De‐ Regil. - The Cochrane Library, 2014.
16. Worldwide prevalence of anaemia, WHO vitamin and mineral
nutrition information system, 1993-2005 / E. McLean, M.
Cogswell, et al. // Public health nutrition. - 2009. - 12(04). - p.
444-454.
17. Working in partnership to beat undernutrition [Electronic
resource]. Vanessa Boas GHA France and Anna Gelderd
RESULTS UK. - Available at:
http://www.results.org.uk/sites/
default/files/Anemia%20Infographic%203.jpg (26.01.2016).
18.
Концентрации гемоглобина для диагностики анемии и
оценки ее тяжести. Всемирная организация здравоохранения
[Электронный ресурс]. - 2011 г. - Режим доступа:
http://www.who.int/vmnis/indicators/haemoglobin_ru.pdf (18.01.2016).
19.
Руководство по обогашению муки для зернопере-
рабатывающих предприятий. Ресурсы для планирования,
производства и маркетинга высококачественной муки,
фортифицированной витаминами и минералами Русская
бета-версия презентации [Электронный ресурс] / Авадил
Сапарбеков - Режим доступа: http://www.ffinetwork.org/
implement/documents/RussianToolKit.pdf (26.01.2016).
40
Document Outline
Dostları ilə paylaş: |