11.4. Reklam fəaliyyətinin effektivliyi
Ayrı-ayrı reklam vasitələrinin insan şüurunu psixoloji və iqtisadi
təsirinin effektivliyinə aid edirlər. Hətta psixoloji təsir daha səmərəlidir,
ə
gər o, potensial istehlakçıları satın almağa yönəldirsə. Beləliklə, reklamın
iqtisadi effektivliyi onun insani psixoloji təsirinin dərəcəsindən asılıdır.
Reklamın iqtisadi effektivliyini çox vaxt onun əmtəə dövriyyəsinə
olan təsirinin ölçülməsi ilə müəyyən edirlər. Reklamın göstərdiyi effek-
tivliyinin daha dəqiq müəyyənləşdirilməsi, yalnız o vaxt mümkün ola bilər
ki, əgər əmtəənin satış həcminin çoxalması dərhal reklamın təsirindən sonra
baş verir. Bu, xüsusən gündəlik tələb olunan yeni malların reklamı zamanı
mümkündür.
Reklamın iqtisadi effektivliyi alınan iqtisadi nəticə ilə müəyyən edi-
lir ki, bu reklam kampaniyasının keçirilməsi və ya reklam vasitəsinin tətbiqi
zamanı əldə edilir. İqtisadi nəticə ona sərf olunan xərclərin və reklamın
təsirindən alınan əlavə əmtəə dövriyyəsi və gəlirə olan nisbətilə müəyyən
edilir. İqtisadi effektin hesablanması üçün aşağıdakı düsturdan istifadə
etmək olar:
Burada, G – reklamın iqtisadi effektivliyi, manat;
T
ə
– reklam təsiri nəticəsində əlavə əmtəə dövriyyəsi, manat;
H
t
– əmtəəyə ticari əlavəsi, realizə olunan qiymətə %-lə;
U
r
– reklama sərf olunan xərclər, manat;
U
ə
– əmtəə dövriyyəsinin artımına əlavə xərclər, manat.
Bu zaman biz reklam tədbirinin keçirilməsindən alınan effekti onun
həyata keçirilməsinə sərf olunan xərc ilə müqayisə edirik. Bu cür
müqayisələndirilmənin nəticələri 3 variantda ifadə olunur:
1) Reklam tədbirinin effekti – onun keçirilməsinə sərf olunan xərclərə
bərabərdir.
2) Reklam tədbirinin effekti – onun keçirilməsinə sərf olunan
xərclərdən çoxdur (gəlirlidir).
3) Reklam tədbirinin effekti – onun keçirilməsinə sərf olunan
xərclərdən azdır (zərərlidir).
Lakin müxtəlif reklam tədbirlərinin keçirilməsinə sərf olunan xərclərin
iqtisadi effektivliyinin müqayisəsi üçün göstərilən dəlillər yetərli deyildir.
Reklama sərf olunan xərclərin effektivliyini daha dəqiq onun rentabelliyi
(gəlirliliyi) xarakterizə edir.
T
ə
x Ht
G = -------------- - (U
r
+ U
ə
),
100
Бизнесин тяшкили вя идаря едилмяси
168
Reklamın rentabelliyi (gəlirliliyi) – əldə olunan gəlirin sərf olunan xərclərə
nisbətidir. O, aşağıdakı düsturla hesablanır:
U
Mx
R
100
=
Burada, R - əmtəənin reklam olunmasının rentabelliyi, %;
M - əmtəənin reklam olunmasından alınan gəlir, manat;
U - konkret mala olan reklamın xərcləri, manat.
Reklam vasitələrinin psixoloji təsirinin effektivliyi istehlakçı əha-
təsinin sayı, reklam vasitələrinin insan yaddaşında həkk olunan parlaqlığı və
təəssüratın dərinliyi və ditqqəti cəlbetmə dərəcəsilə xarakterizə olunur.
Reklamın istehlakçıya göstərdiyi psixoloji təsirin effektivliyini
sorğu, təcrübə və müşahidə yolu ilə müəyyən etmək olar.
Müşahidə metodu
istehlakçıya ayrı-ayrı reklam vasitələrinin təsirinin
öyrənilməsində (araşdırılmasında) istifadə olunur. Bu metod passiv xarakter
daşıyır, belə ki, müşahidəçi alıcıya heç bir təsir göstərmir, əksinə mü-
ş
ahidəni ona bildirmədən aparır. Eyni zamanda müşahidə metodu təbii
şə
raitdə istehlakçının müəyyən reklam vasitəsilə bilavasitə əlaqəsi zamanı
reklamın psixoloji təsirini dəyərləndirməyə imkan verir.
Müşahidə metodu ilə yanaşı təcrübə metodu da geniş istifadə olunur
və aktiv xarakter daşıyır. Burada reklamın psixoloji təsirinin öyrənilməsi
təcrübəçilərin yaratdıqları süni şəraitdə baş verir. Təcrübəçi malların yerini
dəyişir və alıcıların reaksiyalarının dəyişilmələrini müşahidə edir, reklam
vasitələrinin müxtəlif kombinasiyalarını yarada bilər və alıcıların reak-
siyalarını müqayisə edərək onların içindən ən sərfəlisini seçə bilər.
Reklam vasitələrinin effektivliyinin xarici ölkələrdə keçirilmiş təc-
rübələr yolu ilə öyrənilməsi xüsusilə geniş inkişaf tapmışdır. Vitrin ekspozi-
siyasının, qablaşdırılmanın, mətbuatda elanın, radio və ya televiziya rekla-
mının alıcılara olan təsirinin müəyyənləşdirilməsi zamanı bu metoddan
istifadə olunur.
Sorğu metodu
da reklamın psixoloji təsirini müəyyənləşdirilməsinin
aktiv metodlarına aiddir. Bu metod çox zəhmət tələb edir, ancaq digər
metodlardan daha dürüstüdür, çünki o, bilavasitə alıcının özündən, nəinki
ümumilikdə reklam vasitəsinin özünə münasibəti, həm də bu vasitənin ayrı-
ayrı tərkib hissələri barədə münasibətini ayırd etməyə imkan verir. Sorğu
üsulundan istifadə etməklə reklam vasitəsinin alıcılara olan təsirini dəyər-
ləndirir və reklam vasitəsinin tərtib edilməsinin hansı elementlərinin özünə
daha çox diqqət cəlb etmələrini və daha yaxşı yadda qalmalarını müəy-
yənləşdirmək mümkündür.
Бизнесин тяшкили вя идаря едилмяси
169
Reklam tədbirinin, yaxud reklam vasitəsinin effektivliyi reklam
vasitəsilə cəlb edilmiş istehlakçının sayı, həmçinin bir tamaşaçıya, oxucuya
sərf olunmuş xərclərin həcmi ilə ifadə edilə bilər.
Reklam vasitələri tez-tez dəyişirlər. Şübhəsiz ki, gələcəkdə yeni
qəzetlər, jurnallar nəşr olunacaqlar, radio və televiziya qorunub saxlanılacaq
və onlara daha hansı reklam vasitələrinin qoşulacağını, hansıların öz möv-
qelərini möhkəmləndirəcəklərini, hansıların isə tamamilə silinəcəklərini
təsəvvür etmək çətindir.
Reklamda əsas məqsədlərdən biri də – yeni reklam vasitələrilə
tanışlıqdır, bu ona görədir ki, onların içindən reklamın xərcini çıxardan təsir
və əhatə sahəsini artıracaq vasitələrdən istifadə mümkün olsun.
Qeyd etmək lazımdır ki, hazırda bəzi ölkələrdə firmalar reklamı
özünə xidmət mağazalarının müştərilərinin istifadə etdikləri arabalara
quraşdırılmış video sistemlərdə yerləşdirir, konfrans zalları və təyyarə sa-
lonlarında göstərilən video verilişlərdə reklam materiallarını nümayiş etdi-
rirlər. Kinoteatrlarda seansdan əvvəl video çarxları nümayiş etdirilir. Gə-
ləcəkdə qəzet və jurnallar abunəçiyə kompyuter və videoxəbər şəklində mo-
dem və disket, yaxud kompakt diskdə çatdırılacaqlar. Abunəçilər onları ma-
raqlandıran məlumatı elektron yolu ilə çeşidləyib axtara və onları maraq-
landırmayanlara tamamilə əhəmiyyət verməyəcəklər.
Gələcəyin reklam vasitələrinə aiddir: elektron telefon sorğu kitabı,
kompyuter şəbəkələri, geyimdəki reklam, kitablara qoyulan reklam əla-
vələri, telefon reklamı, telefaksın marketinq üçün istifadə olunması, televi-
ziya verilişləri və filmlərin premyeraları ilə əlaqəli bazarda məhsulun irə-
liləyişi, videokasetlərdəki reklam, avtomatik cavablandırıcıdakı reklam,
holoqramlar, ünsiyyət qurula biləcək videosistemlər, peyk vasitəsilə ötürü-
lən reklam. Bunlar reklam olunmaq arzusunda olan firmalar, şirkətlər üçün
yeni imkanlardan bəziləridir.
