Çap reklamı - yalnız görmə ilə mənimsənilməyə arxalanan reklam
vasitələrindən biridir. Dərc olunan reklam materiallarını iki qrupa ayırmaq
olar: reklam kataloq nəşrləri və yeni ilə aid reklam-hədiyyə nəşrləri.
Бизнесин тяшкили вя идаря едилмяси
158
Reklam kataloq nəşrləri əmtəənin, məhsulun və ya xidmətlərin
konkret növlərini kataloq, prospekt, buklet, plakat və siyasi vərəqələrini
reklam edir. Bütün reklam kataloq nəşrlərinin bədii tərtibatında sifarişçi-
müəssisənin firma simvollarının müxtəlif elementləri onun poçt ünvanı,
telefon və faks nömrələri mütləq iri hərflərlə yazılaraq seçilməlidir.
Yeni ilə aid reklam-hədiyyəli nəşrlər dərc olunan reklam mate-
riallarının ən effektli növlərindəndir. Belə ki, onlar yüksək dərəcədə nüfuz
etmək qabiliyyətinə malikdirlər. Yeni ilə aid reklam-hədiyyəli nəşrlər şəxsi
işgüzar təmaslar vasitəsilə, eləcə də poçtla, təbriklər və vizit kartoçkaları
daxil olmaqla yayılırlar.
Dərc olunan reklam tərtib olunarkən ekstrovaqant iddialar, zəif di-
zayn, səliqəsiz şəkillər və ucuz kağız üzərində aşağı səviyyəli nəşrlərə yol
verilmir. Çap reklamının materialları işgüzar görüşlər və kommersiya (ti-
carət) danışıqlarında geniş istifadə olunur, müxtəlif sərgi və yarmarkalarda
yayılır. Çap reklamı bir növ vitrin rolunda çıxış edərək potensial alıcıların
firma və onun təqdim etdiyi əmtəələr barədə fikir söyləməyə şərait yaradır.
Audiovizual reklam – reklam kinofilmləri, videofilmlər və slayd-
filmlər vasitəsilə həyata keçirilir. Reklam kinofilmlərinin ən asan (sadə) və
rahat təsniflandırılması belədir:
Reklam çarxları – 15 saniyədən bir neçə dəqiqə müddəti olan, əha-
linin geniş təbəqəsinə nümayiş üçün nəzərdə tutulmuş, bir qayda olaraq,
xalq istehlakı mallarını reklam edən qısa reklam filmləridir.
Reklam-texniki filmləri – təkcə məhsul barədə deyil, o cümlədən
başlıca olaraq sifarişçi-müəssisə barədə bəhs edən 10 dəqiqədən 20 dəqi-
qəyədək müddəti olan qısa reklam filmləridir.
Reklam-texniki və reklam-nüfuzlu (prestijli) filmlər can etibarilə
elmi-populyar filmlərə daha yaxındır, bəzən isə onların yaradılmasında mul-
tiplikasiya (cizgi), kompyuter qrafikası və oyun kinosunun elementlərindən
istifadə olunur. Bu cür filmlər yarmarkalarda, sərgilərdə, prezentasiyalarda,
press-konferensiyalarda, simpoziumlarda, işgüzar görüşlərdə nümayiş üçün
nəzərdə tutulur. Reklam videofilmlərinin təsnifatı kinofilmlərin təsnifatı ilə
analojidir.
Reklam video-ekspress informasiyası – videoreklamın spesifik nö-
vüdür, reklamverən təşkilatın fəaliyyətində baş vermiş hər hansı bir mühüm
hadisə barədə operativ hazırlanmış videosüjeti özündə əks etdirir.
Slayd filmlər avtomatik olaraq bir-birini əvəz edən bir və ya bir neçə
ekranda proyeksiya olunan rəngli diapozitivlərdən ibarət bir poqramdır. Bu
cür proqram xüsusi hazırlanmış fonoqram ilə müşayiət olunur. Reklamın bu
növünün başlıca xüsusiyyətlərindən biri odur ki, proqramın bütövlüyünü
pozmadan slaydların bir birinin sadəcə olaraq əvəzlənməsi, eləcə də operativ
və iqtisadi modifikasiyanın mümkünlüyüdür.
