AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN
İCTİMAİ SƏHİYYƏ VƏ İSLAHATLAR MƏRKƏZİ
UNUN ZƏNGİNLƏŞDİRİLMƏSİNİN
DƏMİR DEFİSİTLİ ANEMİYA (DDA) İLƏ
MÜBAR
İZƏDƏ ƏHƏMİYYƏTLİ ROLU
(
məlumat paketi)
BAKI - 2016
54.11
U 47
U 47
Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA)
ilə mübarizədə əhəmiyyətli rolu (məlumat paketi).
B.: “TimePrint” MMC, 2016. – 40 s
əh. Tiraj 400.
Bu m
əlumat paketi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə
UNİCEF-in Azərbaycan nümayəndəliyi arasında 2015-ci il üçün
imzalanmış birgə Fəaliyyət Planına uyğun olaraq İctimai Səhiyyə və
İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.
Tərtibatçılar:
Çingiz
Əsədov
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat
Hemotologiya v
ə Transfuziologiya İnstitutunun
Hemopoezin patologiyası şöbəsinin müdiri, t.f.d.
İbrahim Əhmədov Azərbaycan Tibb Universitetinin Qidalanma və
kommunal gigiyena kafedrasının müdiri,
Respublikanın əməkdar müəllimi, Səhiyyə
Nazi
rliyinin Mikronutrient çatışmazlığı üzrə
Milli koordinatoru, dosent, t.f.d.
Şəhla Balayeva
MTTM Gigiyena işçi qrupunun rəhbəri,
Azərbaycan Tibb Universitetinin Uşaq və
Yeniyetmələr Gigiyenası, Əmək gigiyenası
kafedrasının dosenti, t.f.d.
Səbinə Babazadə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri
Şəhla İsmayılova İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi
keyfiyyət standartları şöbəsinin müdiri
Rəşad Hüseynov İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
Layihələrin əlaqələndirilməsi şöbəsinin
meneceri
3
İxtisarlar
AİB
Asiya İnkişaf Bankı
AS
ana südü
AzMQS
Azərbaycan Milli Qidalanma Sorğusu
DDA
dəmir defisitli anemiya
İSİM
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
UNİCEF
BMT-
nin Uşaq Fondu
ÜST
Ümumdünya
Səhiyyə Təşkilatı
4
Məqsəd
Azərbaycanda anemiya və DDA problemi haqqında məlumat
vermək, bu xəstəliyin profilaktikasında unun zənginləşdirilməsinin
rolunu açıqlamaq və həlli yollarını göstərmək. Həmçinin, DDA
probleminin həllində unun zənginləşdirilməsi məsələsini ölkənin
siyasi və ictimai gündəminə gətirmək.
Hədəf qrupu: Qərarverici müvafiq dövlət orqanlarının, səhiyyə
idarəetmə orqanlarının, elmi-tədqiqat müəssisələrinin rəhbərləri və
qida sənayesində çalışan sahibkarlar.
5
Ön söz
Məlumdur ki, dünyada ən geniş yayılmış anemiya forması dəmir
defisitli anemiyadır (DDA). Dəmir defisitindən dünyada
2 milyarddan artıq insan əziyyət çəkir.
Anemiyanın həm böyüklərə, həm də uşaqlara mənfi təsirlərinin
olması elmi cəhətdən sübut edilib. Belə ki, hamiləlik və doğuş
zamanı ana ölümünün 40%-i anemiya ilə əlaqədardır. Anemiyası
olan qadınlar 30-40% hallarda daha çox çəkiləri az olan uşaqlar
doğurlar. Anemiya zamanı fiziki qüvvənin və dözümlülüyün 20-40%
azalması qeyd olunur, nəticədə əmək qabiliyyətli fiziki əməklə
m
əşğul olanlar arasında 17%, zehni əməklə məşğul olanlar arasında
is
ə 5% azalır. Uşaqlarda zəif intellektual inkişaf, əqli inkişaf
əmsalının 5-7 bal azalması, psixomotor inkişafın geri qalma,
infeksiyalara q
arşı zəif immunitet, diqqətin toplanmasının azalması
qeyd edilir. D
əmir defisiti sağlamlığa vurduğu ziyanla yanaşı, mənfi
iqtisadi n
əticələrə də gətirib çıxarır. Anemiyanın geniş yayıldığı
ölk
ələrdə ümumi daxili məhsul 2% azalır.
