Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə16/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
riyaziyyat 11

Milli qiymətləndirmə

Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün müəyyən
tədris dövrünün sonunda mütəmadi olaraq həyata keçirilən və şagird
nailiyyətlərinin qiymətləndirilməsini təmin edən sistemdir. Xüsusi təmsiledici
seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu
vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir apa-
rılır və əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyə-
tinin, təhsildə aparılan digər dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin key-
fiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Təlimin
aparıldığı şərait tədris praktikası və təhsil prosesində iştirak edən tərəflərin
münasibətində baş verən dəyişikliklər, həmçinin şagird nailiyyətlərinə təsir
edən digər amillər barədə əlavə məlumatların əldə edilməsinə imkan verir.
Milli qiymətləndirmənin məqsədləri aşağıdakılardır:


26




  • şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar, etməklə, ümumi
    mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirmək;

  • şagirdlərin təlim nəticələrinə təsir edən mümkün amilləri təsvir etmək və
    nəticələr arasındakı fərqləri müqayisə etmək üçün şagirdlərin, onların ailələ-
    rinin, təhsil müəssisələri və tədris prosesinin xüsusiyyətlərini öyrənmək;

  • ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti
    haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi və müzakirəsi tələb olunan
    problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək;

  • şagirdin təlim nəticələrinin və irəliləyişlərinin dəyərləndirilməsi vasitəsilə
    təhsilin dövlət standartlarının monitorinqini aparmaq, təhsil sisteminin məq-
    sədlərinin müvafıqliyini və səmərəliliyini tənzimləmək, sistemin təsir dairəsini
    genişləndirmək;

- təhsil siyasətini müəyyən edənlərin cavabdehlik səviyyəsini artırmaq,
ölkədə təhsilin məzmunu üzrə əsas prioritetlərin ictimaiyyət tərəfindən geniş
müzakirəsini təşkil etmək.


  1. Yüklə 175,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin