Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə17/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   13   14   15   16   17   18   19   20   ...   59
riyaziyyat 11

Beynəlxalq qiymətləndirmə

Beynəlxalq qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsi və
qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Burada müqayisəetmə
tədqiqatları, monitorinqlər vasitəsilə aparılır, ölkədə təhsilin vəziyyəti
haqqında məlumat əldə etmək, həlli tələb olunan daha əhəmiyyətli
problemləri üzə çıxarmaq, onları araşdırmaq, nəticələri xarici ölkələrlə
müqayisə etmək imkanı yaradılır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış
bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir,
üç ildən bir həyata keçirilir, iştirakçı ölkələrin şagirdlərinin nəticələri
arasındakı fərqləri izah edən amilləri (şagirdlərin və onların ailələrinin, təhsil
müəssisələri və tədris prosesinin xüsusiyyətlərini) öyrənməyə, riyazi savadlılıq,
oxu savadı, təbiət elmləri savadlılığı və əlavə olaraq müxtəlif tipli problemləri
həlletmə bacarıqlarını qiymətləndirməyə xidmət edir.
Beynəlxalq qiymətləndirmə proqramının məqsədləri aşağıdakılardır:

  • ölkədə təhsilin vəziyyəti haqqında müvafiq məlumat əldə etmək,
    beynəlxalq səviyyəli müqayisələr aparmaq, öyrənilməsi və müzakirəsi tələb
    olunan problemləri, təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;

  • şagirdlərin nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək,
    nəticələr arasındakı fərqləri təyin etmək üçün şagirdlərin, onların ailələrinin,
    təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;


27




  • təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni kuri-
    kulumun hazırlanması üçün əsas təlim məqsədlərini təyin etmək, kompetensi-
    yalara əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar
    aparmaq, gözlənilən və nail olunan təlim nəticələrini müqayisə etmək;

  • pedaqoji ölçmə nəzəriyyəsinin gündəlik təcrübədə istifadə olunan nəzəri
    və praktiki məsələlərini öyrənmək;

  • müasir qiymətləndirmə vasitələrinin hazırlanmasını, nəticələrin təhlili
    üsullarını və hesabatlar hazırlanması qaydalarını öyrənmək;

  • ölkədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi sisteminin qurulması
    istiqamətində ümumi orta təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiy-
    yət tərəfindən geniş müzakirəsini təşkil etmək. [1]



28





  1. Yüklə 175,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin