FQANISTAN.
Ə
mənulla xanın Əfqanıstanın əmiri olamsı və Əfqanıstanın
müstəqilliyinin elan edilməsi (1919). Sovet Rusiyasının ilk
olaraq Əfqanıstanın müstəqilliyini tanıması. İngilis-əfqan
müharibəsi. İngiltərənin Əfqanıstanın müstəqilliyini tanıması
(1919). I konstitusiya (1923). Əmənulla xan hökumətinin
islahatları. 1924-1925-ci illərdə qiyamların baş verməsi.
Ə
mənulla xanın devrilməsi (1928). 30-cu illərdə ölkənin daxili
durumu.
Ə
fqanıstan II dünya müharibəsi illərində.
II dünya müharibəsindən sonra ölkənin sosial-iqtisadi
quruluşu. İctimai münasibətlərdə arxaik formaların saxlanıl-
ması. Amerika kapitalının nüfuzu. Müstəmləkə siyasətinə qarşı
müqavimətin artması.
Sovet-əfqan əməkdaşlığının genişlənməsi. 1964-cü il konsti-
tusiyası və siyasi həyatın fəallaşması. İqtisadi sahədə çətinlik-
lərin dərinləşməsi. Şah rejiminin böhranı. 1973-cü il çevrilişi və
25
Ə
fqanıstanın respublika elan edilməsi. M.Davud hökumətinin
siyasəti.
Ə
fqanıstan Xalq Demokratik Partiyasının SSRİ-nin əli ilə
dövlət çevriliş etməsi. Əfqanıstan Demokratik Respublikasının
elan edilməsi (1978). M.Tərakinin Əfqanıstanın İnqilab
Ş
urasının sədri olması. H.Əminin onu devirməsi. Sovet xüsusi
hərbi dəstələrinin Kabildə prezident sarayını tutması və Əminin
vəzifədən
kənarlaşdırılması.
B.Karməlin
Ə
fqanıstanın
prezidenti elan edilməsi. Sovet qoşunlarının Əfqanıstana
yeridilməsi (1979). Sovet ordusuna qarşı mütəşəkkil
müqavimətin təşkil edilməsi. ABŞ və Pakistanın sovet işğalına
qarşı mübarizə aparan mücahidləri dəstəkləməsi.
Nəcibullanın hakimiyyətə gəlməsi (1986). Milli barışığa
çağırış. Sovet qoşununun Əfqanıstandan çıxarılması (1989).
Hökumətin mücahidlərlə mübarizəsi. Mücahidlərin Kabili
tutması (1992). B.Rəbbaninin prezident elan edilməsi.
Hakimiyyət uğrunda daxili mübarizə (1996).
Taliban hərəkatının yaranması (1995). Taliblərin Kabili ələ
keçirməsi (1996). Ölkənin islam əmirliyi elan edilməsi.
Taliblərin daxili siyasəti. Taliblərin bütün Əfqanıstan ərazisinə
nəzarət etməsi (1999). Taliblərə qarşı Şimal alyansının təşkili.
Ş
imal alyansının taliblər üzərində qələbəsi (2001). Ölkənin
Ə
fqanıstan respublikası elan edilməsi. 2004-cü il konstitusiyası.
X.Karzayın pezidentlik dövrü.
NATO qoşunlarının Əfqanıstana daxil olması. Vətəndaş
müharibəsinin davam etməsi. ABŞ ordusunun Əfqanıstandan
çıxmasından sonra ölkədə siyasi vəziyyət.
PAKISTAN.
Hindistan ərazisinin bölünməsi nəticəsində Pakistan
dövlətinin yaranması. İslahatların keçirilməsi. Respublika elan
edilməsi (1956). Siyasi qeyri-sabitlik (1957-1958). Hakimiyyətə
26
hərbiçilərin gəlməsi. M.Eyybxan hökumətinin iqtisadi siyasəti.
1962-ci il konstitusiyası.
Pakistanın xarici siyasəti. Hindistanla münasibət. Şərqi
Pakistanda milli hərəkat. 1969-cu ildə siyasi böhran və Yəhya
xan hakimiyyətinin qurulması. Yeni hökumətin daxili siyasəti.
İ
lk dəfə olaraq Pakistanda parlament seçkilərinin keçirilməsi.
Benqalların Şərqi Pakistanda azadlıqları uğrunda mübarizəsi.