Бизнесин тяшкили вя идаря едилмяси
159
Radio və telereklam - istehlakçını cəlb edən reklam vasitələrinin
içərisində ən kütləvisidirlər. Radioreklam asan və qeyri-ixtiyari olaraq
qavranılır. Radioreklam müraciətində tez-tez təkrarlamalara yol verildiyinə
görə radio dinləyicisi reklam proqramının bəzi məqamlarını birinci dəfədən
qavraya bilmir. Ən effektli radioreklam odur ki, eyni qaydada müəyyən edi-
lən vaxtda translyasiya olunur və hər bir radioreklam verilişi eyni musiqili
siqnal ilə başlayır və qurtarır.
Radioreklam iki hissəyə bölünür: maqazindənkənar və maqazin-
daxili.
Maqazindənkənar reklam - radiotranslyasiya şəbəkəsi vasitəsilə:
kənd, şəhər, rayon, vilayət, eləcə də yarmarka, bazar, satış sərgilərindəki ra-
dio qovşaqları vasitəsilə həyata keçirilir.
Maqazindaxili reklam – bir ticarət müəssisəsinin hüdudları ilə
məhdudlaşır və radiotranslyasiya qurğuları ilə, maqazinin hüdudlarından
kənara çıxarıla bilən gücləndirici cihazlar vasitəsilə həyata keçirilir.
Radio vasitəsilə verilən reklam növlərindən radioelanlar, radioçarx-
lar, müxtəlif radiojurnallar və radiomüsahibələr daha geniş yayılıblar.
Televiziya reklamının ən yayılmış növlərindən televiziya reklam
çarxları, televiziya reklam elanları, reklam telemüsahibələri və televeriliş-
ləri, verilişlərarası fasilə zamanı verilən televiziya başlıqlarını misal çəkmək
olar.
Radio və telereklamın üstünlükləri xüsusi operativliyindədir. Bu
vasitələrin effekitivliyi əhalinin geniş təbəqələrinin istifadəsi üçün nəzərdə
tutulmuş əmtəə və kütləvi tələbat olan xidmətlərin reklamında istifadə olun-
ması ilə əlaqədardır.
Sərgi və yarmarkalar - reklam vasitələrinin içərisində təsir gös-
tərmə dərəcəsinə görə xüsusilə fərqlənir, onlar alıcılarla ünsiyyət qurmaq
üçün reklam olunan məmulatların nümayişində çox geniş imkanlar yaradır.
Kompleks reklam tədbirlərilə müşayiət olunan sərgi tədbirləri xüsusi
effektivliyə malikdirlər. Bu reklam vasitələrinin yüksək effektivliyi hər il
dünyada təşkil olunan, xeyli vəsait tələb edən böyük reklam tədbirlərinin ke-
çirilməsi ilə təsdiqlənir. Bütün sərgi tədbirlərini şərti olaraq belə təsnifləş-
dirmək olar: beynəlxalq yarmarka və sərgilər, milli sərgilər, topdansatış sər-
giləri, ixtisaslandırılmış sərgilər.
Reklam suvenirləri - reklam məqsədləri üçün geniş istifadə olunur,
belə ki, öz reklam işlərində onlardan istifadə edən müəssisələrin populyar-
laşdırılması üçün bu əlverişli vasitədir. Şərti olaraq reklam suvenirlərini belə
təsnifləşdirmək olar: firmanın suvenir məmulatları, seriya suvenir məmulat-
ları, hədiyyəlik məmulatlar və firmanın qablaşdırılmış materialları.
Birbaşa poçt reklamı (direkt meyil) - potensial iş tərəfdaşların və
müəyyən istehlakçı qruplarının ünvanlarına göndərilən reklam məlumatla-
rından ibarətdir. Birbaşa poçt reklamı potensial istehlakçıların çoxlu sayının
Бизнесин тяшкили вя идаря едилмяси
160
məqsədyönlü əhatəsini təmin etməsində son dərəcə effektli vasitə hesab
edilir və ona görə də müxtəlif ölkələrdə çox geniş yayılmışdır.
Birbaşa poçt reklamı xüsusi hazırlanmış reklam-informasiya məktub-
larının və yaxud çap olunmuş reklam materiallarının məqsədli göndəril-
məsini təmin edir. Bu növ reklamın təşkil olunmasında qayıdış kuponları,
ödəniş təminatlı sifariş-blankların və s. sistemlərin istifadə olunması prak-
tikası ildən-ilə inkişaf edir.
Sənaye məhsulları və avadanlıqlarının spesifik növlərinin satışının
təşkili üçün istifadə olunan birbaşa poçt reklamının nəticələri çox effektiv-
lidir və onların alınması (əldə olunması) üzrə qərar xalq təsərrüfatının
müxtəlif sahələrinin nisbətən kiçik qrup mütəxəssisləri tərəfindən verilir.
«Birbaşa poçt reklamı» termini, adətən reklamın bu növünə aid edi-
lən bütün aspektləri əhatə etmir. Bu fəaliyyəti daha dəqiq olaraq «birbaşa
reklam» adlandırmaq olar, belə ki, bu termin həm birbaşa poçt reklamını və
«qeyri-poçt» birbaşa reklamını nəzərdə tutur. Birbaşa reklamın çox hissəsi
poçt vasitəsilə göndərilir, lakin onun böyük həcmi hələ də artan – «hər
qapıya» prinsipinə uyğun olaraq göndərilir. Reklam müraciətləri yoldan
keçənlərə paylanılır, mağazalarda alıcılara təqdim olunur, bilavasitə poçt
qutularına salınır və ya evin sakinlərinə əlbəəl verilir.
Küçə reklamı - əsasən istehlakçı mallarının reklamı üçün küçə rek-
lamı çox effektivlidir, çünki o, birinci növbədə geniş əhali təbəqəsi tərəfin-
dən mənimsənilməsi üçün nəzərdə tutulur. Müxtəlif küçə reklamı növlə-
rindən cürbəcür reklam lövhələri, afişaları, transparantlar, işıq lövhələri,
elektron tabloları və ekranları seçmək olar.
Küçə reklamı – elə bir təsir vasitəsidir ki, o, insanı küçədə və yaxud
səfərdə, səyahətdə yaxalamağa imkan yaradır. Əhalinin çox hissəsi müasir
mobil cəmiyyətdə küçə reklamı ilə tez-tez rastlaşır. Küçə reklamı üçün bu
vacib tələblər mövcuddur: tez-tez gözə dəymək, diqqəti özünə cəlb etmək,
qısa olmaq, asanlıqla ayaqüstü oxunulmaq, aydın olmaq. Sadalanan tələblər
baxımından küçə reklamı yalnız qısa mətn və lakonik təsvir ilə təqdim edilə
bilən mallar üçün həyata keçirilməlidir. Eyni zamanda artıq tanınmış malla-
rın üstünlüklərindən və onların harada əldə olunması barədə xatırlatmada bu
reklamdan istifadə oluna bilər.
Beləliklə, küçə reklamı istehlakçıları əsasən xatırladır və ya da
məlumatlandırır.
«Public Relations» tə dbirlə ri – reklamverən təşkilatla cəmiyyətin
geniş təbəqələri arasında əlverişli əlaqələrin qurulmasına yönəldilmiş
kompleks tədbirlərdir. «Public Relations» tədbirlərinin başlıca məqsədi –
reklamverən təşkilata yüksək nüfuz, xoş təəssürat, müsbət qiymət və cəmiy-
yətin onun məhsuluna olan inamının yaradılmasıdır. Bütün bunların son
məqsədi istehsal olunan malların və təklif olunan xidmətlərin satışını sti-
mullaşdırmaqdır.
Бизнесин тяшкили вя идаря едилмяси
161
Bütün «Public Relations» tədbirlərinin müxtəlifliyini şərti olaraq
aşağıdakı kimi təsnifləşdirmək olar: prezentasiyalar, mətbuat konfransları,
simpoziumlar, zəruri ictimai tədbirlərin maliyyələşdirilməsi, sponsorluğu
(havadarlığı), mətbuatda və digər kütləvi informasiya vasitələrində (KİV)
nüfuz istiqamətli redaksiya materiallarının nəşri.