Ölkə səviyyəsində aparılan tədqiqatlar nəticəsində Azərbaycanda
anemiya
nın çox geniş yayılması aşkar edilmişdir və bu problemin
səhiyyənin ən vacib problemlərindən biri olduğu təsdiqlənmişdir.
Məlumat paketində qeyd edilir ki, artıq DDA-ya tək tibbi problem
kimi baxmaq kifayət deyil, bu xəstəliklə mübarizədə dövlət
səviyyəsində tədbirlər həyata keçirilməsi vaxtı gəlib çatmışdır.
Məlumat paketində qeyd edildiyi kimi ictimai sağlamlığın
yaxşılaşdırılmasının ən səmərəli üsullarından biri tez-tez istifadə
edilən ərzaqların zənginləşdirilməsidir. Qidanı zənginləşdirmək və
onun qida tərkibini yaxşılaşdırmaq üçün gündəlik istifadə edilən
ərzağa əsas vitamin və minerallar (dəmir, fol turşusu, yod, vitamin A, B)
əlavə edilməlidir. Həmçinin, məlumat paketində Azərbaycanda
anemiyaların geniş yayılması barədə hərtərəfli məlumat verilir və
dəmir defisitinin əhalinin sağlamlığına təsiri və bunun nəticəsində
ortaya çıxan iqtisadi ziyan təhlil edilir.
Məlumat paketində göstərildiyi kimi problemin ən asan, daha
əlverişli və ucuz həlli yolu gündəlik istifadə olunan qida
m
əhsullarının zənginləşdirilməsidir. Dünyanın əksər ölkələrində bu
6
m
əqsədlə unun elektrolit dəmir və vitamin kompleksi ilə
z
ənginləşdirilməsi geniş tətbiq olunur və yüksək səmərəliliyi ilə
diqq
əti cəlb edir. Azərbaycanda zənginləşdirmək üçün ən münasib
qida buğda unudur. Zənginləşdirmək üçün unun seçilməsi məlumat
paketində hər tərəfli əsaslandırılmışdır.
Azərbaycanda orqanizmdə dəmir artıqlığına gətirib çıxaran irsi
qan xəstəliklərinin (talassemiya və digər hemoqlobinopatiyalar)
geniş yayılması unun zənginləşdirilməsinin risk amili kimi
qiymətləndirilə bilməz. Məlumat paketində göstərildiyi kimi unun
dəmirlə zənginləşdirilməsi bu xəstələrə heç bir xələl gətirmir.
Məlumat paketində göstərildiyi kimi ÜST-nin bu barədə yekun fikri
də yuxarıda qeyd olunanları təsdiqləyir: “Unun zənginləşdirilməsinin
talassemiyalı xəstələrə böyük mənfi təsir göstərəcəyi barədə
düşünməyə heç bir səbəb yoxdur”.
Məlumat paketində Azərbaycanda unun zənginləşdirilməsi
problemi üzrə işlərin uzun müddət aparıldığı göstərilir. Hətta
AİB-nin Mərkəzi Asiya proqramı çərçivəsində Azərbaycanda da
unun zənginləşdirilməsinin pilot layihəsi həyata keçirilmişdir.
Azərbaycanda fəaliyyət göstərən altı dəyirman layihədə iştirak
etmişdir. Pilot layihəsinin təhlili nəticəsində məlum olmuşdur ki,
unun zənginləşdirilməsi çox səmərəlidir və bir il ərzində ardıcıl
qaydada zənginləşdirilmiş undan istifadə reproduktiv yaşda olan
qadınlar arasında anemiyanın səviyyəsinin enməsinə səbəb olmuşdur.
Bu pilot layihə çərçivəsində DDA-nın qarşısının alınması və unun
zənginləşdirilməsi istiqamətində UNİCEF və Səhiyyə Nazirliyi
birlikdə bir sıra vacib işlər görmüşlər. Belə ki, digər dövlət orqanları
və maraqlı tərəflərin iştirakı ilə işçi qrupu yaradılmış, DDA-nın
qarşısının alınması üçün məlumat paketi hazırlanmış və 43 rayonda
paylanmış, dövlət oqranları və digər tərəfdaşların iştirakı ilə milli
seminarlar və yekun konfrans keçirilmişdir. Hətta “Dəmir defisitli
anemiyanın qarşısının alınması və buğda ununun zənginləşdirilməsi
üzrə” qanun layihəsi 2005-ci ildə Milli Məclisə təqdim edilmişdir.