Hindistan-Pakistan müharibəsi. Hərbi rejimin süqutu.
Z.Bhutto
hökumətinin
sosial-iqtisadi
kursunun
xüsusiyyətləri.
1973-cü
il
konstitusiyası.
Müxalifət
partiyalarının Bhutto hökumətinə qarşı mübarizəsi.
1977-ci il hərbi çevrilişin səbəbləri. Ziya-ül-Həqq hərbi
rejiminin iqtisadi siyasəti. İslamın dirçəldilməsi və dünyəvi
dövlət prinsiplərindən imtina edilməsi tələbləri. Pakistan İslam
Respublikasının elan edilməsi (1979).
Ziya-ül-Həqqin ölümündən sonra keçirilən parlament
seçkilərində Pakistan Xalq Partiyasının qələbəsi. Bənazir
Bhuttonun baş nazir vəzifəsini tutması. Fövqəladə vəziyyətin
ləğvi, demokratik hüquqların, azadlıqların qaytarılması
tədbirləri.
1990-cı
ildə
Bənazir
Bhuttonun
istefaya
göndərilməsi, baş nazir vəzifəsini N.Şərifin tutması.
90-cı illərdə nüvə proqramının inkişafı. Pərviz Müşərrəf
tərəfindən hərbi çevrilişin edilməsi (1999).
2000-ci ildən Pakistanın Şimal-Qərb regionunun Taliban
hərəkatının dayağı olması. 11 sentyabr 2001-ci ildən sonra
rəsmən Pakistanın Taliban rejimini dəstəkləməyə son qoyması.
2008-ci il parlament seçkilərində Xalq Partiyasının çox səs
qazanması və Pakistan Müsəlman Cəmiyyəti ilə birgə alyans
təşkil etməsi. P.Müşərrəfin prezidentlikdən getməsi (2008).
Prezident seçkilərində Asif Əli Zərdarinin qələbəsi. Zərdarinin
daxili və xarici siyasəti.
Ə
RƏB ÖLKƏLƏRI
.
27
İ
RAQ.
İ
raq ərazisinin I dünya müharibəsi illərində ingilis işğalı
altında olması. 1920-ci ildə Böyük Britaniya tərəfindən müasir
İ
raq dövlətinin yaradılması. Onun tərkibinə Osmanlı
imperiyasının üç əyalətinin – Bəsrə, Mosul və Bağdadın
salınması. 1920-ci ildə Millətlər Cəmiyyəti tərəfindən Böyük
Britaniyaya İraqın idarə olunması məqsədi ilə 1932-ci ilə kimi
qüvvədə olmuş mandatın verilməsi.
İ
raq krallığının elan edilməsi. Aqrar münasibətlər . Dünya
iqtisadi böhranının İraq iqtisadiyyatına təsiri. II dünya
müharibəsi ərəfəsində İraq uğrunda mübarizə.
II dünya müharibəsindən sonra 1947-ci ilin payızına kimi
ingilis qoşunlarının İraqda qalması. Milli-azadlıq hərəkatının
yüksəlişi.
İ
raqın Bağdad paktına qoşulması (1955). Monarxiyanın
devrilməsi və respublikanın elan edilməsi (1958). Aqrar
islahatların keçirilməsi. İraqın Bağdad paktından çıxması
(1959). İraqın daxili və xarici siyasəti. 1963-cü il ölkədaxili
hadisələr. 1968-ci il çevrilişi.
Neft sənayesinin milliləşdirilməsi prosesinin sona yetməsi.
Səddam Hüseynin hakimiyyətə gəlməsi (1979).
İ
ran-İraq müharibəsi (1980-1988). Küveytin tutulması
(1990). “Səhrada Tufan” hərbi əməliyyatı nəticəsində İraqın
məğlubiyyəti və Küveytin suverenliyinin bərpa olunması
(1991). İraqa qarşı BMT-nin sanksiyalarının tətbiqi və onun
nəticələri.
Beynəlxalq koalisiya qoşunlarının İraqa müdaxiləsi və
Səddam rejiminin devrilməsi (2003). Səddamın edamı (2006).
Ölkədə qeyri-sabitliyin hökm sürməsi. ABŞ hərbi
hissələrinin İraqdan çıxarılması və hakimiyyəti yeni İraq
hökumətinə təhvil verdikdən sonra ölkədə hərbi-siyasi
vəziyyət. Radikal dini ekstremist hərəkatların fəallaşması.
28
MISIR.
I dünya müharibəsindən sonra Misir üzərində ingilis
qəyyumluğunun elan edilməsi. 1918-1923-cü illərdə milli-
azadlıq hərəkatının xarakteri. Milli burjuaziya və onun “Vəfd”
partiyası. Misirin suverenliyi haqqında deklarasiya (1923).
Vəfdçi hökumətin təşkil edilməsi və onun siyasəti.
1929-1932-ci illər dünya iqtisadi böhranının Misir
iqtisadiyyatına təsiri. 30-cu illərdə milli-azadlıq hərəkatının
yenidən yüksəlməsi. İngiltərə-Misir müqaviləsi (1936).
II dünya müharibəsi illərində Misirin ərazisində hərbi
ə
məliyyatların getməsi.
II dünya müharibəsindən sonra Misirdə iqtisadi vəziyyətin
pisləşməsi. Xalqın antiimperialist mübarizəsi. 1936-cı il
İ
ngiltərə-Misir müqaviləsinin ləğv edilməsi. C.Ə.Nasirin
başçılığı ilə “Azad zabitlər” təşkilatı. Hərbi çevriliş. Kralın
devrilməsi.
Misirin
respublika
elan
edilməsi
və
C.Ə.Nasirin prezident seçilməsi (1953). Aqrar islahat. Milli
iqtisadiyyatın inkişaf planı. Süveyş kanalının milliləşdirilməsi
(1956). İngiltərə-Fransa-İsrailə qarşı mübarizə.
Ə
rəb birliyi məsələsi. Birləşmiş Ərəb Respublikasının
yaradılması (1958). İsrailin Misirə hücumu (1967) və onun
nəticələri. C.Nasirin ölümü (1970).
Ə.Sədatın hakimiyyətə gəlməsi. 70-ci illərdə Misirin daxili
və xarici siyasətinin dəyişilməsi. Ərəb-İsrail müharibəsi (1973).
“Açıq qapı” siyasəti. İsrail və ABŞ-la yaxınlaşma. Kemp-Devid
sazişi (1979). Müqavilənin ərəb dünyasında kəskin narazılıqla
qarşılanması. Müxalifətin çıxışları.Hökumətin repressiyalar
aparması. Ə.Sadatın öldürülməsi (1981).
H.Mübarəkin hakimiyyətə gəlməsi. Onun daxili və xarici
siyasəti. Misirin ərəb dünyası ilə əlaqələrini nizama salması.
1987, 1993, 1999-cu illər referendumlarında Mübarəkin
prezident seçilməsi.
Sosial problemlərin, işsizliyin səviyyəsinin qalxması,
korrupsiyanın mövcudluğu.
29
2004-cü ildə yeni Nazirlər Kabinetinin seçilməsi. 2005-ci
ildə konstitusiyada seçki qanununda düzəlişlərin edilməsi.
1990-2000-ci illərdə özəlləşdirmə siyasətinin ardıcıl
aparılmaması,
hərbi
xərclərin
artması,
bürokratizmin,
korrupsiyanın xüsusi sahibkarlığın inkişafına maneələr
törətməsi və xalqın sosial-iatisadi durumunun aşağı səviyyədə
olması.
2010-cu ildə parlamentə seçkilərdə hakim partiyanın səs
çoxluğu qazanmasına qarşı xalq kütlələrinin fasiləsiz etiraz
aksiyalarına başlaması. Hökumətin istefası. 2011-ci ilin
fevralında 30 illik Mübarək rejiminin hakimiyyətdən
getməsi.Ölkədə siyası qarışıqlığın davam etməsi.
SURIYA VƏ LIVAN.
I dünya müharibəsindən sonrakı dövrdə bütün ərəb
ölkələrində feodal münasibətlərin hökm sürməsi.
Suriyanın və Livanın idarə mandatının Fransaya verilməsi.
Xalqın mübarizəsi. 1920-ci ildə Əmir Feysəlin kral seçilməsi.
1926-cı ildə Livanın Fransa mandatı altında respublika elan
edilməsi.
1925-1927-ci illərdə Suriyada kəndli üsyanları. Üsyanın
yatırılması və nəticələri. Suriyada milli hökumət (1936-1939).