Kompyuterləşdirilmiş reklam – prinsipial surətdə reklam yayılma-
sının yeni vasitəsidir. Bununla yanaşı ənənəvi reklam vasitələrinin kompyu-
terləşməsi reklam kompaniyalarının hazırlanması və keçirilməsinə çoxlu
yenilik gətirib və bununla da onların effektivliyini əhəmiyyətli dərəcədə
artırıb. Kompyuterləşdirilmiş reklama kompyuter texnikasını, kompyuter
informasiyasını, kabel televiziyasını, videokataloq və telekataloq aiddirlər.
Bir çox dünya ölkələrində kompyuterləşdirilmiş reklam informasi-
yasının mənbələri fəaliyyət göstərirlər, buna misal olaraq xüsusiləşdirilmiş
kompyuter sistemlərinin bank məlumatlarını göstərmək olar, buraya reklam
verənlərin müəyyən vəsait ödədikləri, formaları və istehsal etdikləri mallar
(xidmətlər) barədə məlumatları aid etmək olar. Hər hansı bir məhsulun
alınmasında maraqlı olan potensial istehlakçılar bank məlumatlarına, telefon
və yaxud xüsusi terminallar vasitəsilə qoşulub və bir neçə saniyəyə lazımi
informasiyanı ala bilərlər. Xarici mütəxəssislərin fikirlərinə görə kompyu-
terləşdirilmiş reklam ən yaxın müddət ərzində digər reklam vasitələrini ciddi
olaraq sıxışdıra bilər.
11.3. İstehlak bazarında reklam fəaliyyətinin təşkili
Reklam fəaliyyətinin səmərəliliyinin ilkin şərti reklam məlumatlarının
metodiki və planlı şəkildə hazılanması və reklam proseslərinin hər bir
mərhələsində ondan düzgün istifadə etməkdir.
Reklam agentliklərinin yaradılması reklam fəaliyyətinin effektivliyi-
nin artırılmasına imkan yaradır. Reklam agentlikləri reklamı yüksək səviy-
yədə həyata keçirir, maliyyə vəsaitlərindən daha səmərəli istifadə edirlər.
Reklam agentlikləri konyunkturanın dəyərləndirilməsini, bazarı kompleks
tədqiq edilməsini həyata keçirirlər, onlar alınan məlumatın tez və dəqiq ha-
zırlanmasına imkan yaradan hesablayıcı texnika ilə təchiz olunurlar.
Reklam agentliklərinin xalq təsərrüfatındakı yeri və rolu onların ixti-
saslaşdırılması səviyyəsilə müəyyən olunur. Reklam agentlikləri ixtisaslan-
dırılmış koordinatorçu olaraq istehlakçıların və bütöv cəmiyyətin maraqları
çərçivəsində istehsal və ticarət arasında müsbət rol oynayır, səmərəli təklifə
yardım edir və əksinə, qeyri-səmərəli, yaxud vaxtından əvvəl olunmuş
təkliflərin həcmini məhdudlaşdırırlar.
Reklam prosesinin həyata keçirilməsində növbəti obyektlər iştirak
edirlər:
Бизнесин тяшкили вя идаря едилмяси
162
1. Reklamverə n – reklamın istehsalında, yerləşdirilməsində və yayıl-
masında informasiya mənbəyi olan hüquqi və fiziki şəxsdir. Sifarişə uyğun
olaraq reklamverən rolunda reklamın dəyərini istənilən ticarət və istehsalat
forması, bank, investisiya kompaniyası və xüsusi sahibkar çıxış edə bilər.