Bəlkə də hansısa bir elm dahisinin beynində növbəti yüzilliyin ən
qüdrətli KİV yaradılmaqdadır?
Yeni reklam vasitələrini dəyərləndirərkən aşağıdakı suallara cavab
tapılmalıdır:
•
reklam vasitəsi sizin məqsədli bazarınıza müvəffəq olacaqmı?
•
onun müştərilərə olan təsiri yetərincədirmi?
•
sizin mövqeyinizə uyğun olaraq onu istifadə etmək olarmı?
Ə
lbəttə ki, risk hər zaman mövcuddur. Böyük gələcəyi olan reklamın yeni
növləri, əgər onların müvafiq şəkildə inkişafı üçün sizin imkanınız və
bacarığınız yetmirsə bu zaman onlar sizi təmamilə məyus edə bilərlər. Ən
mükəmməl reklam vasitələridə də çatışmamazlıqlar ola bilər, bundan əlavə
çox vaxt hətta tədqiqatlar yeni reklam vasitəsinin kifayət qədər effektivli
olacağını göstərsələr də insanlar onu qəbul etmirlər. Ona görə də, sağlam
Бизнесин тяшкили вя идаря едилмяси
170
düşüncəyə arxalanaraq hərəkət etmək lazımdır, lakin bununla belə daha
effektivli reklam vasitələrinə göz yummaq olmaz. Hansı reklam vasitəsinin
tətbiqi planlaşdırılırsa həmin vasitədən uzunmüddət istifadə etmək lazımdır,
çünki onun bəhrəsini görmək olar.
Hər bir reklam agenti çox vaxt firma rəhbərlərindən eşidir:
Mənim bəxtim gətirir! Mənə reklam lazım deyil.
Mənim bəxtim gətirmir! Reklama vaxtım yoxdur.
Bəlkə də, bir çox reklam agentlərinə bir gün ərzində belə fikirlər
eşitmək nəsib olub! Amma ağıllı rəhbər həm çiçəklənmə dövründə, həm də
böhran zamanı reklam olunur.
Firmanın işləri yaxşı getdikdə reklam ona daha yaxşı inkişaf etməyə
kömək edir. Əgər sizə elə gəlsə ki, hər bir potensial müştəri artıq sizin
maldan, xidmətdən istifadə edir, siz, hətta o zaman reklam olunmalısınız.
Bu vaxt reklam artıq mövcud müştərilərin loyallığını saxlamağa və eyni
zamanda yenilərini tapmaqda kömək edir.
Reklam böhrana üstün gəlməkdə kömək edə bilər. Reklam üzrə
amerikalı mütəxəssis Mixael Fitscerald «Ze Puqet Saund Biznes Dcornal»
qəzetində Harvard universitetində 1927-ci ildən indiki vaxta kimi keçirilmiş
tədqiqatların nəticələrini dərc etdirmişdir. Tənəzzül vaxtlarından başlayaraq
reklama vəsait ayıran firmaların və əksinə hərəkət edənlərin inkişafı
dəyərləndirilmişdir. O, tədqiqatların nəticələrini araşdırarkən müəyyənləş-
dirmişdir ki, «reklam olunmayan firmalar, bazardan itmişlər».
Belə ehtimal olunur ki, sizin rəqiblər böhran vaxtı reklamın intensiv-
liyini azaldacaqlar. Əgər siz öz reklamınızı əvvəlki həcmdə saxlaya bilsəniz,
bu halda siz əmtəə bazarında daha gözə çarpan olacaqsınız.
Yaxşı reklam – ardıcıl olan reklamdır, hansı ki, məlumatı həm çiçək-
lənən, həm də böhran zamanı çatdırır. Ardıcıllıq – reklamın effektivli və
özünü doğruldan olması üçün zəruri şərtdir.
Ə
gər siz məlumatı məqsədli bazara çatdırmaq üçün reklam va-
sitələrini düzgün seçsəniz güclü mətn və şəkillərdən istifadə edin - sizin
reklam effektivli olacaqdır. Əgər KİV ilə əlaqələri düzgun təşkil edə
bilsəniz, sərf olunmuş vəsaitlə müqayisədə istehlakçıların yaxşı reaksiyasını
təmin edəcək KİV-ni düzgün seçsəniz, reklamınızın fəsilin uyğun vaxtında
efirə çıxmasının qeydinə qalsanız – sizin reklam həm də xərcini çıxara-
caqdır. Bir sözlə, nəticə etibarı ilə reklam o deməkdir ki, siz özünüzü düz-
gün aparırsınız, biznes fəaliyyətinizi düzgün həyata keçirirsiniz.