27 sentyabr 1941-ci ildə Suriyanın və 26 noyabr 1941-ci ildə
Livanın müstəqilliyinin elan edilməsi. Mandatın tam ləğv
edilməməsi. 1943-cü ildə yaranmış “Ərəb dirçəlişi” təşkilatının
Suriya və Livanın Fransa mandatından azad olması uğrunda
mübarizəsi.
1946-cı ildə Suriya və Livandan xarici qoşunların
çıxarılması.
Suriyada yaranan Ərəb Sosialist Dirçəliş Partiyası (BƏƏS)
və onun proqramı. İsrail dövləti elan edildikdən sonra Suriya və
30
Livanın I Ərəb-İsrail müharibəsində iştirak etməsi (1948).
Livana 100 min fələstinlinin qaçması.
Suriyada Ə.Şişəklinin hakimiyyət dövrü (1949-1954).
Livan prezidenti K.Şamunun yeni seçki qanunu və qərb
yönlü siyasəti.
ABŞ-ın İngiltərə və Fransanı Yaxın Şərqdən sıxışdırmaq
məqsədi ilə yürütdüyü siyasət və “Eyzenhauer doktrinası”
(1957). Livanın “doktrina”ya qoşulması və ölkə daxilində
yaranan siyasi böhran. Vətəndaş müharibəsi (1958). Yaranan
yeni hökumətin müstəqil siyasət yeritməsi.
Suriya hökumətinin “doktrina”nı pisləməsi. ABŞ-ın
Suriyanı iqtisadi boykota məruz qoyması.
1958-ci ildən 1967-ci ilədək (İsrail təcavüzünə kimi)
Livanda nisbi sakitliyin olması. Şiə Amal hərəkatı (1975).
Xristian icmaları əsasında Livan cəbhəsinin yaranması (1978).
Sünni İslam birliyi hərəkatının meydana gəlməsi (1982).
Xristian və müsəlman icmaları arasında baş verən II vətəndaş
müharibəsi (1975-1990). Taif müqaviləsi.
R.Xaririnin öldürülməsi və nisbi sakitliyin pozulması.
Hökumət böhranı.
İ
sraillə münaqişə və ölkədə xaosun
yaranması (2007).
1958-ci ildə Suriya və Misirin bir dövlətdə - BƏR-də
birləşməsi. İki dövlətin inteqrasiyasında yaranan çətinliklər.
Suriyanın BƏR-dən çıxması (1961). İsraillə “altı günlük”
müharibədə Misirin, Suriyanın, İordaniyanın məğlubiyyəti
(1967) və nəticələri. BƏƏS daxilində fikir ayrılığı.
Referendum nəticəsində H.Əsədin prezident seçilməsi
(1970). H.Əsədin daxili və xarici siyasəti. Hərbi məsələlərdə
fəallıq. H.Əsədin ölümündən sonra oğlu Bəşər Əsədin prezident
seçilməsi (2000). B.Əsədin atasının başladığı liberallaşma və
modernləşmə siyasətini davam etdirməsi.
Ölkənin sosial-iqtisadi vəziyyəti.
Sosial-iqtisadi durumun aşağı səviyyədə olmasından narazı
olan xalq kütlələrinin etiraz aksiyaları. Siyasi qarşıdurma.
31
B.Əsədin
istefası
tələbləri
(2011).
Ölkədə
vətəndaş
müharibəsi,İŞİD, böyük dövlətlərin siyasəti.
TROPIK VƏ CƏ NUBI AFRIKA.
I dünya müharibəsindən sonra Almaniyanın Afrikadakı
müstəmləkələrinin qalib ölkələr arasında bölüşdürülməsi.
Mandat sisteminin təsis edilməsi. Milli-azadlıq mübarizəsinin
yeni forma və üsulları.
Efiopiyanın iqtisadi və siyasi vəziyyəti. İtaliya təcavüzü və
xalqın İtaliya faşistlərinə qarşı mübarizəsi (1936-1941).
Efiopiya II dünya müharibəsi illərində.
Cənubi Afrikanın sənaye inkişafı. Milli konqresin fəaliyyəti.
1918-1922-ci illərdə kütləvi tətillər.
Cənubi Afrika İttifaqı dünya iqtisadi böhran illərində. Faşist
təşkilatlarının yaranması. Cənubi Afrika İttifaqının hakim
dairələrinin Cənub-Qərbi Afrikada siyasəti.
Cənubi Afrika İttifaqı II dünya müharibəsi illərində. II
dünya
müharibəsindən
sonra
kapitalist
dünyasının
iqtisadiyyatında Afrikanın rolunun artması. ABŞ-ın Afrikaya
iqtisadi və siyasi nüfuzu. Kütləvi ictimai-siyasi və həmkarlar
təşkilatlarının yaranması. V Panafrika konqresi (1945) və siyasi
müstəqillik şüarının irəli sürülməsi.
Asiya və Ərəb ölkələrinin (Şimali Afrikanın) milli-azadlıq
hərəkatlarının
uğurlarının
təsiri.
Tropik
Afrikada
müstəmləkəçiliyə qarşı mübarizədə qalibiyyət. Qana və
Qvineyada (1957, 1958) müstəqilliyin elan edilməsi. “Afrika
ili”ndə (1960) 17 yeni dövlətin yaranması. Şərqi Afrikanın
müstəqil dövlətləri (1961-1964).
Kontinentdə
“ölkələrin
birliyini
və
həmrəyliyini
möhkəmlətmək” məqsədi ilə Efiopiyada Afrika Birliyi
Təşkilatının yaranması (25 may 1963). BMT-nin qərarı ilə bu
tarixin Afrikanın azadlıq günü kimi qəbul edilməsi.
32
Cənubi Afrikada saxlanılan iri müstəmləkələr. Cənubi
Afrikanın azadlığı uğrunda mübarizə. Bir sıra Cənubi Afrika
ölkələrində milli-azadlıq mübarizəsinin qələbəsi (1966-1980).
Namibiya xalqının müstəqillik uğrunda mübarizəsi.
Müstəqillik əldə edildikdən sonra Afrika ölkələrinin iqtisadi,
sosial və siyasi problemləri. Inkişaf yolu seçimi problemi. Bir
sıra ölkələrin sosialist yönlü yol seçməsi (Efiopiya, Konqo,
Qvineya, Tanzaniya və.s). Kapitalist münasibətlərinin inkişafı
(Zairdə, Keniyada, Nigeriyada, Seneqalda və sairə ölkələrdə).
Bir çox ölkələrdə hakim elitanın təşəkkül tapmasında
ziddiyyətlərin olması. Tayfa-qəbilə, dini, etnik münaqişələr.
Ə
razi mübahisələri. Siyasi rejimin qeyri-sabitliyi. Çoxlu sayda
dövlət çevrilişlərinin səbəbləri. Ayrı-ayrı ölkələrdə avtoritar,
diktatura rejimlərinin meydana çıxması. Cənubi Afrika
Respublikası Aparteid rejimindən sonra.
1980-cı illərin ortalarında iqtisadi və sosial böhranın
dərinləşməsi. BMT tərəfindən Afrikanın iqtisadi inkişafını
nəzərdə tutan xüsusi proqramın hazırlanması.
1990-cı ilin ortalarında 30-dan çox Afrika ölkəsinin
avtoritar, diktatura və birpartiyalı rejimlərdən çoxpartiyalı siyasi
sistemlərə keçməsi.
Afrikanın gələcək inkişafı ilə bağlı ekspert rəylərinin
müxtəlifliyi.
Ə
dəbiyyat siyahısı:
1.Y.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 1986.
2. N.Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan. Bakı, 1991.
3. N.Babayeva-Vəkilova. Cənubi Azərbaycan maarifçiləri.
Bakı, 2009.
4. История стран Азии и Африки в новое время. Москва,
1971.
5. История стран Азии и Африки в средние века.
Москва
, 1968.
33
6. История Африки в XIX-начале XX в. Москва, 1984.
7. История национально-освободительной борьбы
народов
Африки в новое время. Москва, 1976.
8. Новая история стран зарубежной Азии и Африки.
Ленинград
, 1971.
9. История национально-освободительной борьбы
народов
Африки в новейшее время. Москва, 1978.
10. История Ирана. Москва, 1977.
11. История Китая с древнейших времен до наших дней.
Москва
, 1974.
12. Очерки новейшей истории Японии. Москва, 1977.
13. А.М.Родригес. История стран Азии и Африки в
новейшее
время. Москва, 2006.
14. Очерки новой истории Ирана. Москва, 1978.
15. Новейшая история Китая. Москва, 1984.
16. Новейшая история арабских стран. Москва, 1968.
Dostları ilə paylaş: |