Reklamverənin başlıca funksiyaları aşağıdakılardır:
•
Reklam obyektinin müəyyən edilməsi;
•
Reklam üçün seçilmiş obyektin xüsusiyyətlərinin müəyyənləşdiril-
məsi (yaradılan reklam materiallarının reklam növləri, reklam təqdimatının
lazımi səviyyəsi);
•
Reklama sərf olunacaq xərclərin planlaşdırılması;
•
Çıxış materiallarının reklam agentliklərinə hazırlanıb verilməsi:
məqsədli istehlakçı qruplarını hesaba alaraq reklamın məqsədlərinin forma-
laşdırılması, reklam olunan obyektin başlıca üstünlükləri və xüsusiyyətlə-
rinə xüsusi diqqət yetirərək çıxış mətnlərinin hazırlanması, imkan daxilində
ə
mtəənin nümunəsinin nümayiş etdirilməsi;
•
Kütləvi informasiya vasitələrində reklam materiallarının yaradılması
və yerləşdirilməsi, həmçinin müxtəlif reklam tədbirlərinin keçirilməsi ba-
rədə müqavilənin reklam agentliyi tərəfindən hazırlanması;
•
Reklam materiallarının yaradılması zamanı reklam icraçısına kömək
göstərilməsi;
•
Eskizlərin, mətnlərin, yaradılmış reklam vasitələrinin ssenarilərinin
və reklam məhsulunun original olmasının təsdiqlənməsi;
•
Görülmüş işlərin haqqının ödənilməsi.
2. Reklam istehsalçısı
– yayılmağa hazır formada olan reklam infor-
masiyasını bütöv və ya hissə-hissə gətirilməsini həyata keçirən fiziki və ya
hüquqi şəxsdir.
3. Reklam yayıcısı
– əmlakın, o cümlədən radio və televiziya yayımı-
nın texniki vasitələrindən, eləcə də əlaqə kanallarından istifadə etməklə rek-
lam informasiyasının yerləşdirilməsi və yayılmasını həyata keçirən hüquqi
və ya fiziki şəxsdir.
Reklam agentlikləri bazarda əsas reklam istehsalçı və reklam yayı-
cısı qismində çıxış edirlər. Onları şərti olaraq bütün növ xidmətləri olan rek-
lam agentliklərinə və yalnız ayrı-ayrı xidmət növləri göstərən ixtisaslaş-
dırılmış agentliklərə bölmək olar.
Birinci qrupa yaradıcılıq fəaliyyətinin tədqiqatını və planlaşdırıl-
masını, reklam vasitələrinin hazırlanmasını, eləcə də qeyri-reklam xarakterli
xidmətlərin: «Public Relations» tədbirlərinin təmin olunmasını, qablaşdırıl-
manı, satış sərgilərinin təşkilini, prezentasiyalarını və s. həyata keçirən
agentliklər daxildirlər.
Son illər reklam praktikasında agentliklərin ixtisaslaşdırılması meyili
müşahidə olunur. Agentliklərin ixtisaslaşdırılması görulmüş reklam işlərinin
Бизнесин тяшкили вя идаря едилмяси
163
ayrı-ayrı növlərinin yaradıcılıq səviyyəsinin və keyfiyyətinin artırılmasına
kömək edir. Lakin bu cür agentliklər marketinq tədqiqatları sahəsində ki-
fayət qədər informasiyaya malik olunurlar ki, bu da reklam vasitələrinin
tətbiqində effektivliyin azaldılmasına gətirib çıxara bilər.
Marketinqin vacib funksiyalarından biri olan reklam bazar fəaliyyə-
tinin iştirakçılarının çox hissəsi tərəfindən həyata keçirilir. Müasir şəraitdə
reklam özünü iqtisadiyyatın bir sahəsi kimi 10 minlərlə reklam agentlik-
lərini və bürolarını özündə birləşdirir.
Reklam agentliklərinin inkişafı növbəti sahələrdən asılıdır:
Birincisi, reklam agentlikləri sistematik olaraq müxtəlif marketinq
vəziyyətləri ilə rastlaşırlar ki, bu da öz yerində istehlakçıların maraqlarının
daha dərindən dərk edilməsinə, təcrübə qazanmasına və öz kompetensiya-
sının artırılmasına şərait yaradır. Bu hal keyfiyyətli reklam vasitələrinin
yaradılmasına kömək edir və onların tətbiqinin effektivliyini xeyli artırır.
İ
kincisi, reklam agentlikləri müstəqil təşkilatlardır, reklamın ayrı-
ayrı rəhbərlərinin zövqündən bilavasitə asılıdır, ona görə də istehlakçıların
gözlənilən cavab reaksiyasına dair səhv informasiyaların olması istisna
deyil.