Lakin nədənsə bu işlər məntiqi sona qədər çatdırılmamış və
10 ildən çox vaxtın keçməsinə baxmayaraq bu istiqamətdə irəliləyiş
olmamışdır. Nəticədə respublikamızda unun zənginləşdirilməsi bu
günə qədər tətbiq edilməmiş qalmaqdadır.
7
M
əlumat paketinin məqsədi Azərbaycanda anemiya və DDA
problemi haqqında məlumat vermək, bu xəstəliyin profilaktikasında
unun zənginləşdirilməsinin rolunu açıqlamaq və həlli yollarını
göstərməkdən ibarətdir. Həmçinin DDA probleminin həllində unun
zənginləşdirilməsi məsələsini yenidən ölkənin siyasi və ictimai
gündəminə gətirmək nəzərdə tutulmuşdur.
Məlumat paketində hədəf qrupu kimi qərarverici müvafiq dövlət
orqanlarının, səhiyyə idarəetmə orqanlarının, elmi-tədqiqat
müəssisələrinin rəhbərləri və qida sənayesində çalışan sahibkarlar
müəyyən edilmişdir.
Davamlı qida zənginləşdirilməsinə nail olmaq üçün əsas maraqlı
tərəflər (elmi icma, dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar,
q
ida sənayesi) arasında strateji əməkdaşlığın qurulmasının vacibliyi
vurğulanmışdır.
Məlumat paketində Azərbaycanda unun zənginləşdirilməsinə nail
olmaq üçün bütün ortaya çıxan suallara:
n
ə etmək lazımdır?
necə etmək lazımdır?
han
sı ardıcıllıqla etmək lazımdır?
kim etməlidir?
hərtərəfli və tamqiymətli cavabları verilmişdir.
“
Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə
mübarizədə əhəmiyyətli rolu” məlumat paketinin İSİM tərəfindən
tərtib edilməsi təşəbbüsü hər cür təqdirə layiqdir və unun
z
ənginləşdirilməsi probleminin həlli istiqamətində dayandıırılmış
işlərin hərəkətə gətirilməsinə və bu problemin nəhayət ki, tamamilə
h
əll edilməsinə zəmin və ümid yaradır.
Çingiz Əsədov,
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və
Transfuziologiya İnstitutunun Hemopoezin patologiyası
şöbəsinin müdiri, t.f.d.
8
Son dö
vrlərdə qida amilləri ilə bağlı qeyri-infeksion alimentar
patologiyalar sürətlə artmaqdadır. Dəmir defisitli anemiya bu
xəstəliklərin strukturunda mühüm yer tutur. Anemiya XXI əsrin ən
ciddi b
əlalarından olub, bütün dünyada olduğu kimi Azərbaycanda
da geniş təsadüf olunan patologiyalardandır. Bunu “Demoqrafiya və
Sağlamlıq Sorğusu 2011”in və 2013-cü ildə keçirilən “Milli
Qidalanma Sorğusu”nun nəticələri də bir daha təsdiq edir, problemin
kifayət qədər ciddi olduğuna, xüsusi diqqət və təxirəsalınmaz
profilaktik t
ədbirlər tələb etdiyinə dəlalət edir. Fikrimcə anemiyanın
əhali arasında yayılma səviyyəsinin rəsmi statistik göstəricilərinin
səhiyyə orqanlarına müraciət əsasında qeydiyyata götürülənləri əks
etdirdiyini nəzərə alarıqsa, vəziyyətin daha ciddiliyinə ehtimal da
artacaqdır.
Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) sayının
orqanizmin fizioloji tələblərinin təmini üçün kifayət qədər olmaması
vəziyyətidir. Bu vəziyyət qida rasionunda dəmirin çatışmazlığı,
bağırsaqlarda dəmirin absorbsiyasının lazımi dərəcədə olmaması və
ya orqanizmd
ə dəmirə ehtiyacın artması ilə də əlaqədardır. Konkret
fizioloji tələblər insanın yaşından, cinsindən, işinin ağırlığından,
orqanizmin fizioloji və patoloji vəziyyətlərindən, yaşadığı regionun
iqlimindən, ekoloji şəraitdən, qidalanma vərdişləri və milli
xüsusiyyətlərdən, tibbi xidmət imkanlarının yetərliliyindən, əhalinin
bilik səviyyəsindən və s. çoxsaylı amillərdən asılı olaraq dəyişir.
Anemiyanın etioloji səbəbləri çox olsa da, ümumilikdə
hadis
ələrin 2/3-sində alimentar anemiyalara təsadüf olunur və
patologiyanın 70-80%-i bilavasitə dəmir defisitli anemiyanın (DDA)
payına düşür.
DDA-
nın meydana çıxmasında dəmirlə zəngin ərzaq
m
əhsullarının (xüsusilə, ət, balıq, yumurta kimi heyvani məhsullar,
meyv
ələr, tərəvəzlər və s.) kifayət qədər bahalığı ucbatından əhalinin
böyük qisminin bel
ə zülal və Fe (dəmir) mənbəyi olan məhsulları
lazımi səviyyədə istehlak edə bilməməsi, səmərəsiz qidalanma, qida
m
əhsullarının yüksək dərəcədə saflaşdırılması, yeknəsəq qidalanma,
xör
əklərin əlverişsiz hazırlanma texnologiyası, düzgün olmayan
qidalanma v
ərdişləri və s. amillərin rolu xüsusi qeyd edilməlidir.
Əhali arasında qidalanma mədəniyyətinin aşağı olması, qidalanma
9
bar
ədə elmi əsaslandırılmış məlumatsızlıq mənimsənilmənin
stabilizator (
əksər meyvə və tərəvəzlərdə olan C vitamini,
fermentl
ənmiş məhsullar tərkibindəki üzvü turşular rasiondakı
Fe-nin m
ənimsənilməsini yüksəldir) və inhibitorları (dənli məhsullar,
paxlalılar, tərəvəzlərin tərkibindəki fitatlar, polifenollar, qida lifləri
Fe-nin m
ənimsənilməsini tormozlayır), rasionda məhsulların və
xör
əklərin düzgün uzlaşdırılması və s. barədə biliklərin bəsitliyi
bar
ədə məlumatların olmamasının problemin daha da
d
ərinləşməsində rolu da unudulmamalıdır.
Bütün göst
ərilənlər problemin həllinə istiqamətlənmiş “Unun
zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə mübarizədə
əhəmiyyətli rolu” məlumat paketinin kifayət qədər dəyərli tibbi və
sosial iqtisadi əhəmiyyətli bir problemin profilaktika yollarını özündə
birləşdirən sənəddir. Təqdim olunan tövsiyələr elmi cəhətdən əhatəli
və savadlı tərtib olunmuş, sənəddə kommunikasiya məsələləri,
müxtəlif qurumların fəaliyyət dairəsi ətraflı işıqlandırılmışdır.
Məlumat paketinin hərtərəfli tərtib olunduğunu qeyd etməklə
bərabər sənədin risk amilləri bölməsinə göstərilənlərdən əlavə
patologiyanın meydana çıxmasında heç də az əhəmiyyət kəsb
etməyən kəskin və xronik xəstəliklər, qurd invaziyaları, körpələrdə
ana südü il
ə qidalanmanın çatışmazlıqları, vaxtından əvvəl inək südü
il
ə qidalandırma, əlavə qidaların natamam dəyərliliyi kimi faktorları
da
əlavə etmək yerinə düşərdi.
Məlumat paketində göstərildiyi kimi problemin ən asan, daha
əlverişli və ucuz həlli yolu gündəlik istifadə olunan yeyinti
m
əhsullarının fortifikasiyasıdır. Bütün dünyada bu məqsədlə unun
elektrolit d
əmir və vitamin kompleksi ilə zənginləşdirilməsi geniş
t
ətbiq olunur və yüksək səmərəliliyi ilə diqqəti cəlb edir. Ölkəmizdə
d
ə bu sahədə lazımi təcrübə mövcuddur. Mikronutrient
çatışmazlıqlarının profilaktikası Proqramı çərçivəsində kafedramızın
əməkdaşlarının iştirakı ilə 2002-2005-ci illərdə Asiya İnkişaf Bankı
v
ə UNİCEF-in maliyə dəstəyi altında unun Fe və vitamin kompleksi
(KAP-1) il
ə zənginləşdirilməsi həyata keçirilmiş, 8 un istehsalı
mü
əssisəsi dasifayrlar və KAP pereparatı ilə təmin olunmaqla unun
z
ənginləşdirilməsi həyata keçirilmiş, sentinel tədqiqatlar aparılmış və
kifay
ət qədər ümidverici nəticələr də əldə edilmişdi.
10
Lakin son 10 ild
ə sporadik və nəticəsiz təşəbbüslər nəzərə
alınmazsa, problem tamamilə diqqətdən kənarda qalmışdır.
Əhalinin sağlamlığının möhkəmləndirilməsi, əmək qabiliyyətinin
yüks
əldilməsi və uzunömürlülüyü, sağlam gələcəyimizin təminatının
yegan
ə yolunu unun (deməli un məmulatlarının da) Fe, fol turşusu,
B qrup vitaminl
əri, Zn və Se kimi mikroelementlərlə
z
ənginləşdirilməsində görürəm və ölkəmizdə bu texnologiyanın
t
ətbiqinə ləngidilmədən start verilməsinin vacibliyini diqqətinizə
çatdırır və məlumat paketinin irəli sürdüyü istiqamətlərin
qanunvericilik v
ə fəaliyyət planlarının müvafiq Dövlət qurumlarında
müzakir
ə və planlaşdırılma, həyata keçirilməsinin zəruriliyinə diqqət
göst
ərilməsinin vacibliyini qeyd etməklə UNİCEF-in təqdim etdiyi
“
Unun zənginləşdirilməsinin dəmir defisitli anemiya (DDA) ilə
mübari
zədə əhəmiyyətli rolu” məlumat paketini vacib və
təxirəsalınmaz məsələyə həsr olunmuş sənəd kimi qiymətləndirirəm.
İbrahim Əhmədov,
Azərbaycan Tibb Universitetinn Qidalanma
və kommunal gigiyena kafedrasının müdiri,
Respublikanın əməkdar müəllimi,
Səhiyyə Nazirliyinin Mikronutrient
çatışmazlığı üzrə Milli koordinatoru,
dosent, t.f.d.
11
Anemiya və dəmir defisitli anemiya (DDA)
Son illər qida amilləri ilə bağlı xəstəliklərin sayı artmaqdadır.
Dəmir defisitli anemiya bu xəstəliklərin strukturunda mühüm bir yer
tutur.
Anemiya qanda qırmızı qan hüceyrələrinin (eritrositlərin) sayının
orqanizmin fizioloji tələblərinin təmini üçün kifayət qədər olmaması
vəziyyətidir. Konkret fizioloji tələblər insanın yaşından, cinsindən,
dəniz səviyyəsindən hansı yüksəklikdə yaşamasından, tütünçəkmə
statusundan və qadınlarda hamiləliyin müddətindən asılı olaraq
dəyişir. Bütün dünyada anemiyanın ən çox rast gəlinən səbəbi dəmir
çatışmazlığıdır.
Dəmir defisitli anemiya (DDA) orqanizmdə dəmirin daxil
olmasının, mənimsənilməsinin pozulması və ya patoloji itirilməsi
nəticəsində hemoqlobinin miqdarının azalması ilə səciyyələnən
patoloji vəziyyətdir. Qida ilə qəbul olunan, bioloji asan
mənimsənilən dəmirin, fol turşusunun və bəzi mikroelementlərin
kifayət qədər qəbul edilməməsi anemiyanın əsas səbəblərindən
biridir. Dəmir defisitli anemiya respirator virus infeksiyalarından
sonra dünyada ən geniş yayılmış patologiyadır və bütün həkim-
mütəxəssislərin rastlaşdığı universal “interdissiplinar” klinik
laborator fenomendir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və
Dünya Bankının tədqiqatları göstərir ki, 15-44 yaşlı qadınlar arasında
əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbləri arasında
DDA 3-cü yeri
tutur. Dəmir defisiti ilk mərhələlərdə (anemiyanın
hələ ki, mövcud olmadığı mərhələ) özünü heç bir simptomla büruzə
vermir. Bununla belə, bu zaman baş verən funksional dəyişikliklərin
nəticələri ana və perinatal ölümün artmasına, doğulan körpələrdə
kütlə azlığına, idrak funksiyasının pozulmasına və sonralar təhsil
səviyyəsinin aşağı düşməsinə səbəb olur. Şəkil 1 anemiyanın
qadınlara həyat boyu necə təsir etdiyini izah edir.
12
Şəkil 1. Anemiyanın qadınlara təsiri barədə infoqrafika
("Working in partnership to beat undernutrition. Vanessa Boas GHA France and
Anna Gelderd RESULTS UK"
17
kitab
ından adaptasiya olunub.)
13
Risk amilləri
DDA-
nın risk amilləri aşağıdakılardır:
► Səmərəsiz qidalanma,
► Tərkibində az dəmir olan qidalanma,
► Tütünçəkmə,
► Hamiləlik, xüsusilə təkrar hamiləlik,
► Laktasiya (döşlə qidalandırma) dövrü.
Yuxarıda qeyd edilən risk amilləri göstərir ki, ümumilikdə bütün
əhali dəmir çatışmazlığına məruz qala bilər. Əsasən səmərəsiz
(dəmirlə zəngin olmayan) qidalanma, bəzi ənənəvi (milli) qida
vərdişləri (məsələn yemək zamanı və ya dərhal sonra çayın içilməsi)
ərzaqların tərkibində olan dəmirin mənimsənilməsinə mane olur və
anemiya ilə nəticələnə bilir. Digər tərəfdən məlumdur ki, dəniz
səviyyəsindən yüksəklikdə yaşamaq və tütün çəkmək hemoqlobinin
konsentrasiyasını yüksəldir. Müvafiq olaraq bu qrup insanlarda
anemiyanı təsdiqləyən göstəricilər standart göstəricilərdən daha
yüksəkdir. Belə insanlar gizli anemiyaya görə risk qrupuna daxildirlər.
Bununla belə, dəmir defisitli anemiyanın inkişafı üçün ən böyük
risk qrupları aşağıdakılardır:
► Qadınlar (çünki onların bədənlərində dəmir az olur və
menstruasiya zamanı qan itirirlər),
► Körpələr (ana südü və ya süni qarışıqlar ilə lazımi miqdarda
dəmir almırlarsa, onlarda dəmir defisitinin ortaya çıxması riski olur),
► Uşaqlar (intensiv boy artımı zamanı (məsələn, pubertat dövrdə)
onl
ar üçün əlavə dəmir tələb olunur, çünki bu element əzələlərin
inkişafı üçün də çox vacibdir).
Anemiya və DDA problemi və onların yayılması
ÜST ekspertlərinin rəyinə görə populyasiyada DDA-ya 5%-dən
az rast gəlinməsi ictimai səhiyyədə problemin olmadığını, onun
5-19,9% ara
sında olması problemin zəif, 20-39,9% - orta, 40%-dən
ç
ox yayılması isə əhəmiyyətli olduğunu göstərir. Bundan əlavə
ekspertlər hesab edirlər ki, anemiyanın əhali arasında 40%-dən çox
yayılması artıq tək tibbi problem olmayıb, dövlət səviyyəsində
14
tədbirlər həyata keçirilməsini tələb edir. ÜST-nin 2011-ci il üçün
qiymətləndirməsi göstərir ki, dünya üzrə uşaqların 43%, hamilə
qadınların 38%, hamilə olmayan reproduktiv yaşda olan qadınların
(15-
49 yaş) isə 29%-də anemiya vardır. Qeyd olunan anemiya
hallarının qadınlarda təxminən 50%, uşaqlarda isə 42%-i DDA-dır.
Ölkə səviyyəsində aparılan tədqiqatlar Azərbaycanda anemiya
probleminin mövcud
luğunu təsdiqləyir.
“Demoqrafiya və Sağlamlıq Sorğusu 2011”in nəticələrinə əsasən
15-
49 yaşlı qadınlar arasında anemiyanın yayılması 44,4% təşkil
etmişdir. 5 yaşadək uşaqlar arasında bu göstərici müvafiq olaraq 44,6%
olmuşdur. 2013-cü ildə keçirilən “Milli Qidalanma Sorğusu”nun
nəticələri göstərmişdir ki, 15-49 yaşlı qadınlar arasında anemiya 38,2%
təşkil edir, bunun 62,3%-i dəmir çatışmazlığından yaranan anemiyadır.
Aşağıdakı diaqramda Azərbaycanda uşaqlarda anemiya və dəmir
çatışmazlığının nisbətən kiçik həddə üst-üstə düşməsi göstərilmişdir.
Şəkil 2. Azərbaycanda 6-59 aylıq uşaqlarda anemiya, dəmir çatışmazlığı və
Dostları ilə paylaş: |