Бизнесин тяшкили вя идаря едилмяси
171
XII FƏ Sİ L. Bİ ZNESİ N TƏŞ Kİ LATİ
STRUKTURUNUN SEÇİ LMƏ Sİ
12.1. Təş kilati strukturun mahiyyə ti və ə hə miyyə ti
Bazar iqtisadiyyatına keçid müəssisələrin texnoloji, istehsal və
təşkilati potensialı və bazarda alıcıların əsas qruplarının tələbləri arasında
uyğunsuzluqları aşkara çıxartdı. Bu müəssisələrdə restrukturizasiya pro-
sesinin həyata keçirilməsi və onun çərçivəsində müəssisənin təşkilati struk-
turunun dəyişilməsi üçün əsas zəmin yaratdı. Milli müəssisələr hələ bazar
iqtisadiyyatının effektiv subyektinə çevrilməyib, buna görə də onların bazar
şə
raitinə uyğunlaşmasının təsərrüfat mexanizminin yaradılması önəmli
məsələdir.
İ
darəetmənin effektiv təşkilati strukturunun işlənib hazırlanması
müəssisənin xarici mühitə uyğunlaşması strategiyasının reallaşdırılmasının
zəruri şərti hesab edilir.
İ
darəetmə sisteminin formalaşması və inkişafı problemləri yerli və
xarici ölkə alimlərindən İ.X.Ankof, L.A.Bazileviç, V.N.Burkov,
S.A.Valyev, P.Druker, B.Z.Milner, T.Ə.Quliyev,
Z.A.Səmədzadə,
Ə
.X.Nuriyev, K.A.Şahbazov, T.Ə.Hüseynov, T.N.Əliyev və başqalarının
ə
sərlərində geniş tədqiq edilmiş, sanballı monoqrafiyalar və dərsliklər nəşr
olunmuşdur. Bununla belə idarəetmənin təşkilati strukturunun effektiv-
liyinin qiymətləndirilməsi problemi hələlik iqtisadi ədəbiyyatlarda kifayət
qədər şərh edilməmişdir. Müəssisənin xarici və daxili mühit amillərinin
təsirini nəzərə almaqla idarəetmənin effektiv təşkilati strukturunun forma-
laşması məsələlərinin elmi tədqiqinə böyük ehtiyac vardır.
Menecmentin ən mühüm anlayışlarından biri olan təşkilati struktur
idarəetmənin məqsədləri, funksiyaları və prosesləri, menecerlərin işi və on-
ların arasında səlahiyyətlərin bölünməsi ilə sıx əlaqədardır. Təşkilati struk-
tur çərçivəsində bütün idarəetmə prosesi baş verir və onda menecerlər
bilavasitə iştirak edirlər.
Bazar münasibətləri şəraitində müəssisənin (biznesin) idarə edilmə-
sinin təşkilati strukturu ətraf mühitdə baş verən dəyişikliklərə daha çevik şə-
kildə uyğunlaşma qabiliyyətinə malik olmalıdır. Mütəxəssislər hesab edirlər
ki, biznes subyektlərinin, yəni müəssisə, firma və şirkətlərin vahid ideal
idarəetmə modeli yoxdur. Belə ki, onların hər biri unikaldır və özləri üçün
ə
n effektiv idarəetmə forması seçməyə çalışır. İdarəetmə fasiləsiz prosesdir,
çünki müəssisənin özü və onun biznes mühiti daim dəyişikliyə məruz qalır.
Müəssisənin müasir idarəetmə strukturu mümkün qədər sadə və
çevik olmalı, qarşıya qoyulan məqsədə nail olmaq üçün bütün resurslardan
maksimum səmərəli istifadə olunması istiqamətində konkret tədbirlərin
Бизнесин тяшкили вя идаря едилмяси
172
həyata keçirilməsini təmin etməlidir. İdarəetmənin təşkilati strukturunun
başlıca meyarı müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyinin
yüksəldilməsini və rəqabət qabiliyyətinin artırılmasını təmin etməkdir ki, bu
kiçik biznes üçün xüsusilə vacibdir. Həmin şərtlərə riayət etmədən kiçik
biznes subyektlərinin fəaliyyətində uğur qazanmaq çox çətindir.
Müəssisənin təşkilati strukturu qarşıya qoyulan məqsəd və vəzifələ-
rin uğurla yerinə yetirilməsi vasitəsidir. Məhz buna görə də idarəetmənin
təşkilati strukturunun qurulması məqsəd və strategiyanın müəyyənləşdiril-
məsindən başlanır.
İ
darəetmənin təşkilati strukturu idarəetmə sferasında əmək bölgüsü
formasını ifadə edir və idarəetmə sisteminin fəaliyyət prosesinə fəal təsir
göstərir. İdarəetmə strukturu nə qədər təkmil olarsa, idarəetmə obyektinə
qarşılıqlı təsirin effektivliyi və biznesin nəticələri bir o qədər yüksək olar.
İ
darəetmə strukturu dedikdə bir-biri ilə sabit əlaqələrdə olan və vahid tamlıq
kimi fəaliyyətini təmin edən qarşılıqlı uzlaşdırılmış elementlərin qaydaya
salınmış məcmusu başa düşülür. Strukturun elementləri kimi idarəetmə
aparatının bölmələri və halqaları, eləcə də ayrı-ayrı işçiləri çıxış edirlər.
Onların arasında mövcud münasibətlər şaquli və üfüqi əlaqələr əsasında hə-
yata keçirilir. Üfüqi əlaqələr razılaşdırmaq xarakterinə malik olaraq əsasən
birpilləli olurlar. Şaquli əlaqələr isə tabeçilik kimi xarakterizə olunur. Bu
ə
laqələrin yaranmasına tələbat idarəetmədə iyerarxiyalığın, bir neçə
idarəetmə pillələrinin mövcud olmasında meydana çıxır. Bununla yanaşı
idarəetmə strukturunda mövcud olan əlaqələr xətti və funksional xarakterə
malik ola bilər. Xətti əlaqələr idarəetmə qərarlarının və informasiyanın
təşkilatın və onun ayrı-ayrı bölmələrinin fəaliyyətinin nəticələrinə görə tam
məsuliyyət daşıyan xətti rəhbərlərin arasında hərəkətini ifadə edir. Funk-
sional əlaqələr isə idarəetmə qərarlarının və informasiyanın idarəetmənin bu
və ya digər funksiyaları üzrə hərəkətini ifadə edir.
İ
darəetmə prosesi, yəni informasiyanın hərəkəti və idarəetmə qə-
rarlarının qəbulu prosesi idarəetmə strukturu çərçivəsində həyata keçirilir və
bu prosesin iştirakçıları arasında idarəetmə funksiyaları və məsələləri
bölüşdürülərək onların icrasını təmin etmək məqsədilə səlahiyyət və məsu-
liyyət həddi müəyyən edilir. Bu baxımdan idarəetmə strukturuna menec-
mentin məqsədlərinin reallaşdırılmasına istiqamətlənən və idarəetmə pro-
sesinin həyata keçirilməsi çərçivəsini müəyyən edən idarəetmə fəaliyyətinin
bölgüsü və kooperasiyası forması kimi yanaşmaq olar.
Beləliklə, idarəetmə strukturu müxtəlif vəsilələr üzrə bölüşdürülmüş
bütün məqsədləri özündə cəmləşdirir. Bu vəsilələr arasında mövcud olan
ə
laqələr məqsədlərin həyata keçirilməsi üzrə ayrı-ayrı hərəkətlərin əlaqə-
ləndirilməsini təmin edir. Buna görə də idarəetmə strukturuna fəaliyyət
mexanizminin xarakteristikasının əks tərəfi kimi, yəni idarəetmə sisteminin
struktur əlaqələrinin reallaşdırılması prosesi kimi yanaşmaq mümkündür.
Бизнесин тяшкили вя идаря едилмяси
173
Strukturun idarəetmənin mühüm anlayışları ilə – onun məqsədləri,
funksiyaları, prosesi, fəaliyyət mexanizmi, insanlar və onların səlahiyyəti ilə
ə
laqəsi onun təşkilatın hərtərəfli fəaliyyətinə mühüm təsir göstərməsini
təsbit edir. Məhz buna görə də bütün idarəetmə səviyyələrinin menecerləri
idarəetmə strukturunun formalaşdırılması prinsiplərinə və metodlarına, onun
tiplərinin və variantlarının seçilməsinə, formalaşdırılmasına dair mövcud
olan yanaşmalardan istifadə edilməsinə və təşkilatın məqsəd və vəzifələrilə
uyğunluğunun qiymətləndirilməsinə böyük diqqət yetirirlər.