Üçüncüsü, reklam agentlikləri kütləvi informasiya vasitələri ilə sıx
ə
laqələrə malikdir və onlarda reklamı yerləşdirmək üçün yeri və konkret
vaxtı əldə edirlər.
Dördüncüsü, reklam agentliklərinin xidmətlərindən istifadə reklama
sistemli yanaşmanı təmin edir və reklamın effektivliyini xeyli artırır.
Reklam agentlikləri reklam prosesinin iştirakçıları kimi aşağıdakı
başlıca funksiyaları yerinə yetirirlər:
•
KİV ilə qarşılıqlı əlaqə yaradırlar, KİV-də sifariş yerləşdirir və on-
ların yerinə yetirilməsinə nəzarət edirlər;
•
Reklamverənlərin sifarişinə əsasən reklam məhsulunu yaradırlar,
yaradıcı və texniki mütəxəssislərin potensialından istifadə edərək kompleks
reklam kompaniyalarını və digər reklam tədbirlərinin planını işləyib hazır-
layırlar;
•
Reklamverənlər və KİV ilə hesablaşmalar aparırlar;
•
Mətbəə, studiya, reklam kombinatları və ştatdankənar mütəxəssis-
lərlə əməkdaşlıq edirlər.
Bazar şəraitində bir çox firma və təşkilatlar sual qarşısında qalırlar:
şə
xsi reklam xidmətini yaratmaq, yoxsa reklam agentliklərinin xidmətlə-
rindən istifadə etmək lazımdırmı? Şəxsi reklam xidmətinin təşkili təqdim
edilən işin həcmindən və reklam məqsədləri üçün ayrılmış məbləğdən ası-
lıdırmı?
Firmanın reklam xidmətinin təşkilati strukturu onun ölçüsündən,
vəsaitindən və fəaliyyət sahəsindən, məqsədli bazarın spesifik xüsusiyyət-
Бизнесин тяшкили вя идаря едилмяси
164
lərindən və istehsal olunan malların və xidmətlərin xarakteristikasından, fir-
manın marketinq kompleksi və marketinq strategiyasında reklamın yeri və
rolundan, reklam fəaliyyətinin həyata keçirilməsində firmanın müdiriy-
yətinin cəlb edilməsi dərəcəsindən asılıdır.
Reklam xidmətinin daxili strukturu xeyli çeşidliyi ilə xarakterizə
olunur. Kiçik firmalarda o, reklama cavabdeh olan marketinq şöbəsinin bir
ə
məkdaşı tərəfindən təqdim oluna bilər, nisbətən iri firmalarda isə ixtisas-
laşdırılmış struktur bölməsi yaradılır.
Reklam prosesində iştirak edən subyektlərdən: reklamverənləri, rek-
lam agentliklərini, KİV və reklam materiallarının hazırlanmasında reklam-
verənlərə və reklam agentliklərinə yardım edən subyektləri qeyd etmək olar.
Reklam prosesinin təşkilində başlıca rol reklamverən və reklam agent-
liklərinə məxsusdur.
Reklamverənlər ilə reklam agentlikləri arasında qarşılıqlı əlaqələr 3
başlıca istiqamətdə qurulur:
•
Reklamverən agentliyə nəyin, nə vaxt və nə cür olmasını diktə edir;
•
Reklamverən reklam agentliyinin onun sifarişi ilə nəyi və necə
etməsinə qətiyyən qarışmır;
•
Reklamverən ümumi həll taparaq birgə iş görür.
Reklam agentliyi ilə normal işin görülməsi üçün, xüsusən mürəkkəb,
yaradıcı işin görülməsində əmələ gələ biləcək fikir ayrılığı və mənfi halların
nizama salınması üçün müqavilə bağlamaq lazımdır. Hər bir reklamverən
müqavilə şərtlərini icra edərkən aşağıdakı qaydalara riayət etməlidir:
•
İş birliyi zamanı reklam agentliyinə bir partnyor kimi yanaşmaq;
•
Öz öhdəliklərini dəqiq, vaxtlı-vaxtında yerinə yetirmək;
•
Qərarları xəbərvermədən dəyişməmək.