Xarici mühitin dəyişilməsi müəssisənin inkişaf strategiyasının
dəyişilməsinə, daha sonra təşkilati strukturun yenidən qurulmasına gətirib
çıxarır (şəkil 12.1.).
Şə
kil 12.1. Müəssisənin təşkilati strukturu
Müəssisənin idarəetmə strukturu içərisində texnoloji, istehsal, ma-
liyyə, sosial və informasiya struktur növlərini xüsusi vurğulamaq lazımdır.
Texnoloji struktur maddi-texniki proseslərin xarakteri, istifadə olu-
nan avadanlıqların tipi, istehsal güclərinin ixtisaslaşması ilə müəyyən edilir.
İ
stehsal strukturu – istehsal bölmələri, istehsal-texniki baza element-
lərinin onların məkan yerləşməsi nöqteyi-nəzərdən nizamlanmış məc-
musudur.
Maliyyə strukturu – müəssisənin istehsal-təsərrüfat fəaliyyəti prose-
sində onun effektiv işləməsini və inkişafını təmin edən maliyyə münasi-
bətlərinin nizamlanmış məcmusudur. Maliyyə strukturu məsuliyyət mər-
kəzləri konsepsiyasının reallaşdırılması nəticəsində formalaşır.
Müəssisənin məqsədi
Strateji konsepsiya
Məqsədyönlü strategiya
Təşkilati model
İ
darəetmənin təşkilati
strukturu
Xarici
şə
rait
Təşkilati
konsepsiya
Rəhbərin
iş stili
Ə
vvəlki
təcrübə
Бизнесин тяшкили вя идаря едилмяси
174
Sosial struktur işçilərin peşə-ixtisasına, cinsinə, yaşına, milli
tərkibinə və ixtisas səviyyəsinə görə müəssisələr üzrə bölgüsünü xarakterizə
edir.
İ
nformasiya strukturu – resurs kimi informasiyadan məqsədyönlü
istifadəni müəyyənləşdirən qayda, texniki vasitələr və kommunikasiya
şə
bəkəsinin məcmusudur. Effektiv informasiya strukturu həm strateji, həm
də taktiki və operativ səviyyələrdə bütün üç faza (informasiyanın axtarışı,
emalı və bölgüsü) üzrə informasiya proseslərinin planlaşdırılmasını, təş-
kilini, koordinasiyasını və nəzarətini təmin etməlidir.
İ
darəetmə strukturlarının əsas növlərinin qarşılıqlı əlaqəsi şəkil
12.2.-də təqdim edilmişdir.
Şə
kil 12.2. Müə ssisə nin təş kilati strukturlarının tiplə ri
Təşkilati strukturların müxtəlifliyi onların arasında qarşılıqlı mü-
nasibətlərin qurulmasını tələb edir. Qarşılıqlı əlaqəli strukturlar içərisində
idarəetmənin təşkilati strukturu xüsusi yer tutur, yəni qoyulmuş məqsədə
nail olunması üzrə inteqral effektin alınması üçün elementlərin qarşılıqlı
hərəkətini qaydaya salır.
Beləliklə, müəssisənin təşkilati strukturu idarəetmə sisteminin qar-
ş
ılıqlı əlaqəli və qarşılıqlı şərtlənən elementlərinin, münasibətlərin tərkibi,
qarşılıqlı yerləşməsi və dayanaqlılıq dərəcəsinin nizamlanmış məcmusunu
İ
stehsal strukturu
Funksiyaların strukturu
İ
darəetmənin təşkilati
strukturu
Maliyyə strukturu
Təkraristehsal strukturu
Məqsədlərin strukturu
Texnoloji struktur
Бизнесин тяшкили вя идаря едилмяси
175
ifadə edir, hansı ki, onun bütöv tam halında məqsədyönlü inkişafını təmin
edir.
Təşkilati idarəetmə strukturu müəssisənin maliyyə-təsərrüfat fəa-
liyyətinin bütün tərəflərinə böyük təsir göstərir. Belə ki, idarəetmə strukturu
funksional bölmələrin əməkdaşlıq əlaqələrinin və onların fəaliyyətinə
nəzarətin təşkilinin effektivliyini, xarici mühitin dəyişilməsinə müəssisənin
çevik şəkildə uyğunlaşması qabiliyyətini müəyyən edir.
Dostları ilə paylaş: |