Reklam müəssisənin kommersiya fəaliyyətinin mühüm hissəsidir, ona görə
də reklam müəssisənin biznes-planına uyğun həyata keçirilir. Reklam fəa-
liyyətinin planlaşdırılması müəssisənin məqsədlərini və ona çatmağın yol-
larını müəyyənləşdirməyə, habelə rəqabət şəraitində müəssisənin səmərəli
fəaliyyət göstərməsinə imkanı yaradır. Məqsədlərin qoyulması müəssisədə
reklamın istifadə olunma perspektivini müəyyən edir və onun effektivliyinin
dəyərləndirilməsi üçün şərait yaradır. Reklam planının hazırlanması zamanı
başlıca və ikinci dərəcəli məqsədlər müəyyən edilir. Başlıca məqsədi yazılı
şə
kildə qısa ifadə edilməlidir ki, ehtiyac olduqda səhvə yol verməyərək onu
tədricən dəqiqləşdirmək mümkün olsun. Əgər məqsəd dəqiq qoyulmayıbsa,
reklam fəaliyyətini uğurlu həyata keçirmək və onun nəticəsini dəqiq müəy-
yənləşdirmək mümkün deyil.
Reklam tədbirlərinin məqsədi qısamüddətli, ortamüddətli və uzun-
müddətli ola bilər. Məqsədin müəyyən olunması çox çətin, mürəkkəb və
Бизнесин тяшкили вя идаря едилмяси
165
yerinə yetirilməsi mümkün olmayan bir məsələdir. Məqsəd reallığı əks
etdirməli və müəyyən vasitələrlə əldə ediləbilən olmalıdır.
Təklif və tələbatdan asılı olmayaraq konkret mal, yaxud xidmət üzrə
reklam tədbirləri biznes-planın reklam bölməsində nəzərdə tutulur. Əmtəə
(xidmət) bazarında dəyişən şərtlər nəticəsində reklam planları müəssisəyə
qabaqcadan hərəkət planlarını müəyyən etmək imkanını verir.
İ
nkişaf etmiş firmalar özlərinin illik büdcələrini hazırladıqdan sonra
reklam tədbirlərini planlaşdırırlar. Müxtəlif firma və agentliklərin geniş
reklam xidmətlərinin spektri bu sahədə praktiki olaraq istənilən fikirləri və
niyyətləri həyata keçirməyə imkan yaradır.
Reklamın fəaliyyətinin planlaşdırılmasını 4 mərhələdə həyata keçir-
mək məqsədəuyğundur.
Birinci mərhələdə, reklam planının hazırlanmasında reklam şöbəsi
işçisinin bilavasitə iştirakı ilə strutkur bölmələrin rəhbərləri cəlb edilir. İlk
növbədə reklama ehtiyacı olan əmtəə və xidmətlərin siyahısı, sonra isə rek-
lamın həyata keçirilməsinin müddəti və vaxtı müəyyən edilir.
İ
kinci mərhələdə hər bir əmtəə və ya xidmət üzrə reklamın məqsəd-
ləri seçilir, KİV və onlarda reklamın yerləşdirilməsi müəyyənləşdirilir. Bu-
nunla yanaşı sözü gedən tədbir üçün əlavə reklam materiallarının hazırlan-
masının mümkünlüyünü nəzərə almaq lazımdır.
Üçüncü mərəhələdə reklama sərf olunacaq pul vəsaitlərinin real
miqdarı müəyyənləşdirilir, ayrılmış vəsaitlərdən asılı olaraq plan layihəsinə
düzəlişlər edilir.
Dördüncü mərhələdə müəyyən müddətə (kvartal, il) reklama olan
tələbatın son dəfə razılaşdırılması aparılır.
Ə
gər müəssisədə reklam planı hazırlanmayıbsa, onda bir qayda
olaraq təsadüfi seçim edilir və reklam təsadüfi yerləşdirilir ki, bu da onun
effektivliyini azaldaraq reklam xərclərini artırır.
Reklam kampaniyası bir-birilə əlaqəli reklam təblirləri sistemini özündə
təcəssüm etdirir. Reklam tədbirləri sistemi müəyyən bir müddəti əhatə edir
və reklamverənin konkret marketinq məqsədinə çatması üçün reklam va-
sitələrinin kompleksli istifadəsini nəzərdə tutur.
Reklam kampaniyasında reklam tədbirlərinin bir forması, bir rəng
çalarları olmalıdır və nəhayət onlar birlikdə tamlıq təşkil etməlidirlər.
Reklam kampaniyalarının keçirilməsi məqsədləri müxtəlif cür ola bilərlər:
•
Yeni malların və xidmətlərin bazara yeridilməsi;
•
Malların satışının stimullaşdırılması və xidmətlərin həcminin artırıl-
ması;
•
Bir əmtəəyə (xidmətə) olan tələbatın digərlərinə istiqamətlən-
dirilməsi;
•
Firmanın malının yaxşı (əlverişli) obrazının yaradılması;
Бизнесин тяшкили вя идаря едилмяси
166
•
Əmtəə və müəssisə barəsində alıcı və partnyorlarda stabillik
təəssüratının yaradılması.
Reklam kampaniyaları bir çox əlamətlərə görə təsnifləşdirilir:
1) Reklam edilənin əsas obyektinə görə: mal və xidmətlər; müəssisələr,
firmalar üzrə olan, yəni reklamverənin imicini yaradan reklam kampani-
yaları;
2) Təqib etdikləri məqsədlərə görə: daxiledici (yeridici), yəni yeni
malın və xidmətlərin bazara yeridilməsini təmin edən; təsdiqləyici – yəni
ə
mtəə və xidmətlərin satışının artımına imkan yaradan, xatırladıcı, yəni əm-
təəyə, xidmətə olan tələbatın saxlanılmasını təmin edən reklam kampa-
niyaları;
3) Ərazi əhatəsinə görə bölünürlər: yerli, regional, milli və beynəlxalq
reklam kampaniyaları;
4) İntensivlik (səmərəlilik) təsirinə görə düz (hamar), artan (çoxalan) və
azalan (zəifləyən) reklam kampaniyaları.
İ
stənilən reklam kampaniyasının keçirilməsi onun diqqətlə hazırlan-
masını tələb edir. Reklam kampaniyasının hazırlanma prosesi onun keçiril-
məsinin məqsəduyğunluğu və lazımlığının əsaslandırılması ilə başlayır.
Reklam kampaniyalarının planlaşdırılması zamanı marketinq vəziyyətinin
qiymətləndirilməsi və reklam məqsədlərinin müəyyənləşdirilməsi bir-
birindən ayrılmazdırlar.
Reklam kampaniyasını aşağıdakı ardıcıllıqla keçirilməlidir:
1. Marketinq situasiyasının analizi;
2. Reklam məqsədlərinin təyin edilməsi;
3. Məqsədli auditoriyanın müəyyənləşdirilməsi;
4. Reklam xərcləri smetasının tərtib edilməsi və onun icrasına nəzarət;
5. Reklam yayılması vasitələrinin seçimi;
6. Reklam mətninin (məlumatının) tərtib edilməsi;
7. Nəticələrin qiymətləndirlməsi.
Reklam kampaniyalarının hazırlanmasında başlıca məqsəd malın
alınması naminə səbəb və sübutların, eləcə də şüar, çağırış şəklində ifadə
olunan reklam kampaniyasının başlıca ideyasının müəyyən edilməsidir.
Reklamın hər bir vasitəsində yalnız o arqumentlər istifadə oluna bilər,
hansıki onun köməkliyi ilə daha effektiv təqdim etmək mümkündür.
Kampaniyanın keçirilməsi zamanı istifadə olunması nəzərdə tutulan
reklam vasitələrinin seçimində onların hər birinin hazırlanması və buraxılışı
müddəti nəzərə alınır. Reklam vasitələrinin yerləşdirilməsi regionunu,
yaxud digər tədbirlərin keçirilməsi yerini müəyyən etmək vacibdir.
Reklam kampaniyasının hazırlanmasının son mərhələsi onun keçi-
rilməsi və xərclər smetasının tərtib edilməsidir. Bu zaman alınmış yekun
məbləği reklamverənin reklam kampaniyasının keçirilməsinə ayrılmış vəsait
ilə müqayisə etmək lazımdır.
Бизнесин тяшкили вя идаря едилмяси
167
Dostları ilə paylaş: |